09 Dekabr 2021, Cümə axşamı

Heyvanların yaylaqlarda otarılması onların yemlərə olan tələbatının ödənilməsi ilə yanaşı, istehsal olunan məhsulların dadına və keyfiyyətinə görə fərqlənməsinə, ucuz başa gəlməsinə şərait yaradır. Bu cəhətdən heyvanların yaylaq şəraitində saxlanılmasının böyük əhəmiyyəti vardır.
Heyvanların yaylaqda, açıq və təmiz havada saxlanılması orqanizmin fizioloji funksiyalarına yaxşı təsir göstərir, orqanizmində maddələr mübadiləsini artırır, cavan mal-qaranın boy artımına və inkişafına köməklik edir.

Ardını oxu...

Azərbaycan Mərkəzi Bankı (AMB) iyunun 8-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən bildirilib ki, bankın iyunun 8-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub.

Birjalarda neftin qiyməti “OPEC+” nikbinliyi fonunda ardıcıl 6 həftəni də artımla tamamlamağa yönəlib.

Ardını oxu...

Qarşıdan strateji məhsul olan taxılın biçin dövrü gəlir. Babək rayonunun torpaq mülkiyyətçiləri ötən ilin payızından bəri çəkdikləri zəhmətin bəhrəsini görməyə hazırlaşırlar. Əkin sahələri müasir suvarma metodları ilə suvarılıb, gübrələnib, zərərvericilərə qarşı dərmanlama işləri aparılıb. Bu məqamda qeyd etmək yerinə düşər ki, rayonda ötən ilin payızında bu ilin məhsulu üçün rekord həddə taxıl əkini aparılıb. Belə ki, 12 min hektara yaxın taxıl sahəsindən yüksək məhsuldarlıq gözlənilir. Artıq yaxın günlərdə biçin kampaniyasına start veriləcək. Bunun üçün rayonda 34 kombayn saz vəziyyətə gətirilib.

Ardını oxu...

2020-ci ilin may ayında Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi və struktur bölmələrinin mütəxəssisləri kənd təsərrüfatının bütün sahələrində yüksək məhsuldarlığın əldə olunması üçün  maarifləndirici müşavirələr, tarla seminarları keçirmiş, təsərrüfat sahibləri ilə fərdi qaydada söhbətlər aparmışlar. Nazirlik əməkdaşları tərəfindən muxtar respublikada keçirilən seminar-müşavirə və fərdi görüşlərdə yaz işlərinin əkin atlaslarına uyğun optimal müddətdə aparılması, bostan-tərəvəz əkini zamanı, əsasən, yerli və yerli şəraitə uyğunlaşan məhsuldar toxumlardan  istifadə edilməsi tövsiyə olunmuşdur. Əkinlərdə xəstəlik və zərərvericilərin qarşısının alınmasında aqrotexniki mübarizənin tətbiq olunmasına üstünlük verilməsi qeyd edilmişdir.  

Ardını oxu...

Muxtar respublikada daşınmaz əmlakın qeydiyyatı və torpaqlardan səmərəli istifadəyə nəzarət Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən cari ilin may ayında da diqqətdə saxlanılmışdır. Torpaqların elektron uço­tunun aparılması məqsədilə Sədərək rayonunda planaalma işləri davam etdirilmiş, ay ərzində 1273 daşınmaz əmlak obyekti plana alınmışdır. Şərur rayonunun 23 bələdiyyəsinin xəritəsi və yerquruluşu sənədlər qovluğu hazır­lanaraq aidiyyəti üzrə təqdim edilmişdir.

Ardını oxu...

Muxtar respublikada pandemiyadan zərərçəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam edir.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamına əsasən sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 4 iyun 2020-ci il tarixə muxtar respublikada pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən 1983 vergiödəyicisinə 2 milyon 205 min 438 manat vəsaitin həmin sahibkarların bank hesabına köçürülməsi təmin edilib.

Ardını oxu...

Muxtar respublikada suvarma şəbəkələrinin əhatə etdiyi torpaqların əkilməsi və meliorativ tədbirlərin aparılması diqqət mərkəzindədir. Suvarma mövsümünün mütəşəkkil keçirilməsi və əkin sahələrinin suya olan tələbatını ödəmək üçün may ayında bir sıra tədbirlər görülmüş, 9,6 kilometr magistral kanal, 22,7 kilometr ara arxlar və 5,5 kilometr kollektor lildən təmizlənmiş, 1,8 kilometr yeni suvarma xətti çəkilmişdir. Bu dövrdə su istifadəçilərinə 62 milyon kubmetr su verilmiş, bunun müqabilində 52 min 909 hektar torpaq sahəsi suvarılmışdır.
Mütərəqqi suvarma şəbəkələrinin qurulması və yeni su xətlərinin çəkilməsi sahəsində görülən işlər ötən ay da diqqətdə saxlanılmış, Kəngərli rayonunun Böyükdüz kəndində 800, Şahbuz rayonunun Türkeş kəndində 270 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilmiş, 15 kilometr uzunluğunda suvarma xətti çəkilmişdir.

Ardını oxu...

Azərbaycan neftinin qiyməti bahalaşıb.

Ardını oxu...

Dünya bazarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb.

"APA-Economics"in məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,14 ABŞ dolları və ya 5,6% artaraq 40,28 dollar təşkil edib.

Kartofçu Ədalət əmi kimi özünü onsuz təsəvvür edə bilmirsən


Ədalət Həsənov Şahbuz rayonunun Ağbulaq kəndindəndir, kənd baytarlıq məntəqəsinin müdiri işləyir. Fəal ictimaiyyətçidir. Həm də rayonun bacarıqlı kartof istehsalçılarından biridir. Ədalət əmi ilə tanışlığım da elə ən yaxşı kartofçu ilə maraqlanıb onun zəhmətini işıqlandırmaq, tövsiyə və məsləhətlərini kənd təsərrüfatının bu sahəsi ilə məşğul olan insanlara – oxucularımıza çatdırmaq istəyim nəticəsində oldu...

Ardını oxu...

Bu gün muxtar respublikamızı bütünlüklə əhatə edən, intensiv şəkildə həyata keçirilən quruculuq tədbirləri hər bir naxçıvanlını qəlbən sevindirir. Belə quruculuq ünvanlarından biri də Culfa rayonudur. Görülən işlərin nəticəsidir ki, rayonun kənd yaşayış məntəqələri ilə yanaşı, Culfa şəhəri də xeyli gözəlləşib, mühüm infrastruktur layihələri həyata keçirilib. Aparılan kompleks quruculuq tədbirləri sırasında inzibati binaların tikintisi və əsaslı şəkildə təmirini xüsusilə qeyd etmək yerinə düşər.

Ardını oxu...

İqtisadi sahədə həyata keçirilən tədbirlər bazar iqtisadiyyatı mexanizmləri əsasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, yerli və xarici investisiyaları, müasir texnologiyaları cəlb etmək və qabaqcıl idarəetmə təcrübəsindən faydalanmaqla rəqabətədavamlı məhsul istehsal edən müəssisələrin, həmçinin yeni iş yerlərinin yaradılmasına yönəldilmişdir.

Belə ki, cari ilin ötən 5 ayı ərzində iqtisadiyyatın bütün sahələrində dövlət texniki və maliyyə dəstəyi ilə 71 istehsal və xidmət sahəsi istifadəyə verilmiş, 35 istehsal və xidmət sahəsinin yaradılması istiqamətində işlər davam etdirilmişdir.
Sahibkarların hüquqlarının daha etibarlı müdafiəsi məqsədilə 2020-ci ilin ötən dövrü ərzində “Qаynаr хətt” vаsitəsilə 2403 sаhibkаrlıq subyеkti ilə mааrifləndirmə istiqаmətində iş аpаrılmış, onlar müxtəlif tədbirlər haqqında məlumatlandırılmışdır.

Ardını oxu...

Baytarlıq xidmətinin təşkili qida təhlükəsizliyinin təmin olunmasında əsas rol oynayan faktorlardan biridir. Bununla yanaşı, bu sahənin inkişaf etdirilməsi yoluxucu və parazitar xəstəliklərə qarşı mübarizədə həyati əhəmiyyət kəsb etməklə son dövrlərdə daha aktual xarakter almışdır. Muxtar respublikamızda baytarlıq xidmətinin müasir tələblərə uyğun qurulması, maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Muxtar respublikada baytarlığın inkişafı üçün lazımi tədbirlər görülür. Naxçıvan Dövlət Universitetində və Naxçıvan Dövlət Texniki Kollecində müvafiq ixtisaslar fəaliyyət göstərir. Həmçinin baytarlıq idarələri və məntəqələri üçün lazımi iş şəraiti yaradılır, süni mayalanmanın tətbiqi ilə bağlı tədbirlər görülür. Epizootik tədbirlərin görülməsi üçün dərmanlarla təminat vaxtında həyata keçirilir. Görülən işlərin nəticəsidir ki, muxtar respublikada bu sahədə sabitlik vardır”. 

Ardını oxu...

Muxtar respublikada cəmiyyətin normal fəaliyyətinin və davamlı inkişafının təmin olunmasında dayanıqlı və keyfiyyətli enerji təchizatı mühüm rol oynayır. Son illər bu sahənin inkişafı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilmiş, yeni güclər yaradılmış, infrastruktur yenilənmişdir. Yeni yaradılmış güclər daxili istehlakı tam ödəməklə yanaşı, muxtar respublikanı enerji idxalından enerji ixrac edən regiona çevirmişdir.

Ardını oxu...

Son illərdə ölkəmizdə olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da rəsmi statistikanın inkişafına xüsusi diqqət yetirilir, bu sahənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər görülür.

Ardını oxu...

Prezident İlham Əliyevin 2006-cı il 18 may tarixli Sərəncamı ilə hər il iyunun 2-si ölkəmizdə mülki aviasiya işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Məhz 1938-ci il iyunun 2-də Azərbaycanda mülki aviasiyanın təməlini qoymuş ilk aviasiya qrupunun yaradıldığı gündür.

Ardını oxu...

Muxtar respublikada bu ilin ötən 5 ayı ərzində iqtisadiyyatın bütün sahələrində dövlət texniki və maliyyə dəstəyi ilə 71 istehsal və xidmət sahəsi istifadəyə verilib, 35 istehsal və xidmət sahəsinin yaradılması istiqamətində işlər davam etdirilib.

Ardını oxu...

Məqsədli dövlət proqramları aqrar sahənin dinamik inkişafını təmin edib

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında resurs potensialı, məşğulluğun təmin edilməsi və ərzaq təminatı baxımından kənd təsərrüfatı xüsusi əhəmiyyətə malikdir. Buna görədir ki, muxtar respublikada son 25 ildə bu sahənin davamlı inkişafına yönəldilmiş kompleks islahatlar aparılıb. Aqrar sahəyə xidmət edən infrastrukturlar qurulub, texnika parkı genişləndirilib, səmərəli kredit təminatı yaradılıb, proqram xarakterli idarəetmə həyata keçirilib.

Ardını oxu...

Son illərdə muxtar respublikamızda həyata keçirilən mühüm tədbirlərdən biri də “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində görülən işlərdir. 2012-ci ildən başlanılan bu layihə üzrə Naxçıvan şəhərində və onun kəndlərində su və kanalizasiya sistemləri tam yenidən qurulub, əhali keyfiyyətli içməli su ilə təmin olunub. Hazırda muxtar respublikanın rayon mərkəzləri və ətraf kəndlərində bu işlər davam etdirilir.

Ardını oxu...

Muxtar respublikada əhalinin etibarlı ərzaq təminatında quş əti məhsulları və yumurta istehsalı üzrə ixtisaslaşmış müəssisələrin böyük payı var. Belə ki, əhalinin belə ərzaq məhullarına olan tələbatı tamamilə yerli istehsal hesabına ödənilir.
Muxtar respublikada quşçuluq təsərrüfatı üzrə ixtisaslaşmış istehsal müəssisələrindən biri də “Araz-3” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Müəssisədə quş əti və yumurta ilə yanaşı, damazlıq yumurta və cücə istehsalı sahələri də fəaliyyət göstərir.

Ardını oxu...

Bərəkətli və məhsuldar torpaq sahələri olan Culfa rayonunda torpaq mülkiyyətçiləri yenə də böyük həvəslə sahələrə çıxıblar. Artıq Culfa rayonunun aran kəndlərində yaz-tarla işləri aparılıb, dağ kəndlərində isə əkin işləri davam etdirilir.

Ardını oxu...

Bərəkətli və məhsuldar torpaq sahələri olan Culfa rayonunda torpaq mülkiyyətçiləri yenə də böyük həvəslə sahələrə çıxıblar. Artıq Culfa rayonunun aran kəndlərində yaz-tarla işləri aparılıb, dağ kəndlərində isə əkin işləri davam etdirilir.

Ardını oxu...

Bu gün özünün sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş Azərbaycan Respublikasında regionlarda sahibkarlığın inkişafı təmin edilmiş, oradakı əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın davamlı inkişafına, əhalinin məşğulluğunun artmasına və ölkədə yoxsulluğun səviyyəsinin azaldılmasına nail olunmuşdur. 

Ardını oxu...

Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur bu gün müasir Azərbaycan rayonudur. Rayon mərkəzi, bölgənin kəndləri füsunkar bir gözəlliyə qovuşub, yenilənib, müasirləşib. Kəndlə şəhər arasındakı fərqin aradan qaldırılması istiqamətində həyata keçirilən quruculuq tədbirləri bəhrələrini verib. 

Təkcə 2020-ci ilin ötən dövründə inşası başa çatdırılan və hazırda davam etdirilən obyektlərə diqqət yetirmək kifayətdir ki, rayonda həyata keçirilən quruculuq tədbirlərinin coğrafiyası barədə təsəvvürə malik olaq. Belə ki, rayonda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün 2020-ci ilin birinci rübündə bütün maliyyə mənbələrindən əsas kapitala 7 milyon 166 min 300 manat həcmində vəsait yönəldilib. Tikinti-quraşdırma işlərində istifadə olunmuş vəsait 6 milyon 932 min 100 manat təşkil edib. Bəhs olunan dövrdə rayonda 13 müxtəlif təyinatlı obyekt tikilib, yenidən qurulub və ya əsaslı təmir olunub.

Ardını oxu...

Statistika sosial-iqtisadi proqnozların dəqiq verilməsində və inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində əsas vasitədir. Statistik göstəricilərin təhlili müvafiq sahədə inkişaf meyillərinin müəyyənləşdirilməsinə imkan verir. Ölkəmizdə ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə başlamış və sonrakı illərdə uğurla davam etdirilmiş islahatlar rəsmi statistikanın da inkişafına öz təsirini göstərmişdir. Son illərdə muxtar rsepublikada da bu sahənin inkişafına xüsusi diqqət yetirilir, rəsmi statistikanın təkmilləşdirilməsi ilə bağlı tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2 mart 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı” statistika sisteminin müasir tələblərə uyğun inkişaf etdirilməsini, dayanıqlı inkişaf ilə bağlı statistik informasiya təminatının təkmilləşdirilməsini, bu hədəflərə çatmaq üçün statistika sahəsində maddi-texniki bazanın və kadr potensialının möhkəmləndirilməsini təmin etmək məqsədi ilə hazırlanmışdır.   

Ardını oxu...

Nəcəfəlidizə abad kəndlər sırasına qoşulur

“Nəcəfəlidizə gədiyi” adlanan yüksəklikdə dayanıb kəndi seyr edir, bu kiçik yaşayış məntəqəsini oxucuya necə təqdim edəcəyimi düşünürəm. Qarşımda dayanan və yaşı 50-ni, 100-ü ötmüş ağacların qol-budağı altında “itən” evləri, şaqqıldayıb axan dağ çayını, Nəcəfəlidizəyə qucaq açan Əshabi-Kəhf və Nəhəcir dağlarını, dərə-təpənin qoynunda təbiətin min bir şəfalı nemətinin axtarışına çıxanları tək-tək yaddaşıma yazıram. Dayandığım yerdən həm də aramsız işləyən texnika səsi duyulur. Bu səs kəndi abadlığa, yeniliyə, müasirliyə qovuşduran səsdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında arıçılıq qədim ənənələrə malik məşğuliyyət növlərindən biridir. Bu gün isə arıçılığın inkişafı yeni dövrə qədəm qoymuşdur. Dövlət tərəfindən həyata keçirilən aqrar islahatlarda arıçılığın inkişafına xüsusi önəm verilir. Bu sahədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” mühüm yer tutur. Dövlət proqramında arıçılıq təsərrüfatlarında elmi nailiyyətlərin, qabaqcıl təcrübənin tətbiqi üçün sahibkarlar arasında maarifləndirmə işlərinin aparılması, kənd əhalisinin məşğulluğunun artırılması, arıçılıq məhsullarının emalı və qablaşdırılması müəssisələrinin yaradılması kimi bir çox vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulmuşdur.

Ardını oxu...

Babək rayonunda əhalinin ekoloji cəhətdən təmiz içməli suya olan tələbatının ödənilməsi məqsədilə rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizati və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində işlər davam etdirilir.

Ardını oxu...

Sədərək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində yeni meyvə bağının salınmasına başlanılıb.

Ardını oxu...

Muxtar respublikamızın işgüzar həyatında mühüm rola malik olan Naxçıvanbank hər gün yenilənən innovativ xidmət növləri ilə müştərilərin rahatlığını və tərəfdaşlarının korporativ maraqlarının ödənilməsinə çalışır. Müasir texnologiyaların tətbiqi ilə həyata keçirilən yeni “İnternet bank” xidməti də, bu mənada, Naxçıvanbankın müştəriləri üçün məsafədən bir sıra bank xidmətlərinə onlayn rejimdə əlçatanlığı təmin edəcək.

Ardını oxu...

Rəqəmsal ödənişlərin tətbiqinin və istifadəsinin genişləndirilməsi iqtisadi dövriyyələri şəffaflaşdırmaqla, nağd pulla bağlı xərclərin, bank və müəssisələrin əməliyyat xərclərinin azalmasına gətirib çıxarır. Bu da, öz növbəsində, vergi bazasının, habelə əhali və müəssisələrin maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsinə, bank sektorunun kreditləşmə və investisiya imkanlarının gücləndirilməsinə və son nəticədə, iqtisadi artıma şərait yaradır. 

Elektron xidmətlərin tətbiqinin genişləndirilməsi, dövlət-vətəndaş münasibətlərinin müasir əsaslar üzərində qurulması, rəqəmsal iqtisadiyyatın formalaşdırılması kimi məsələlər ölkəmizdə aktuallıq kəsb etməkdədir. Muxtar respublikada da rəqəmsal ödəniş infrastrukturunun inkişaf etdirilməsi, yeni xidmətlərin tətbiqi və əhatə dairəsinin genişləndirilməsi diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 9 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ın da əsas məqsədi əhali, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş imkanlarının daha da genişləndirilməsi və mövcud infrastrukturun təkmilləşdirilməsi ilə əlaqədar tədbirlərin həyata keçirilməsidir.

Ardını oxu...

Valeh Ələsgərov Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri təyin edilib.

 Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

 

 

 

 

Azərbaycan neftinin qiyməti bahalaşır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında meyvəçilik aqrar sektorun perspektivli və kənd əhalisinin əsas məşğulluq sahələrindəndir. Ərazinin ekoloji baxımdan əlverişli olması və qədim təsərrüfatçılıq ənənələri burada özünəməxsus dada, keyfiyyətə, əmtəə görünüşünə malik müxtəlif meyvə sortlarının becərilməsinə imkan verir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə “Şəxsi maliyyənin idarə edilməsi ” adlı onlayn təlim keçirilib. Təlimə “Naxçıvan” Universitetinin İdarəetmə fakültəsinin tələbələri  cəlb edilib.

Təlimin məqsədi şəxsi büdcənin idarə edilməsi, qənaət vərdişlərinin yaradılması, ağıllı borcalma (kredit) üzrə düzgün qərarların verilməsi sahəsində bilik və bacarıqların təkmilləşdirilməsindən ibarətdır.

Ardını oxu...

“Volkswagen” şirkəti Rusiyada 1 099 avtomobili geri çağırıb.

Qərara transmissiya yağlarının sızması səbəb olub.

Qeyd olunur ki, transmissiya yağı dəstəyində qüsurlara görə sızma baş verə bilər.

Ardını oxu...

Azərbaycan neftinin qiyməti bahalaşıb.

Ardını oxu...

Müasir dövrdə dövlətin sosial-iqtisadi inkişafının əsasını təşkil edən əsas amillərdən biri də ixracdır. Bu səbəbdən xarici ticarət dövriyyəsinin həcminin davamlı olaraq genişləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Aktiv xarici ticarət hesabına əldə olunan müsbət saldo ölkənin valyuta ehtiyatlarının artmasına və iqtisadi təhlükəsizliyin təmin olunmasına imkan yaradır. Artıq bir neçə ildir ki, muxtar respublikanın xarici ticarət dövriyyəsində əldə olunan müsbət saldo uğurlu iqtisadi strategiyanın nəticəsidir. Bu istiqamətdə 2020-ci ilin yanvar-mart aylarında da müsbət tendensiya saxlanılmışdır.

Ardını oxu...

Bu gün muxtar respublikamızın şəhər və rayonlarında genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri aparılır, səliqə-sahman yaradılır. Görülən işlər şəhər, qəsəbə və kənd­lərimizin simasının daha da yaxşılaşdırılmasına, baxımlı olmasına xidmət edir.
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsindən aldığımız məlumata əsasən muxtar respublikamızın səfalı bölgələrindən biri olan Ordubad rayonunda kompleks abadlıq və qurucu­luq işləri cari ildə də uğurla davam etdirilir.

Ardını oxu...

Muxtar respublikada aparılan meliorasiya-irriqasiya
işləri torpağa əsl sahiblik nümunəsidir

Əvvəllər Şərur və ya Sədərək istiqamətinə nə vaxt yolum düşsə, Duzdağ ərazisindən tutmuş Kəngərli rayonunun Qıvraq qəsəbəsinə qədər ərazilərdə yolboyu mənzərələr ürəyimi sıxırdı. Yazı, yaşıllığı sevən biri olaraq quru təpəciklər, cadarlaşmış qupquru düzənliklər mənə, sanki ürək ağrısı bəxş edirdi. Düşünürdüm ki, axı torpaq ruzi-bərəkət mənbəyidir. İnsan və canlılar üçün hava qədər torpaq da həyati önəm daşıyır. Qidalanmağımız və sağlam yaşamağımız üçün nə varsa, torpaq öz qoynunda yetişdirir. Amma su olmadıqdan sonra torpağın nə səxavəti?!

Ardını oxu...

Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaradıb, 2020-ci ilin yanvar-aprel aylarında 122 milyon 804 min 100 ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb.

Ardını oxu...

Vəsait qoyuluşları çərçivəsində 2020-ci ilin yanvar-aprel aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 290 milyon 340 min 100 manat vəsait yönəldilib ki, bu da bir il öncəki göstəricidən 0,8 faiz çoxdur.

Ardını oxu...


“Gəmiqaya Taxıl Məhsulları” MMC muxtar respublikada fəaliyyət göstərən kənd təsərrüfatı məhsulları istehsalçılarının nəzərinə çatdırır ki, tələbatdan artıq istehsal olunmuş buğda, arpa və qarğıdalı məhsullarını aşağıda qeyd edilmiş qiymətlərlə satın alır:

Buğda – 38 qəpik
Arpa – 35 qəpik
Qarğıdalı – 40 qəpik

Satış üçün təqdim olunan məhsulun ödənişi yerində həyata keçiriləcək.

Ünvan: Naxçıvan şəhəri,Şəhriyar küçəsi 60
Əlaqə telefonları: (060) 540-75-01, (070) 250-85-81

Artıq dünya gündəmini tamamən məşğul edən pandemiyanın iqtisadi və sosial həyatda vurduğu zərərlərin minimuma endirilməsi və dövlətlərin bu sahədə gələcək fəaliyyət istiqamətləri strateqlərin müzakirə mövzularına çevrilib. Bu mənada, sosial izolyasiyanın qaçınılmaz olduğu və ölkələr arasındakı iqtisadi-ticarət əlaqələrinin də ciddi şəkildə məhdudlaşdığı bir dövrdə ərzaq təhlükəsizliyinin təmin olunması məqsədilə kənd təsərrüfatının inkişaf prioritetləri yeni əhəmiyyət qazanır. Ölkəmizdə, eləcə də muxtar respublikamızda bu sahənin inkişafı, pandemiya və pandemiya sonrası dövrdə qarşıda duran vəzifələrin uğurlu həlli üçün ciddi tədbirlər görülür. Bəhs olunan dövrdə muxtar respublikamızda bu vacib sahənin inkişafı ilə bağlı maraqdoğuran məsələlər barəsində mütəxəssis fikirlərini öyrənmək üçün Naxçıvan Dövlət Universitetinin dosenti, aqrar elmlər üzrə fəlsəfə doktoru Dilsuz Qasımovla həmsöhbət olduq. 

Ardını oxu...

Muxtar respublikada 2020-ci ilin yanvar-aprel aylarında 743 milyon 26 min 800 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz artaraq 1615,3 manat olmuşdur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini-Maliyyə naziri Səbuhi Məmmədov bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə açaraq “Elektron nəzarət portalı”nın istifadəyə verilməsinin tikinti-quraşdırma işlərinin dəyərinin hesablanması baxımından mühüm əhəmiyyət kəsb etməsindən danışıb. Qeyd edilib ki, portalın yaradılmasında məqsəd muxtar respublikada həyata keçirilən ­tikinti-quraşdırma işlərində şəffaflığın və qiymət intizamına nəzarətin daha effektiv və çevik şəkildə təmin edilməsindən ibarətdir.

Ardını oxu...

Muxtar respublika iqtisadiyyatında mühüm sahələrdən biri olan əkinçilik məhsulları istehsalında Kəngərli rayonunun özünəməxsus payı var. Torpaq mülkiyyətçiləri hərtərəfli dövlət qayğısından səmərəli istifadə edərək daxili bazarın qorunmasında səy və bacarıqlarını əsirgəmir, qazandıqları uğurları ildən-ilə artırırlar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən muxtar respublikanın bütün şəhər və rayonları üzrə suvarılan torpaq sahələrinin xəritələri toplu şəklində nəşr olunub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı iqtisadiyyatın bir çox sahələrini əhatə etməklə muxtar respublikanın hərtərəfli inkişafına yönəlib.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR