07 Dekabr 2021, Çərşənbə axşamı

Muxtar respublika əhalisinə göstərilən rabitə xidmətinin səviyyəsini yüksəltmək məqsədilə həyata keçirilən tədbirlər cari ilin ötən dövrü ərzində də davam etdirilib. Belə ki, muxtar respublikada informasiya və rabitə sahəsinin inkişafı diqqətdə saxlanılıb, Culfa rayonunda Yeni Nəsil Telekommunikasiya Sistemi istifadəyə verilib.

Həyata keçirilən səmərəli işlərin davamı olaraq bu ilin ilk altı ayında Ordubad rayonunda Dəstə Radio-Televiziya Ötürücü Stansiyası üçün binanın tikintisi, Culfa rayonunda rabitə evinin yenidən qurulması başa çatdırılıb, Sədərək rayonunda Radio-Televiziya Ötürücü Stansiyası üçün binanın, Kəngərli rayonunda rabitə evinin tikintisi davam etdirilir. Bu dövr ərzində 1 mərkəzi poçt və 3 poçt bölməsi yeni bina ilə təmin olunub, 1 avtomat telefon stansiyası quraşdırılıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən aldığımız məlumata görə, 2020-ci ilin yanvar-iyun aylarında muxtar respublikada informasiya və rabitə xidmətlərinin dəyəri 2019-cu ilin müvafiq dövründəki göstəricini 3,1 faiz üstələyərək 27 milyon 615 min 800 manat olub. Ümumi xidmətlərin 79,8 faizi mobil rabitənin payına düşüb, belə ki, mobil rabitə xidmətlərinin dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz artıb.

 

Gülcamal TAHİROVA

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR