21 Yanvar 2021, Cümə axşamı


Səmərəli məşğulluq imkanlarının yaradılması əhalinin alıcılıq qabiliyyətini yüksəldib, əmtəə dövriyyəsinin həcmini genişləndirib.

 2019-cu ildə muxtar respublikanın istehlak bazarında əhaliyə 1 milyard 968 milyon 616 min 200 manat dəyərində istehlak malları satılıb və ödənişli xidmətlər göstərilib. Satılmış istehlak mallarının 96,2 faizi pərakəndə ticarət dövriyyəsinin payına düşüb.

 Bir nəfərə düşən pərakəndə ticarət dövriyyəsinə və məişət xidmətlərinə görə Naxçıvan Muxtar Respublikası ölkənin digər iqtisadi rayonları arasında ilk yerdədir.

Əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi məqsədilə xidmət mərkəzlərinin tikintisi davam etdirilir. Belə ki, Şərur rayonunun Qışlaqabbas, Muğanlı, Xələc və Alışar, Babək rayonunun Kültəpə və Gülşənabad, Ordubad rayonunun Dəstə, Kəngərli rayonunun Böyükdüz, Şahbuz rayonunun Türkeş kəndlərində və Badamlı qəsəbəsində xidmət mərkəzlərinin tikintisi artıq yekunlaşıb.

Şərur rayonunun Muğancıq Mehrab və Məmmədsabir, Ordubad rayonunun Vənənd kəndlərində xidmət mərkəzlərinin tikintisi isə  davam etdirilir.

ARXİV

Yanvar 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR