27 Noyabr 2021, Şənbə

2020-ci ilin iyun ayında Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti və onun yerli vergi orqanları tərəfindən muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə yoxlama və monitorinqlər aparılıb, 8 vergiödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib və müvafiq tədbirlər görülüb. Operativ vergi nəzarəti tədbirləri zamanı 2 vergiödəyicisinin “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması, 2 şəxsin vergi orqanlarında uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olması, 4 şəxsin isə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığortahaqqının ödənilməsi haqqında qəbz” almadan fəaliyyət göstərməsi aşkarlanıb və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb. Qeyd olunan dövrdə müvafiq icra hakimiyyəti orqanları ilə birgə 17 işəgötürəndə aparılmış araşdırmalar zamanı 24 yeni əmək müqaviləsinin bağlanmasına nail olunub.

Naxçıvan Muxtar Respublikası
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

Ərzaq təhlükəsizliyinin təmin olunmasında başlıca amillərdən biri əkinçilik məhsullarının su ilə təminatıdır. Son illər muxtar respublikada bu istiqamətdə həyata keçirilən tədbirlərin davamlı xarakter alması hər bir naxçıvanlını ürəkdən sevindirir. Çünki həmin tədbirlərin nəticələrini hər birimiz öz həyatımızda görürük. 

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən aldığımız məlumatda bu təsərrüfat ilində də çəkilən zəhmətin hədər getməyəcəyi bildirilir. Çünki zəhmətə bağlanan insanların maddi rifah halının daha da yaxşılaşdırılmasında əvəzsiz rolu olan torpaqlardan səmərəli istifadə diqqət mərkəzində saxlanılıb. Bu tədbirlər cari ilin yanvar-iyun ayları ərzində bir neçə istiqamətdə həyata keçirilib. Belə ki, bəhs olunan dövrdə suvarma mövsümünü mütəşəkkil təşkil etmək məqsədilə cəmiyyətin tabe təşkilatları tərəfindən kanal və arxlarda lildən təmizlənmə işləri davam etdirilib, suvarılan sahələrdə qrunt sularının səviyyəsini aşağı salmaq üçün müvafiq işlər görülüb. Hidrotexniki qurğularda təmir işləri yerinə yetirilib, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına və su ehtiyatlarından qənaətlə istifadəyə imkan verən müasir suvarma sistemlərinin quraşdırılması davam etdirilib, suvarma suyundan səmərəli istifadə olunmasına nəzarət həyata keçirilib.

Ardını oxu...

Son illər muxtar respublikamızda baytarlıq sahəsində həyata keçirilən kompleks tədbirlər kənd təsərrüfatının dinamik inkişafına, bol məhsul istehsalına, bir sözlə, ərzaq təhlükəsizliyinin təmin olunmasına əlverişli şərait yaradıb. Baytarlıq idarələri üçün yeni inzibati binaların inşa olunması, onların maddi-texniki bazalarının yenilənməsi, laborator analizlərin və yoxlamaların aparılması üçün müasir avadanlıqların istifadəyə verilməsi, ən ucqar dağ kəndlərində belə, baytarlıq məntəqələrinin fəaliyyət göstərməsinin nəticəsidir ki, təsərrüfatlarda heç bir yoluxucu xəstəliyə rast gəlinmir və əhali keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin olunur.

Ardını oxu...

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) xüsusi və çarter reyslərinə aviabilet satışı haqqında müxtəlif məlumatların meydana çıxması ilə əlaqədar AZAL yalnız Nazirlər Kabineti yanında Operativ Qərargahın, aviaşirkətin və ya səfirliyin/konsulluğun təqdim etdiyi rəsmi məlumata etibar etməyi sərnişinlərdən bir daha xahiş edir.

QSC-nin mətbuat xidmətindən bildirilib ki, AZAL aviabilet alışı zamanı aviaşirkətin rəsmi internet saytından (www.azal.az) istifadə etməyi, provokasiyaya uymamağı və qeyri-rəsmi məlumatlara inanmamağı sərnişinlərə tövsiyə edir. Əks halda, sərnişin həm vaxtını, həm də pul vəsaitini itirə bilər.

Ardını oxu...

Naxçıvanın duzu...

...Bundan əvvəl yolu Bakıya düşənlər öz tanış-bilişlərinə Naxçıvan duzundan da bir pay tutardılar. Mağazalarımızda isə qiyməti 7 qəpiyə olan xörək duzu ayaq tutub yeriyərdi. Bu gün isə mağazalarımızda duz tapılmır, istəyirsən bütün dükanları ələk-vələk elə. Yayın isti günündə bir pomidora səpməyə belə, duz tapılmaz. Elə həmin andaca ağlına dəmiryolunun işləməməsi, blokada gəlir. Deyirsən, bəlkə, başqa ərzaq məhsulları kimi duzu da gətirmək çətindir. Yox, tez də fikrindən daşınırsan. Naxçıvan duzu muxtar respublika mərkəzinin cəmi 8 kilometrliyindədir. İraq olsun, bəlkə, o şöhrətli duzun ehtiyatı tükənib? Yox, bu da deyil. Bircə həqiqət budur ki, tükənməz duz ehtiyatına malik olan Naxçıvanın əhalisi duz sarıdan korluq çəkir. Nəzərə alsaq ki, duz ən çox işlənən ərzaq sayılır, onda qarşıya çıxan çətinliyi tam aydınlığı ilə başa düşərik. Bu gün hansı mağazaya baş vurub “duz varmı?” deyə soruşsan “tapılmaz” cavabını eşidərsən.
Bilirəm, bu yazını oxuyanlar bir andaca gileylənəcək: rəhmətliyin qızı, tək duz dərdi olsaydı, nə bəxtəvər idik. Elə piyada mədənə gedib sal duz gətirib evdə özümüz döyərdik...

“Şərq qapısı” qəzeti
19 avqust 1992-ci il

Haşiyəli dağların bəyaz donlu sərvəti...

Bu qiymətli sərvətimiz keçmişdə...

Muxtariyyətin güzgüsünə çevrilən “Şərq qapısı” qəzetinin 1992-ci il 19 avqust tarixli nömrəsindəki “Naxçıvanın duzu...” sərlövhəli məqalədə jurnalist həmkarım muxtar respublikanın təbii sərvəti olan, bir zamanlar el-el, oba-oba gəzən duzun yoxa çıxmasından, istehsal müəssisəsinin fəaliyyətsizliyindən ürəkyanğısı ilə söhbət açır. Keçmişdən bu günə müxtəlif tarixi dövrləri, xalqımızın həyat və məişətini xarakterizə etdikdə bu təbii sərvətin milli kimliyimizlə, varlığımızla necə sıx bağlı olduğunu hiss etmək, duymaq çətin deyil. Bəli, ötən əsrin 90-cı illərinin acı həqiqətləri dədə-babalarımızdan qalma “duz-çörək haqqı” deyib varlığına and içdiyimiz bu nemətə – bir tikə çörək kimi bir çimdik duza da möhtac qoydu naxçıvanlıları. Əsrlərboyu şöhrəti aləmi gəzən, neçə-neçə ticarət karvanlarının yolunu buradan salmağa sövq edən duza bu qədər yaxın olub da öz varına-sərvətinə həsrət qalmaq, həqiqətən, ürək sızladan mənzərədir...

Ardını oxu...

Muxtar respublikamızda yaxın keçmişdə yaşanan çətin və məşəqqətli günlər artıq arxada qalıb. İnsanlar daha çörək növbəsinə dayanmır, qışda soyuqda qalmır, çörəkpulu qazanmaq üçün xaricə getmir. Çünki bu qədim diyarda hər gün bir yeniliyə imza atılır. İnsanların firavan həyatına yönəlmiş Dövlət proqramları, infrastruktur layihələr həyata keçirilir. Bunun nəticəsində muxtar respublikamızın hər bir bölgəsində insanların səmərəli məşğulluğu təmin olunur, onların rifah halını yüksəltmək üçün işgüzar mühit yaradılır, torpaq zəhmət adamlarının əsas iş yerinə çevrilir. Bütün bunları Culfa rayonunun yaşayış məntəqələrində də görmək olar. Boyəhməd kəndi də həmin yaşayış məntəqələrindən biridir. 

Ardını oxu...

Artıq bir neçə ildir ki, muxtar respublikamızda ailə təsərrüfatlarının inkişafı istiqamətində sistemli tədbirlər həyata keçirilir, istehsalın genişləndirilməsi, əhali məşğulluğunun artırılması, ailə biznesinin qurulması diqqət mərkəzində saxlanılır. Bu sahədə görülən tədbirlər çərçivəsində “Ailə təsərrüfatı məhsulları” festivalları keçirilir, istehsal olunan məhsulların satışı üçün əlverişli şərait yaradılır.

Ardını oxu...

İyulun 17-dən etibarən “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Berlin-Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçirməyə başlayacaq.

QSC-nin mətbuat xidmətindən bildirilib ki, uçuşlar avqustun 28-dək həftədə bir dəfə - cümə günləri həyata keçiriləcək. Həmin marşrut üzrə aviabilet satışı xüsusi şərtlərə riayət edilməklə həyata keçiriləcək.

Ardını oxu...

“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən bu il iyulun 1-dək ümumilikdə 541,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən  bildirilib ki, bu vaxtadək AÇG-dən 512,6 milyon ton, “Şahdəniz”dən isə 28,6 milyon ton kondensat çıxarılıb.

 

 

 

İyulun 8-də Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Dubaydan çarter reysi yerinə yetirərək 186 həmyerlimizi vətənə çatdırıb.

AZAL-dan bildirilib ki, yalnız reysdən əvvəl 48 saat ərzində COVID-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb. Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdırlar.

AZAL-ın çarter reysləri Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir.

 

 

 

Ötən günlərdə inşa olunan Darıdağ arsenli su müalicə və istirahət kompleksindən xəbər hazırlamaq üçün birlikdə Culfa rayonuna yollanmışdıq. Burada aparılan tikinti işləri ilə tanış olduqdan sonra haqqında yazı yazmağı planlaşdırdığımız digər ünvanadək maşında Culfa rayonunun dünənindən və bu günündən söhbətləşdik, çox da uzaq olmayan keçmişindən danışdıq. Bəli, ötən əsrin 90-cı illərinin əvvəllərində Culfa rayonu da digər bölgələrimiz kimi çox çətin günlər yaşayırdı. Nə yolları yol idi, nə də küçələri. Kəndlərdə isə vəziyyət daha ağır idi. Soyuq qış günlərində isə çətinliklər daha da artırdı. Həmin dövr yaxşı xatirimizdədir, böyüklər həmişə pis günün ömrü az olar, – deyib heç bir zaman öz inamlarını itirmirdilər. Belə də oldu, müstəqilliyimizin bəhrəsi kimi bu gün Azərbaycan, eləcə də onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamız və onun bölgələri inkişafının zirvəsindədir. Culfa rayonu da illərin quruculuq töhfələrindən pay alıb, burada ən ucqar dağ kəndlərinə qədər rahat yollar çəkilib, hazırda yenə də rayon ərazisində kompleks quruculuq işləri aparılır. 

Avtomobilimiz yolun kənarında ətrafı yaşıllıqla əhatə olunmuş binaya “Nəqşi-cahan Holdinq” Şirkətlər Qrupunun Culfa rayon ərazisində fəaliyyət göstərən “Karbon Qazı Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətinin binasına yaxınlaşdı. Bu gün süfrələrimizin bəzəyi olan “Sirab”, “Badamlı” mineral sularının və digərlərinin hazırlanmasında istifadə olunan karbon qazı məhz bu müəssisənin istehsalıdır. Nəinki Azərbaycanda, hətta Qafqazda ikinci belə bir zavod yoxdur desək, yanılmarıq.

Ardını oxu...

Bu gün muxtar respublikamızda hər bir kənd adamı öz pay torpaq sahəsində istədiyi məhsulu yetişdirə bilər. Bunun üçün torpaq mülkiyyətçilərinə hərtərəfli şərait yaradılıb. Muxtar respublikaya kənd təsərrüfatı texnikalarının gətirilməsi, genişmiqyaslı meliorasiya- irriqasiya tədbirlərinin həyata keçirilməsi, torpaq sahiblərinin yüksək məhsuldarlığa malik toxumlarla təchiz olunması və digər məqsədyönlü tədbirlər kənd adamlarını torpağa sıx tellərlə bağlayıb. Bu gün muxtar respublikanın hər bir yaşayış məntəqəsində təcrübəli əkinçilər, fermerlər, sahibkarlar var. Onlar müxtəlif əkinçilik sahələri ilə məşğul olur, həm öz güzəranlarını yaxşılaşdırır, həm də daxili bazara töhfələrini verirlər.

Ardını oxu...

Naxçıvanın enerji təhlükəsizliyinə yeni töhfə olacaq

Modern dünyanın elə bir başqa bölgəsini tapmaq çətindir ki, burada yaşayan insanlar yaxın keçmişdə Naxçıvanda olduğu kimi çətin enerji çatışmazlığı sınağı versinlər. İndiki gənclər belə çətin günləri görməsələr də ötən 90-cı illərin əvvəllərində Naxçıvanda yaşayan hər kəs həmin qaranlıq gecələri yaxşı xatırlayır. O zaman enerji qıtlığından qışın soyuq, yayın qaynar isti günlərini yaşayan insanların həyat şəraiti, boş dayanmış sənaye müəssisələri, suvarılmayan əkin sahələri, fasilələrlə işləyən rabitə, nəqliyyat infrastrukturu şəbəkəsi, təhsil və səhiyyə müəssisələrində, ümumilikdə, iflic vəziyyətinə düşmüş iqtisadiyyatın bütün sahələrindəki vəziyyət hamını narahat edirdi. Odur ki, yaşanmış bütün bu tarix və sonrakı dövrlərdə dünya iqtisadiyyatında baş verən ümumi proseslər enerji təhlükəsizliyi problemini qabarıq olaraq gündəmə gətirdi. 

Ardını oxu...

Azərbaycan neftinin qiyməti bahalaşıb.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,51 dollar artaraq 44,36 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

 

 

 

İyulun 9-da “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-İstanbul-Bakı marşrutu üzrə daha bir xüsusi reys yerinə yetirəcək.

AZAL-ın mətbuat xidmətindən bildirilib ki, aviabiletlərin satışına aviaşirkətin rəsmi “www.azal.az” saytında başlanılıb. Tariflər avqustun sonunadək yerinə yetirilməsi planlaşdırılan xüsusi reyslərin satışı üçün tətbiq edilən tariflərlə analojidir.

Tələbələr aviabilet alışı zamanı 30 faiz həcmində güzəştdən yararlana biləcəklər. Bu məqsədlə, aviaşirkətin saytında təxsis rəsmiləşdirildikdən sonra immiqrasiya sənədinin və pasportun skan edilmiş surəti saytda geri əlaqə forması və ya “WhatsApp mesenceri” vasitəsilə aviaşirkətin çağırış mərkəzinə göndərilməlidir.

Ardını oxu...

İlin elə bir vədəsidir ki, indi diyarımızın hər tərəfində canlanma yaranıb, texnikaların səsi təbiətin sakit hüzurunu pozub. Əkin sahələrində, təsərrüfatlarda, tarlalarda, meyvə bağlarında aparılan əkin-biçin işləri, becərmə tədbirləri gələcəyin bol nemətinə, muxtar respublikanın çoxdan əldə etdiyi ərzaq təhlükəsizliyinə bir daha əminlik yaradır. Zəhmət adamlarının bu cür həvəslə işlədiyini görəndə belə bir xalq deyimi yadıma düşür: “Pis torpaq yoxdur, pis əkinçi var”. 

Ardını oxu...

Ölkəmizin ixrac məhsulları çoxdur. Müasir dövrdə ixrac olunan brend məhsullar ölkəmizi xarici bazarlarda tanıtmaqla valyuta ehtiyatlarımızın artımında da mühüm əhəmiyyətə malikdir. Bundan əlavə, xarici bazarlarda hamının tanıdığı brend məhsul onun sahibi olan ölkədəki keyfiyyətə ciddi nəzarətdən və işgüzarlıqdan xəbər verir. Bu baxımdan müstəqil Azərbaycanın tərkib hissəsi kimi Naxçıvan Muxtar Respublikasının müasir ixrac potensialı da diqqəti cəlb edir. 

Ardını oxu...

Nüsnüs kəndi Ordubad rayonunun iri yaşayış məntəqələrindəndir. Öz qədimliyi və səfalı görünüşü ilə insanı heyran qoyan bu yaşayış məntəqəsində bir neçə aydır ki, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin inşaatçıları kompleks quruculuq işləri həyata keçirirlər. Belə ki, hazırda kənddə 414 şagird yerlik 3 mərtəbəli məktəb binası əsaslı surətdə yenidən qurulur, bir qədər aralıda isə kənd mərkəzinin inşası davam etdirilir.

Ardını oxu...

Naxçıvan şəhərinin Xətai küçəsində yerləşən Mərkəzi bazarda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası təşkil olunub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında özəl sektora yaradılan əlverişli şərait güclü sahibkarlıq təbəqəsinin formalaşması ilə nəticələnib. Hər bir sahibkar dövlətin dəstəyini və köməkliyini öz fəaliyyət sahəsində aydın müşahidə edir. Görülən bu işlərin fonunda mövcud şəraitə uyğun olaraq vergiödəyicilərinə güzəştlərin təqdim olunması üçün  Vergi Məcəlləsində müəyyən əlavə və dəyişikliklər edilibdir.

Ardını oxu...

Məlum olduğu kimi, bu gün muxtar respublikamızda əhalinin sosial rifah halının yaxşılaşdırılmasını nəzərdə tutan bir çox tədbirlər həyata keçirilir. Belə tədbirlərin mühüm bir hissəsini də sakinlərin fərdi mənzillərə sahib olması təşkil edir. Son illərdə yeni yaşayış binalarının tikilməsi, mövcud olanların dövlət hesabına yenidən qurularaq sakinlərin istifadəsinə verilməsi, o cümlədən müxtəlif əhali quruplarının mənzillərlə təmin olunması bu sahədə görülən işlərin ümumi mənzərəsini ortaya qoyur. Əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasını göstərən amillərdən biri də fərdi yaşayış evlərinin tikintisidir. Diqqət etsək, digər bölgələrimizlə yanaşı, paytaxt Naxçıvan şəhərində də fərdi evlərin sayı ildən-ilə artmaqdadır, eyni zamanda belə evlərə sahiblik marağı da böyükdür. Bəs fərdi evlərin tikintisi ilə bağlı sakinlərdən hansı qaydalara əməl etmələri tələb olunur? Ümumiyyətlə, qanunvericilikdə bununla bağlı hansı müddəalar əks olunub? Mövzu ilə bağlı müvafiq dövlət qurumlarının nümayəndələrini redaksiyamıza dəvət etmişik. Qonaqlarımız Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və informasiya şöbəsinin böyük prokuroru Razi Quliyev, Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin rəisi Vüqar Kazımov, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz əmlak məsələləri şöbəsinin müdiri Əkbər Əliyev və Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı aparatının Şəhər təsərrüfatı, memarlıq və tikinti şöbəsinin müdiri-baş memar İqbal Mahmudovdur. 

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 10 avqust tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı” muxtar respublikamızda tütünçülüyün inkişafına yeni vüsət verib.
Diyarımızın ən böyük bölgələrindən biri sayılan Şərur rayonunda bu bitkinin əkilib-becərilməsinə son illərdə ciddi önəm verilir. Bu günlərdə bölgənin tütünçülüklə məşğul olan torpaq mülkiyyətçiləri ilə görüşüb həmsöhbət olmaq qərarına gəldik. Rayonun Düdəngə kənd sakini, Naxçıvan Muxtar Respublikası Ailə Təsərrüfatları İctimai Birliyinin sədri Mübariz Şirəliyevlə də söhbətimiz bu barədə oldu.

Ardını oxu...

Kolumbiyanın ölkəmizdəki səfirliyi Azərbaycanın bütün biznes birliyini iyulun 7-9-da keçiriləcək “Digital Colombia Investment Roadshow”da iştirak etməyə dəvət olunur.

Səfirlikdən bildirilib ki, “Colombia Investment Roadshow” 2018-ci ildə İngiltərədə yaradılan və Kolumbiyaya birbaşa xarici investisiyaların təşviqi və cəlb edilməsini, eyni zamanda, Böyük Britaniya və Kolumbiyadakı digər qlobal şirkətlər üçün biznes imkanları yaratmağı hədəfləyən bir platformadır.

Ardını oxu...

Bu ilin mart ayından başlayaraq muxtar respublikanın Kəngərli rayonunun Qıvraq qəsəbəsində Rabitə Evi üçün yeni bina inşa olunur.

Rabitə Evi zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir. Burada əhaliyə rabitə xidməti ilə yanaşı, poçt xidmətləri də göstəriləcək. Rabitə Evində iş otaqları, server, “Naxtel” müştəri xidmətləri bölməsi, xidmət zalı, növbətçi otağı, bağlamalar və qəzet-jurnallar üçün 2 otaq, arxiv, iclas zalı, avtomat telefon stansiyası, bufet və qazanxana nəzərdə tutulub.

Ardını oxu...

 İqtisadiyyat Nazirliyi muxtar respublikada fəaliyyət göstərən kənd təsərrüfatı məhsulları istehsalçılarının nəzərinə çatdırır ki, 15 iyul 2020-ci il tarixdən etibarən tələbatdan artıq istehsal olunan meyvə və tərəvəz məhsulları soyuducu anbarlara aşağıdakı qiymətlərlə qəbul olunacaq.

Məhsulları tədarük edən soyuducu anbarların ünvanını və əlaqə telefonlarını bildiririk

Ardını oxu...

Culfa Rayon Rabitə İdarəsindən aldığımız məlumata görə, cari ilin 5 ayı ərzində 141 yeni telefon xətti çəkilib, 489 ünvan genişzolaqlı internet xidməti ilə təmin olunub. Bundan başqa, ayrı-ayrı küçələrdən keçən xətlərdə yaranan nasazlıqlar aradan qaldırılıb.

Ardını oxu...

Bazar iqtisadi münasibətlərinin mühüm tərkib hissəsi olan etibarlı sığorta sisteminin yaradılması ölkəmizdə həyata keçirilən iqtisadi sosial siyasətin əsas məqsədlərindən biridir. Bu mənada, dünyada geniş yayılmış sığorta növlərinin tətbiq olunması və sığorta maarifləndirməsinin genişləndirilməsi məqsədilə aparılan işlər Naxçıvan Muxtar Respublikasında diqqət mərkəzində saxlanılmaqdadır.

“Naxçıvansığorta” Açıq Səhmdar Cəmiyyəti də yaradıldığı ilk gündən etibarən muxtar respublikanın sığorta bazarında aktiv rol oynamaqla qarşısına mühüm vəzifələr qoyub. 2014-cü ilin aprel ayından fəaliyyətə başlamış “Naxçıvansığorta” Açıq Səhmdar Cəmiyyəti muxtar respublikanın işgüzar həyatında mühüm mövqe tutur. Maliyyə bazarlarına nəzarət orqanının müvafiq lisenziyası əsasında sığorta fəaliyyətini uğurla həyata keçirən şirkət hazırda 5 könüllü sığorta növü üzrə xidmət göstərir.

Ardını oxu...

Muxtar respublikada son dövrlər qəbul olunmuş Dövlət proqramlarının uğurlu icrası, keyfiyyətli toxum növlərinin istehsalı, məhsul istehsalçılarına güzəştli şərtlərlə kreditlərin və texnikaların verilməsi aqrar sahənin əsasını təşkil edən bitkiçilik məhsullarının istehsalında davamlı artımı təmin etmişdir.

Ardını oxu...

Hər gün, hər saat dəyişən Şərur başdan-başa, sözün həqiqi mənasında, hər sahədə yeni quruculuq donundadır. Gündən-günə sayı artan təhsil, səhiyyə, mədəniyyət ocaqlarının yeni binaları, salınan yaşayış massivləri, emal və istehsal müəssisələrinin həyata vəsiqə alması, insanların məşğulluq probleminin həllinə nail olunması, informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərinin tətbiqi... Bunlar Şərurun bugünkü mənzərəsidir.

Rayon mərkəzi olan Şərur şəhəri, bölgənin kəndləri bu gün füsunkar bir gözəlliyə qovuşub, yenilənib, müasirləşib. Kəndlə şəhər arasındakı fərqin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər bəhrələrini verib. Kənd yaşayış məntəqələrində müasir infrastruktur yaradılıb. Həyatın bütün sahələrində qazanılan uğurlar isə getdikcə artmaqdadır.

Ardını oxu...

Ötən günlərdə Türkiyə Respublikası Ticarət Nazirliyinin təşkilati dəstəyi ilə beynəlxalq “Aqrovirtual – Kənd təsərrüfatı və heyvandarlıq üzrə avadanlıqlar”ın virtual sərgisi təşkil olunub.
Virtual sərgidə Türkiyə Respublikasının orqanik qida, heyvandarlıq və kənd təsərrüfatı üzrə fəaliyyət göstərən 100-dən artıq şirkəti təmsil olunub. Azərbaycanın digər regionları ilə yanaşı, muxtar respublikanın qabaqcıl ailə təsərrüfatçılarından olan Mehparə Hüseynova da həmin sərgidə iştirak edib.

Ardını oxu...

Bu gün Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan ilk kommersiya təbii qazının TANAP boru kəməri ilə Türkiyəyə nəqlindən 2 il ötür. Boru kəməri ilə cari ilin 5 ayında Türkiyəyə 1,6 milyard kubmetr Azərbaycan təbii qazı nəql edilib. İyunun 29-dək isə Türkiyə TANAP-la 5,8 milyard kubmetr Azərbaycan qazı alıb.

TANAP-la Türkiyəyə kommersiya qazının nəqlinə başlanmasının birinci ili 2 milyard kubmetr qaz tədarük edilib. Ticari əməliyyatların ikinci ili cari il iyunun 30-da bitir və həmin tarixə TANAP-la nəql edilən Azərbaycan qazının həcmi 6 milyard kubmetr olacaq. Sonrakı dövrdə isə boru kəməri ilə ildə 6 milyard kubmetr qaz nəql olunacaq. Kəmərin mövcud ötürücülük qabiliyyəti hazırda 16 milyard kubmetrdir, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. İlkin mərhələdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq. Azərbaycan təbii qazını Avropaya nəql edəcək və TANAP-a birləşdirilən TAP kəmərinə sınaq məqsədilə 21,4 milyon kubmetr qaz vurulub.

Ardını oxu...

Dünya birjalarında neftin qiyməti ucuzlaşır.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,21 dollar ucuzlaşaraq 41,50 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,26 dollar geriləyərək 39,44 dollar təşkil edib.

Ötən günlərdə Türkiyə Respublikası Ticarət Nazirliyinin təşkilati dəstəyi ilə beynəlxalq “Agrivirtual – Kənd təsərrüfatı və heyvandarlıq üzrə avadanlıqların” virtual sərgisi təşkil olunub. Virtual sərgidə Türkiyə Respublikasının orqanik qida, heyvandarlıq və kənd təsərrüfatı üzrə fəaliyyət göstərən 100-dən artıq şirkət təmsil olunub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Babək Rayon İdarəsi tərəfindən Babək şəhərində müasir layihə əsasında bazar inşa edilir.

Burada işlərə mart ayından başlanılıb. Hazırda bazarın dam örtüyü vurulur və digər tikinti işləri aparılır. Burada çoxsaylı mağazalar, qadın və kişi dərzisi, bərbər, baytarlıq apteki, təsərrüfat malları mağazası və yeməkxana yaradılacaq. Bundan başqa kənd təsərrüfatı məhsullarının yarmarkasının təşkili üçün həyətdə açıq bazar da inşa olunacaq. Bütün bunlar Babək şəhəri və ətraf kəndlərin sakinlərinin bazarla bağlı olan qayğılarını uzaq məsafə qət etmədən həll etmələrinə şərait yaradacaq.

Ardını oxu...

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,94 dollar ucuzlaşaraq 40,08 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,93 dollar geriləyərək 37,56 dollar təşkil edib.

 

 

 

Məlumat verdiyimiz kimi, "Kapital Bank" koronavirusun (COVID-19) yayılması səbəbindən ölkədə xüsusi rejim tətbiq edildiyi üçün mütəmadi olaraq tədbirlər həyata keçirir. Bu dəfə bank təhsil, sosial müavinət, ünvanlı sosial yardım və əmək pensiyası alanlara qayğı göstərmək məqsədilə növbəti dəstək kampaniyasına başlayıb. 

Belə ki, istifadə müddəti başa çatan aktiv müştərilərin ödəniş kartlarının müddəti daha bir neçə aylıq uzadılır. Təhsil və tələbə kartları avqustun 30-na, sosial müavinət kartları sentyabrın 30-na, ünvanlı sosial yardım kartları oktyabrın 31-nə əmək, pensiya kartları isə noyabrın 30-dək uzadılır. Bununla da, həmin kateqoriyaya daxil olan müştərilərin filiallara gəlməsinə ehtiyac qalmır.

Qeyd edək ki, hazırda dövriyyədə "Kapital Bank"ın 3 milyondan çox ödəniş kartı var. Bu ödəniş kartları ilə onlayn ödənişlər etmək, ATM-lərdə pul nağdlaşdırmaq, həmçinin müxtəlif alış-veriş mərkəzlərində, klinikalarda, apteklərdə, yanacaqdoldurma məntəqələrində və digər yerlərdə nağdsız ödənişlər etmək mümkündür. "Kapital Bank"ın ölkə üzrə 800-dək bankomatı, 10 minədək POS-terminalı var.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank", 102 filialı və 16 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün “www.kapitalbank.az” saytına, 196 Sorğu mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

İnsanların həyat səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər sırasında içməli su təminatı xüsusi yer tutur. Son illərdə muxtar respublikada yeni su mənbələrinin və su təchizatı infra­strukturlarının istifadəyə verilməsi, membrantipli sutəmizləyici qurğuların quraşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün bir sıra vacib addımlar atılır, genişmiqyaslı layihələr həyata keçirilir.

Ardını oxu...

Azərbaycanda sənayeləşmə siyasətinin əsası ötən əsrin 70-80-ci illərində ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Həmin dövrdə neft maşınqayırma kompleksi, dəzgahqayırma, elektrotexnika və yol-inşaat maşınları , məişət kondisionerləri və digər sahələr inkişaf etdirilmişdir.
Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlişindən sonra ölkəmizdə, eləcə də muxtar respublikamızda sənaye sahəsi özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Müasir dövrdə iqtisadi, sosial və mədəni sahədəki nailiyyətləri ilə diqqəti özünə cəlb edən Naxçıvan Muxtar Respublikası innovativ və rəqabətqabiliyyətli iqtisadi inkişaf modeli qurmaq yolunda uğurlu nəticələr əldə etmişdir. Bu sahədə görülən işlərin nəticəsidir ki, əvvəllər aqrar sahənin üstünlük təşkil etdiyi muxtar respublikada bu gün artıq ümumi daxili məhsul istehsalında sənaye sahəsi ilk yeri tutur.

Ardını oxu...

Bu gün muxtar respublikanın quruculuq xəritəsində bayraq meydanlarının tikintisi də özünə yer alıb. Bu, vüqarımız olan Dövlət bayrağımıza böyük ehtiramın ifadəsidir. Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyi, Culfa və Şahbuz rayonlarında yaradılmış bayraq meydanları insanların sevimli ünvanlarına çevrilib.

Ardını oxu...

Muxtar respublikada təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılıb, 2020-ci ilin yanvar-may aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 62 milyon 535 min 400 manat məbləğində kreditlər verilib,

Ardını oxu...

2020-ci ilin yanvar-may aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 404 milyon 425 min 200 manat vəsait yönəldilib ki, bu da bir il öncəki göstəricidən 1,3 faiz çoxdur.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən bildirilib ki, əsas kapitala yönəldilmiş vəsaitin 384 milyon 137 min 700 manatı və ya 95 faizi tikinti-quraşdırma işlərinin payına düşüb.

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ermənistan Respublikasının Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Ardını oxu...

Dünya birjalarında neftin qiyməti ucuzlaşır.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,14 dollar geriləyərək 42,05 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,27 dollar ucuzlaşaraq 39,48 dollar təşkil edib.

 

 

 

Dünən Şahbuz rayonunda keçirilən əmək yarmarkasında işaxtaranlara 16-sı dövlət və 4-ü özəl sektor olmaqla, ümumilikdə, 20 müəssisədən 130 boş iş yeri təqdim edilib. Qeyd edək ki, əmək yarmarkasında 20 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin olunub, 2 nəfərin isə özünüməşğulluq proqramına cəlb edilməsi üçün qeydiyyatı aparılıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 6 fevral tarixli Sərəncamı ilə 2020-ci ilin muxtar respublikamızda “İxrac ili” elan olunması yerli istehsalçılara ixrac imkanlarından tam yararlanmaq üçün geniş imkanlar açıb. Belə ki, ötən dövrdə bu istiqamətdə mühüm işlər görülərək muxtar respublikanın sosial-iqtisadi imkanları daha da genişləndirilmiş, iqtisadi perspektivləri nəzərə alınaraq lazımi infrastruktur yaradılmışdır. Təbii ki, bütün bunlar daxili bazarın hərtərəfli təminatında əsas rol oynamış, idxal məhsulların həcmi dəfələrlə azalmışdır. Artıq Naxçıvanda yerli və idxal xammal əsasında işləyən çox sayda sənaye müəssisələri fəaliyyət göstərməkdədir.

Ardını oxu...

Muxtar respublikada 2020-ci ilin yanvar-may aylarında 1 milyard 7 milyon 285 min 500 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz artaraq 2190 manat olmuşdur.

Ardını oxu...

“Azərbaycan Hava Yolları” QSC (AZAL) COVID-19 pandemiyası dövründə əl yükünün daşınması qaydalarında dəyişikliklər edib.

AZAL-dan  bildirilib ki, yeni qaydalara əsasən, təyyarə salonuna əl yükünün keçirilməsi qadağandır. Bu dəyişikliklər həm daxili, həm də beynəlxalq reyslərlə səyahət edən bütün sərnişinlərə şamil edilir. Bu tədbiri tətbiq etməklə aviaşirkət təyyarə salonunda növbəni minimuma endirməyə və sərnişinlərin təyyarəyə maneəsiz daxil olmasını təmin etməyə çalışır.

Ardını oxu...

Cari ilin yanvar-may aylarında Azərbaycandan MDB ölkələrinə 580 milyon 34 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, bu göstərici 2019-cu ilin müvafiq dövrünə nisbətən 132,8 milyon dollar çoxdur.

Bu ilin 5 ayında Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 1 milyard 107 milyon 739 min dollar olub.

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı və Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) birgə təşkilatçılığı ilə iyun ayında virtual formatda Azərbaycan–Türkiyə Sahibkarlar Forumunun keçirilməsi planlaşdırılır.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA)  bildirilib ki, forumun məqsədi gənc sahibkarlara, startaplara məlumat mübadiləsi və əməkdaşlıq imkanı yaratmaq, ticarət və biznes əlaqələrinin genişləndirilməsinə dəstək olmaqdır. Tədbirdə Türkiyənin turizm, inşaat, tekstil, ekologiya (yaşıl enerji), qida sənayesi, ictimai iaşə, enerji, multimedia, təhsil, konsaltinq, hüquq, logistika və sair sahələrdə fəaliyyət göstərən 90-dək şirkətinin iştirakı nəzərdə tutulur. Onlayn foruma qatılacaq yerli sahibkarlar biznes əlaqələrini genişləndirmək, Türkiyənin biznes təcrübəsini öyrənmək, bu bazara çıxış imkanları ilə tanış olmaq imkanı əldə edəcəklər.

Ardını oxu...

Dünya birjalarında neftin qiyməti bahalaşıb.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,40 dollar artaraq 41,91 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,37 dollar bahalaşaraq 39,21 dollar təşkil edib.

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR