16 Yanvar 2021, Şənbə

Kənd təsərrüfatının dinamik inkişaf etdiyi Babək rayonunda taxılçılığa xüsusi maraq göstərilir. Torpaq mülkiyyətçilərinə verilən subsidiylar, gübrələr, texnika və texnoloji avadanlıqlar, əkin sahələrinin suvarma təminatının yaxşılaşdırılması imkan verir ki, taxıl əkini sahələri genişləndirilsin.

Məlumat üçün deyək ki, ötən il 10 min 610 hektar taxıl sahəsindən 33 min 707 ton məhsul götürülüb. Torpaq mülkiyyətçilərinə bu dövrdə dövlət tərəfindən 511 min manatdan çox vəsait, eləcə də 2240 ton 944 kiloqram azot və 29 ton 295 kiloqram fosfor gübrəsi verilib. Qeyd edək ki, 2019-cu ildə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə babəkli sahibkarlara 45 texnika və texnoloji avadanlıq güzəştli şərtlərlə lizinq yolu ilə satılıb. Bütün bunlardan ruhlanan torpaq mülkiyyətçiləri 2019-cu ilin payızında bu ilin məhsulu üçün taxıl əkini sahələrini daha da genişləndiriblər. Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, 11 min 540 hektar sahədə əkin aparılıb və bu, hələlik rekord göstəricidir. 2018-ci ilə nisbətən taxıl əkini sahəsində 930 hektar artım müşahidə olunub.

Muxtar RZAZADƏ

ARXİV

Yanvar 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR