28 Noyabr 2021, Bazar

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Dövlət Baytarlıq Xidmətinin əməkdaşları Babək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı rayonun bir neçə ailə təsərrüfatı başçıları ilə tədbir keçiriblər.
Tədbiri Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Məhəmməd Seyidov açaraq qeyd edib ki, muxtar respublikada ailə təsərrüfatlarının inkişafı istiqamətində ardıcıl işlər görülür. Yaradılan şəraitin nəticəsidir ki, ailə təsərrüfatlarının sayı getdikcə artır, ailə biznesi genişlənir.

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Əyyub Abdullayev, Dövlət Baytarlıq Xidmətinin əməkdaşı Hüseyn Məmmədov tədbirdə çıxış edərək qışlama dövründə mal-qaranın yemləndirilməsi, saxlanması və zoobaytar qaydalarına uyğun qulluq edilməsinin əhəmiyyəti, baytarlıq tədbirlərinin vaxtında aparılmasının vacibliyindən danışıblar. Bildirilib ki, mal-qarası çox olan iri təsərrüfat sahibləri onların yaşına, məhsuldar­lığına və fizioloji vəziyyətinə uyğun bina və bölmələr hazırlamalıdırlar. Tövlələr dezinfeksiyaedici maddələrlə dezinfeksiya, dezinseksiya və derotizasiya edilməlidir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
mətbuat xidməti

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR