28 Noyabr 2021, Bazar

Son illərdə həyata keçirilən sənayeləşmə siyasətinə uyğun olaraq müasir standartlara cavab verən yüzlərlə müəssisə fəaliyyətə başlamış, yeni sənaye sahələri yaradılmış, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artmışdır. Bu gün sənayenin inkişafına yeni təkan vermək, özəl sektorun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə sənaye zonalarının yaradılması uğurla davam etdirilir.

Son illərdə muxtar respublikanın gələcək inkişaf dinamikasını müəyyənləşdirən sənayenin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən sənaye məhəllələrinin qurulması, ixracyönümlü sənaye məhsulları istehsalının genişləndirilməsi, emal müəssisələrinin, böyük sənaye komplekslərinin yaradılması diqqətdə saxlanılmışdır. Bunun nəticəsidir ki, 2020-ci ilin ötən dövrü ərzində 450 milyon 876 min manatdan çox sənaye məhsulu istehsal edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz çoxdur.

Sosial-iqtisadi inkişafa dair bu günə qədər reallaşan Dövlət pro­qramlarının icrası çərçivəsində muxtar respublikada böyük işlər görülmüş, infrastruktur layihələri həyata keçirilmişdir. İnvestisiya mühiti xeyli yaxşılaşmış, yeni iş yerləri yaradılmışdır. Cari ilin ötən dövrü ərzində iqtisаdiyyаtın bütün sаhələri üzrə dövlət mаliyyə dəstəyi və özəl investisiya hesabına 81 istehsal və xidmət sahəsi istifadəyə verilmiş, 38 sahənin yaradılması davam etdirilmişdir. Yeni yaradılan bu müəssisələr hesabına, ümumilikdə, 352 yeni iş yeri açılmışdır ki, bu da əhalinin məşğulluğunun təmin olunmasında mühüm əhəmiyyət kəsb edir.
Həyata keçirilən kompleks islahatlar onu deməyə əsas verir ki, muxtar respublikada kiçik və orta sahibkarlığın inkişafı iqtisadi siyasətin prioritet istiqamətinə çevrilmişdir. Bu gün muxtar respublikada çoxsaylı sahibkarlıq subyektinin fəaliyyət göstərməsi, xarici iş adamlarına əlverişli mühitin yaradılması, ümumi daxili məhsul istehsalında özəl bölmənin payının artaraq 87 faizi ötməsi bu siyasətin real bəhrələridir.
Naxçıvanda sаhibkаrlıq fəаliyyətinə kənаr müdахilələrin qаrşısının аlınmаsı, onların hüquqlаrının müdаfiəsi də diqqətdə saxlanılır. 2020-ci ilin ötən dövrü ərzində “Qаynаr хətt” vаsitəsilə 2679 sаhibkаrlıq subyеkti ilə mааrifləndirmə işləri аpаrılmış, onlar müxtəlif tədbirlər haqqında məlumatlandırılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə sahibkarlığın inkişаfı istiqаmətində аrdıcıl, səmərəli və sistеmli tədbirlər görülmüş, sahibkarlıq subyektlərinə səmərəli maliyyə dəstəyinin göstərilməsi mexanizmi formalaşdırılmışdır. Muxtar respublikada sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına köməklik etmək, onlara maliyyə dəstəyi göstərmək və əhalinin məşğulluğunun təmin edilməsinə şərait yaratmaq məqsədilə Sahibkarlığın İnkişafı Fondu tərəfindən muxtar respublika üzrə 2000-ci ildən ötən dövr ərzində 1432 layihənin maliyyələşdirilməsinə 160 milyon manatdan çox vəsait ayrılmışdır. Təkcə 2020-ci ilin ötən dövrü ərzində fond tərəfindən sahibkarlara 62 layihənin maliyyələşdirilməsinə, ümumilikdə, 7 milyon 790 min manatdan çox kredit vəsaiti verilmişdir. Bundan sənaye məhsulu yönümlü 4 layihənin maliyyələşdirilməsinə 6 milyon 236 min manat, kənd təsərrüfatı yönümlü 58 layihənin maliyyələşdirilməsinə 806 min manatdan çox dövlət maliyyə dəstəyi göstərilmişdir.
Aqrar sektorun aparıcı qüvvələrindən olan ailə təsərrüfatlarının formalaşaraq kiçik sahibkarlıq subyektlərinə çevrilməsi, eləcə də onların fəaliyyətinin stimullaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər muxtar respublikada ailə təsərrüfatlarının sayının gündən-günə artmasına səbəb olmuşdur. Ailə təsərrüfatlarının fəaliyyətinin stimullaşdırılması məqsədilə 2020-ci ilin ötən dövründə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 26 ailə təsərrüfatına 231 min 600 manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir.
Sahibkarlığa göstərilən qayğı, öz növbəsində, yerli istehsalın inkişafına da şərait yaradır. Məhz bu amil nəzərə alınaraq, muxtar respublikada iqtisadiyyatın bütün sahələrində yeni istehsal və xidmət sahələri yaradılır, mövcud olanların fəaliyyəti bərpa edilir. Son illərdə 400-dən çox sənaye müəssisəsinin yaradılması, bu müəssisələrdə 383 növdə məhsul istеhsаl оlunması, 350 növdə məhsulа оlаn tələbаtın tаmаmilə yеrli istеhsаl hеsаbınа ödənilməsi sahibkarlığın inkişafının nəticəsidir.
2020-ci ilin muxtar respublikada “İxrac ili” elan olunması yerli istehsal məhsullarının ixrac imkanlarını artırmaqla yanaşı, iqtisadi əlaqələrin daha da genişləndirilməsinə böyük stimul vermişdir. İxracyönümlü məhsul və xidmətlərin xarici bazarlarda təşviqi, yeni tərəfdaşların tapılması, ixrac coğrafiyasının genişləndirilməsi məqsədilə beynəlxalq tədbirlərdə muxtar respublika ixracatçılarının iştirakının təmin edilməsi və ixrac üçün potensial və perspektivli sayılan dövlətlərdə müvafiq sərgilərin, forumların təşkili və digər təşviqat tədbirlərini gücləndirmək də əsas prioritetlərdəndir. Belə ki, cari ilin ötən dövründə biri onlayn olmaqla, 4 sahibkarlıq subyektinin və 1 ailə təsərrüfatçısının 18 nümayəndəsi 4 beynəlxalq əhəmiyyətli tədbirdə iştirak etmişdir.
Muxtar respublikada özəl sektora göstərilən hərtərəfli diqqət və qayğının nəticəsidir ki, sahibkarlıq mühiti getdikcə inkişaf edir, özəl sektor ümumi iqtisadiyyatda öz çəkisini artırır.

Mehparə Məmmədova
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin
Elmi-Tədqiqat Tədris Mərkəzinin elmi işçisi

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR