01 Dekabr 2021, Çərşənbə

Muxtar respublikada nağdsız hesablaşmaların əhatə dairəsinin genişləndirilməsi istiqamətində 2020-ci ilin ikinci rübündə bir sıra işlər görülüb. Belə ki, 23 vergiödəyicisi üzrə 209 işçinin rekvizitləri bank orqanlarına göndərilib, bunlardan 7 vergiödəyicisi üzrə 97 işçinin əməkhaqlarının plastik kartlara keçirilməsi təmin olunub. Publik hüquqi şəxs statuslu daha 15 müəssisədə ödənişlərin onlayn və POS-terminallar vasitəsilə qəbulu sahəsində görülən işlər yekunlaşıb. Vətəndaşlar Naxçıvan Muxtar Respublika Xəstəxanası, Doğum Mərkəzi, Kardiologiya Mərkəzi, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası, Ağciyər Xəstəlikləri Dispanseri, Yoluxucu Xəstəliklər Mərkəzi, Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası, Naxçıvan Şəhər Təcili Tibb Mərkəzi, Darı­dağ Arsenli Su Müalicəxanası, Şərur Rayon Uşaq Xəstəxanası, Şərur Rayon Mərkəzi Xəstəxanası və Naxçıvan Dövlət Universitetinin Xəstəxanasına, həmçinin Şahbuz, Ordubad, Babək Rayon Mərkəzi xəstəxanalarına müraciət edən zaman onlara göstərilən xidmətlərin qarşılığını nağdsız qaydada ödəyə bilərlər.

Naxçıvan Muxtar Respublikası
Dövlət Vergi Xidmətinin mətbuat xidməti