28 Noyabr 2021, Bazar

Şəxsi istifadə məqsədilə ölkə ərazisinə gətirilən hər bir mobil cihazın İMEİ nömrəsi həmin cihazın şəbəkədən xidmət almağa başladığı tarixdən ən geci 30 gün müddətində qeydiyyatdan keçirilməlidir. Yeni mobil cihazların qeydiyyatının yüksək səviyyədə təşkil edilməsi üçün Naxçıvan Şəhər Rabitə İdarəsinin Naxçıvan şəhərinin Atatürk küçəsi 1 ünvanında yerləşən müştərilərə xidmət zalında müvafiq şərait yaradılmışdır. May ayının 10-dan etibarən muxtar respublika sakinləri yeni mobil telefonlarını qeydiyyatdan keçirə bilərlər. Qeydiyyatın aparılması üçün vətəndaşın şəxsiyyət vəsiqəsini və mobil telefonunu özü ilə gətirməsi vacibdir. Bundan əlavə, sakinlər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “209” nömrəli qaynar xəttindən və mobil operatorların müştəri xidmətlərindən ətraflı məlumat əldə edə bilərlər. Bu qayda muxtar respublikaya gələn xarici qonaqlar, turistlər tərəfindən xarici ölkə operatorunun SİM kartı ilə rouminq xidmətindən istifadə edilən cihazlara şamil olunmur. Yəni onlar xarici ölkə operatorlarının SİM kartları ilə işləyən cihazlardan maneəsiz olaraq istifadə edə bilərlər.

Ardını oxu...

İnsan həyatı, onun rifahı üçün bütün nemətlər vacibdir. Ancaq bunlar arasında elələri vardır ki, onların bir qismi istehlakının daimiliyi baxımından həmişə əhəmiyyətlidir. Qıt olduqda əsl problemlər yaradan ərzaq və enerji təminatı kimi sahələrin elə özünəməxsus xüsusiyyətləri vardır ki, burada aparılan düzgün planlaşdırma həyati təhlükəsizlik qədər əhəmiyyət daşıyır. Dünyada haqlı olaraq ərzaq və enerji təhlükəsizliyi kimi yanaşılan bu iki mühüm sahənin uğurlu fəaliyyəti iqtisadiyyatın digər sahələrinin də inkişafına təkan verir. Bu mövzu öz aktuallığı ilə, əslində, dövrümüzün insanlarına yaxşı tanışdır.

Ardını oxu...

Ölkəmizdə özəl sektorun inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, daxili bazarın keyfiyyətli yerli məhsullara olan tələbatının ödənilməsi üçün yaradılan əlverişli iş şəraiti yeni istehsal sahələrinin açılması ilə nəticələnir.
Naxçıvan Muxtar Respublikasında da sahibkarlıq fəaliyyətinə göstərilən hərtərəfli dövlət qayğısı nəticəsində müxtəlif istiqamətli özəl müəssisələr fəaliyyətə başlayır, belə müəssisələr hesabına idxaldan asılılıq aradan qaldırılır.
Muxtar respublikada özəl sektorda xüsusi qeyd olunası cəhətlərdən biri də budur ki, artıq şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərdə də sahibkarlıqla məşğul olan insanlar var.
Qeyd edək ki, sahibkarlığa göstərilən dövlət dəstəyinin nəticəsidir ki, cari ilin ilk rübündə bank və kredit təşkilatları tərəfindən sahibkarlara 9 milyon 989 min 600 manat həcmində kreditlər verilib. Hazırda muxtar respublikada 344 növdə məhsula olan tələbat yerli məhsul istehsalı hesabına ödənilir. Bu istehsalda öz yeri olan müəssisələrdən biri də “Çınqıllı Bulaq” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Ardını oxu...

“Yol mədəniyyət, iqtisadiyyat, bir sözlə, həyat deməkdir”, – deyən ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayan avtomobil yollarının yenidən qurulmasına başlanılmışdır. Bu istiqamətdə işlər ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

“Azərbaycan Respublikasında avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair (2006-2015-ci illər) Dövlət Proqramı”na uyğun olaraq, ölkəmizdə, eləcə də muxtar respublikamızda yol-nəqliyyat kompleksinin yenilənməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu tədbirlərin bir hissəsini də magistral yolların yenidən qurulması təşkil edir. Artıq muxtar respublikamızda magistral yolların çoxu yenidən qurulmuşdur. Naxçıvan-Sədərək, Naxçıvan-Culfa magistral yolları, həmçinin Naxçıvan dairəvi avtomobil yolu, Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi avtomobil yolu, Çeşməbasar-Boyəhməd avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilmişdir.

Ardını oxu...

Aqrar sahənin inkişafı və əhalinin yüksək keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi həmişə dövlətin qarşısında duran vacib məsələlərdən olmuşdur. Bu baxımdan zəruri ərzaq məhsullarından biri olan tərəvəzçiliyin də inkişaf etdirilməsi və bu sahədə sahibkarlıq fəaliyyətinin genişləndirilməsinin mühüm əhəmiyyəti vardır. İndi ilin bütün fəsillərində bazarlarda və meyvə-tərəvəz dükanlarında satılan təzə, ekoloji təmiz tərəvəz çeşidləri əhalinin bu vacib məhsullara olan tələbatının ödənilməsi məqsədi güdür. Buna görə də muxtar respublikamızda əhalinin yüksək keyfiyyətli yerli ərzaq məhsulları ilə təmin olunması sahəsində atılan mühüm addımlardan biri kimi istixana təsərrüfatlarının genişləndirilməsi günün vacib məsələlərindəndir. 

Ardını oxu...

İlkin mərhələdə ticarət və xidmət obyektlərinin özəlləşdirilməsi ilə başlanan özəlləşdirmə prosesi getdikcə iqtisadiyyatın digər sahələrini, o cümlədən yeyinti və yüngül sənaye, tikinti, nəqliyyat sahələrini də əhatə etmişdir. Dövlət əmlakının özəlləşdirilməsi həyata keçirilən iqtisadi islahatların başlıca istiqamətlərindən biridir. Ötən illər ərzində dövlət mülkiyyətinin özəlləşdirilməsinin qanunvericilik bazası yaradılmış və müvafiq Dövlət proqramları təsdiq olunmuşdur.
Özəlləşdirmənin başlıca məqsədi təsərrüfat subyektləri üçün xüsusi mülkiyyət və sərbəst rəqabət prinsipləri əsasında öz-özünü tənzimləyən bazar iqtisadiyyatı mühitinin yaradılması, iqtisadiyyatın strukturunun bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq yenidən qurulması, investisiyaların, o cümlədən xarici investisiyaların cəlb edilməsi, əhalinin həyat səviyyəsinin və sosial vəziyyətinin yaxşılaşdırılmasından ibarət olmuşdur.

Ardını oxu...

Bu mövzuda Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agent­liyi Naxçıvan Şəhər İcra Hakimiyyəti ilə birgə tədbir keçirmişdir.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin Baş direktoru Hikmət Əs­gərov açaraq məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, bugünkü tədbirin keçirilməsində məqsəd Naxçıvan Muxtar Respublikası Ali Məclisində 4 fevral 2013-cü il tarixdə keçirilmiş müşavirədə verilmiş tapşırıqlara uyğun olaraq, hüquqi və fiziki şəxslər arasında sığorta işinin canlandırılması, sığortaya olan etibarlılığı artırmaq üçün aparılan izahat, maarifləndirmə və təbliğat tədbirləri nəticəsində Naxçıvan Şəhər Dövlət Sığorta Agentliyi tərəfindən vətəndaşlara məxsus daşınmaz əmlakın icbari sığortasının aparılması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumatların verilməsindən ibarətdir. Çünki hər hansı hadisə nəticəsində zərərçəkmiş insanlar üçün bu zərərin aradan qaldırılmasında sığorta mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan muxtar respublikamızda sığorta işinin təşkili diqqət mərkəzində saxlanılır.

Ardını oxu...

Qarğıdalı taxıllar fəsiləsinə aid olan birillik dənli bitkidir. Onun vətəni Mərkəzi və Cənubi Amerikadır. İlkin vaxtlar onlardan az tapılan bəzək bitkisi kimi istifadə olunmuşdur. Çox keçmədən Fransa, İtaliya və Portuqaliyada ondan qiymətli ərzaq və yem bitkisi kimi istifadə edilmişdir. XVI əsrdə isə onun yayılma arealı genişlənərək Şimali Afrika, Hindistan və Çinə gedib çıxmışdır. Rusiyaya XVII əsrdə gətirilmiş və oradan da Azərbaycana yayılmışdır. Qeyd edək ki, qarğıdalı dünyada əkilən dənli bitkilər arasında buğdadan sonra ikinci yeri tutur. 

Bu bitki­nin dünya miqyasında yayıldığı ərazi çox böyükdür. O, tropik ərazilərdən başlamış Skandinaviya ölkələrinə qədər yayılmışdır. Dünya əkinçilik sistemində onun dən üçün becərilən ərazisi 129 milyon hektara bərabərdir. Dünyada qarğıdalı əkinlərinin 23 faizi Amerikanın payına düşür. Bu ölkədə ümumi dən istehsalının 60 faizini qarğıdalı təşkil edir. Braziliyada 12,4 milyon hektara, Hindistanda 5,8 milyon hektara, Argentinada 3,2 milyon hektara bərabər olan qarğıdalı əkinləri ölkəmizdə, o cümlədən muxtar respublika ərazisində də özünəməxsus yerlərdən birini tutur. Belə ki, 2009-cu ildə muxtar respublikamızda dən üçün əkilən bu bitkinin əkin sahəsi 723,6 hektara bərabər olmuş və sahələrdən 2865,4 ton məhsul yığılmışdır. 2012-ci ildə isə dən üçün qarğıdalı əkini sahəsi 845 hektara çatdırılaraq həmin sahələrdən 3382 ton məhsul istehsal olunmuşdur.

Ardını oxu...

Müasir dövrdə rabitənin iqtisadi inkişafda oynadığı rol şəksizdir. Bu sahənin inkişafı, iqtisadiyyatın digər sahələri ilə inteqrasiyası ümumi inkişafa təkan verən amillərdəndir. Bu baxımdan rabitə infrastrukturunun inkişaf etdirilməsi, sabit və mobil telefon, internet xidmətləri kimi sahələrdə modernləşdirmə aparılması, bu sahədə beynəlxalq standartların və innovasiyaların tətbiq olunmasında beynəlxalq əməkdaşlığın gücləndirilməsi vacib məsələlərdəndir. 2013-cü ilin Azərbaycanda “İnformasiya-Kommunikasiya Texnologiyaları ili” elan olunması, habelə son illərdə informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə olunmuş nailiyyətlər, Azərbaycanın öz rabitə peykini orbitə buraxaraq kosmik ölkələr klubuna daxil olması, bütün mobil rabitə operatorları üzrə 3G xidmətinin istifadəyə verilməsi, 2012-ci ildən bir operator üzrə 4G xidmətlərinə başlanılması, tele­viziyada rəqəmsal yayımlara keçilməsi istiqamətində görülən işlər, beynəlxalq roaminq və tarif unifikasiya sahəsində regional və qlobal səviyyədə aparılan əməkdaşlıqlar qısa müddət ərzində öz bəhrəsini verməkdədir. Artıq Azərbaycanda son üç il ərzində İKT sektoru hər il ikiqat həcmdə artmaqdadır. Son 10 ildə bu sahəyə 2,5 milyard ABŞ dolları həcmində sərmayə qoyulmaqla ölkə əhalisinin 70 faizi internet istifadəçisi, onların 50 faizi isə genişzolaqlı internet istifadəçisi olmuşdur. Beləliklə, 2020-ci ildə Azərbaycanda İKT sektorunda gəlirlərin həcminin 8-9 milyard ABŞ dolları olacağı gözlənilir.

Ardını oxu...

Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyəti milli dövlətçilik təcrübəsinə əsaslanmaqla respublikamızın inkişafını təmin edəcək bütün sahələrin hərtərəfli yüksəlişinə istiqamətlənmişdir. Bu bir həqiqətdir ki, Azərbaycan məhz ulu öndər Heydər Əliyevin 1969-1982-ci illərdə inkişaf etdirdiyi və zirvələrdən zirvələrə qaldırdığı bir ölkədir. Ulu öndərimiz hələ keçmiş SSRİ zamanından ölkəmizi müstəqillik dövrü üçün tam hazır vəziyyətə gətirmişdir. 1969-1982-ci illərdə yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradılmışdır. 213 iri sənaye müəssisəsi işə salınmış, bir çox mühüm istehsal sahələrinə görə Azərbaycan Sovet İttifaqında aparıcı yerlərdən birini tutmuşdur. Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Bu illərdə istehsal olunan sənaye məhsulları öz həcminə görə əvvəlki 50 ilin iqtisadi inkişafına bərabər idi.

Ardını oxu...

“Ölkələr üzrə informasiya-kommunikasiya texnologiyalarının inkişaf səviyyəsini müəyyən etmək üçün Beynəlxalq Telekommunikasiya İttifaqında yeni indikatorlar yaradılıb. Hazırda yeni indikatorlar da nəzərdən keçirilir. İndikatorlardan 7-si “Elektron hökumət”lə bağlıdır. Hələlik, bununla bağlı statistik məlumatların toplanmasına başlanmayıb. Çünki bu indikatorlar çox yeni təsis edilib”.
Bu varədə Beynəlxalq Telekommunikasiya İttifaqının informasiya-kommunikasiya texnologiyaları üzrə Statistik göstəricilər və informasiyalar şöbəsinin rəhbəri Syuzan Telçer “Duzdağ” hotelində keçirilən “Beynəlxalq standartlara uyğun olaraq elektrorabitə/İKT indikatorlarının unifikasiyası” mövzusunda regional seminarındakı çıxışında məlumat verib.

Ardını oxu...

Dünən “Duzdağ” hotelində Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən keçirilən “Beynəlxalq standartlara uyğun olaraq, elektrorabitə informasiya-kommunikasiya texnologiyaları indikatorlarının unifikasiyası” mövzusunda üçgünlük seminara start verilib.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət etmiş, Heydər Əliyev Muzeyində olmuşlar.
10 ölkədən 50 nümayəndənin qatıldığı seminarı giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov açıb. Nazir bildirib ki, bu gün Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının və Regional Rabitə Birliyinin üzvü kimi rabitə sahəsində bir çox nailiyyətlər əldə edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin informasiya-kommunikasiya texnologiyalarını prioritet sahə elan etməsi bu sahənin hərtərəfli inkişafına münbit şərait yaradıb. Təsadüfi deyildir ki, 2013-cü il Azərbaycanda “İnformasiya-Kommunikasiya Texnologiyaları ili” elan edilib.

Ardını oxu...

“Nur qida” keyfiyyətli məhsul istehsal edir

Havaların istiləşməsi insanların sərin içkilərə, dondurmalara olan tələbatını da artırır. Hazırda ticarət obyektlərində müxtəlif çeşidli dondurmalar öz yerlərini alıb. Bunların içərisində muxtar respublikada istehsal olunan dondurmalar da çoxdur. Başqa yerlərdən muxtar respublikaya saatlarla yol gələn qidalar əvəzinə yerli istehsal məhsullarının ticarət obyektlərində xüsusi çəkisinin artması sahibkarlığa göstərilən qayğının ifadəsidir. Onu da qeyd edək ki, bu sahəyə diqqətin getdikcə artması  özünü dondurma istehsalında da göstərir.

Belə məhsul istehsal edən müəssisələrdən biri də Naxçıvan şəhərindəki “Nur qida” dondurma istehsalı müəssisəsidir. 2003-cü ildə yaradılan müəssisə Naxçıvan şəhərində ayrı-ayrı iş otaqları, istehsal sexləri, xammal və hazır məhsulların saxlanılması üçün soyuducu anbar, iaşə xidmətinin göstərilməsi üçün yeməkxana və digər yardımçı otaqlardan ibarət binada fəaliyyət göstərir.
Məlumdur ki, müasir texnoloji avadanlıqlar keyfiyyətli məhsul istehsalının təminatçısıdır. Bunu nəzərə alaraq müəssisədə müasir texnoloji avadanlıqlar quraşdırılıb. Bu isə keyfiyyətli məhsul istehsalına imkan verib. İstehsal olunan dondurma məhsullarının rəqabətə davam gətirməsi üçün yeni yollar axtarılması, qabaqcıl təcrübəyə geniş meydan verilməsi də keyfiyyətli məhsul istehsalında əsas amillərdəndir. Bu amillərin nəzərə alınması muxtar respublikanın ticarət obyektlərində “Nur qida” dondurma istehsalı müəssisəsinin məhsullarına olan tələbatı artırır. Müəssisədə hazır məhsulların ayrı-ayrı ünvanlara çatdırılması da diqqət mərkəzində saxlanılıb. Bu məqsədlə soyuducu kameralarla təmin olunmuş nəqliyyatdan istifadə edilir.

Ardını oxu...

Muxtar respublikamızda son illərdə həyata keçirilən irimiqyaslı layihələr müxtəlif istiqamətləri əhatə edir. Bu layihələrin gerçəkləşdirilməsi nəticəsində region sakinlərinin maddi-rifah halı xeyli dərəcədə yaxşılaşmışdır. Əhalinin içməli suya olan tələbatının ödənilməsi və kanalizasiya sistemlərinin tikintisi isə bu sahədə olan problemlərin aradan qaldırılmasında mühüm əhəmiyyət daşıyan layihədir. Bu baxımdan 2012-ci ilin may ayından icrasına başlanılan “Sədərək rayonunun içməli su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” layihəsi mühüm əhəmiyyət kəsb edir.
Görülən işlərin gedişi barədə bizə tikintinin baş mühəndisi Mehmet Fırat ətraflı məlumat verdi. Öyrəndik ki, rayon ərazisində hər birinin tutumu 12 min 500 kubmetr olan iki su anbarı tikiləcək. Aşağıda mənbə və yuxarıda supaylayıcı adlanan həmin anbarlarda artıq təməl işlər başa çatdırılmış və sütunların qaldırılmasına başlanılmışdır. Rayondaxili kanalizasiya şəbəkəsinin uzunluğu 135 kilometr, su şəbəkəsinin uzunluğu isə 115 kilometr olacaqdır. İndiyədək 14 kilometr uzunluğunda kanalizasiya xətti və 13,5 kilometr uzunluğunda su xətti çəkilmişdir. Hazırda su və kanalizasiya xətlərinin çəkilişi rayonun “Qırmızı körpü”, “Qaraağac yolu” adlanan ərazilərində, Sədərək-Qaraağac kəndləri arasında davam etdirilir. Hələlik 10 kilometr uzunluğunda ana xətdə diametri 500 və 400 millimetr olan plastik borularla, əsas xətdə 3 kilometr uzunluğunda diametri 300 millimetrlik borularla kanalizasiya xətlərinin tikintisi başa çatdırılmış, Qaraağac kəndində diametri 300 millimetr olan 2 kilometrlik, Sədərək kəndinin mərkəzində isə diametri 200 millimetr olan 800 metrlik kanalizasiya xətlərinin çəkilişinə başlanılmışdır.

Ardını oxu...

Muxtar respublikamızın strateji əhəmiyyətli məhsula – taxıla olan tələbatının daxili imkanlar hesabına ödənilməsi istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər Şərur rayonunda da öz bəhrəsini vermiş, ötən ilin payızında cari ilin məhsulunun əsası qoyulmuş, 7425 hektar sahədə payızlıq taxıl əkini keçirilmişdir. Hər hektar sahə üçün sərf edilən yanacaq və motor yağlarına görə torpaq mülkiyyətçilərinə 40 manat vəsaitin ödənilməsi təmin edilmişdir. Hazırda yaşıl örpəyə bürünmüş taxıl zəmilərinə aqrotexniki qulluq göstərilir, gəmiricilərə qarşı mübarizə tədbirləri aparılır. Bu isə bol məhsul yetişdiriləcəyindən xəbər verir.
Yaz əkini kampaniyasının mütəşəkkil keçirilməsi üçün hərtərəfli hazırlıq işləri görülmüş, məhsuldar toxum sortları alınmış, kənd təsərrüfatı texnikaları mövsümə hazır vəziyyətə gətirilərək sahələrə çıxarılmışdır. Rayonun əkin atlasının mahiyyəti ilə bağlı ayrı-ayrı yaşayış məntəqələrində torpaq mülkiyyətçiləri ilə görüşlər keçirilmiş, ma­arifləndirici söhbətlər aparılmış, yerli şəraitə uyğun bitkilərin əkilməsi diqqət mərkəzində saxlanılmışdır. İndiyədək 5100 hektar sahədə şum qaldırılmış, 260 hektar sahədə yazlıq arpa, 375 hektar sahədə paxlalı, 80 hektarda bostan bitkiləri, 1120 hektar sahədə tərəvəz, 350 hektar sahədə qarğıdalı, 12 hektarda günəbaxan, 1260 hektar sahədə isə çoxillik ot əkini keçirilmişdir.
İqlim şəraiti kartofçuluğun inkişafı üçün əlverişli olan rayonda bu sahəyə maraq xeyli artmışdır. Sahibkarlara güzəştli şərtlərlə kredit və kənd təsərrüfatı texnikalarının verilməsi cari ilin ötən dövründə də uğurla davam etdirilmiş, məhsuldarlığın artırılmasında mühüm rol oynayan keyfiyyətli toxum sortu alınıb gətirilərək torpaq mülkiyyətçilərinə paylanmışdır. 710 hektar sahədə kartof əkini aparılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq olunan “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq, bu il rayon ərazisində əlavə olaraq daha 4 hektar sahədə meyvə ting­ləri əkilmişdir. Bir sözlə, yazın ilk günlərindən əkin sahələrinə çıxan Şərurun torpaq mülkiyyətçiləri cari ilin bol məhsulunun əsasını qoymaq üçün əzmkarlıqla çalışırlar.

Cəfər ƏLİYEV

Gömrük xidməti ilə biznes subyektləri arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində fəaliyyət göstərən “Məsləhət şurası”nın xarici iqtisadi fəaliyyət iştirakçıları ilə növbəti görüşü olub. Görüşdə tabeli gömrük idarələrinin rəisləri, yük və maliyyə-tarif şöbələrinin rəisləri, həmçinin əlaqəli dövlət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov ölkəmizdə, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda sahibkarlığın inkişafı üçün yaradılan münbit şəraitdən danışıb. Qeyd olunub ki, muxtar respublikada iqtisadi təhlükəsizliyin təmin edilməsi, daxili bazarın qorunması, ixracın stimullaşdırılması iqtisadi inkişafın əsas istiqamətləri kimi müəyyənləşdirilib. Gömrük orqanları tərəfindən bu sahədə görülən işlər, ümumilikdə, regionda yeni istehsal sahələrinin yaradılması və inkişafını, əhalinin sosial-rifah halının yüksəlməsini, daxili bazarın xarici təsirlərdən müdafiəsi ilə stimullaşdırılmasını təmin edib.

Ardını oxu...

Hazırda bu yaşayış məntəqəsində dörd obyektdə inşaat işləri aparılır

Dağlıq və dağətəyi zonada yerləşən Culfa rayonunda da hər il quruculuq işlərinin həcmi və coğrafiyası genişləndirilir. Cari ildə də bu proses bölgənin bir neçə yaşayış məntəqəsində davam etdirilir. Həmin ünvanlardan biri də Kırna kəndidir. Culfa Rayon Tikinti-Quraşdırma İdarəsinin inşaatçıları kənd məktəbinin müasir tələblərə cavab verməyən mövcud binasının yenidən qurulmasında, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası üçün yeni binaların tikintisində çalışırlar.
İdarədən aldığımız məlumata görə, 306 şagird yerlik nəzərdə tutulmuş məktəb binası zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olacaq. Hazırda köhnə binada söküntü işləri aparılır, binanın müasir layihə əsasında yenidən qurulması üçün müxtəlif inşaat tədbirləri həyata keçirilir. Məktəb binasının yaxınlığında kənd mərkəzi və həkim ambulatoriyası üçün binalarda tikinti işləri sürətlə davam etdirilir. Hər iki obyekt 2 mərtəbədən ibarət olacaq. Kənd sakinlərinə daha bir qayğının ifadəsi kimi birmərtəbəli xidmət mərkəzində də inşaat işləri həyata keçirilir. İnşaatçılar öhdələrinə götürdükləri obyektlərdə keyfiyyət amilini diqqət mərkəzində saxlayır, onlara yaradılmış şəraitdən səmərəli istifadə edərək obyektləri vaxtında başa çatdırmağa səy göstərirlər.

Xəbərlər şöbəsi

Çinli iş adamlarının muxtar respublikaya işgüzar səfəri bu qənaətə gəlməyə əsas verir

Dünən Çin Xalq Respublikasının iş adamlarından ibarət nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına işgüzar səfərə gəlib.
Əvvəlcə qonaqlar Naxçıvan Biznes Mərkəzində təşkil edilən sərgidə muxtar respublikada istehsal olunan məhsullarla tanış olublar.
Naxçıvan Biznes Mərkəzində keçirilən tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf naziri Famil Seyidov açıb.

Ardını oxu...

Aprelin 26-da Naxçıvanda Müstəqil Dövlətlər Birliyi üzrə Regional Rabitə Təşkilatının rabitə iqtisadiyyatı komissiyasının 31-ci iclası keçiriləcək.
Komissiyanın iclasında Regional Rabitə Təşkilatına üzv ölkələrin milli qanunvericiliyin müxtəlif istiqamətləri, beynəlxalq çağırışların başa çatdırılmasına operatorlararası tariflərin unifikasiyası üzrə işlər, stasionar və mobil şəbəkələrdə çağırışların “LRIC” modeli əsasında qiymətinin hesablanması, Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sektorunun və informasiya cəmiyyətinin inkişafının iqtisadi aspektləri müzakirə olunacaq. Eyni zamanda operatorlararası mobil və stasionar rabitə xidmətləri bazarı təhlil ediləcək.
Bundan başqa, iclas zamanı rəqəmsal yayım xidmətlərinin tənzimlənməsi üzrə qaydalara, radiotezlik spektrinin və peyk orbitlərinin istifadəsinin tənzimlənməsi, insan resurslarının inkişaf etdirilməsi, informasiya-kommunikasiya texnologiyaları üzrə statistik göstəricilərin təkmilləşdirilməsi məsələlərinə baxılacaq.
Digər beynəlxalq tədbir isə aprelin 24-25-26-da Beynəlxalq Telekommunikasiya İttifaqının “İKT göstəricilərinin beynəlxalq standartlara uyğunlaşdırılması” mövzusunda üçgünlük seminardır.
Qeyd edək ki, hər iki tədbirdə 14 ölkədən 33 nəfər nümayəndənin iştirakı gözlənilir.

Naxçıvan Muxtar Respublikası
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidməti

Muxtar respublikada həyata keçirilən sosial və iqtisadi islahatların uğurlu nəticələri ulu öndərimizin 90 illiyi ilə əlaqədar “Heydər Əliyev ili” elan edilmiş 2013-cü ilin ilk rübündə də ictimai və iqtisadi həyatın əsas xarakteristikasını təşkil etmişdir. İlin əvvəlindən ötən üç ay ərzində muxtar respublikada 415304,3 min manatlıq Ümumi Daxili Məhsul istehsal olunmuşdur ki, bu da bir il öncəki müvafiq göstəricini 11,5 faiz üstələmişdir. 2013-cü ilin yanvar-mart aylarında hər bir nəfərə düşən Ümumi Daxili Məhsulun həcmi ötən ilin müvafiq dövrünə nisbətən 9,9 faiz artaraq 969,7 manat (1235,6 ABŞ dolları) səviyyəsində olmuşdur.
2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 2013-cü ilin yanvar-mart ayları ərzində sənaye məhsulunun həcmi 12,6 faiz, əsas kapitala yönəldilən investisiyalar 9,6 faiz, kənd təsərrüfatının ümumi məhsulu 4,6 faiz, nəqliyyat sektorunda yük daşınması 8,9 faiz, informasiya və rabitə xidmətləri 7,1 faiz, o cümlədən mobil rabitə xidməti 6 faiz, pərakəndə əmtəə dövriyyəsi 17,5 faiz, əhaliyə göstərilən pullu xidmətlər 17 faiz, ixracın həcmi 5,3 faiz, əhalinin gəlirləri 8,9 faiz, hər bir nəfərə düşən gəlirlər 6,4 faiz, orta aylıq əməkhaqqı isə 5,1 faiz artmışdır.

Ardını oxu...

“Gəmiqaya Beton Məmulatları” Məhdud Məsuliyyətli Cəmiyyəti 2005-ci ildə fəaliyyətə başlamışdır.
Babək rayonunun Qoşadizə kəndi yaxınlığında, Naxçıvançayın sahilində yerləşən müəssisə son illər muxtar respublikamızda həyata keçirilən genişmiqyaslı quruculuq tədbirləri nəticəsində yerli tikinti materiallarına olan tələbatın ödənilməsi zərurətindən yaradılmışdır. Müəssisə istifadəyə verilənədək muxtar respublikamızda aparılan tikinti işləri üçün lazım olan inşaat materiallarından beton primitiv üsullarla hazırlanır, qum istehsalı kortəbii şəraitdə həyata keçirilirdi. Həmçinin obyektlərdə istifadə olunan kilid daş, dekorativ kərpic və digər beton məmulatları qonşu ölkələrdən gətirilirdi. Bu müəssisənin işə salınması ilə həmin problemlər aradan qaldırılmışdır. Müəssisədə Türkiyədən alınmış müasir texnoloji avadanlıqlar quraşdırılmış, istehsal gücü saatda 50 kubmetr olan qum-çınqıl karxanası, 60 kubmetr olan Beton Zavodu və 35 kvadratmetr olan dekorativ daşlar istehsalı sexi fəaliyyətə başlamışdır.

Ardını oxu...

Muxtar respublikamızda aqrar inkişaf strategiyası hələ ulu öndərimiz Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzfəsində çalışarkən hazırlanmışdır və bu gün də davam etdirilir. Ötən illər ərzində qəbul edilən bir sıra mühüm qərarlar və Dövlət proqramlarının icrası nəticəsində Naxçıvan Muxtar Respublikası özünün ərzaq məhsullarına olan tələbatının daxili imkanlar hesabına ödənilməsində xeyli irəliləyişə nail olmuşdur.
Ərzaq probleminin həll edilməsi sahəsində mühüm istiqamətlərdən biri də meyvə-tərəvəzçiliyin inkişaf etdirilməsidir. Çünki meyvə-tərəvəzçilik iqtisadi baxımdan əhəmiyyətlidir və bölgədə yerli iqlim və relyefə uyğun tezyetişən meyvə sortlarının becərilməsi üçün əlverişli ekoloji mühit vardır.
Ona görə də meyvəçilik və tərəvəzçiliyin inkişaf etdirilməsi bu gün də mühüm məsələ kimi qarşıda durur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 14 fevral 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın məqsədi də regionda bu sahələrin davamlı inkişafını təmin etməkdir. Çünki hələ qədim zamanlardan ulu diyarımız özünə məxsus keyfiyyətli yerli məhsulları ilə tanınmışdır. Bir vaxtlar mövcud olmuş qiymətli meyvə sortlarının yenidən bərpası, əkilib-becərilməsi, intensiv texnologiyalara əsaslanan yüksək keyfiyyətli və məhsuldar sortlardan ibarət meyvə bağlarının salınması, tərəvəz məhsullarının əkin sahələrinin genişləndirilməsi, yabanı meyvə-tərəvəz bitkilərindən istifadə imkanlarının müəyyənləşdirilməsi, daxili bazarda yerli istehsalın xüsusi çəkisinin artırılmasının proqramda nəzərdə tutulması adıçəkilən dövlət sənədinin yüksək əhəmiyyətə malik olduğunu göstərir. Bundan başqa, Dövlət Pro­qramının icrası meyvə-tərəvəzçiliyin inkişafı yolu ilə kənd əhalisinin məşğulluğunun artırılması, onların maddi-rifah halının yaxşılaşdırılması üçün də əlavə imkanlar açmışdır.

Ardını oxu...

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Fransanın “Total” və “Qazdefrans” şirkətləri arasında imzalanmış “Hasilatın pay bölgüsü” adlı saziş böyük iqtisadi layihələrdən biridir. Bu layihəyə əsasən, 2011-2012-ci illərdə Xəzər dənizinin Azərbaycan sektorunda axtarış-kəşfiyyat quyusunun qazılmasına başlanılmış və müsbət nəticələr əldə olunmuşdur. Bu layihənin həyata keçirilmə müddəti 30 ildir. Layihəyə əsasən, görülən işlər adıçəkilən şirkətlərin iştirakı ilə müntəzəm olaraq müzakirə edilir. Bu günədək Fransada, Azərbaycanın müxtəlif bölgələrində belə müzakirələr aparılmışdır.
Dünən Naxçıvan şəhərindəki “Təbriz” mehmanxanasında layihə çərçivəsində texniki müşavirə keçirilmişdir.
Müşavirə başlanmazdan əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri Rəfael Babayev iştirakçıları salamlayaraq belə tədbirlərin Naxçıvan Muxtar Respublikasında keçirilməsinin əhəmiyyətini vurğulamışdır.
Müşavirədə saziş iştirakçılarının hesabatları dinlənilmiş, bu günədək həyata keçirilən tədbirlər müzakirə edilmiş, gələcəkdə görülməsi nəzərdə tutulan işlərdən danışılmışdır.
Qeyd edək ki, müzakirələr üç gün davam edəcək. Müzakirələrarası dövrdə qonaqlar muxtar respublikanın görməli yerləri, tarixi abidələri ilə tanış olacaqlar.

Xəbərlər şöbəsi

Şərur şəhərinin Heydər Əliyev prospektində rayon İcra Hakimiyyəti üçün yeni inzibati bina ucaldılıb. Artıq “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları obyektdə son tamamlama işləri görürlər.
500 kvadratmetr ərazini əhatə edən bina zirzəmi ilə birlikdə 5 mərtəbədən ibarətdir. Zirzəmidə qazanxana və 7 otaq yerləşir. Burada təsərrüfat işçiləri üçün otaqlar, əlavə 2 yardımçı otaq, arxiv və anbar mövcuddur. Birinci mərtəbədə sahəsi 108 kvadratmetr olan 130 yerlik iclas zalı, 7 iş otağı, ikinci mərtəbədə 12, üçüncü mərtəbədə 13 iş otağı və geniş foye vardır. Binanın mansardtipli sonuncu mərtəbəsi müasir Avropa memarlıq ənənələrinin vəhdətində inşa olunub. Burada 7 otaq yaradılıb.
Binanın dam örtüyü vurulub, qapı və pəncərələr salınıb, su, kanalizasiya, istilik, elektrik və rabitə xətləri çəkilib, divarlar suvanıb və boyanıb. Fasad hissəyə cilalanmış travertin üzlüklər döşənib, milli naxışlar vurulub. Üzlüklər birinci və dördüncü mərtəbələrdə mexaniki üsulla, ikinci və üçüncü mərtəbələrdə isə xüsusi yapışdırıcı vasitə ilə bərkidilib.
Artıq binanın həyətində abadlıq işlərinə başlanılıb. Burada bəzək ağacları və gül kolları əkiləcəkdir.

Xəbərlər şöbəsi

Mart ayının ortalarından etibarən Sədərək rayonunun mərkəzi Heydər­abad qəsəbəsində uşaq bağçası üçün binanın tikintisinə başlanılıb. Bağça layihəyə əsasən, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olacaq. 252 yerlik bağçanın zirzəmisində mətbəx, qazanxana, işçilər üçün yeməkxana, camaşırxana, ərzaq anbarı, həmçinin 2 qrup, digər 2 mərtəbədə isə 4 qrup yerləşəcək. Hər qrupda yataqxana, yeməkxana, oyun zalı, qarderob və mətbəx istifadəyə veriləcək. İş otaqları ilə bərabər, birinci mərtəbədə valideynlər otağı da olacaq. Uşaqların yataq otaqlarına, oyun zallarına, eləcə də dəhlizlərə onların yaşına uyğun xüsusi tərtibat veriləcək. “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən tikintisi həyata keçirilən obyektin zirzəmi qatında qəlib-beton işləri başa çatdırılıb, hörgü işlərinə başlanılıb.
Qeyd edək ki, adıçəkilən cəmiyyətin inşaatçıları həm də bu günlərdə Sədərək kənd 1 nömrəli tam orta məktəb binasının əsaslı təmirinə və yenidən qurulmasına başlayıblar. Hazırda köhnə binada söküntü işləri gedir, obyektə yeni inşaat materialları gətirilir.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində 2012-ci ilin payızında əkilmiş taxıl sahələrində yaz becərmələrinin vəziyyəti müzakirə edilmişdir. Müzakirə zamanı aqrotexniki qaydalara uyğun becərmələr aparılması qeyd olunmuş, taxıl sahələrində zərərverici və xəstəliklərə, eləcə də alaq otlarına qarşı kimyəvi mübarizə tədbirlərinin optimal müddətdə aparılması və başa çatdırılmasının vacibliyi vurğulanmışdır.
Bildirilmişdir ki, bu günədək muxtar respublika üzrə 1385,2 hektar sahədə müşahidə aparılaraq mübarizə tədbirləri görülmüşdür. Bunun 163,4 hektarı Şərur, 373,5 hektarı Ordubad, 333 hektarı Babək, 161,3 hektarı Culfa, 106,5 hektarı Şahbuz, 53,5 hektarı Sədərək, 49 hektarı Kəngərli rayonlarında, 146 hektarı isə Naxçıvan şəhərinin inzibati ərazisində həyata keçirilmişdir.
Taxıl sahələrinin alaq otları (xüsusən sarı çiçək) ilə sirayətlənmə dərəcəsi, həmçinin zərərverici və xəstəliklərin müşahidə edilməsi məqsədilə qərargah və müşahidə qrupları yaradılmış, qeyd olunan sahələrdə müşahidə işlərinin davam etdirilməsi bir vəzifə kimi qarşıya qoyulmuşdur.


Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Son illər muxtar respublika iqtisadiyyatında yüksək templə inkişaf edən sahələrdən birinə çevrilən və yerli istehsalın stimullaşdırılmasında mühüm əhəmiyyətə malik olan sənaye sektorunda həyata keçirilən tədbirlər nəticəsində Naxçıvan aqrar regiondan sənaye regionuna çevrilmiş, müxtəlif çeşiddə yüksək keyfiyyətli məhsul istehsal edən rəqabətqabiliyyətli müəssisələr həyata vəsiqə almışdır.    

Belə müəssisələrdən biri də “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının Panel-Radiator və Dam Örtükləri Zavodudur. Ümumi ərazisi 10 min 330 kvadratmetr olan müəssisədə Almaniya və Türkiyə istehsalı olan müasir texnoloji avadanlıqlar quraşdırılmışdır. Müxtəlif çeşiddə yüksək keyfiyyətli məhsul istehsalı üçün geniş imkanlar yaradılan zavodda illik istehsal gücü 90 min kvadratmetr olan panel-radiator istehsalı sahəsində 60x40 santimetrdən 60x3 metrə qədər ölçülərdə panel-radiator istehsal edilir. Gündəlik istehsal gücü 4800 kvadratmetr olan dam örtükləri istehsalı sahəsində isə uzunluq ölçüsü sifarişçi tərəfindən verilən 105 santimetr enində rəngli və rəngsiz dam örtükləri istehsal olunur. Bu məhsullar yüksək keyfiyyətinə görə qısa vaxt ərzində daxili və xarici bazarlarda özünəməxsus yer tutmuşdur.

Ardını oxu...

Şahbuz rayonundakı Şahbuzkənddə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşları torpaq mülkiyyətçiləri ilə görüş keçirmişdir. Görüşü Şahbuz Rayon İcra Hakimiyyəti başçısının müavini Yenibar Vəliyev açaraq kənd təsərrüfatı üçün əlverişli şəraitə malik rayonda əkinçiliyin inkişafı məqsədilə həyata keçirilən tədbirlərdən danışmışdır. Bildirilmişdir ki, torpaqların analiz edilməsi və kartoqramların hazırlanması gələcəkdə bu sahənin məqsədyönlü şəkildə inkişafını təmin edəcək.
Kartoqramların hazırlanmasının və torpaq analizlərinin əhəmiyyəti barədə danışan Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşı Əsgər Həsənov torpağın münbitliyinin artırılması barədə torpaq mülkiyyətçilərinə məlumat vermişdir. Vurğulanmışdır ki, bunun üçün əkinçi, hər şeydən əvvəl, onun tərkibini, hansı miqdarda məhsul verməyə qadir olduğunu bilməlidir. Kənd təsərrüfatında intensivləşdirmə yolu ilə məhsul bolluğunun yaradılması üçün üzvi və mineral gübrələrdən, kimyəvi maddələrdən düzgün, səmərəli istifadə yolları öyrənilməlidir. Bunun üçün ayrı-ayrı bitkilərin hansı torpaqlarda əkilməsini, həmin ərazilərdə torpaqların qida maddələri ilə təminolunma dərəcəsini və nəzərdə tutulan məhsul bolluğu üçün torpaq sahələrinə üzvi və mineral gübrə dozalarının müəyyənləşdirilməsini göstərən karto­qramlara müraciət olunmalıdır.
Qeyd olunmuşdur ki, 2011-ci il may ayının 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində kənd təsərrüfatı sahəsində həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədə Ali Məclisin Sədri torpaqların tərkibinin öyrənilməsi və əkin sahələrinin rayonlaşdırılması ilə bağlı tapşırıqlar vermişdir. Ali Məclis Sədrinin tapşırığına uyğun olaraq, əkin dövriyyəsinə daxil olan torpaqların tərkibinin öyrənilməsi, torpaqların və əkinlərin rayonlaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə rayonların əkin atlaslarının hazırlanmasına başlamış və bu iş uğurla başa çatdırılmışdır. Hazır­lanan atlaslarda hər bir bələdiyyə ərazisi üzrə torpaqların kartoqram xəritələri və ərazidə yayılmış torpaq tipləri, növ müxtəliflikləri üzrə torpaq xəritələri tərtib edilmişdir.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılmışdır.
Tədbirdən sonra əkin sahələrindən bir qisminə baxış keçirilmiş və həmin torpaq sahələrində gələcəkdə hansı qaydada əkin aparılması barədə müzakirələr aparılmışdır.

Şəhla NƏBİYEVA

Torpaqların münbitliyini və məhsuldarlığı yüksəltmək üçün suvarılan torpaqların su və duz rejimləri bitkilərin tələblərinə uyğun olaraq təmin edilməlidir. Buna da ancaq suvarılan ərazilərdə əsaslı meli­orasiya və aqrotexniki tədbirləri həyata keçirməklə müvəffəq olmaq mümkündür.
Bu il fevral ayının 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “2012-ci ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirədə bir sıra nöqsanlar qeyd edilmiş və bu işlərlə məşğul olan dövlət qurumlarına xüsusi tapşırıqlar verilmişdir. Məqsəd muxtar respublikanın ərazisində olan suvarılan torpaq sahələrindən düzgün və mövcud potensialdan tam istifadəni təmin etməkdir.
Müşavirədə bildirilmişdir ki, əkinəyararlı torpaq sahələrinin elmi cəhətdən araşdırılması və onların əkin dövriyyəsinə daxil edilməsi, əkin zamanı mütərəqqi metodların və müasir suvarma üsullarının tətbiqi, məhsuldarlığa mənfi təsir göstərən şoranlaşma və eroziyaya qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi daim ciddi nəzarət altında aparılmalıdır.
Bu tədbirlərə riayət edilmədikdə suvarılan ərazilərdə yeraltı suların səviyyəsi qalxaraq sahəni bəzən bataqlığa çevirir, ya da duzlar torpağın üst qatına toplanaraq həmin ərazinin meliorativ vəziyyətini pisləşdirir. Ərazidə suvarma işləri müvafiq qayda ilə aparılanda belə mənfi hallara az təsadüf edilir. Lakin bunu təkcə bir suvarma ilə əlaqələndirmək olmaz. Bu həm də suvarılan ərazinin hidroloji şəraitindən asılıdır.

Ardını oxu...

Regional inkişaf, hər şeydən əvvəl, ərazidə mövcud olan təbii, əmək və istehsal resurslarının uğurlu biznes layihələri hesabına səmərəli istifadəsi ilə iqtisadi artıma nail olunması, yeni iş yerləri yaradılmaqla daimi məşğulluğun təmin edilməsi və bununla da, əksər sosial məsələlərin həlli deməkdir. Bazar iqtisadiyyatına xas qanunauyğunluqlarla yaşayıb işləyən, öz fərdi biznesi ilə rəqabətə qoşulan hər bir biznes mənsubu – sahibkar girişdiyi işin motivləri ilə cəmiyyətin iqtisadi həyatında aparıcı qüvvə, sosial-siyasi həyatda isə ən dayanıqlı orta təbəqə təmsilçisi kimi çıxış edir.
Biznesin cəlbedici xüsusiyyətləri çoxlarına tanışdır. Xüsusən azad bazar iqtisadiyyatı şəraitində bizneslə məşğul olub iş sahibi olmağın məsuliyyətini ayrıca qeyd etmək lazımdır. Ancaq bəziləri biznesi, sadəcə, sahibkar üçün gəlir mənbəyi kimi düşünsə də, əslində, sahibkarlıq fəaliyyəti hər bir regionda yüz minlərlə yeni iş yerləri açan, insanların rifah halını yaxşılaşdıran, eyni zamanda dövlət büdcəsinə də külli miqdarda vergi ödəyən bir təsərrüfatçılıq formasıdır. Beləliklə, tarixən azad sahibkarlıq yolu ilə uzun bir təkamül mərhələsi keçmiş bir sıra ölkələr sonrakı dövrlərdə müxtəlif mexanizmlərlə tənzimlənən, sosialyönümlü azad bazar iqtisadiyyatı yolu tutaraq insan inkişafına xidmət edən model bir ölkə halına gəlmiş, ictimai həyatın bütün sahələrində yüksəliş əldə etmişlər.

Ardını oxu...

“Prestij Naxçıvan Pivəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti 2006-cı ildə yaradılmışdır. Özəl bölməyə göstərilən dövlət qayğısından bu müəssisə də bəhrələnmiş, Sahibkarlığa Kömək Fondundan 1 milyon 80 min manat dövlət maliyyə dəstəyi göstərilmişdir. İllik istehsal gücü 300 min dekalitr olan zavodda Amerika Birləşmiş Ştatları, İtaliya, Çexiya və Macarıstandan alınmış avadanlıqlar quraşdırılmış, müəssisə 2008-ci ilin oktyabr ayında istifadəyə verilmişdir. Eyni zamanda 2008-ci ilin mart ayında Sahibkarlığa Kömək Fondundan əlavə 50 min manat dövlət maliyyə dəstəyi göstərilmişdir ki, bu vəsaitlə müəssisədə yeni istehsal sahəsi – istehsal gücü gündə 1000 kiloqram olan balığın duzlanması və qurudulması sexi tikilmişdir.

İstehsal edilən pivənin vaxtında yerlərə çatdırılması və keyfiyyətlə saxlanılması üçün müəssisəyə “Hundai” markalı soyuducu kamerası olan avtomobil alınmışdır. Bundan başqa, xammalın saxlanılması üçün 288 kvadratmetrlik anbar inşa edilmiş, 50 min manat dəyərində Çexiya istehsalı olan pasterizator avadanlığı alınıb quraşdırılmışdır. Bu da istehsal edilən pivəni 6 ayadək saxlama imkanına malikdir.

Ardını oxu...

Əhalinin fasiləsiz və təhlükəsiz təbii qazla təmin edilməsi, xətt təsərrüfatında baş verə biləcək hər hansı bir nasazlığın vaxtında aradan qaldırılması üçün “Naxçıvanqaz” İstehsalat Birliyi və onun tabeliyində olan şəhər və rayon Qaz İstismarı idarələri tərəfindən kompleks tədbirlər həyata keçirilir. Birliyin direktoru Səxavət Abbas­ovun verdiyi məlumata görə, muxtar respublikada, ümumilikdə, 81 min 422 istehlakçı təbii qazdan istifadə edir ki, onlardan 234 abonent, 47 müəssisə cari ilin birinci rübündə təbii qazla təmin olunmuşdur.
Cari ilin birinci rübündə qaz təsərrüfatında istismarda olan magistral, daşıyıcı və paylayıcı qaz kəmərlərinə, eləcə də onlar üzərindəki kranlara, siyirtmələrə və qaztənzimləyici şkaflara müntəzəm olaraq texniki baxış keçirilmiş, aşkar edilmiş nöqsanlar aradan qaldırılmışdır. İstehlakçılara verilən təbii qazın təzyiqinə hər ay texnoloji rejim tətbiq edilmiş və ölçü qovşaqlarında nəzarət işi diqqətdə saxlanılmışdır. Qaz itkisi olan istiqamətlərin müəyyən edilməsi və onları doğuran səbəblərin aradan qaldırılması üçün təxirəsalınmaz işlər görülmüş, sızmaların aradan qaldırılması üçün təmir-bərpa işləri aparılmışdır.

Ardını oxu...

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 16 dekabr tarixli Sərəncamına əsasən, hər il aprelin 10-u ölkəmizdə “İnşaatçılar Günü” kimi qeyd olunur.
Bu gün ölkəmizdə təsdiq olunmuş Dövlət proqramları, həyata keçirilən layihələr nəticəsində tikinti işlərinin həcmi ildən-ilə artır. Nəticədə, minlərlə yeni iş yeri açılır, məşğulluq problemi aradan qaldırılır, əhalinin rifah halı yaxşılaşdırılır. Belə bir dövrdə həyata keçirilən quruculuq işlərinin bilavasitə iştirakçısı olan inşaatçılar öz üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlir, bu işlərə böyük əmək sərf edirlər.

Ardını oxu...

Söhbət Kəngərli rayonunun Qarabağlar kəndində fəaliyyət göstərən balıqçılıq təsərrüfatından gedir

Tarixən aqrar region kimi tanınan muxtar respublikamız hazırda sənayenin sürətlə inkişaf etdiyi bölgəyə çevrilmişdir. Bunu statistik rəqəmlər də təsdiqləyir. Bir sıra yeni sənaye müəssisələrinin fəaliyyətə başlaması sənaye sektorunun 2012-ci ildə Ümumi Daxili Məhsulun tərkibində 27 faizlik paya malik olması ilə nəticələnmişdir. Bu sektorda aparılan uğurlu islahatların nəticəsidir ki, 2012-ci ildə 2011-ci illə müqayisədə 15,7 faiz çox, yəni 799 milyon 492 min manatlıq sənaye məhsulu istehsal edilmişdir. Bunun da 92,6 faizi özəl bölmənin payına düşür.

Əsasən, kənd təsərrüfatı rayonu olan Kəngərli bölgəsində də sahibkarlıqla məşğul olanlar az deyil. İstər əkinçilik, istərsə də heyvandarlıqla məşğul olan fermerlər göstərilən dövlət qayğısından yetərincə bəhrələnərək öz uğurlarını daha da artırır, muxtar respublikamızın iqtisadi inkişafına müəyyən töhfələr verirlər. Son illər rayonda balıq yetişdirilməsinə də maraq artıb. Qarabağlar kəndində “Asnı” qızıl xallı ala balıq yetişdirmə təsərrüfatı yaratmış İnşallah Abbasov öz işgüzarlığı ilə daha çox seçilir. O, Sahibkarlığa Kömək Fondundan aldığı 217 min manat kredit hesabına 2008-ci ilin iyul ayında geniş təsərrüfat yaratmışdır.

Ardını oxu...

Şərur muxtar respublikanın böyük iqtisadi potensiala malik olan kənd təsərrüfatı rayonlarından biridir. Son illər bölgədə istər əkinçilik, istərsə də heyvandarlıq məhsulları istehsalında yüksək nailiyyətlər qazanılmışdır. Ərzaq təhlükəsizliyi ilə bağlı tədbirləri daha da gücləndirməyi, bu sahədə uzunmüddətli, dayanıqlı inkişafı təmin etməyi zərurət kimi qarşıya qoyan ölkə Prezidentinin və Ali Məclis Sədrinin qayğı və diqqəti əmək adamlarını daha yaxşı işləməyə ruhlandırır.
Torpaq mülkiyyətçiləri muxtar respublikada ərzaq bolluğu yaradılmasına hər il sanballı töhfələr verirlər. Bu sırada 2012-ci ilin xüsusi yeri var. Bəhs olunan dövrdə müxtəlif kredit təşkilatları vasitəsilə kartof əkini üçün 900 nəfərə 942 min manat, digər bitkilərin əkini üçün 1700 nəfərə 1 milyon 63 min manat, 1500 nəfərə taxıl əkini üçün 2 milyon 83 min 100 manat, 117 nəfərə mal-qara alınması üçün 500 min 800 manat, 4 nəfərə arı ailəsi alınması üçün 25 min manat, ümumilikdə, 4 min 222 nəfərə 4 milyon 613 min 900 manat məbləğində kredit verilmişdir. “Naxçıvan Aqrolizinq” ASC-nin Şərur rayon bazası torpaq mülkiyyətçilərinə 37 min 315 manatlıq xidmət göstərmiş, “Naxçıvan Aqrolizinq” ASC tərəfindən rayonun fiziki və hüquqi şəxslərinə 12 ədəd presvuran, 1 ədəd toxumsəpən, 4 ədəd kotan, 2 ədəd dırmıq, 1 ədəd otbiçən güzəştli şərtlərlə satılmışdır.­

Ardını oxu...

Muxtar respublikamızda ildən-ilə genişlənən quruculuq tədbirləri nəticəsində regionun şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin siması əsaslı surətdə dəyişməkdədir. Şərur rayonu da bu baxımdan diqqətçəkən bölgələrimizdən biridir. Burada son illər aparılan genişmiqyaslı abadlıq-quruculuq tədbirləri müxtəlif sahələri əhatə edir. İnşa olunan kənd mərkəzləri, təhsil və səhiyyə ocaqları kənd əhalisinin yaşayışına, həyat tərzinə də müsbət təsir göstərir. Belə quruculuq tədbirlərindən bölgənin iri yaşayış məntəqələrindən olan Xanlıqlar kəndinə də pay düşüb. Hazırda kənddə kompleks quruculuq işlərinə start verilib. İnşa edilən obyektlərdən biri kənd mərkəzi üçün tikilən binadır. İki mərtəbədən ibarət olacaq binanın birinci mərtəbəsində hörgü işləri başa çatdırılıb. Burada kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, YAP ərazi ilk təşkilatı, poçt, ATS, mədəniyyət evi, kitabxana, arxiv, polis və baytarlıq məntəqələri üçün hərtərəfli şərait yaradılacaq.
İnşasına başlanılan daha bir ikimərtəbəli bina isə həkim ambulatoriyasıdır. Burada qəlib işlərinin quraşdırılması başa çatdırılıb, beton işlərinə başlanılıb. Həkim ambulatoriyası 14 otaqdan ibarət olacaq.
Bu il kənddə sakinlərin məişət problemlərinin həllinə kömək məqsədilə ikimərtəbəli yeni məişət evi istifadəyə veriləcək. İndiyədək kiçik məişət xidmətləri üçün rayon mərkəzinə getməyə məcbur olan kənd sakinlərinin bu problemi də həllini tapacaq. Burada dərzi sexi, bərbər otağı, qadın gözəllik salonu, ayaqqabı təmiri sexi, ət satışı dükanı, ərzaq, sənaye və təsərrüfat malları mağazaları sakinlərin xidmətində olacaq. Artıq binanın ikinci mərtəbəsində hörgü işləri aparılır.
Sakinləri sevindirən daha bir quruculuq tədbiri isə növbəti tədris ilində qapılarını müəllim və şagirdlərin üzünə açacaq məktəb binasının yenidən qurulmasıdır. Zirzəmi qatı ilə birlikdə üçmərtəbəli, 396 şagird yerlik məktəb binasında yenidənqurma işləri aparılır. Hazırda inşaatçılar məktəbin idman zalının tikintisi ilə məşğuldurlar.
Qeyd edək ki, hər dörd obyektin inşaat işləri Şərur Rayon Tikinti-Quraşdırma İdarəsinin kollektivinə tapşırılıb. İnşaatçılar üçün hərtərəfli iş şəraiti yaradılıb. Müasir layihə əsasında inşa olunan obyektlərdə yerli tikinti materiallarından istifadəyə üstünlük verilir, görülən işlər yüksək zövq və peşəkarlıqla yerinə yetirilir.

Xəbərlər şöbəsi

“Gəmiqaya Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Gəmiqaya Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ötən ilin sonunda universal avtomaşın istehsalı üçün müştərək layihə hazırlanmışdır. 2013-cü ilin mart ayında bu layihə uğurla başa çatdırılmış, Naxçıvanda universal avtomaşının ilk nümunəsi istehsal edilmişdir. Uzunluğu 4 metr 90 santimetr, eni və hündürlüyü 2 metr 80 santimetr olan avtomaşının ümumi ağırlığı 2 ton 850 kiloqramdır. 100 HB at gücü olan və 3000CC turbo mühərriklə təmin olunmuş avtomaşın dizel yanacaqla işləyir. Yanacaq çəninin tutumu 148 litr, yanacaq sərfi 100 kilometr-saatda 10 litrdir.
Yüksək texniki göstəricilərə malik universal avtomaşına müxtəlif qoşqular əlavə edilməklə kənd təsərrüfatı sahəsində otbiçən, kultivator, gübrəsəpən, dərmanlayan, toxumsəpən, presvuran, yol təsərrüfatında qarsovuran, qarkürəyən, yolduzlayan, fövqəladə hallarla əlaqədar yanğınsöndürən, 2-4 tonluq teleskopik kran, nərdivanlı su və köpükvuran, eləcə də təcili yardım maşını kimi istifadə olunacaqdır. Onu da qeyd edək ki, yaz və qış mövsümlərində sepləri dəyişdirilməklə müxtəlif hava şəraitində yeni universal avtomaşın yüksək manevr etmək imkanlarına malikdir.
Yeni universal avtomaşının istehsalı layihəsinin uğurla başa çatdırılması onu deməyə əsas verir ki, muxtar respublikamızda özəl bölməyə, sahibkarlıq fəaliyyətinə yaradılan münbit şəraitdən bəhrələnərək nəinki daxili bazarın tələbatını ödəyən, həm də xaricə mal ixrac edən, bazar iqtisadiyyatının tələblərinə uyğun yüksək keyfiyyətli məhsullar istehsal edib rəqabətqabiliyyətli müəssisələrə çevrilən sənaye sahələri yaradılmış və bu müəssisələrdə quraşdırılmış müasir texnoloji avadanlıqları idarə edən mütəxəssislər yetişmişdir. Dünya bazarında 150 min avro dəyərində qiymətləndirilən universal avtomaşının analoqunun Naxçıvanda istehsal edilməsi mühüm hadisədir və sənaye sahəsində əldə edilən yüksək nailiyyətlərdəndir.

Xəbərlər şöbəsi

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış rayon

Bu gün muxtar respublikamızın inzibati ərazi bölgüsünə nəzər salsaq, inkişaf və tərəqqinin fonunda idarəetmənin də təkmilləşdirilməsi istiqamətində xeyli işlər görüldüyünün şahidi olarıq. Muxtar respublikada yeni rayonların yaradılması, mövcud rayonların inzibati ərazi vahidlərində dəyişikliklər edilməsi hesabına regionun inzibati xəritəsi xeyli dəyişib. Bu sırada yeni yaradılan qəsəbələr də vardır. Məlumat üçün bildirək ki, hazırda üçü Ordubad rayonunda, hər birində biri olmaqla Naxçıvan şəhərində, Babək, Kəngərli, Sədərək və Şahbuz rayonlarında 8 qəsəbə var. Onlardan biri də Babək rayonunun mərkəzi Babək qəsəbəsidir. Məlumat üçün bildirək ki, bu rayon 1978-ci il oktyabrın 23-də ümummilli liderimizin Azərbaycanın dağ və sərhəd rayonlarının daha da möhkəmləndirilməsi siyasətinin məntiqi nəticəsi kimi yaradılıb. Bu gün rayonun mərkəzi olan Babək qəsəbəsinin yerləşdiyi ərazi sovet dönəmində Nehrəm kəndinin ictimai təsərrüfatının torpaq sahəsi olub. Araz çayı üzərində su elektrik stansiyası tikilərkən su altında qalan Təzəkənd yaşayış məntəqəsinin sakinləri bu əraziyə köçürülüb. Rayon yaradılarkən həmin kəndə qəsəbə statusu verilərək “Babək” adlandırılıb. Rayona və rayon mərkəzinə bu adın verilməsi mərkəzi hakimiyyətin iradəsinin əksinə olsa da, bu, ulu öndərin qətiyyətinin, daim Azərbaycançılıq mövqeyində dayanmasının, milli yaddaşın bərpası istiqamətində həyata keçirdiyi taleyüklü tədbirlərin məntiqi davamı idi.

Ardını oxu...

Qədim tarixə, zəngin mədəniyyətə malik olan Naxçıvan ərazisi tarixi-memarlıq abidələri ilə zəngindir. Bu günə qədər öz möhtəşəmliyini qorumuş abidələrin gələcək nəsillərə çatdırılmasını təmin etmək üçün həyata keçirilən təmir-bərpa işləri cari ildə də davam etdirilir. Belə abidələrdən biri də Naxçıvan şəhərinin cənub-şərqində müdafiə divarları ilə möhkəmləndirilmiş qalatipli istehkam kompleksi olan qaladır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” mövzusunda Beynəlxalq Simpoziumun keçirilməsi haqqında” 2011-ci il 7 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına əsasən, Naxçıvan şəhər mədəniyyətinin günümüzə qədər gəlib çatan mühüm tarixi abidələrindən olan qalada əsaslı bərpa və yenidənqurma işlərinə başlanılıb. İlk mərhələdə Naxçıvan Muxtar Respublikası Elmi-Bərpa İstehsalat İdarəsinin bərpaçı ustaları abidəni əvvəlki görkəminə qaytarmağa çalışıblar. Ümumi ərazisi 12 min kvadratmetrdən artıq olan qalanın 600 metr uzunluğunda divarları, bürclər yenidən qurulub.

Ardını oxu...

Hər dəfə torpaqdan söhbət düşəndə xalq arasında zərb-məsəl kimi işlədilən bir ifadə yadıma düşür: “Pis torpaq yoxdur, pis əkinçi var”. Torpağı bəhərə gətirmək üçün gərək onu əzizləyəsən, uşaq kimi nazını çəkəsən. Çörəyə and içirik, onu müqəddəs bilirik, təkcə ona görə yox ki, o, bərəkətdir, həm də ona görə ki, çörək torpaqdan çıxır, minbir əziyyətlə başa gəlir. Ömründə bir daşa külüng vurmayan adamın torpaqdan bəhər ummağa gərək üzü olmasın.

Bir vaxtlar Naxçıvan kəndlərində yaşayanlar arasında torpaqdan küsüb başqa yerlərə üz tutanlar az olmayıb. Çünki kolxozun aylıq məvacibi 30-40 manatı keçmirdi. Bu səbəbdən də narazılıq artırdı.
Ömrünün qırx ilini əkinçilikdə keçirən Tofiq kişinin ürəkağrısı ilə dediyi sözlər hələ də xatirimdən silinməyib: “İldə bir kolxoz sədri dəyişilsə də, vəziyyət eynilə qalır, yoxsulluq davam edirdi. Ot üçün, un üçün ona-buna ağız açırdıq. Tütünün xeyrindən çox, əzab-əziyyəti qalırdı bizə. Maldarlıqdan heç danışmağa dəyməzdi. İnək vardı bir keçi qədər süd vermirdi. Məktəbi, uşaq bağçası, rabitəsi, rahat yolu olmayan kənddə kim qalıb işləyərdi? Üstəlik, nə qazı vardı, nə suyu. Hesabında qəpik-quruşu olan təsərrüfat böyük bir kəndin əhalisini necə dolandıra bilərdi?”

Ardını oxu...

Sərhəd bölgəsi Sədərək rayonunda yaz-tarla işlərinə start verilib. Kənd əməkçiləri ilin məhsul bolluğuna etibarlı bünövrə yaratmaq üçün təsərrüfat işlərini tələb olunan vaxtda və yüksək aqrotexniki qaydalar əsasında görməyə çalışırlar. Dövlət tərəfindən göstərilən qayğı, havaların əkin-səpin üçün əlverişli olması, bütün gərəkli tədbirlərin vaxtında həyata keçirilməsi yüksək nəticələrin qazanılacağına əminlik yaradır.
Elə ötən ili də sədərəklilər uğurlu göstəricilərlə yola salıblar. 6120 ton taxıl, 1701 ton kartof, 4838 ton tərəvəz, 610,4 ton dən qarğıdalı, 39,9 ton günəbaxan, 1295 ton üzüm, 99 ton paxlalı və 2120 ton bostan məhsulları istehsal edilib, bağlardan 619 ton meyvə tədarük olunub.
Rayonda taxılçılığın inkişafına diqqət ilbəil artır. Bunun nəticəsidir ki, məhsul istehsalı əvvəlki illərin göstəricisini üstələyir. Ötən ilin payızında 2013-cü ilin məhsulu üçün 1717 hektar sahədə taxıl əkilib. Bunun 1146 hektarı buğda, 571 hektarı isə arpadır. Sədərəklilər çalışırlar ki, yazlıq taxıl əkinini də optimal müddətdə, aqrotexniki qaydalara əməl etməklə başa çatdırsınlar. Hələlik, 66 hektar sahədə yazlıq arpa əkilib.

Ardını oxu...

İnkişaf etmiş dövlətlərin təcrübəsi sübut edir ki, iqtisadiyyatın sabit tempini qorumaq üçün yerlərdə sahibkarlığın inkişafı və onun rolunun artırılması, müasir infrastrukturun yaradılması iqtisadi siyasətin prioritet məsələlərindən biri olmalıdır. Bu məqsədlə muхtаr rеspublikаmızdа dа sаhibkаrlıq mühitinin fоrmаlаşmаsı, iş аdаmlаrı üçün əlvеrişli şərаitin yаrаdılmаsı istiqаmətində аrdıcıl və məqsədyönlü tədbirlər həyаtа kеçirilir. Sаhibkаrlıq subyеktlərinin fəаliyyətinin stimullаşdırılmаsı və gеnişləndirilməsi özəl sеktоrun Ümumi Dахili Məhsuldаkı pаyının ilbəil artması ilə müşahidə olunur. Bu artım da, öz növbəsində, dахili bаzаrın yеrli istеhsаl hеsаbınа yüksək kеyfiyyətli məhsullаrlа təmin оlunmаsınа rəvac vermişdir. 

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi üçün yeni bina inşa olunur. Naxçıvan şəhərinin Heydər Əliyev prospektində tikilən yeni binanın inşası “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçılarına həvalə edilib. Tikintinin iş icraçısı Baxşəli Mahmud­ovdan aldığımız məlumata görə, yeni bina zirzəmi ilə birlikdə üç mərtəbədən ibarətdir. Binanın zirzəmisində qazanxana, 9 rəssamlıq emalatxanası, anbar yerləşəcək. Birinci mərtəbədə 5 iş otağı, qarderop və direktor otağı inşa edilib. İkinci mərtəbə sərgi zalı üçün nəzərdə tutulub.
Ötən ilin ortalarından inşasına başlanılmış yeni obyektdə tikinti işləri əsasən başa çatdırılıb. Bütün otaqlara alçı çəkilib. Zirzəmidə və birinci mərtəbədə yerə mərmər döşənib. Hazırda ikinci mərtəbədə asma tavan işləri görülür, bina üzlənir, digər tikinti tədbirləri həyata keçirilir.

Xəbərlər şöbəsi

Ötən təsərrüfat ilini yüksək göstəricilərlə başa vuran muxtar respublikanın torpaq mülkiyyətçiləri erkən yazdan sahələrə çıxıblar. 2013-cü ilin bol məhsulunun əsasını qoymaq, daxili bazarın tələbatının ödənilməsinə töhfələrini vermək, yerli istehsalın xüsusi çəkisinin artırılmasına nail olmaq üçün onlara cari ildə də hərtərəfli şərait yaradılıb. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyindən aldığımız məlumata görə, bu günədək 3283 hektar sahədə şum qaldırılıb. Həmin sahələrin 1165 hektarında yazlıq əkinlər həyata keçirilib. Həmişəki kimi, yenə də torpaq mülkiyyətçiləri taxılçılığa üstünlük veriblər. Belə ki, 456 hektar sahədə yazlıq taxıl əkilib. Məlumat üçün onu da bildirək ki, ötən ilin payızında 29 min 280 hektar sahədə payızlıq taxıl əkini aparılıb.
Muxtar respublikamızda kartofçuluğun inkişaf etdirilməsi üçün yaradılmış şərait torpaq mülkiyyətçilərinin bu sahədə yüksək uğurlar qazanmasına imkan verib. Cari ildə onlar 336 hektar sahədə kartof əkini keçiriblər. Süfrələrimizi yerli məhsullarla təmin etmək məqsədilə 160 hektar sahədə tərəvəz, 87 hektar sahədə dənli-paxlalı bitkilər, 5 hektar sahədə bostan məhsulları əkilib.
Heyvandarlığı inkişaf etdirmək məqsədilə 9 hektar sahədə birillik, 112 hektar sahədə çoxillik əkmələr aparılıb.

Səbuhi HÜSEYNOV

Naxçıvan Şəhər Elektrik Şəbəkəsindən aldığımız məlumata görə, cari ildə transformator yarımstansiyalarında əsaslı və cari təmir işləri aparılıb, istismar müddəti bitmiş transformatorlar yeniləri ilə əvəz edilib, mövcud transformatorlarda əsaslı təmir işləri həyata keçirilib.
Naxçıvan şəhərinin Əliabad qəsəbəsində, Xətai məhəlləsində, M.Ə.Sabir, M.S.Ordubadi, C.Məmmədquluzadə, N.Hikmət küçələrində, Qaraçuq və Bulqan kəndlərində qəzalı vəziyyətdə olan elektrik dirəkləri yeniləri ilə əvəzlənib, enerji itkisinə səbəb ola biləcək hallar aradan qaldırılıb. 2013-cü ilin yanvar-mart aylarında 72 ədəd yaddaşı pozulmuş elektrik sayğacı yeniləri ilə əvəz edilib, 16 abonentin müraciəti əsasında evlərə elektrik xətti çəkilib və sayğac quraşdırılıb. İşıqlandırma dirəklərində, park və xiyabanlarda xətlərin dəyişdirilməsi və bərpası sahəsində də müvafiq işlər görülüb, işıqlandırma dirəklərində yanmış elektrik avadanlıqları yeniləri ilə əvəz edilib. Sayğacdankənar elektrik enerjisindən israfçılıqla istifadə hallarının qarşısının alınması məqsədilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin nümayəndələrinin iştirakı ilə reydlər keçirilib, 2 sayğacdankənar xətt aşkar edilərək bu xətlərdən istifadə edən sakinlər cərimələnib.
Şəbəkədən onu da bildirdilər ki, bu ilin yanvar-fevral ayları ərzində 19 milyon 801 min kvt/saat elektrik enerjisi sərf edilib. Bunun müqabilində 1 milyon 189 min manat məbləğində elektrik enerjisi haqqı toplanıb. Bu göstərici verilən enerjinin dəyərinin 100,1 faizini təşkil edir. 2013-cü ilin yanvar-fevral ayları ərzində əhaliyə 5 milyon 747 min kvt/saat elektrik enerjisi verilib, bunun müqabilində 345,2 min manat elektrik enerjisi haqqı yığılıb. Bu da verilən enerjinin dəyərinin 100,1 faizini təşkil edir.

Səbuhi HÜSEYNOV

Naxçıvan şəhərinin “Atabəylər” və “Əcəmi” məhəllələrində yerləşən ictimai yaşayış binalarının istilik sistemlərinin müasir tələblərə cavab verməsi üçün yeni qazanxanalar tikilir. Üç qazanxana “Atabəylər”, 6 qazanxana isə “Əcəmi” məhəllələrində inşa olunur. Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsindən aldığımız məlumata görə, “Atabəylər” məhəlləsində tikilən qazanxanalardan 13 bina, “Əcəmi” məhəlləsində isə 25 bina istifadə etmək imkanı qazanacaq. Hazırda bütün qazanxanalarda tikinti işləri sürətlə davam etdirilir.

Xəbərlər şöbəsi

Son illər muxtar respublikamızda həyata keçirilən tikinti-quruculuq tədbirlərinin bir qolunu da əhalinin asudə vaxtının səmərəli keçirilməsi üçün inşa olunan obyektlər təşkil edir. Bu istiqamətdə cari ildə də yeni layihələr həyata keçirilir. Belə obyektlərdən biri Naxçıvançay vadisində salınan yeni parkdır. Parkın uzunluğu 1,8 kilometrə bərabərdir. Hazırda Naxçıvançayın həmin ərazisi boyunca istinad divarı tikilir. Park yerləşəcək ərazidə hamarlama işləri aparılır. Bu məqsədlə əraziyə torpaq daşınır, digər inşaat tədbirləri həyata keçirilir.

Xəbərlər şöbəsi

Ən qiymətli sərvət olan torpaqdan səmərəli istifadə etmək üçün bir sıra Dövlət proqramları qəbul olunmuş, həmin proqramların bir neçəsinin icrası uğurla başa çatdırılmış, bir neçəsi isə icra olunmaqdadır. Belə mühüm sənədlərdən biri də 14 fevral 2012-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təsdiq etdiyi “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”dır. Proqram muxtar respublikanın təbii resurslarına  hesablanmış bir sənəddir.

Dövlət proqramının başlıca məqsədi bazar iqtisadiyyatı şəraitində muxtar respublikada meyvə istehsalının inkişaf etdirilməsindən, yüksək istehsal xüsusiyyətlərinə malik meyvə bağlarının əkilməsindən, onların ixtisaslaşdırılmasından, yerli şəraitə uyğun, unudulmaqda olan məhsuldar sortların bərpasından, müasir standartlara cavab verən texnologiyalar əsasında meyvə-tərəvəz emalı müəssisələrinin yaradılmasından ibarətdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2013-cü ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasında 277 milyon 226 min 200 manatlıq Ümumi Daxili Məhsul istehsal olunmuşdur ki, bu da 2012-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 10,9 faiz çoxdur.
Hər bir nəfərə düşən Ümumi Daxili Məhsulun həcmi 2012-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 9,2 faiz artaraq 647,7 manata (825,3 ABŞ dollarına) çatmışdır.

Ardını oxu...

4-15 mart tarixlərində Naxçıvan Biznes Mərkəzi tərəfindən İqtisadi İnkişaf Nazirliyinin tədris zalında “Pərakəndə və topdansatış ticarət obyektlərində müvafiq işçilərin mövcud ticarət qaydalarının tədrisi” istiqaməti üzrə satıcılar üçün yenidən qısamüddətli təkmilləşdirmə kursu təşkil olunmuşdur.
Təşkil olunan bu cür kurslar istehlakçıların hüquqlarının qorunmasında, eləcə də ticarət obyektlərinin fəaliyyətində mühüm rol oynayır. Ona görə hər bir sahibkar onların təlimləndirilməsində və peşəkarlıq səviyyələrinin artırılmasında maraqlı olmalıdır.
Kursun proqramında satıcı etikası, ticarət psixologiyası, avtomatik identifikasiya kodlarının mahiyyəti, reklam, onun növləri, əmtəə və onun istehlak dəyəri, əmtəələrin markalanması və qablaşdırılması, alıcı-satıcı münasibətləri, əmtəələrin saxlanması rejimi, əmtəələrin keyfiyyət ekspertizası, satış yerinin təşkili, malların qaytarılması və ya dəyişdirilməsi üsulları, malların düzülüşü, təqdim olunması, obyektdə sanitariya qaydaları, ticarət, iaşə və xidmət sahəsində qüvvədə olan qaydalar və onların icrası üzrə məsuliyyət kimi məsələlər əksini tapmışdır.
Təlim kursunda muxtar respublikada fəaliyyət göstərən müxtəlif ticarət obyektlərində çalışan 21 satıcı iştirak etmişdir. 10 gün davam edən kursun iştirakçılarına sertifikatlar təqdim olunmuşdur.
Qeyd edək ki, Naxçıvan Biznes Mərkəzi tərəfindən satıcılar üçün təşkil edilən təkmilləşdirmə təlim kursları növbəti aylarda da davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası
 İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidməti

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR