15 Yanvar 2021, Cümə

Muxtar respublika iqtisadiyyatında diqqətçəkən fəaliyyət istiqamətlərindən biri də ailə təsərrüfatlarıdır.
Son dövrlərdə dövlət tərəfindən bu fəaliyyət sahəsinin təşviqi ilə bağlı atılan addımlar muxtar respublikada ailə təsərrüfatlarının sayının artmasına imkan verib. 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunması, ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi mövcud potensialdan istifadə etməklə yeni ailə təsərrüfatlarının yaradılması, istehsalın genişlənməsi, yeni iş yerlərinin açılması ilə ­nəticələnmişdir.

Bu sahədə görülən işlərin davamı kimi ailə təsərrüfatlarına metodik və əməli köməkliklər göstərmək, ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək, əhalinin məşğulluğunu artırmaq sahəsində əlavə imkanlar yaratmaq, onların maliyyə resurslarına çıxışının təmin edilməsi məqsədilə ötən il 87 ailə təsərrüfatına 820 min manata yaxın dövlət maliyyə dəstəyi göstərilib, 315 ailə təsərrüfatı 12 min 800-dən çox tara ilə təmin olunub.
Qeyd edək ki, əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də muxtar respublikada “Kətə”, “Göycə”, “Arıçılıq məhsulları – bal”, “Ailə təsərrüfatı məhsulları” festivallarının keçirilməsi bu sahəyə marağın artmasına və istehsal olunan məhsulların satışına müsbət təsir göstərib. “Ailə təsərrüfatı ili”ndə muxtar respublikanın paytaxtı ilə yanaşı, ayrı-ayrı rayonlarında da “Ailə təsərrüfatı məhsulları” festivallarının keçirilməsi daxili bazarın yerli, keyfiyyətli ərzaq məhsulları ilə təmin olunmasına, təsərrüfatların fəaliyyətinin genişləndirilməsinə stimul olub, ailə təsərrüfatlarından bir hissəsinin isə kiçik sahibkarlıq subyektinə çevrilməsinə şərait yaradıb.

Xəbərlər şöbəsi

ARXİV

Yanvar 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR