25 Oktyabr 2021, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində mühasiblər üçün “Kommersiya təşkilatlarında praktik mühasibatlıq” adlı 3 günlük təkmilləşdirici təlimə start verilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən yerli məhsulların daxili və xarici bazarlarda rəqabətədavamlı olması üçün keyfiyyət standartlarına əməl edilməsinə nəzarət işi, o cümlədən təsərrüfat subyektlərinin istehsal-xidmət şəraitinin və məhsul göstəricilərinin texniki normativ-hüquqi aktların, standartların və texniki şərtlərin tələblərinə uyğunluğunun diqqətdə saxlanılması avqust ayı ərzində də davam etdirilmiş, ümumilikdə, məhsul nümunələrinin 219 halda, o cümlədən qida məhsullarının 193 halda keyfiyyət və təhlükəsizlik göstəricilərinin yoxlanılması təmin olunmuş və bu istiqamətdə nöqsan aşkar edilməmişdir. 

Yerli istehsal məhsullarının keyfiyyətinin qorunması məqsədilə 93 qida istehsalı müəssisəsinə maarifləndirmə xarakterli baxış keçirilmiş, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq işlər görülmüşdür.

Ardını oxu...

Şahbuz Rayon İcra Hakimiyyəti tərəfindən ailə təsərrüfatçılarına kömək məqsədilə təşkil edilən yarmarkaya 20-yə yaxın ailə təsərrüfatçısı tərəfindən 52 adda 4 tondan artıq məhsul çıxarılıb.

Yarmarkada rayonun iqliminə uyğun müxtəlif meyvə və tərəvəzlərin, turşuların, şahbuzlu ailə təsərrüfatçılarının  hazırladıqları məhsulların satışı həyata keçiriləcək.

Muxtar respublikamızda təhsilin inkişafına hərtərəfli diqqət və qayğı göstərilir, bu sahədə ardıcıl tədbirlər həyata keçirilir, təhsil müəssisələrinin maddi tədris bazası möhkəmləndirilir, infrastrukturu yenilənir. Təhsilin səviyyəsinin yüksəldilməsi məqsədilə ötən dövr ərzində muxtar respublikamızda 200-dən çox təhsil müəssisəsi üçün binalar tikilmiş və ya əsaslı şəkildə yenidən qurulmuşdur. Muxtar respublikada təkcə 2018-2020-ci illərdə, ümumilikdə, 16 yeni məktəb binası yenidən bərpa olunmuş, təhsil müəssisələri lazımi avadanlıqlarla təchiz edilmiş, məktəblərdə şagirdlərə təhsil almaq üçün əlverişli şərait yaradılmışdır. 

Əvvəlki illərdə olduğu kimi, 2020-ci ildə də təmir-tikinti işlərinin önündə təhsil quruculuğu dayanır. Təkcə 2020-ci ilin birinci yarımili ərzində 656 şagird yerlik 2 ümumtəhsil məktəbi tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Bu dövr ərzində aparılan kompleks quruculuq və abadlıq işləri sırasında Vənənd kənd tam orta məktəbi də yer alıb. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli Qərarı ilə Dizə kənd tam orta məktəbi Vənənd kənd tam orta məktəbinə birləşərək müasir tədris şəraiti ilə təmin olunub, 2020-ci il yanvarın 13-də müəllim və şagirdlərin istifadəsinə verilib.
Tədrisin keyfiyyətinin yüksəldilməsi üçün geniş imkanlar açan müasirtipli, 432 şagird yerlik məktəbdə 3-ü elektron lövhəli olmaqla, 27 sinif otağı, hərbi kabinə, kimya, biologiya və fizika laboratoriyaları, şahmat, kompüter sinifləri, müəllimlər otağı, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları fəaliyyət göstərir.

Ardını oxu...

Günümüzdə kənd təsərrüfatı dünya əhalisinin əsas məşğuliyyət sahəsi hesab olunur və insanların ərzaq ehtiyaclarını yüksəkkeyfiyyətli məhsulla təmin etmək üçün mühüm vəzifələr daşıyır. Həyatın bütün dövrlərində hər hansı böyük və kiçik subyektlər, son nəticədə, kəndli əməyinə borclu olmuşdur. İqtisadiyyatın əsas sektoru kimi xeyli diqqət tələb edən bir sahə olmaqla, kənd təsərrüfatı qida ehtiyaclarını qarşılayır, sənayeni xam maddə ilə təmin edir. Bundan başqa, gəlirlərin yaradılması, ticarət əlaqələrinin formalaşdırılması və digər xidmətlər baxımından milli iqtisadiyyatın dayanıqlı­lığının təmin olunmasında xüsusi əhəmiyyətə malikdir.

Ardını oxu...

Son dövrlər həyata keçirilən mühüm tədbirlər, qəbul edilmiş Dövlət proqramlarının uğurlu icrası, müasir standartlara cavab verən yeni istehsal və xidmət sahələrinin yaradılması, rəqabətədavamlı məhsul növlərinin istehsalı muxtar respublikanın davamlı inkişafını təmin etmiş, ixrac potensialını artırmışdır.
İxrac əsas makroiqtisadi göstəricilərdən biri olub iqtisadi aktivliyi və ümumi inkişafı xarakterizə edir. Bu gün Naxçıvan Muxtar Respublikasından Amerika Birləşmiş Ştatlarına, Türkiyə Respublikasına, Rusiya Federasiyasına, Gürcüstan Respublikasına, İran İslam Respublikasına, Türkmənistan Respublikasına, Oman Sultanlığına və digər ölkələrə məhsullar ixrac olunur.

Ardını oxu...

Gillər havanın, küləyin, yağışın və digər atmosfer hadisələrinin qayalara (çöl şpatlarına) təsiri nəticəsində əmələ gələn “yağlı” torpaqdan ibarət minerallar qarışığıdır. Gillərin mineraloji tərkibində əsas rolu laylı quruluşa malik minerallar oynayır. Müxtəlif nisbətlərdə olan silisium – 4-oksid, alüminium-oksid kimi əsas minerallardan başqa, gillərin tərkibində andoluzit, hidroarqillit, diaspor, korund, monotermit, muksovit, narkit, pirotillit adlı minerallar da ola bilir. Başqa sözlə, gillərin tərkibində əsas komponentlərdən başqa, maqnezium, dəmir, sink, kobalt, fosfor, qızıl, mis, gümüş, kalsium və sair elementlərə malik komponentlər də olur. 

Ardını oxu...

Ailə təsərrüfatı institutu bu gün bütün dünyada özünüməşğulluğun təmini üçün unikal bir sistemdir. Bu sistemin nümunəviliyi ondadır ki, belə fəaliyyət, ilk olaraq yoxsulluğa qarşı güclü mübarizə formasıdır. Digər tərəfdən ailəvi sahibkarlıq fəaliyyəti ailə üzvlərinin hər birinə öz təşəbbüskarlığını zəhmət və bacarığını nümayiş etdirmək üçün geniş imkanlar açır. Son bir neçə ayda məlum pandemiyanın da nəticələri göstərdi ki, bu cür fors-major vəziyyətlərdə əhali sayının daha çox ailə təsərrüfatı birliklərində çalışdığı ölkələrdə dövlətin də üzərinə o qədər ağır yük düşmür. Necə deyərlər, hər bir ailə təsərrüfatı sahibi ailə üzvlərinin tələbatlarını ödəmək üçün digərlərindən daha üstün imkana malik olur. Bu, dövlət üçün də sərfəli sayılır, çünki əhalinin sosial vəziyyətini sabit saxlamaq üçün az vəsait xərcləyir, əvəzində maliyyə imkanlarını digər istiqamətlərə yönəldir. 

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları tərəfindən avqust ayı ərzində kənd təsərrüfatının müxtəlif sahələri ilə əlaqədar müşavirələr, tarla seminarları keçirilib. Həmçinin muxtar respublikada kartof yığımının qısa müddətdə başa çatdırılması, məhsulun Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin və sahibkar­ların soyuducu anbarlarına təhvil verilməsi ilə əlaqədar maarifləndirmə işləri aparılıb. Biçindən sonra təkrar əkinlərin həyata keçirilməsi, əkin sahələrində aqrotexniki qulluğun düzgün və vaxtında aparılması, payızlıq taxıl əkinlərinə hazırlıqla əlaqədar növbəli əkin sisteminə əməl etməklə sahələrin seçilməsi, keyfiyyətli şumun qaldırılması, toxumun dərmanlanmasının əhəmiyyəti mövzularında torpaq mülkiyyətçiləri və ailə təsərrüfatı sahiblərinin iştirakı ilə tarla-seminar müşavirələri keçirilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən avqust ayında payız suvarma mövsümünə hazırlıqla əlaqədar tədbirlər həyata keçirilmiş, 9,3 kilometr beton və torpaq kanal, 11 kilometr ara arxlar və 4,6 kilometr kollektor lildən təmizlənmiş, 500 metr yeni açıq drenaj kanalı qazılmış, 64 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınmışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında yeni texnologiyaların tətbiqi və inkişafı istiqamətində həyata keçirilən tədbirlər 2020-ci ilin avqust ayında da uğurla davam etdirilib.
Stasionar telefon şəbəkəsinin genişləndirilməsi məqsədilə həyata keçirilən kompleks tədbirlərin nəticəsi olaraq ay ərzində muxtar respublika üzrə mövcud avtomat telefon stansiyalarının nömrə tutumları artırılıb, ümumilikdə, 193 yeni telefon nömrəsi abonentlərin istifadəsinə verilib. Bunlarla yanaşı, istismar müddəti ərzində rabitə və abunə qurğularında yaranmış nasazlıqların aradan qaldırılması istiqamətində də operativ və zəruri tədbirlər həyata keçirilib, istismar olunan zaman sıradan çıxmış avadanlıqlar yeniləri ilə əvəz olunub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Əyyub Abdullayevin “Heyvan cinslərinin rayonlaşdırılmasının atlası” və “Naxçıvan Muxtar Respublikasında damazlıq heyvandarlığın inkişafının əsasları” kitabının təqdimatı olub.

Ardını oxu...

 

  Həftənin bazar – hamının təbirincə desək, istirahət günü Naxçıvan şəhərindəki Mərkəzi bazara yollandım. Bu həmin bazardır ki, diyarımızın sakinlərini muxtar respublikamızda istehsal olunan yerli kənd təsərrüfatı məhsulları ilə təmin edir. Lakin bu dəfə buraya kənd təsərrüfatı məhsullarının satış yarmarkasından, ya da bayram yarmarkasından yazı hazırlamaq üçün yox, yeni tədris ili ərəfəsində təşkil edilən ənənəvi məktəbli yarmarkası ilə tanış olmağa gəlmişəm. 

Bazara addım atar-atmaz övladına məktəb ləvazimatları almağa tələsən valideynlərin, məktəbə gedəcəkləri üçün sevinən uşaqların həyəcanını görürəm. Bu məni də şirin xatirələrlə dolu qayğısız məktəb illərinə aparır, bu kövrək hissləri məndə yaşadan yarmarka ilə tanış olmağa tələsirəm. İlk olaraq “Məktəbli yarmarkasına xoş gəlmisiniz” yazısı ilə qarşılaşıram. Yarmarkanın giriş hissəsində məktəbli ləvazimatlarının satış qiymətləri ilə tanışlıqdan sonra içəriyə daxil oluram. Burada, xüsusilə ibtidai siniflərdə təhsil alan övladları ilə birgə alış-veriş edən valideynləri, onlara lazım olan tədris vəsaitlərinə, elmi nəşrlərə nəzər yetirən müəllimləri, eləcə də artıq özü bazarlıq etməyi bacaran şagirdləri dəftər, qələm, çanta və digər ləvazimatlar alan görürəm.

Ardını oxu...

Kəngərli rayonunda fermerlər son illər taxılçılığın inkişafına böyük maraq göstərirlər. Cari ildə rayonun torpaq mülkiyyətçiləri 5 min 906 hektar sahədən 17 min 707 ton taxıl tədarük ediblər. Taxıl zəmilərindən orta hesabla 30 sentner məhsul gö­türülüb. Bu isə ötən ildəkindən çoxdur.

Rayonda payızlıq taxıl əkini kampaniyasına ciddi hazırlıq işləri görülür. Artıq bir neçə gündür, torpaq mülkiyyətçiləri taxıl əkiləcək sahələrdə payızlıq şuma başlayıblar. Bu işə hələlik “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyəti Kəngərli rayon bazasının, eyni zamanda fiziki və hüquqi şəxslərə məxsus müxtəlif markalı 12 şum texnikası cəlb edilib. Texnika və şum aqreqatları vaxtında təmir olunduqdan, yoxlamadan keçirildikdən və iş üçün tam hazır vəziyyətə gətirildikdən sonra sahələrə çıxarılıb.

Ardını oxu...

Muxtar respublika iqtisadiyyatında aqrar bölmənin aparıcı qüvvələrindən biri ailə təsərrüfatlarıdır. Bu gün muxtar respublikanın ərzaq təhlükəsizliyinin təmini, ixracyönümlü və yüksək rəqabətqabiliyyətli məhsul istehsalı aqrar sahədə fəaliyyət göstərən ailə təsərrüfatlarının formalaşmasına şərait yaratmışdır.
Son illər Naxçıvanda ailə təsərrüfatlarının inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 22 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”nın icrası bu baxımdan mühüm əhəmiyyətə malik olmuş, 2018-ci ildə muxtar respublikada 319 ixtisaslaşmış ailə təsərrüfatı yaradılmış, 253 min manatdan çox dövlət maliyyə dəstəyi göstərilmişdir.

Ardını oxu...

Hər il muxtar respublikamızda aparılan genişmiqyaslı quruculuq işləri çərçivəsində Naxçıvan şəhərinə də böyük pay düşür, estetik zövqə uyğun, özünəməxsus memarlıq üslubunda yeni binalar ucaldılır, mövcudları əsaslı şəkildə təmir olunur, yol infrastrukturu müasir formaya salınır, istirahət məkanları tikilərək insanların istifadəsinə verilir. Dünyada keşməkeşli proseslərin hökm sürdüyü 2020-ci ildə də muxtar respublikamızın bütün bölgələrində, o cümlədən paytaxt şəhərimizdə quruculuq işləri öz əvvəlki ritmi ilə davam edir. Məlumat üçün bildirək ki, cari ilin birinci yarısında Naxçıvan şəhərində 22 müxtəlif təyinatlı obyekt tikilib və ya yenidən qurulub, 46 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilir.

Ardını oxu...

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,46 dollar azalaraq 43,46 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

 

 

 

Qədim və zəngin tarixə malik olan muxtar diyarımız son 3 onillik ərzində sürətli inkişaf və tərəqqi yoluna qədəm qoyub. Bu inkişafın təməlində bir sıra amillər dayanır. Yurd yerinin dünəninə ehtiram, bu gününü daha gözəl görmək istəyi, sabahına cavabdehlik hissi. Başlıca amili isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov belə xarakterizə edir: “Bizim bir platformamız, Naxçıvan Muxtar Respublikasında inkişafın bir yolu var: bu, möhtərəm Heydər      Əliyevin yoludur”.

25 ildir ki, bu yol Naxçıvanı dünyanın muxtariyyət statusuna malik olan digər ünvanların ön cərgəsinə çıxarıb. Əsrin dörddəbiri qədər qısa zaman kəsiyində keçdiyimiz yol Naxçıvana yolu düşənlərin böyük heyrətinə səbəb olur.
Konkret olaraq qədim diyarımızda təkcə tikinti-quruculuq, təmir-bərpa işlərinə nəzər salsaq, görülən işlərin həcmi, coğrafiyası qarşısında biz də təəccübümüzü gizlədə bilmərik. Elə götürək 2020-ci ilin ilk yeddi ayını. Bu dövrdə muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 594 milyon 960 min 600 manat vəsait yönəldilib. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çoxdur. Vəsait qoyuluşlarının 568 milyon 785 min 800 manatı tikinti-quraşdırma işlərində istifadə edilib.

Ardını oxu...

Naxçıvanda üzümçülük kənd təsərrüfatı sahələri arasında hər zaman xüsusi çəkiyə malik olub. Tarixə nəzər salsaq, görərik ki, hələ 3000 il öncə qədim Naxçıvan diyarında yaşayan türk tayfalarının əsas məşğuliyyətini üzümçülük təşkil edib. Ona görə də uzun illərdən bəri burada xalq seleksiyası nəticəsində çoxlu sayda qiymətli üzüm sortları yaradılaraq nəsildən-nəslə ötürülüb.
Tarixi mənbələrdə qeyd edildiyi kimi, qədim diyarımızda tez, orta və gecyetişən, xoşagəlimli əmtəə görünüşlü, ağ, qırmızı, sarı, qara və qəhvəyi kişmişi, əsgəri, xəlili, kürdəşi, həmçinin Naxçıvan hüseynisi, bəndi, bənənyari, miskalı, haçabaş, ağ tayfı, ağ aldərə, hənəqırna, Naxçıvan şanısı, Naxçıvan qara üzümü, sahibi, xan üzümü və sair üzüm sortları ulu babalarımızın bizə miras qoyub getdikləri ən gözəl nümunələrdir. Sevindirici haldır ki, dünyanın ən məhsuldar, ən keyfiyyətli, salxım və gilələrinin gözəl görkəmi ilə seçilən adını sadaladığımız üzüm sortları nəinki ölkəmizdə, hətta onun hüdudlarından kənarda da özünə şöhrət qazanıb. Hazırda Rusiyanın Sankt-Peterburq şəhərindəki Ermitajda saxlanılan, Naxçıvan ərazisindən tapılmış, VII əsrə aid üzüm salxımları ilə bəzədilmiş tunc at fiquru əyani şəkildə göstərir ki, bu diyarın yerli əhalisi çox qədimdən üzüm bitkisini necə sevib və qiymətləndirib.

Ardını oxu...

Kəngərli rayonunda fermerlər son illər taxılçılığın inkişafına böyük maraq göstərirlər. Cari ildə rayonun torpaq mülkiyyətçiləri 5 min 906 hektar sahədən 17 min 707 ton taxıl tədarük ediblər. Hər hektar taxıl sahəsindən orta hesabla 30 sentner məhsul götürülüb, məhsuldarlıq ötən ildəkindən daha çox olub.

Rayonda payızlıq taxıl əkini kampaniyasına ciddi hazırlıq işləri görülür. Artıq bir neçə gündür, torpaq mülkiyyətçiləri taxıl əkiləcək sahələrdə payızlıq şuma başlayıblar. Bu işə hələlik “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyəti Kəngərli rayon bazasının, eyni zamanda fiziki və hüquqi şəxslərə məxsus müxtəlif markalı 12 şum texnikası cəlb edilib. Texnika və şum aqreqatları vaxtında təmir olunduqdan, yoxlamadan keçirildikdən və iş üçün tam hazır vəziyyətə gətirildikdən sonra sahələrə çıxarılıb.

Ardını oxu...

Muxtar respublika iqtisadiyyatında aqrar bölmənin aparıcı qüvvələrindən biri ailə təsərrüfatlarıdır. Bu gün muxtar respublikanın ərzaq təhlükəsizliyinin təmini, ixracyönümlü və yüksək rəqabətqabiliyyətli məhsul istehsalı aqrar sahədə fəaliyyət göstərən ailə təsərrüfatlarının formalaşmasına şərait yaratmışdır.
Son illər Naxçıvanda ailə təsərrüfatlarının inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 22 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”nın icrası bu baxımdan mühüm əhəmiyyətə malik olmuş, 2018-ci ildə muxtar respublikada 319 ixtisaslaşmış ailə təsərrüfatı yaradılmış, 253 min manatdan çox dövlət maliyyə dəstəyi göstərilmişdir.

Ardını oxu...

Kəngərli rayonunda fermerlər son illər taxılçılığın inkişafına böyük maraq göstərir. Cari ildə rayonun torpaq mülkiyyətçiləri 5 min 906 hektar sahədən 17 min 707 ton taxıl tədarük ediblər. Hər hektar taxıl sahəsindən orta hesabla 30 sentner məhsul götürülüb. Mütəxəssislərin fikrincə, cari ildə məhsuldarlıq ötən ildəkindən daha çox olub. Bu isə əkin sahələrinin genişləndirilməsi ilə yanaşı, məhsuldarlığın da xeyli artdığını göstərir.

Hazırda rayonda payızlıq taxıl əkini kampaniyasına ciddi hazırlıq işləri görülür. Artıq bir neçə gündür, torpaq mülkiyyətçiləri taxılı biçilən sahələrdə yay şumuna başlayıblar. Bu işə hələlik “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti Kəngərli Rayon Bazasının, eyni zamanda fiziki və hüquqi şəxslərə məxsus müxtəlif markalı 12 şum texnikası cəlb edilib. Texnika və şum aqreqatları vaxtında təmir olunduqdan, yoxlamadan keçirildikdən və iş üçün tam hazır vəziyyətə gətirildikdən sonra sahələrə çıxarılıb.

Hazırda sahələrdən şum edən texnikaların səsi gəlir. Traktorlar bu günə kimi 1450 hektar sahədə şum aparıblar. Taxıl əkinində ilkin və həlledici amil sayılan yay şumundan əvvəl sahələr bitki qalıqlarından təmizlənir, üzvi və mineral gübrələrlə zənginləşdirilir. Şumun lazımi dərinlikdə aparılması da həm mütəxəssislərin, həm də torpaq mülkiyyətçilərinin daimi nəzarətindədir. Bu mühüm kampaniyada iştirak edən texnikaların yanacaqla vaxtlı-vaxtında təmin olunması, sıradan çıxmış hissələrinin təcili dəyişdirilməsi üçün əvvəlcədən kifayət qədər ehtiyat yaradılıbdır.

          Qeyd edək ki, Böyükdüz və Xok kəndlərində aparılan yay şumu daha böyük sahələri əhatə edir.

                                                                                                                                                  Babək İSMAYILOV

         

 

 

 

 

Muxtar respublikamızda aqrar sahənin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər müxtəlif kənd təsərrüfatı məhsulları ilə yanaşı, dənli bitkilərin də istehsal həcminin artmasına öz mübət təsirini göstərib. Xüsusilə qiymətli ərzaq və yem bitkisi sayılan qarğıdalı əkinlərinin sahəsi ildən-ilə genişlənir. Son illərdə qarğıdalı əkinindən müsbət nəticələr əldə olunan bölgələrdən biri də Kəngərli rayonudur.

Qeyd edək ki, rayonun əlverişli iqlim şəraiti, torpaq mülkiyyətçilərinə göstərilən hərtərəfli dövlət qayğısı, əkin-biçin üçün lazımi texnika və mineral gübrələrlə təminat bu qiymətli bitkinin istehsalına marağı daha da artırır. Bunun nəticəsidir ki, cari ildə rayonda bu bitkinin əkin sahələri 76 hektara çatdırılıb.

Xatırladaq ki, dən üçün nəzərdə tutulmuş qarğıdalı tam quruduqdan sonra biçilməlidir. Qarğıdalı dənindən hazırlanan kəpək quşçuluq və heyvandarlıq üçün çox qiymətli yemdir.

Bu il Kəngərli rayonunun Qıvraq qəsəbəsi, Böyükdüz və Xok kəndlərindəki torpaq mülkiyyətçiləri daha çox qarğıdalı əkiblər. Becərmə tədbirlərinin aqrotexniki tələblərə uyğun aparılması üçün lazımi hazırlıq işləri görülüb. Bu da sahələrdən bol məhsul götürüləcəyinə inam yaradır.

 

Babək İSMAYILOV

 

Dünya birjalarında neftin qiyməti bahalaşıb.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,42 dollar bahalaşaraq 46 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,41 dollar artaraq 43,17 dollar təşkil edib.

Muxtar respublikamızda sənayeləşmə istiqamətində həyata keçirilən dövlət siyasətinin uğurlu bəhrələrindən biri də müasir texnologiyaların tətbiqinə əsaslanan yeni istehsal sahələrinin yaradılmasıdır. Bu mənada, Naxçıvan Avtomobil Zavodu da innovativ sənaye imkanlarından yararlanan müəssisələrdən biridir. Hər il dünya avtomobil sənayesində baş verən yeniliklərlə ayaqlaşmağa çalışan bu müəssisə davamlı olaraq öz istehsalında həmin yeniliklərin tətbiqinə çalışır. 

Ardını oxu...

Naxçıvan şəhərindəki Mərkəzi bazarda hər həftəsonu olduğu kimi, ötən şənbə günü də qələbəlik müşahidə edilirdi. Yarmarkaya məhsul gətirən torpaq mülkiyyətçilərinə hərtərəfli şərait yaradılmışdı. Buradakı səliqə-sahman da ilk baxışdan diqqəti cəlb edirdi. Yarmarkada məhsullar bazar qiymətindən 15-20 faiz ucuz təklif olunurdu.
Qeyd edək ki, süni qiymət artımının qarşısının alınması, alıcıların seçim imkanlarının artırılması məqsədilə yarmarkaya 21 istehsal müəssisəsi və 300-ə yaxın ailə təsərrüfatı tərəfindən 165 çeşiddə, 100 tona yaxın məhsul çıxarılmışdı.
Mərkəzi bazarda olarkən əkin və bostan sahələrində yetişdirdikləri məhsulu satan torpaq mülkiyyətçiləri və alıcılarla söhbət zamanı məlum oldu ki, belə tədbirlər bir neçə cəhətdən sərfəlidir. Təşkil olunan yarmarkalar təsərrüfatçı və sahibkarların – kənd zəhmətkeşlərinin min bir zəhmətlə ərsəyə gətirdikləri məhsulları rahatlıqla satmalarına və ailə büdcələrinin gəlirlərini artırmalarına şərait yaradır, həm də daxili bazarı yerli məhsullarla təmin edir.

- Ramiyyə ƏKBƏROVA

 

  

Naxçıvan Muxtar Respublikasında digər sahələrlə yanaşı idmana da xüsusi qayğı ilə yanaşılır. İldən-ilə yenilənən infrastruktur, bu sahənin inkişafı üçün atılan addımlar və idman ictimaiyyətinin səyi nəticəsində qazanılan uğurlara rəğmən mövcud potensiallar daha artığını etməyə imkan verir. Bu baxımdan Ali Məclisin Sədri tərəfindən verilən tövsiyə və tapşırıqlar yeni istiqamətlər müəyyənləşdirib. Belə ki, ötən il bölgədə 5 illik inkişaf strategiyası ilə fəaliyyətinin yeni mərhələsinə başlayan Naxçıvan Futbol Federasiyası göstərilən dəstək və etimad nəticəsində muxtar respublikanın futbol həyatındakı ən önəmli layihəsini reallaşdırmaq üzrədir. Yaxın gələcəkdə federasiyanın təlim məşq kompleksi istifadəyə veriləcək.

Ardını oxu...

Qəbul olunmuş Dövlət proqramlarının uğurlu icrası, aparılan quruculuq işlərinin həcminin ilbəil genişlənməsi Babək rayonunun şəhər, qəsəbə və kəndlərinə yeni ab-hava gətirib. Hər il rayonda geniş abadlıq-quruculuq işləri aparılır, infrastruktur yenilənir.

Ardını oxu...

One of the important points in the overall economic development is the introduction of high-quality, local products to world markets and strengthening the export potential. It is also one of the main factors influencing the rapid development of relations with foreign trade partners and the deepening of international cooperation. The ever-increasing development of export opportunities is one of the main directions of economic policy pursued in the autonomous republic. In this sense, the proclamation of 2020 as the “Year of Export” by the relevant Order of the Chairman of the Supreme Assembly of the Nakhchivan Autonomous Republic has created conditions for improving the export, more efficient use of local export opportunities for entrepreneurs.

    The increase of the economic power of the Autonomous Republic, the policy of diversification, the activities of hundreds of enterprises based on modern technologies and producing competitive products have stimulated positive inclination in foreign trade. The successful achievements have increased the export potential of the autonomous republic and led to the expansion of exports of industrial products. Thus, the foreign trade turnover of the autonomous republic for 6 months of 2020 amounted to 222 million 735,500 US dollars, of which 68.3 percent fell to the share of industrial products. Continuation of the establishment of the Sharur Industrial Neighborhood, production and service areas in the Autonomous Republic will be further increase of the production and export potential in the industrial sector in the future. As a continuation of the achievements in the exportations, in June-July of this year, the Ministry of Economy of the Nakhchivan Autonomous Republic carried out a number of organizational works. The participation of entrepreneurs, as well as households in important economic events both at home and abroad, the growth of the export potential of local products, find potential partners and implement joint cooperation projects was monitored and The participation of one family farmer and 3 business entities in 2 international exhibitions and conferences held online in June-July was ensured.

Ardını oxu...

Kəndimizin kənarından axan kiçik çayın kənarında çoxlu sayda böyürtkən kolları var. May ayının sonu çiçəkləyən, avqust ayında isə yetişən qapqara, şirin giləmeyvəni yığmaq kənd uşaqlarının əsas məşğuliyyətinə çevrilib. Kolun tikanları əllərinə batsa da, elə onu koldan dərib yemək uşaqları hədsiz ­sevindirir.
İnsanların bu giləmeyvəni, xüsusilə səhər tezdən toplamalarının da səbəbi odur ki, həm sərin havada müxtəlif həşəratlardan qoruna, həm də lap təzəcə yetişmişlərini yığa bilirlər. Onu da deyim ki, böyürtkən toplamağa gedən balaca vedrəsini doldurmamış qayıtmaz. Qara rəngli böyürtkəndən dadlı mürəbbə, kompot, cem, qırmızısından isə mövsümündə ağız ləzzəti ilə yeyilən turşu hazırlayarlar. Beləcə, həm özləri istifadə edər, həm də qalanını satar, digərlərinin bu giləmeyvəyə olan tələbatını ödəyərlər. Böyürtkənin təzəsini, eləcə də mürəbbəsini uzaqda olan qohuma pay göndərmək ən əziz sovqat hesab edilir kəndimizdə. Amma yuxarıda da qeyd etdiyim kimi, onu toplamaq hər adamın işi deyil. C vitamini ilə zəngin olan meyvənin təzəsini xüsusi qablarda dondurucuda, hətta qışa da saxlamaq olar.

Ardını oxu...

Son illərdə muxtar respublikada aqrar sektora tətbiq edilən güzəştlər bu sahənin inkişafını stimullaşdırıb, innovativ texnologiyaların tətbiqi məhsuldarlığı artırmaqla yanaşı, torpaqlardan səmərəli istifadə olunmasına da şərait yaradıb. Xüsusilə əhalinin payız-qış mövsümündə meyvə-tərəvəz məhsullarına olan tələbatının yerli istehsal məhsulları ilə tam təmin edilməsində soyuducu anbarların və istixana komplekslərinin rolunu vurğulamaq lazım­dır. Sahibkarlara göstərilən dövlət dəstəyi nəticəsində Naxçıvan şəhərində və rayonlarda müasir istixanalar, soyuducu anbarlar yaradılıb, məhsul bolluğu təmin olunub.

Ardını oxu...

Naxçıvanın ən qədim təsərrüfat sahələrindən biri də arıçılıqdır. Zəngin bitki örtüyü və təbii şərait yüksəkkeyfiyyətli bal istehsalına, göstərilən dövlət qayğısı və dəstəyi isə arıçılıq təsərrüfatlarının sayının ilbəil artmasına səbəb olmuşdur. Arıçılıq aqrar sektorun gəlirli sahəsi olmaqla, qida və müalicəvi xüsusiyyətlərə malik, ekoloji mühitə müsbət təsir edən təsərrüfat növüdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın əsas məqsədi yerli və ənənəvi arı cinslərinin yetişdirilməsi, arı ailələrindən yüksək məhsul götürülməsi üçün köçürülmə ərazilərində zoobaytar qaydalarına əməl edilməsi, xəstəliklərə qarşı vaxtında mübarizə aparılması və məhsul istehsalının artırılması ilə əlaqədar tədbirlərin həyata keçirilməsidir. 

Muxtar respublikada əhəmiyyətli təsərrüfat sahəsi olan arıçılığa göstərilən qayğının nəticəsidir ki, bu sahə yüksək inkişaf mərhələsinə qədəm qoymuş, arıçılıqla məşğul olmaq istəyən sahibkarlıq subyektlərinin sayı ildən-ilə çoxalmışdır. İkinci rübdə Dövlət proqramında nəzərdə tutulan tapşırıqların icrası davam etdirilmiş, arıçılığın inkişafı üçün məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Həmin dövrdə muxtar respublikada fəaliyyət göstərən 3 min 943 arıçı sahibkara məxsus 98 min 400 arı ailəsi qeydiyyata alınmış, hər arı ailəsi üçün 10 manat olmaqla, ümumilikdə, 984 min manat subsidiya arıçılara təqdim edilən plastik kartlar üzrə hesablara köçürülmüşdür. Həmçinin 1 hüquqi şəxsə məxsus arıçılıq məhsulu sertifikatlaşdırılmış, 5 arıçılıq təsərrüfatına 45 min manat dövlət maliyyə dəstəyi göstərilmişdir.

Ardını oxu...

 

Sosial-iqtisadi inkişafla bağlı islahatların həyata keçirilməsi istiqamətində böyük əhəmiyyət kəsb edən məsələlərdən biri regional iqtisadi inkişaf anlayışıdır. Dünya təcrübəsinə nəzər saldıqda görmək olar ki, ölkələrin hərtərəfli inkişafı onların regionlarının və ştatlarının bütövlükdə inkişafı ilə xarakterizə olunur. Bu baxımdan dövlətlər öz iqtisadi və sosial siyasətlərini müəyyən edərkən regionlarının sosial-iqtisadi inkişafı məsələsini əsas prioritet istiqamət kimi əldə tutur və öz inkişaf strategiyalarını bu istiqamət üzərindən həyata keçirirlər. Ölkənin rayonlarının hər birinin ayrı-ayrılıqda inkişafı olmadan ümumi sosial-iqtisadi inkişafdan da ­danışmaq olmaz.

Ölkəmizdə qəbul edilən Dövlət pro­qramlarında regional inkişafla əlaqədar olan məsələlərdən biri də Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf xüsusiyyətləridir. Muxtar respublikamız Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi, özünəməxsus xüsusiyyətlərə və infrastruktura malik olmaqla, təbii-coğrafi şəraiti, insan kapitalı, adət-ənənələri və digər xüsusiyyətləri ilə müxtəlif ehtiyat qruplarını özündə cəmləşdirir. Diyarımızda kənd təsərrüfatının, sənayenin strukturunu möhkəmləndirmək, məşğulluq səviyyəsini yüksəltmək, əhalinin təhsil, səhiyyə və başqa sosial tələbatlarını yaxşılaşdırmaq üçün respublikamızda qəbul edilən Dövlət proqramlarına paralel olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə təsdiq olunmuş və icrası uğurla başa çatmış “Naxçıvan Muxtar Respublikasının Regional İnkişaf Proqramı (2005-2008-ci illər)”, “Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı, həmçinin “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqram” ını xüsusi olaraq qeyd etmək lazımdır.

Ardını oxu...

Cari ilin yanvar-iyul aylarında Azərbaycandan MDB ölkələrinə 809 milyon 899 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.

Dövlət Gömrük Komitəsindən  bildirilib ki, bu göstərici 2019-cu ilin müvafiq dövrünə nisbətən 60,8 milyon dollar çoxdur.

Bu ilin yeddi ayında Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 1 milyard 529 milyon 876 min dollar olub.

 

 

 

Ümumi iqtisadi inkişafda xüsusi çəkiyə malik məqamlardan biri də yüksəkkeyfiyyətli, yerli istehsal məhsullarının dünya bazarlarına çıxarılması, ixrac potensialının gücləndirilməsidir. Bu həm də xarici ticarət tərəfdaşları ilə münasibətlərin daha sürətlə inkişaf etməsinə, beynəlxalq əməkdaşlığın dərinləşməsinə təsir göstərən əsas amillər sırasında yer alır. İxrac imkanlarının daim artan xətt üzrə inkişaf etməsi muxtar respublikada həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindən birini təşkil edir. Bu mənada, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə 2020-ci ilin “İxrac ili” elan edilməsi istehsal olunan məhsulların ixracının təkmilləşdirilməsinə, sahibkarlara yerli ixrac imkanlarından daha səmərəli istifadəyə şərait yaratmışdır.

Muxtar respublikanın iqtisadi qüdrətinin artması, həyata keçirilən diversifikasiya siyasəti, müasir texnologiyalara əsaslanan və rəqabətqabiliyyətli məhsul istehsal edən yüzlərlə müəssisənin fəaliyyəti xarici ticarətdə müsbət meyillərə təkan vermişdir. Qazanılmış uğurlar muxtar respublikanın ixrac potensialının artmasını təmin etmiş, sənaye məhsullarının ixracının da genişlənməsinə səbəb olmuşdur. Belə ki, 2020-ci ilin 6 ayı ərzində muxtar respublikanın xarici ticarət dövriyyəsi 222 milyon 735 min 500 ABŞ dolları təşkil etmişdir ki, bunun da 68,3 faizi sənaye məhsullarının payına düşmüşdür.

Ardını oxu...

Müasir dünya ölkələrində baytarlıq işinin yüksək standartlar əsasında qurulması öz aktuallığı ilə seçilən həyati əhəmiyyətli məsələlərdəndir. Çünki baytarlıq xidmətinin düzgün təşkili insanlar və heyvanlar arasında təhlükəli və yoluxucu infeksion xəstəliklərin qarşısının alınması, epizootik sabitliyin təmin edilməsi yolu ilə ərzaq təhlükəsizliyinin təminatında xüsusi rola malikdir. Digər tərəfdən süni mayalanma tədbirlərinin genişləndirilməsi ilə heyvanların cins tərkibinin yaxşılaşdırılması da heyvandarlığın inkişafına səbəb olur.

Ardını oxu...

Muxtar respublikada 2020-ci ilin yanvar-iyul aylarında 1 milyard 574 milyon 282 min 900 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz artaraq 3421 manat olmuşdur.

Ardını oxu...

Azərbaycan neftinin qiyməti bahalaşıb.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,34 dollar artaraq 45,48 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

 

 

 

Naxçıvan Avtomobil Yolları Dövlət Agent­liyində 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı keçirilən kollegiya iclasını agentliyin direktoru Bəhruz Əsgərov açıb. Bildirib ki, avtomobil yollarında tələb olunan təmir-tikinti işlərinin aparılması və qartəmizləyən texnikaların işlək vəziyyətdə olması təmin edilməli, qum ehtiyatı tədarük olunmalıdır. Həmçinin leysan yağışları zamanı və soyuq qış mövsümündə avtomobil yollarında hərəkətin intensivliyinə nail olunması məqsədilə bütün texnikalara baxış keçirilməli, avtomaşınlar üçün zəncir, avtoqreyderlər üçün bıçaq tədarük edilməlidir. Həmçinin fəhlə və mexanizatorlar mövsümlə əlaqədar iş geyimləri ilə təmin olunmalıdırlar.

Ardını oxu...

Naxçıvan şəhərində keçirilən əmək yarmarkasında işaxtaranlara, ümumilikdə, 64 müəssisədən 694 boş iş yeri təqdim edilib. Həmçinin 43 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin olunub, 15 nəfərin peşə kurslarına, 4 nəfərin özünüməşğulluq proqramına, 6 nəfərin isə haqqı­ödənilən ictimai işlərə cəlb edilməsi üçün qeydiyyatı aparılıb. Naxçıvan şəhərində keçirilən əmək yarmarkasında sosial könüllülərin də iştirakı təmin edilib. Tədbirdə könüllülər vətəndaşlara boş iş yerləri ilə bağlı zəruri informasiyaların verilməsində məşğulluq orqanları əməkdaşlarına köməklik göstəriblər.

Ardını oxu...

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,04 dollar bahalaşaraq 44,94 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,35 dollar azalaraq 42,58 dollar təşkil edib.

Muxtar respublikamızda irimiqyaslı infrastruktur layihələrinin icrası, əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi, bütün sahələrdə maddi-texniki bazanın gücləndirilməsi və insanların rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər davam etdirilməkdədir. Bu işdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 29 mart tarixli Fərmanı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın mühüm rolu vardır. 

Naxçıvanda iqtisadiyyatın əsasını təşkil edən sahələr içərisində kənd təsərrüfatı öz payına görə əhəmiyyətli çəkiyə malikdir. Dövlət proqramında aqrar sahənin inkişafı ilə bağlı müəyyən edilmiş tapşırıqların mühüm əhəmiyyəti vardır. Bu istiqamətdə işlər ikinci rübdə də davam etdirilmişdir. Keçirilən iməciliklərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri iştirak etmiş, mövsümə uyğun meyvə bağlarının salınması və yaşıllıqlara qulluq göstərilməsi barədə tapşırıqlar vermişdir. Muxtar respublikada aprel-iyun aylarında 6,2 hektarı üzüm bağı olmaqla, ümumilikdə, 43,6 hektar yeni meyvə bağları salınmış, 40,6 hektar sahədə meyvə tingləri ilə bərpa işləri aparılmış, 40 min 132 müxtəlif növ meyvə tingləri, 8 min 845 üzüm kolu əkin dövriyyəsinə daxil edilmişdir.
Aqrar sahədə məhsuldarlığa təsir göstərən mühüm amillərdən biri də torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılmasıdır. Aprelin 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Sədərək rayonunda işğaldan azad edilmiş ərazilərdə olmuş, görülən işlərlə maraqlanmışdır. Mayın 21-də Ali Məclisin Sədri yeni alınmış kənd təsərrüfatı texnikalarına baxmış və onlardan səmərəli istifadə ilə bağlı tapşırıqlar vermişdir. Ümumilikdə, ikinci rübdə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində 81 müxtəlif texnika və texnoloji avadanlıq alınaraq ehtiyat yaradılmış, 100 avadanlığın güzəştli şərtlərlə satışı təşkil olunmuşdur. Suvarılan torpaq sahələrinin genişləndirilməsi məqsədilə Şahbuz rayonunda qapalı suvarma şəbəkəsinin tikintisi üçün 270 hektar torpaq sahəsinin topo­qrafik planı hazırlanmışdır. Həmçinin Gilançaydan qidalanması nəzərdə tutulan suvarma xəttinin əhatə etdiyi 1190 hektar torpaq sahəsində topoqrafik planaalma işləri aparılmışdır. Aqrar sahədə sığortanın tətbiqi ilə bağlı tədbirlər də diqqətdə saxlanılmış, 114 baş iribuynuzlu, 260 baş xırdabuynuzlu heyvan və 30 arı ailəsi sığortalanmışdır.
İkinci rübdə muxtar respublikada 168,7 hektar ərazidə torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmışdır. Eyni zamanda Şərur rayonunun Cəlilkəndində 1, Sədərək rayonunun Heydərabad qəsəbəsində 3 subartezian quyusu qazılaraq istifadəyə ­verilmişdir.
Naxçıvan Muxtar Respublikasında aqrar sektorun bütün sahələrində olduğu kimi, heyvandarlıq və quşçuluq təsərrüfatlarının da inkişafına dövlət dəstəyi göstərilir. Bu da həmin təsərrüfatların sayının hər mövsüm daha da artmasına gətirib çıxarır. İkinci rübdə dövlət maliyyə dəstəyi hesabına 1 quşçuluq, 11 heyvandarlıq təsərrüfatının yaradılması, 9 heyvandarlıq təsərrüfatının genişləndirilməsi başa çatdırılmışdır. Həmçinin 2 quşçuluq, 8 heyvandarlıq təsərrüfatının yaradılması, 2 heyvandarlıq təsərrüfatının genişləndirilməsi, 1 heyvandarlıq və 1 quşçuluq təsərrüfatının yenidən qurulması isə davam etdirilmişdir.

Aprel-iyun aylarında torpaqların kadastr uçotu informasiya sisteminin fəaliyyətini təmin edəcək proqram təminatının sınaq rejimində istismarı davam etdirilmiş, qarşıya çıxan nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə bağlı təkliflər hazırlanmışdır. Şahbuz rayonunun Şahbuz, Mahmudoba, Sələsüz və Türkeş bələdiyyələri üzrə reyestr məlumatları yeni xəritələrin üzərinə köçürülmüş, Şərur rayonunun bələdiyyələri üzrə məlumatların daxil edilməsi başa çatdırılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun iştirakı ilə aprelin 9-da Naxçıvan şəhərində “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün yeni kompleks, mayın 22-də isə Şahbuz rayonunun Badamlı qəsəbəsində “Badamlı” Mineral Sular Zavodu istifadəyə verilmişdir. Ali Məclisin Sədri mayın 18-də Muğancıq-Mehrab kəndində tam orta məktəbin, Məmmədsabir kəndində həkim ambulatoriyasının, hər iki kənddə xidmət və kənd mərkəzlərinin, Qarxun-Muğancıq-Mehrab-Məmmədsabir kənd avtomobil yolunun açılışı ilə bağlı tədbirlərdə iştirak etmişdir. Mədəniyyət obyektlərində də təmir-yenidənqurma işləri davam etdirilmişdir. Ali Məclisin Sədri aprelin 15-də Yusif Küseyir oğlu türbəsində, mayın 5-də Naxçıvan şəhər buzxanasında, mayın 27-də isə Kəngərli rayonunun Şahtaxtı kəndindəki Şərq hamamında başa çatdırılan bərpa işləri ilə maraqlanmışdır.
İkinci rübdə proqramın icrasına uyğun olaraq təhsil və mədəniyyət obyektlərində təmir-yenidənqurma işləri davam etdirilmiş, Naxçıvan Dövlət Universitetinin Kitabxanasında, Memarlıq və mühəndislik, Konservatoriya, Beynəlxalq münasibətlər və hüquq fakültələrinin binalarında, Magistratura Mərkəzində, Şərur rayonunda Texniki Peşə və Sürücülük Məktəbinin, Fizika-Riyaziyyat Təmayüllü Liseyin binalarında, Naxçıvan Şəhər Bayraq Meydanında, Pirqəmiş məscidində, Babək Rayon Mədəniyyət Sarayında, “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksində, Əlincə qalasında təmir, Naxçıvan Beynəlxalq Hava Limanına gedən yoldakı “Naxçıvan” abidəsində tərtibat işləri başa çatdırılmışdır.
Mədəniyyət obyektlərinin bərpa olunması ilə yanaşı, ənənəvi xalq yaradıcılığı sahələrinin inkişafı da diqqət mərkəzində saxlanılmış, Naxçıvan Dövlət Xalça Muzeyində milli naxışlı xalça toxunmuş, “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə 809 manat dəyərində 95 əl işi ­satılmışdır.
Dövlət proqramında nəzərdə tutulan və icrası həyata keçirilən tədbirlər muxtar respublikada enerji təchizatı sahəsində müsbət dinamikanın əldə olunmasına gətirib çıxarmışdır. Bu tədbirlərin həyata keçirilməsi ikinci rübdə də diqqət mərkəzində olmuşdur. Ali Məclisin Sədri iyunun 10-da Ordubad rayonunun Tivi kəndində tikiləcək yeni su elektrik stansiyasının layihəsinə baxmış, stansiyanın bünövrəsinə beton qarışığı tökmüş, tikinti işlərinə başlanılması və keyfiyyətə diqqət yetirilməsi barədə tapşırıqlar vermişdir. Aprel-iyun aylarında Kəngərli rayonunun Qabıllı kəndində 3 meqavat gücündə Günəş Elektrik Stansiyasının tikintisi davam etdirilmiş, ikinci rübdən sonra istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun iştirakı ilə keçirilən açılış mərasimində, eyni zamanda Dövlət Energetika Xidmətinə yeni avtomobil və texnikalar da təqdim olunmuşdur.
Naxçıvanda yeni salınan avtomobil yollarının, insanların rahatlığına xidmət edən ictimai nəqliyyat vasitələrinin sayının çoxalması bu sahədə beynəlxalq standartlara cavab verən maddi-texniki bazanın formalaşmasına səbəb olmuşdur. Dövlət proqramında bu istiqamətdə müəyyən edilmiş və əhalinin rahat hərəkətinin təmin edilməsinə yönələn tədbirlər mühüm əhəmiyyətə malikdir. İkinci rübdə şəhərdaxili nəqliyyatda işləyən avtobusların daha müasir və beynəlxalq standartlara cavab verən nəqliyyat vasitələrilə əvəz olunması işi davam etdirilmişdir. Əhaliyə göstərilən nəqliyyat xidmətlərinin səviyyəsini yüksəltmək məqsədilə 6 “King-Long XMQ 6770 G” markalı avtobus alınaraq marşruta buraxılmışdır. Bu münasibətlə iyunun 22-də keçirilən tədbirdə avtobuslara baxış olmuş, Ali Məclisin Sədri xidmətin təşkili ilə bağlı tapşırıqlar vermişdir.
Nəqliyyatın inkişafı cəmiyyətin inkişafı ilə əlaqəli olmuş, istehsal sahələrinin artımında və məhsuldar qüvvələrin formalaşmasında təsiredici amillərdən biri kimi daim təkmilləşmiş və formalaşmışdır. Aprel­-iyun aylarında muxtar respublikada hava və dəmir yolu nəqliyyatında əhaliyə göstərilən xidmətin günün tələbləri səviyyəsində qurulması ilə bağlı işlər görülmüş, Naxçıvan Beynəlxalq Hava Limanının çəpərboyu sektorlarında hasarların hündürlüyü artırılmış, yeni asfalt örtüyü salınmışdır. “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Culfa Lokomotiv Deposunda lokomotivlər 7 dəfə texniki baxışdan keçirilmiş, Culfa İstismar Vaqon Deposunda 11 vaqon təmir edilmişdir. 123 yararsız ağac şpal yarımyararlı şpallarla, 5 yararsız ağac şpal isə yarımyararlı dəmir beton şpallarla əvəz olunmuşdur. Stansiyalarda 50 mis relsbirləşdiricisi, 1910 rezin altlıq dəyişdirilmiş, 4 izolyasiya calaqları və yararsız vəziyyətdə olan 25 izolyator yenisi ilə əvəz olunmuşdur.

Yeni və rahat yollar iqtisadiyyatın inkişafına, insanların isə rahatlığına xidmət edir. Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında qəbul olunmuş Fəaliyyət Proqramında da qeyd olunduğu kimi: “Muxtar respublikada qurulan müasir yollar iqtisadiyyatın şaxələndirilməsinə, yaşayış məntəqələrinin və turizmin inkişafına töhfə verir. Bundan sonra da muxtar respublikada yol tikintisinə geniş yer verilməli, keyfiyyət amilinə xüsusi diqqət yetirilməli, sərnişindaşıma işinə və nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət olunmalıdır. Eyni zamanda yeni texnologiyaların tətbiqi sahəsində fəaliyyət təkmilləşdirilməli, göstərilən xidmətlərin keyfiyyəti yüksəldilməlidir”.
Aprel-iyun aylarında Xanlıqlar-Şərur şəhəri-Yengicə-Şəhriyar-Kürçülü-Kərimbəyli-Dəmirçi kəndləri üzrə avtomobil yolunun tikintisi, Culfa-Ordubad magistral avtomobil yolunun yenidən qurulması davam etdirilmiş, Şərur Rayon Elektrik Şəbəkəsinin Çomaxtur yarımstansiyası binasının və Culfa Rayon Rabitə Evinin ətrafında asfalt-beton işləri, Ərəfsə kəndində XVI-XVII əsrlərə aid körpünün bərpası, Naxçıvan Muxtar Respublikası Süni Mayalan­ma Mərkəzində, Şərur rayonunun ­Muğancıq-Mehrab kəndində, Kəngərli rayonunun Şahtaxtı kəndinin Şərq hamamı hissəsində və Culfa şəhərində yolların yenidən qurulması başa çatdırılmışdır. Ali Məclisin Sədri mayın 15-də Culfa şəhərində Heydər Əliyev prospektinin əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsi ilə bağlı keçirilən tədbirdə görülən işlərlə tanış olmuşdur. Həmin gün, eyni zamanda Culfa rayonunda Yeni Nəsil Telekommunikasiya Sistemi və Rabitə Evi də istifadəyə ­verilmişdir.
Muxtar respublikanın sosial-iqtisadi həyatında mühüm rol oynayan informasiya və rabitə sahəsinin inkişafı daim diqqətdə saxlanılır. İkinci rübdə Dövlət proqramında rabitə xidmətlərinin yaxşılaşdırılmasını nəzərdə tutan digər tədbirlər də həyata keçirilmiş, muxtar respublika ərazisində 6 min 250 metr fiber-optik kabel xəttinin tikintisi başa çatdırılmışdır. “Evədək optika” layihəsi çərçivəsində 8 fərdi mənzilə fiber-optik kabel xətti çəkilmişdir. İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzində 268 dinləyicinin kurslarda iştirakı təmin edilmişdir.
Dövlət proqramında nəzərdə tutulan tədbirlərin icrası məqsədilə “Duzdağ Fizioterapiya Mərkəzi” publik hüquqi şəxsin yeni inzibati binasının, Darıdağ Arsenli Su Müalicə və İstirahət Kompleksinin tikintisi davam etdirilmiş, “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzinin nəzdində “Milli yeməklər” İctimai İaşə Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır.
Əhalinin su təminatının yaxşılaşdırılması dövlətimizin sosial siyasətinin prioritet istiqamətlərindəndir. Naxçıvanda istehlakçıların fasiləsiz və keyfiyyətli su təchizatı ilə təmin edilməsi, kanalizasiya sisteminin yaxşılaşdırılması kommunal xidmətlərin inkişafı ilə bağlı yeni imkanlar yaratmaqdadır. İkinci rübdə Dövlət proqramında bu məqsədlə müəyyən edilmiş tədbirlər davam etdirilmiş, Ali Məclisin Sədri aprelin 23-də Sədərək, mayın 27-də isə Kəngərli rayonlarında yeni içməli su təchizatı və kanalizasiya sistemlərinin qurulması layihələrinə baxmış və müvafiq tapşırıqlar vermişdir. Aprel-iyun aylarında Babək, Sədərək və Kəngərli rayonlarında müxtəlif diametrli borularla 58,06 kilometr içməli su xətti və 28,26 kilometr kanalizasiya xətti çəkilmişdir.
Muxtar respublikada sosial qayğıya ehtiyacı olan ailələr dövlət tərəfindən hərtərəfli himayə olunur. Proqramda əlil və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə fərdi mənzillərin tikintisi ilə bağlı tapşırıq müəyyən olunmuşdur. İyunun 15-də – Milli Qurtuluş Günündə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar sağlamlığını itirmiş 1 nəfər mənzillə təmin olunmuş, sosial qayğıya ehtiyacı olan 5 nəfərə isə “NAZ Lifan-330” markalı minik avtomobilləri verilmişdir. Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “Azərbaycanda sabitlik, inkişaf və tərəqqi vardır. Bunlar da ölkəmizdə ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsidir. Ölkəmiz inkişaf edir, qayğıya ehtiyacı olan insanlara diqqət göstərilir, əməyi ilə fərqlənənlərə dövlət mükafatları verilir. İnsanlarımız rahat yaşayır, yeni iş yerləri açılır, əhalinin rifahı yaxşılaşdırılır. Bunların hamısı ölkəmizin inkişafına, gələcəyinə xidmət edən işlərdir”.
Naxçıvanda kiçik və orta sahibkarlığa göstərilən dövlət qayğısı həyata keçirilən uğurlu iqtisadi siyasətin tərkib hissəsini təşkil edir. Dövlət proqramında da bu sahədə güzəştli kreditlərin verilməsi, ixrac fəaliyyətinin genişləndirilməsi ilə bağlı tapşırıqlar nəzərdə tutulmuşdur. İkinci rübdə sahibkarlıq subyektlərinin ixrac fəaliyyətinin genişləndirilməsi məqsədilə 7 ixrac əməliyyatı üzrə 13 min manatdan çox məbləğdə ixrac təşviqinin ödənilməsi təmin edilmiş, “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 23 hаldа mənşə sertifikatı verilmişdir. Kiçik və orta sahibkarlıq subyektləri üçün Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına 21 layihənin maliyyələşdirilməsinə 3 milyon 390 min manat həcmində güzəştli şərtlərlə, banklar tərəfindən isə 1 milyon 845 min 450 manat həcmində kredit verilmişdir. Sahibkarlığın İnkişafı Fondu tərəfindən kəndlərdə kiçikhəcmli emal müəssisələrinin yaradılması üçün 2 layihəyə 13 min manat, arıçılıq, damazlıq təsərrüfatlarının yaradılması üçün 7 layihənin maliyyələşdirilməsinə 106 min 100 manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir.
Dövlət proqramının icrası muxtar respublikada iqtisadiyyatın çoxşaxəli inkişafını və sosial infrastrukturun daha da gücləndirilməsini təmin edəcəkdir.

“Şərq qapısı”

Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,06 dollar azalaraq 45,45 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

 

 

 

Bu gün muxtar respublikamızın hər bir rayonunda hərtərəfli tikinti-quruculuq işləri aparılır. Tariximizi özündə yaşadan, qoruyan və gələcək nəsillərə çatdıran muzeylərimiz də bu qayğıdan kənarda qalmır. Belə ki, Şahbuz rayonunda Tarix-Diyarşünaslıq Muzeyi üçün yeni binanın tikintisinə başlanılıb. İki mərtəbədən ibarət olacaq binada geniş sərgi salonu ilə yanaşı, fond, bələdçilər, direktor, qazanxana və elektrik otağı, texniki işçilər, bərpaçı rəssam otaqları, əlavə iş otaqları və foye nəzərdə tutulub.
Ümumilikdə, 591 kvadratmetr sahəni əhatə edəcək yeni muzey binasında ziyarətçilərə tariximizin təbliği üçün geniş şərait yaradılacaq.

Ümummilli liderimiz Heydər Əliyev deyib: “Şərur rayonunun imkanları böyükdür. Burada yaxşı torpaqlar var, çox fədakar insanlar var. Arzu edirəm ki, Şəruru daha da abadlaşdırasınız, gözəlləşdirəsiniz...” Bu gün  hər bir şərurlu təsdiq edər ki,  ulu öndərin bu arzusu reallığa çevrilib, dahi şəxsiyyətin  müəyyənləşdirdiyi yenilənmə, quruculuq siyasəti uğurla həyata keçirilib – illərdir ki, Şərur müasir Azərbaycan rayonu timsalındadır. Bu həm də muxtar respublikada belə bir ifadənin aforizmə çevrilməsinin bariz təcəssümüdür: Yol düzgün seçiləndə... Və qədim diyarımızın hansı ünvanını – istər rayon mərkəzlərini, istərsə də ən ucqar dağ və sərhəd yaşayış məntəqələrini gəzib-dolaşsaq, bu aforizmin bəhrələrinin saysız-hesabsız olduğunu görərik. Təbiidir ki, bu bölgədə də reallaşdırılan bütün layihələr bir neçə məqsədə söykənib: rayon sakinlərinin yaşayış səviyyəsini yaxşılaşdırmaq, insanların layiq olduğu səviyyədə yaşamasına nail olmaq. Şərurlular da bu həqiqəti dərindən dərk edir, rayonun, muxtar respublikanın və nəticə etibarilə, ölkəmizin sosial-iqtisadi inkişafına öz töhfələrini verməyə çalışırlar. Elə yaşadığımız ilin ilk altı ayı da tarixə öz izlərini yazdı.

Ardını oxu...

Naxçıvan şəhərinin Qaraçuq kəndi hisə verilmiş balıq istehsalı ilə məşhurdur.

Sahibkar Abbas Hüseynov uzun illərdir həmin kənddə bu işlə məşğul olur.

Ardını oxu...

Azərbaycan neftinin qiyməti bahalaşıb.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,28 dollar artaraq 45,51 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

 

 

 

 

Müasir dövrdə rabitə və informasiya texnologiyalarının qarşısında duran əsas məsələlərdən biri də əhalini keyfiyyətli teleradio yayımları ilə təmin etməkdir. Son illərdə muxtar respublikamızda bu  sahədə mühüm addımlar atılıb, müasir texnologiyaların tətbiqi diqqət mərkəzində saxlanılıb. Görülən işlərin nəticəsidir ki, bu gün Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən teleradioların, eləcə də ölkə və dünya televiziya və radiolarının yayımı muxtar respublikanın yaşayış məntəqələrinin 100 faizini əhatə edir. Bu məqsədlə Duzdağ, Ordubad və Şərurda Radio-Televiziya Ötürücü stansiyalarında müasir texnologiyalara əsaslanan radio-televiziya ötürücü sistemləri quraşdırılıb. 

Ardını oxu...

Tarixi, mədəniyyəti, təbiət gözəllikləri ilə məşhur olan qədim Naxçıvanımızın dadı dillər əzbəri olan meyvələri də vardır ki, onların sorağı uzaq diyarlardan gəlir. Azərbaycanımızın hər hansı bir guşəsinə yolumuz düşdükdə orada Naxçıvandan olduğumuzu bilənlər diyarımızın meyvələrinin mövsümdə təzə-tər istifadə ilə yanaşı, qurusunun da faydasından ağızdolusu danışır, bu meyvələrin dadı damaqda qalır, –   deyirlər. Bu düşüncələrlə də belə meyvələrin yetişdirildiyi ünvanlardan birinə –  muxtar respublikamızın ən böyük rayonu olan Şərura üz tuturam. Yolboyu salınan bağlara baxdıqca  qürur hissi  keçirirəm. Budur, Yuxarı Daşarx kəndinin ərazisində Bəxtiyar Əsədova məxsus olan bağda müxtəlif növ meyvə ağaclarına rast gəlmək mümkündür. Şaftalı ağaclarının çoxluq təşkil etməsi ilk anda diqqəti çəkir. Bağ sahibi ilə həmsöhbət oluram:

Ardını oxu...

Muxtar respublikada ərzaq təhlükəsizliyinin etibarlı təminatı üçün əhəmiyyətli addımlar atılır. Qədim diyarda taxılçılıqla məşğul olan torpaq mülkiyyətçilərinə dövlət maliyyə dəstəyinin göstərilməsi, keyfiyyətli toxum sortları və texnikalarla təminat bol məhsul istehsalına, biçin kampaniyasının vaxtında və itkisiz başa çatdırılmasına imkan verir.

2020-ci ilin məhsulu üçün Babək rayonunda 16 min 172 hektar sahədə əkin aparılıb. Əkin sahələrinin 11 min 767 hektarını taxıl təşkil edib. 11 min 540 hektarda payızlıq, 227 hektarda isə yazlıq taxıl əkilib. Artıq iyun ayından başlayan biçin kampaniyası yekunlaşıb və rayon üzrə 37 min 702 ton məhsul toplanılıb. Nəticələr taxılçılıq sahəsində bir ilkdir. Yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması, taxılçılığa olan marağın ilbəil artması isə təsadüfi deyil. Torpaq mülkiyyətçilərini əkinləri genişləndirməyə vadar edən konkret səbəblər vardır.
Bu gün kəndlinin torpağa möhkəm tellərlə bağlanmasının əsas səbəbi dövlətin aqrar sahədə apardığı islahatlar, gördüyü tədbirlərdir. Bilirik ki, taxıl əkilib-becərilməsi toxumun torpağa düşdüyü andan sünbül dərilənə qədər olan mühüm və çətin mərhələni təşkil edir. Bu dövrdə keyfiyyətli və bol məhsulun ­götürülməsi üçün dövlət sahibkarın yanında olur, zəruri dəstəyini, köməyini göstərir.

Ardını oxu...

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR