17 Oktyabr 2021, Bazar

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Dövlət Baytarlıq Xidmətinin əməkdaşları Babək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı rayonun bir neçə ailə təsərrüfatı başçıları ilə tədbir keçiriblər.
Tədbiri Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Məhəmməd Seyidov açaraq qeyd edib ki, muxtar respublikada ailə təsərrüfatlarının inkişafı istiqamətində ardıcıl işlər görülür. Yaradılan şəraitin nəticəsidir ki, ailə təsərrüfatlarının sayı getdikcə artır, ailə biznesi genişlənir.

Ardını oxu...

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,21 dollar ucuzlaşaraq 45,16 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,26 dollar azalaraq 42,63 dollar təşkil edib.

 

 

 

Hər hansı bir yaşayış yeri ilk olaraq qədim tarixi və yetişdirdiyi görkəmli şəxsiyyətləri ilə tanınır. Bu baxımdan Şərur rayonundakı Cəlilkəndin adını çəkmək kifayətdir. Böyük demokrat ədib Cəlil Məmmədquluzadə və görkəmli rəssamımız İbrahim Safinin adı ilə qoşa çəkilən Cəlilkənd 1961-ci ildən bu adı daşıyır. Bu yurd yeri Şərur şəhərindən 4 kilometr şimal-şərqdə, Naxçıvan-Sədərək avtomobil yolunun kənarında yerləşir. Ən qədim yaşayış məskənlərindən biri olan bu kənddə II minilliyin əvvəllərinə aid edilən və xalq arasında “qalaça” adlandırılan siklop tikililər mövcuddur. Şərur rayonundakı yeganə “Buzxana” tarix-memarlıq abidəsi də bu kəndin payına düşüb. Ümumiyyətlə, Cəlilkənd qədim tarixi və dəyərli şəxsiyyətləri ilə muxtar respublikamızın sayılıb-seçilən yaşayış məntəqələrindən biridir. 

Ardını oxu...

Son illərdə yaranmış yeni iqtisadi şəraitdə ölkəmizin ixrac potensialının daha da artırılması və onun qeyri-neft məhsulları istiqamətində şaxələndirilməsi, qəbul olunmuş mühüm qərarlar “Made in Azerbaijan” brendinin formalaşdırılması və onun dünyaya tanıdılması zərurətini bir daha ortaya qoyub. Təbii sərvətlərlə çox zəngin olan Naxçıvanda özəl bölmənin inkişafına göstərilən dövlət dəstəyinin daha da artırılması bu baxımdan öz bəhrəsini verib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətində keçirilən kollegiya iclasını xidmətin rəisi Əli Hüseynəliyev açaraq məruzə edib.
Bildirilib ki, şəhərdaxili nəqliyyatda istifadə edilməsi üçün Çin Xalq Respublikasının istehsalı olan 6 ədəd “King-Long” markalı yeni avtobus və onlara aid ehtiyat hissələri alınaraq gətirilib, iyunun ­ 22-də avtobusların təqdimatı ke­çirilib. 2019-cu ilin yanvar ayından etibarən Naxçıvan şəhərinin Xətai və 21-ci məhəllə sakinlərinin ictimai nəqliyyata olan tələbatını asanlaşdırmaq məqsədilə 9 nömrəli marşrut fəaliyyətə başlayıb, iyun ayının 1-dən etibarən isə şəhərdaxili nəqliyyatda 10 nömrəli marşrut xətti istifadəyə verilib. Bu da əhalinin yeni salınmış Sahil Parkına rahat gediş-gəlişini təmin etmək üçün xüsusi əhəmiyyət daşıyır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində növbəti payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib. Tədbirdə çıxış edən nazir Nicat Babayev bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə nazirliyə mövsümi qazanxana işçilərinin qabaqcadan təlimatlandırılması, bütün ocaqçıların müvafiq kurslara cəlb olunması, habelə tabelikdə olan bərpa müəssisələrinin, eləcə də Ahıllar Evinin qış mövsümünə hazırlığı ilə bağlı müvafiq tədbirlərin görülməsi, sosial könüllülərlə bağlı layihələrin və hərbi hissələr üçün yun corabların toxunması işinin davam etdirilməsi barədə bir sıra tapşırıqlar verilib.

Ardını oxu...

Muxtar respublikada etibarlı ərzaq təminatının yaradılması dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir. Ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm sahələrdən biri olan taxılçılıq kənd təsərrüfatının əsasını təşkil edib əhalinin çörək və un məmulatlarına olan tələbatını ödəməklə yanaşı, heyvandarlığın inkişafında da mühüm rol oynayır.
Son dövrlər geniş vüsət almış meliorasiya və irriqasiya tədbirləri, məhsul istehsalçılarına sərf etdikləri yanacaq və motor yağlarına görə yardımların və gübrələrin, güzəştli şərtlərlə kreditlərin verilməsi bu sahədə iqtisadi aktivliyi daha da artırmışdır.

Ardını oxu...

Muxtar respublikada ərzaq təhlükəsizliyinin etibarlı təminatı üçün əhəmiyyətli addımlar atılır. Qədim diyarda taxılçılıqla məşğul olan torpaq mülkiyyətçilərinə dövlət maliyyə dəstəyinin göstərilməsi, keyfiyyətli toxum sortları və texnikalarla təminat bol məhsul istehsalına, biçin kampaniyasının vaxtında və itkisiz başa çatdırılmasına imkan verir. Bu il Naxçıvanda ən çox taxıl əkininin aparıldığı Babək rayonunda da biçin optimal müddətdə başa çatdırılıb, sahələrdən 37 min 702 ton məhsul tədarük olunub.

          2020-ci ilin məhsulu üçün Babək rayonunda 16 min 172 hektar sahədə əkin aparılıb. Əkin sahələrinin 11 min 767 hektarını taxıl təşkil edib. 11 min 540 hektarda payızlıq, 227 hektarda isə yazlıq taxıl əkilib. Artıq iyun ayından başlayan biçin kampaniyası yekunlaşıb və rayon üzrə 37 min 702 ton məhsul toplanılıb. Nəticələr taxılçılıq sahəsində bir ilkdir. Yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması, taxılçılığa olan marağın ilbəil artması isə təsadüfi deyil. Torpaq mülkiyyətçilərini əkinləri genişləndirməyə vadar edən konkret səbəblər var ki, biz də həmin amilləri təqdim edirik.

Ardını oxu...

“Büdcə təşkilatları üçün beynəlxalq mühasibat uçotunun əsasları” adlı təlim Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində keçirilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin maliyyə və mühasibat uçotu sahəsində çalışan 12 nəfər işçinin cəlb olunduğu təlim mərkəzin tədris zalında iki moduldan ibarət olmaqla, iki gün müddətində keçiriləcək. Təlimin əsas məqsədi mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsi və biliklərinin qiymətləndirilməsindən ibarətdir.

Ardını oxu...

Yay mövsümünün əvəzedilməz məhsulları sırasında qarpız və yemişi böyükdən-kiçiyə hər kəs xoşlayır. Özü də onları əkib-becərməyi bilən təsərrüfatçıdan alanda. Məsələn, qarpız deyəndə ağıla ilk olaraq Nehrəm qəsəbəsi, yemiş deyəndə isə Şahtaxtı kəndi gəlir. Bu günlərdə keyfiyyətli yemişin sorağı ilə bu dadlı və xeyirli məhsulun ana Vətəni hesab olunan Kəngərli rayonunun Şahtaxtı kəndinə üz tutduq.

Ardını oxu...

Muxtar respublikada geniş vüsət alan quruculuq işləri Ordubad rayonunda da sürətlə davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən bu ilin yazından Ordubad şəhərinin mərkəzindəki qədim Cümə məscidində təmir-bərpa işlərinə başlanılıb. Qısa müddət ərzində ümumi sahəsi 890 kvadratmetr olan Cümə məscidinin fasad divarları möhkəmləndirilib, məscidin daxilində hörgü, ətrafında isə abadlıq işləri aparılıb.

Ardını oxu...

Sənayenin inkişafına nail olmadan iqtisadiyyatda hər hansı irəliləyişdən bəhs etməyə dəyməz. Çünki sənaye istehsalı mövcud xammalı istehlakçıya istifadəyə hazır vəziyyətdə çatdırmağa əsaslanır ki, bu da iqtisadiyyatın davamlılığında mühüm rol oynayan istehsalçılıq vərdişlərinin qorunmasına xidmət edir. Buna görədir ki, inkişaf etmiş ölkələrin əksəriyyətində iqtisadiyyatın inkişafı daxili istehsalla birbaşa əlaqəlidir. Ölkə istehsalçıdırsa, deməli, müəyyən bir kütlənin tələbatını ödəyir. Tələbatını ödəyirsə, deməli, bunun qarşılığını alır və bu mənfəətindən də ölkə iqtisadiyyatına öz töhfəsini verir.   

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə Culfa Rayon İcra Hakimiyyəti ilə birlikdə Ərəzin kəndində “Payız əkinləri üçün yay şumunun aqrotexniki qaydalar əsasında aparılmasının əhəmiyyəti” mövzusunda tarla-seminar müşavirəsi keçirilib. 

Ailə təsərrüfatçıları və torpaq mülkiyyətçilərinin iştirak etdiyi tədbirdə payızlıq taxıl əkinlərinə hazırlıq, toxumluq materialın ayrılması və şumun düzgün həyata keçirilməsi məsələlərindən danışılıb.
Rayon İcra Hakimiyyətinin əməkdaşı Valeh Kəngərli çıxışında qeyd edib ki, cari ildə Culfa rayonunda 7 min 589 hektar sahənin taxılı yığılıb ki, bunun da 6 min 216 hektarını buğda, 1370 hektarını isə arpa təşkil edib. Taxıl sahələrinin hər hektarından 26,4 sentner məhsul əldə edilib. Çıxışda bölgədə payızlıq taxıl əkinlərinə hazırlıq məsələlərindən də bəhs olunub.
Diqqətə çatdırılıb ki, yay şumunun vaxtında həyata keçirilməsi və aqrotexniki qaydalar əsasında aparılması məqsədilə 50-dən artıq şum traktorunun qüvvəsindən istifadə olunur. Qısa müddətdə 300 hektardan artıq sahədə şum aparılıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi cari ilin iyul ayında da fəaliyyətini nazirliyin illik iş planının və Dövlət proqramlarının icrası istiqamətində həyata keçirmişdir.
Ötən ay nazirlik əməkdaşları tərəfindən yaz işlərinin optimal müddətdə aparılması, vegetasiya müddətində aqrotexniki tədbirlərdən düzgün istifadə edilməsi, biçin başa çatdıqdan sonra sahələrdən küləşin çıxarılması və keyfiyyətli şum aparılaraq təkrar əkinlərə, həmçinin payız əkinlərinə hazırlıq işlərinin görülməsi, tərəvəz sahələrindən və meyvə bağlarından yığılan məhsulların soyuducu anbarlarda saxlanılması, eləcə də şənbə-bazar günləri keçirilən kənd təsərrüfatı yarmarkasına çıxarılması barədə sahibkarlar və ailə təsərrüfatı üzvləri ilə maarifləndirici söhbətlər aparılmışdır. Ay ərzində Babək, Culfa və Şərur rayonlarından olan təsərrüfat sahibləri üzümlüklərdə, meyvə bağlarında həyata keçirilən kompleks tədbirlər və təkrar əkinlərin əlverişli üsullarla aparılması ilə bağlı nazirliyə müraciət etmişdir. Müraciət olunan məsələlərlə bağlı lazımi tövsiyələr verilmiş, əməli köməkliklər göstərilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında işaxtaran və işsiz şəxslərin məşğulluğunun təmin olunması istiqamətində əmək yarmarkalarının təşkili diqqət mərkəzində saxlanılır.
Bu tədbirlərin davamı olaraq avqust ayının 12-də Sədərək rayonunda keçirilən əmək yarmarkasında işaxtaranlara 7 müəssisədən 72 boş iş yeri təqdim Əmək yarmarkasında 11 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin olunmuş, 3 nəfərin ictimai işlərə, 2 nəfərin peşə kurslarına, 6nəfərin isə özünüməşğulluq proqramına cəlb edilməsi üçün qeydiyyatı aparılıb.
Qeyd edək ki, növbəti əmək yarmarkası avqust ayının 13-də Kəngərli rayonunda keçiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti

Müasir şəraitdə bank sektoru qarşısında duran vəzifələrdən biri iqtisadi artım dinamikasının qorunub saxlanılması və yeni layihələrin həyata keçirilməsi üçün sərfəli kredit təkliflərinin verilməsidir. Naxçıvan Muxtar Respublikasında bu vəzifələrin uğurla yerinə yetirilməsi yeni istehsal və xidmət sahələrinin yaradılmasına, əhali məşğulluğunun təmin edilməsinə yaradılan şərait bəhrəsini verməkdədir. “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti əvvəlki dövrlərdə olduğu kimi, cari ilin ilk yarısında da göstərdiyi bank xidmətləri ilə fəaliyyətini günün tələbləri səviyyəsində qurub.

Ardını oxu...

Muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunmasında yaşayış məntəqələrinin və istehsalat sahələrinin təbii qazla təminatını həyata keçirmək üçün Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətində təsdiq olunmuş iş planına əsasən ardıcıl tədbirlər görülür. Muxtar respublikanın şəhər və rayon ərazilərindən daxil olan müraciətlərə əsasən iyul ayında “Naxçıvanqaz” Servis MMC tərəfindən 66 mənzil (ev) və müxtəlif təyinatlı obyektlər qazlaşdırılmışdır ki, bunun da 65-i əhali, 1-i isə qeyri-əhali abonentdir.

Ardını oxu...

Bu gün ölkəmizin əsas mineral su istehsalçılarından və muxtar respublikanın qabaqcıl ixracatçı şirkətlərindən biri də “Badamlı” Mineral Sular Zavodudur. Şahbuz rayonunun Badamlı qəsəbəsində 2020-ci ildə istifadəyə verilən yeni zavod yüksək texniki imkanlara malikdir və müəssisənin illik istehsal gücü 150 milyon şərti butulkadır.

Ardını oxu...

Dünya birjalarında neftin qiyməti bahalaşıb.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,30 dollar bahalaşaraq 44,80 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,23 dollar artaraq 41,84 dollar təşkil edib.

 

 

 

2020-ci ilin iyul ayında Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti və onun yerli vergi orqanları tərəfindən muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə monitorinq və yoxlamalar aparılıb, 26 vergiödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilərək müvafiq tədbirlər görülüb.
Operativ vergi nəzarəti tədbirləri zamanı 25 vergiödəyicisi tərəfindən “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşınması, 1 şəxsdə sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığortahaqqının ödənilməsi haqqında qəbzin alınmaması faktları aşkar edilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin
mətbuat xidməti

Naxçıvan dünən 

Son üç-dörd ilin ictimai-siyasi hadisələri muxtar respublikamızın iqtisadiyyatına da böyük ziyan vurub. Qıtlıq yaranıb. Bahalıq baş alıb gedir. Adamların yaşayış səviyyəsi xeyli aşağı düşüb. Bir mütəxəssis kimi bunun birinci səbəbini onda görürəm ki, bol suyu, geniş münbit torpağı, günəşli günləri çox olan muxtar respublikamızda son illər kənd təsərrüfatının inkişafına laqeyd münasibət göstərilir. İkinci səbəbi odur ki, indi hamı siyasətlə məşğuldur. Siyasətbazlar düşünmürlər ki, dolanışığımız ancaq torpaqla bağlıdır. Torpaqdan ikiəlli yapışmasaq, iqtisadi böhrandan çıxa bilməyəcəyik.

Axı nə üçün bizim hər cür imkanımız ola-ola özümüzü dolandırmağa gücümüz çatmasın, taxıl və başqa məshullar üçün qonşu dövlətlərin yardımına göz dikək?
Həmişə deyirik ki, bir nömrəli ərzaq məhsulumuz taxıldır. Bu, həqiqətən, belədir. Doğrudan da, taxıl əvəzsiz nemətdir, çörək isə süfrələrimizin şahıdır. İndiki çətinlik dövründə torpaqlardan maksimum istifadə olunmasını, taxılçılığın inkişaf etdirilməsini diqqət mərkəzində saxlamalıyıq. Bu sahə ilə çoxdandır ki, məşğuluq. Yaxşı bilirik ki, hansı torpaqda taxıl əkmək olar. Zəhmət çəkir, bunun əvəzini isə ala bimirik. Camaatın gününün çoxu çörək növbələrində keçir. Kəndli əkdiyi taxılı biçməyə nə texnika tapır, nə də ki üyütməyə dəyirman. Hələ suvarma suyunu demirəm. Şəhərlərdə də çörək növbələrini görəndə adamın ürəyi ağrıyır. Sovetlərdən qalma bir-iki çörək kombinatı var, onların da çoxu fəaliyyətini dayandırıb.
Taxılçılarımızın gileyi də az deyil. Birinci gileyləri ondadır ki, istehsal etdikləri taxılı saxlamağa yer tapmırlar. İkincisi də odur ki, onlara qayğı azdır. Buna görə də məhsul əldə etməkdə çox çətinlik çəkirlər...
Sözümün sonunda demək istəyirəm ki, ana torpaq bir aləmdir. Onun qədrini hamımız bilməliyik. Sinəsində bütün kənd təsərrüfatı bitkiləri ilə yanaşı, taxıl da əkib-becərməklə özümüz-özümüzü dolandıra bilərik. Əgər taxılımız bol olsa yaxşı yaşayar, heç kəsə əl açmaz, heç kəsin yoluna gözümüzü dikmərik.

“Şərq qapısı” qəzeti, 1991-ci il

Ardını oxu...

Dünya birjalarında neftin qiyməti bahalaşıb.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,24 dollar bahalaşaraq 45,23 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,33 dollar artaraq 42,27 dollar təşkil edib.

Ordubad rayonunun Tillək yurdu və Saqqarsu yaylaqlarındakı obalarda heyvandarlarla görüşlər keçirilib. Rayon İcra Hakimiyyətinin əməkdaşı Zamiq Babayev, rayon Baytarlıq İdarəsinin müdiri Pamir Hüseynov, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Əyyub Abdullayev və Dövlət Baytarlıq Xidmətinin sektor müdiri Fariz Şıxəliyev çıxış edərək vurğulayıblar ki, dəniz səviyyəsindən 2 min 500-3 min metr hündürlükdə yerləşən yaylaqlarda Kəngərli, Babək və Ordubad rayonlarının heyvandarları 15 min başdan artıq qoyun-quzu və 700 baş qaramal bəsləyirlər. Oba sakinlərinə mütəmadi olaraq səhiyyə və ticarət xidmətləri göstərilir, mütəxəssislərlə onların görüşləri təşkil edilir.
Görüşdə otlaqlardan düzgün istifadə, oba yerlərində sanitar-təmizlik işlərinə əməl olunması və baytarlıq tədbirlərinin vaxtında aparılmasının əhəmiyyətindən söhbət açılıb.
Sonra mütəxəssislər yaylaqlarda bəslənilən heyvanların sağlamlığı ilə bağlı məsləhət və tövsiyə veriblər.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı
Nazirliyinin mətbuat xidməti

Muxtar respublikanın son üç onillikdə keçdiyi inkişaf və tərəqqi yoluna nəzər salsaq, qədim diyarda möhtəşəm quruculuq tədbirlərinin həyata keçirildiyini və həmin tədbirlərin geniş coğrafiyaya malik olduğunu görərik. Fərq yoxdur, istər şəhər, istərsə də ən ucqar dağ və sərhəd kəndlərində aparılan bu işlərdə bir ali məqsəd əsas götürü­lüb: insanların layiq olduqları səviyyədə yaşamasını təmin etmək. Təbii ki, bu tədbirləri muxtar respublika sakinləri ürəkdən dəstəkləyir və minnətdarlıqlarını bildirirlər. Bu sırada naxçıvanlıların içməli su ilə təminatı xüsusi yer tutur. Neçə illərdir ki, Naxçıvan şəhərində, rayon mərkəzlərində və bu ünvanlara yaxın kənd yaşayış məntəqələrində bu istiqamətdə görülən işlər öz bəhrələrini verməkdədir.

Ardını oxu...

Muxtar respublikada aqrar sahənin inkişafına göstərilən davamlı dövlət qayğısı neçə illərdir ki, öz bəhrələrini verməkdədir. Bu, ərzaq təhlükəsizliyinin və özünüməşğulluğun təmin edilməsində də özünü bariz şəkildə göstərir. Buna nail olunmasında kənd təsərrüfatı mühüm rola malikdir. Ona görə də bu sahənin inkişafı istiqamətində həyata keçirilən kompleks islahatlar, qəbul edilmiş Dövlət proqramlarının uğurlu icrası, subsidiyaların verilməsi, müasir texnologiyaların tətbiqi, meliorasiya və irriqasiya sistemlərinin texniki imkanlarının genişləndirilməsi, keyfiyyətli toxum növləri istehsalının stimullaşdırılması, məhsul istehsalçılarına güzəştli şərtlərlə kreditlərin verilməsi əkinçiliyə marağı daha da artırmaqdadır. Bu sırada taxılçılıq öndə durur. 

Faktlara müraciət edək. Cari ilin məhsulu üçün muxtar respublikamızda 36 min 879 hektar sahədə taxıl əkilmişdir. Ötən il isə bu rəqəm 33 min 308 hektar təşkil edirdi. Zəmilərdən 115 min 649 ton məhsul tədarük edilib. 2019-cu ildə bu rəqəm 102 min 984 ton olub. Hektarın orta məhsuldarlığı da artıb.

Ardını oxu...

Muxtar respublikada daşınmaz əmlakın qeydiyyatı və torpaqlardan səmərəli istifadəyə nəzarət 2020-ci ilin iyul ayında da Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən diqqətdə saxlanılmışdır.

Ardını oxu...

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,09 dollar ucuzlaşaraq 45 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,11 dollar azalaraq 41,84 dollar təşkil edib.

Naxçıvan Muxtar Respublikasında uğurlu sosial-iqtisadi siyasətin əsas istiqamətlərindən biri də dayanıqlı iqtisadi inkişafın təmin olunması şəraitində əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, əmək ehtiyatlarından səmərəli istifadənin, o cümlədən məşğulluğun təminatıdır. Bu sahədə görülən işlərin miqyası ildən-ilə genişlənir, yeni iş yerləri yaradılır, işaxtaranların özünüməşğulluq imkanlarının artırılması diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” da məşğulluq sahəsində kompleks tədbirlərin uğurla davam etdirilməsi üçün yeni imkanlar yaradır. Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında qəbul olunmuş Fəaliyyət Proqramında qeyd olunduğu kimi: “Qarşıdakı dövrdə də ulu öndərin yoluna sadiq qalmaqla Naxçıvan Muxtar Respublikasının inkişafı təmin edilməli, əhalinin yaşayış səviyyəsi daha da yaxşılaşdırılmalı, yeni istehsal sahələri və bununla bərabər iş yerləri yaradılmalı, sosial sahələrin inkişafına diqqət artırılmalıdır”.

Ardını oxu...

 

 

 

Avqustun 6-dan etibarən “Azərbaycan Hava Yolları”nın (AZAL) Bakı-Naxçıvan marşrutu üzrə reyslərinə aviabilet satışı yeni üsulla həyata keçiriləcək.

AZAL-ın mətbuat xidmətindən bildirilib ki, bu istiqamətdə uçuşlara tələbatın yüksək olduğunu və pandemiya dövründə uçuşların sayının məhdud olduğunu nəzərə alaraq qeyd edilən marşrut üzrə aviabilet satışı növbəlilik prinsipi əsasında həyata keçiriləcək. Növbəyə aşağıdakı iki üsulla yazılmaq mümkündür:

- azal.az saytında https://help.azal.az/hc/az/requests/new?ticket_form_id=360000853919 linki vasitəsilə onlayn formanı doldurmaqla

- (+99470) 4374081 nömrəsinə “WhatsApp” vasitəsilə yazılı müraciət edərək.

Müraciət zamanı sərnişinlər mütləq qaydada şəxsiyyət vəsiqəsinin skan edilmiş surətini, həmçinin əlaqə nömrəsini göndərməlidirlər. Naxçıvan istiqamətində reyslərə tələbatın çox yüksək olduğunu nəzərə alaraq aviaşirkət diqqətə çatdırır ki, yaxın tarixlərdə qeyd edilən istiqamətdə uçuşlarda boş yerlər qalmayıb.

 

 

 

Muxtar respublika ərazisində ekoloji tarazlığın qorunması, əlverişli ekoloji mühitin yaradılması, insanların sağlam ətraf mühitdə yaşamasının təmin edilməsi məqsədilə sosial-ekoloji siyasət ötən ay ərzində də uğurla həyata keçirilmişdir. Hesabat ayında ətraf mühitin mühafizəsi, qanunsuz ov edilməsi, meşə fondu torpaqlarından qanunsuz istifadə, ətraf mühitə atılan tullantıların normadan artıq olması hallarına qarşı mübarizə məqsədilə 8 yoxlama-reyd keçirilmiş, 3 inzibati xəta qeydə alınmış və qanunauyğun tədbir görülmüşdür.
Ötən ay ekoloji monitorinqlər davam etdirilmişdir. Bu məqsədlə Şərur, Ordubad, Babək, Şahbuz, Sədərək və Culfa rayonlarının yaşayış məntəqələri ərazilərində monitorinqlər aparılmış, məişət, tibbi və bərk tullantıların idarəolunması kimi fəaliyyət sahələrində qiymətləndirmə işləri həyata keçirilmişdir. İyul ayında Araz və Arpaçay çaylarının muxtar respublikaya daxil olan hissəsindən və Sədərək rayonu ərazisindən keçən Şir arxından su nümunələri götürülərək Sədərək Rayon Su Monitorinq Laboratoriyasında analizlər aparılmış, nəticəyə görə sularda çirklənmə hallarının yol verilə bilən qatılıq həddini keçməsi qeydə alınmamışdır.

Ardını oxu...

2020-ci ilin ilk yarım ilində məcburi dövlət sosial sığorta haqları üzrə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun xəzinə hesabına 55 milyon 288 min 900 manat vəsait daxil olub ki, bu da nəzərdə tutulan məbləğdən 7 milyon 973 min 900 manat və ya 16,9 faiz çoxdur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında camışçılığın tarixi uzaq keçmişə gedib çıxır. Doğma diyarımızın təbii iqlim şəraiti heyvandarlığın bu sahəsinin intensiv inkişafı üçün olduqca münasibdir. Camışçılıq keyfiyyətli ərzaq məhsulları ilə təminatda həmişə mühüm rol oynayıb.

Damazlıq işlərinin muxtar respublikadakı yeni mərhələsində təsərrüfatlarda bəslənilən camışların 2000-3000 kiloqram süd verə bilmələri müəyyən edilib. İnək südünə çevirdikdə, bu, 4000-6000 kiloqram süd deməkdir. Beləliklə, camışları az südlü hesab etmək olmaz. Təcrübələr göstərir ki, camışlar istədikləri qədər su içdikdə süd məhsulunu ilk gündən 8-10 faiz artırırlar.

Ardını oxu...

Azərbaycan neftinin qiyməti bahalaşır.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,61 dollar artaraq 45,11 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

 

 

 

Bu il daha 2 hektar sahədə üzüm bağı salınıb


Sərhəd bölgəmiz Sədərək rayonunda üzümçülük ta qədimdən insanların əsas məşğuliyyət sahələrindən biri olub. Burada yetişdirilən üzüm tarixən şöhrət qazanıb, adla deyilib. Dadı, tamı da digər yerlərdə yetişdirilən eyniadlı məhsullardan seçilir.

Ardını oxu...

İndiyədək sahələrdən 16 ton 594 kiloqram yaş tütün tədarük olunub 

Kəngərli rayonunda inkişaf etdirilən sahələrdən biri də tütünçülükdür. Son illərdə “Cahan Tabak Beynəlxalq” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən rayonda yaradılmış Tütün Yetişdirmə Təsərrüfatı  bu ənənəvi sahənin inkişafını daha da sürətləndirib. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, cari ildə rayonda 31 hektar sahədə tütün əkini aparılıb. Əkin zamanı əsasən “İzmir” və “Virciniya” tütün sortlarından istifadə olunub. Əkinlər cəmiyyətin əməkdaşları və fermerlər tərəfindən həyata keçirilib. Sahələrə vaxtlı-vaxtında aqrotexniki qaydada qulluq göstərildiyindən yüksək məhsuldarlığa nail olunub.

Ardını oxu...

Bu gün muxtar respublikamızın şəhər və rayonlarında genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri aparılır, səliqə-sahman yaradılır. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının cari ilin yanvar-iyun aylarının nəticələrinə nəzər salsaq görərik ki, vəsait qoyuluşlarının 537 milyon 652 min 100 manatı və ya 95,6 faizi tikinti-quraşdırma işlərində istifadə edilib ki, bu da bir il öncəki göstəricidən 0,4 faiz çoxdur. Görülən işlər çərçivəsində bəhs olunan dövrdə muxtar respublikada 145 müxtəlif təyinatlı obyekt tikilib, yenidən qurulub və ya əsaslı təmir olunub, 182 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri hazırda uğurla davam etdirilir. Görülən tikinti-quruculuq işləri təhsil, səhiyyə və mədəniyyət sahələrini də əhatə edib.

Ardını oxu...

Bu gün muxtar respublika iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı üçün ardıcıl tədbirlər həyata keçirilir. Əsas məqsəd bazar iqtisadiyyatı mexanizmləri əsasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli və xarici investisiyaları, müasir texnologiyaları cəlb etmək və qabaqcıl idarəetmə təcrübəsindən faydalanmaqla rəqabətədavamlı məhsul istehsal edən müəssisələrin, həmçinin yeni iş yerlərinin yaradılmasıdır. Bu məqsədlə 2020-ci ilin ilk yarımilində muxtar respublikada sahibkarlara 18 milyon 879 min 100 manat kredit verilib. Həmin kreditin 11 milyon 336 min 100 manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 7 milyon 543 min  manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunub. Bu dövrdə 22 hüquqi və 1223 fiziki şəxs qeydiyyata alınıb.

Ardını oxu...

Muxtar respublika əhalisinə göstərilən rabitə xidmətinin səviyyəsini yüksəltmək məqsədilə həyata keçirilən tədbirlər cari ilin ötən dövrü ərzində də davam etdirilib. Belə ki, muxtar respublikada informasiya və rabitə sahəsinin inkişafı diqqətdə saxlanılıb, Culfa rayonunda Yeni Nəsil Telekommunikasiya Sistemi istifadəyə verilib.

Ardını oxu...

Qədim diyarımızda digər sahələrdə olduğu kimi, su təsərrüfatında da son illərdə böyük uğurlar qazanılıb. Çünki su təmizlik, aydınlıq, həyat deməkdir. Həyatımız isə ərzaq təhlükəsizliyinin təmin olunmasından xeyli dərəcədə asılıdır. Ona görə də bu istiqamətdə həyata keçirilən tədbirlərin davamlı xarakter alması hər bir naxçıvanlını ürəkdən sevindirir. Bəhrələrini hamılıqla gördüyümüz həmin tədbirlərin əsası ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə qoyulub.

Ardını oxu...

Muxtar respublikada çoxşaxəli iqtisadiyyatın formalaşdırılması və sosial sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər “İxrac ili” elan edilmiş 2020-ci ilin yanvar-iyun aylarında da davam etdirilmişdir.
2020-ci ilin ilk yarımilində inkişafı xarakterizə edən əsas göstərici kimi ümumi daxili məhsul istehsalı 1 milyard 310 milyon 168 min 700 manat olmuşdur ki, bu da bir il öncəki göstəricidən 1,1 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,7 faiz artaraq 2847,6 manat olmuşdur. Ümumi daxili məhsulun tərkibində ilk yeri 30,1 faizlik payla sənaye sahəsi tutmuş və maddi istehsalın payı 58 faiz təşkil etmişdir.
2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin yanvar-iyun aylarında sənaye məhsulu 1 faiz, əsas kapitala yönəldilən vəsaitlər 1,4 faiz, kənd təsərrüfatı məhsulu 3,4 faiz, informasiya və rabitə xidmətləri 3,1 faiz artmışdır.

Makroiqtisadi göstəricilər

*) müqayisəli qiymətlər üzrə
**) yanvar-may ayları göstəricisi


Sənaye

Muxtar respublikada həyata keçirilən uğurlu iqtisadi siyasət sənayeləşmə prosesini daha da sürətləndirmiş, rəqabətədavamlı və ixracyönlü məhsullar istehsal edən yeni müəssisələr yaradılmışdır.

Ardını oxu...

İlin əvvəlindən iyulun 1-dək Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” yatağı üzrə təbii qaz və kondensat satışından əldə etdiyi gəlir 197 milyon dollar olub.

Bu barədə ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib. Qeyd olunub ki, yanvar-iyun aylarında Neft Fondunun, o cümlədən “Şahdəniz” üzrə kondensatın satışından əldə olunan gəliri isə 131 milyon dollar təşkil edib.

Sənaye məhəllələri və parkları davamlı inkişaf sahəsində iqtisadi artımın təmin olunması, sosial bərabərlik və ətraf mühitin qorunmasına nail olunmaqda ən təsirli vasitələr hesab edilir. Belə ərazilər sənayenin inkişafını təşviq etməklə yanaşı, müasir texnologiyaların cəlb olunması ilə innovativ imkanların genişləndirilməsi və yenilikçi konsepsiyaların tətbiqinə şərait yaradır.

Sənaye parkları strukturlaşdırılmış bir institusional çərçivə, inteqrasiya olunmuş xidmətlər və digər mövcud olmayan fiziki infrastrukturlar təklif edir. Bunlar istənilən ölkədə sənayeləşmə prosesləri üçün əsas çətinliklər yaradan texnoloji və maliyyə imkanlarının məhdudluğuna, eləcə də infrastrukturun zəif qurulması ilə əlaqədar əməliyyat xərclərinin yüksək olmasına və digər maneələrin aradan qaldırılmasına öz töhfəsini verə bilər.

Ardını oxu...

Muxtar respublikada nağdsız hesablaşmaların əhatə dairəsinin genişləndirilməsi istiqamətində 2020-ci ilin ikinci rübündə bir sıra işlər görülüb. Belə ki, 23 vergiödəyicisi üzrə 209 işçinin rekvizitləri bank orqanlarına göndərilib, bunlardan 7 vergiödəyicisi üzrə 97 işçinin əməkhaqlarının plastik kartlara keçirilməsi təmin olunub. Publik hüquqi şəxs statuslu daha 15 müəssisədə ödənişlərin onlayn və POS-terminallar vasitəsilə qəbulu sahəsində görülən işlər yekunlaşıb. Vətəndaşlar Naxçıvan Muxtar Respublika Xəstəxanası, Doğum Mərkəzi, Kardiologiya Mərkəzi, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası, Ağciyər Xəstəlikləri Dispanseri, Yoluxucu Xəstəliklər Mərkəzi, Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası, Naxçıvan Şəhər Təcili Tibb Mərkəzi, Darı­dağ Arsenli Su Müalicəxanası, Şərur Rayon Uşaq Xəstəxanası, Şərur Rayon Mərkəzi Xəstəxanası və Naxçıvan Dövlət Universitetinin Xəstəxanasına, həmçinin Şahbuz, Ordubad, Babək Rayon Mərkəzi xəstəxanalarına müraciət edən zaman onlara göstərilən xidmətlərin qarşılığını nağdsız qaydada ödəyə bilərlər.

Naxçıvan Muxtar Respublikası
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

Azərbaycanın milli aviadaşıyıcısı avqustun 1-dən etibarən Bakı ilə İstanbul arasında xüsusi reyslərin sayını artıracaq, şəhərlər arasında hava əlaqəsi gündəlik olacaq. Bu gün AZAL aviaşirkəti tərəfindən həyata keçirilən Bakı-İstanbul-Bakı marşrutu üzrə uçuşların sayı həftədə 4 dəfə (çərşənbə axşamı, cümə axşamı, şənbə və bazar günləri) təşkil edir.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildirilib ki, tariflər avqustun sonunadək yerinə yetirilməsi planlaşdırılan xüsusi reyslərin satışı üçün tətbiq edilən tariflərlə analojidir.

Ardını oxu...

2020-ci ilin muxtar respublikada “İxrac ili” elan edilməsi iqtisadi inkişafın prioritet istiqaməti kimi muxtar respublikanın xarici ölkələrlə qarşılıqlı ticarət əlaqələrinin daha da genişləndirilməsinə, xüsusilə də idxalın həcminin azaldılması və ixrac potensialının gücləndirilməsi istiqamətində əsaslı işlərin görülməsinə böyük təkan verib. Verilən tapşırıqların icrası istiqamətində həyata keçirilən tədbirlərin nəticəsidir ki, Nehrəm qəsəbəsindəki “Sumqala” üzümçülük təsərrüfatı da ixrac üçün məhsulların istehsalını xeyli genişləndirməyi qarşısına məqsəd qoyub.

Ardını oxu...

Son illərdə həyata keçirilən sənayeləşmə siyasətinə uyğun olaraq müasir standartlara cavab verən yüzlərlə müəssisə fəaliyyətə başlamış, yeni sənaye sahələri yaradılmış, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artmışdır. Bu gün sənayenin inkişafına yeni təkan vermək, özəl sektorun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə sənaye zonalarının yaradılması uğurla davam etdirilir.

Son illərdə muxtar respublikanın gələcək inkişaf dinamikasını müəyyənləşdirən sənayenin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən sənaye məhəllələrinin qurulması, ixracyönümlü sənaye məhsulları istehsalının genişləndirilməsi, emal müəssisələrinin, böyük sənaye komplekslərinin yaradılması diqqətdə saxlanılmışdır. Bunun nəticəsidir ki, 2020-ci ilin ötən dövrü ərzində 450 milyon 876 min manatdan çox sənaye məhsulu istehsal edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz çoxdur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən iyun ayında məhsul nümunələrinin 81 halda, o cümlədən qida məhsullarının 78 halda keyfiyyət və təhlükəsizlik göstəricilərinin yoxlanılması təmin edilmişdir.
Muxtar respublikaya idxal edilən uşaq qidalarının laboratoriya analizləri aparılaraq keyfiyyət və təhlükəsizlik göstəriciləri yoxlanmış, yerli istehsal məhsullarının keyfiyyətinin qorunması məqsədilə 91 qida istehsalı müəssisəsinə baxış keçirilmiş, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq işlər görülmüşdür. Eyni zamanda meyvə-tərəvəzlərdən hazırlanmış məhsulların keyfiyyətinin nəzarətdə saxlanılması məqsədilə sertifikatlaşdırma prosedurları və monitorinqlər üzrə məhsulların 23 halda standartlara uyğunluğu yoxlanılmış və nöqsan aşkar olunmamışdır.

Ardını oxu...

Hələ qarlı qışa  çox qalır. İndi Naxçıvanın dağlıq bölgələrində ot tədarükünün əsl vaxtı çatıb. Qışın bəzən 5 aydan da artıq davam etdiyi Şahbuzun Kükü, Güney Qışlaq, Biçənək, Ağbulaq, Gömür  və digər dağ kəndlərinə bu günlərdə  yolu düşən arandakı taxıl biçini qədər insanların ot biçininə də səfərbər olduğunu görər. Keçmişdən bu günə dağ otlarını tədarük etməkdə böyük təcrübə toplamış yerli əhali üçün ot biçini  həm  də həyat tərzinin bir parçası, nəsildən-nəslə ötürülən  bir  əmək vərdişidir.  

Ardını oxu...

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR