07 Dekabr 2021, Çərşənbə axşamı

Müasir dövrdə informasiya-kommunikasiya texnologiyaları hər bir ölkənin sosial-iqtisadi inkişafının əsasını təşkil edir. Bu gün ölkəmizdə müasir informasiya-kommunikasiya infrastrukturunun yaradılması, rabitə xidmətinin səviyyəsinin yüksəldilməsi prioritet məsələdir. Son illər həyata keçirilən dövlət proqramları və zəruri islahatlar nəticəsində Azərbaycanın ümumdünya elektron məkanına sürətli inteqrasiyası təmin edilmiş, elektron hökumətin yaradılması, informasiya təhlükəsizliyinin həlli istiqamətində mühüm addımlar atılmışdır.

Muxtar respublikamızda da bu istiqamətdə mühüm işlər görülür, informasiya-kommunikasiya texnologiyaları sahəsi sürətlə inkişaf etdirilir. Belə ki, son illər rabitə və informasiya-kommunikasiya texnologiyalarının inkişafını təmin etmək məqsədilə həyata keçirilən məqsədyönlü tədbirlər sosial-iqtisadi inkişafda bu sahənin rolunu artırmaqdadır. Artıq muxtar respublika informasiya-kommunikasiya texnologiyaları sahəsində keçirilən beynəlxalq tədbirlərə ev sahibliyi edir.
Bu il aprelin 24-dən 26-dək Naxçıvan şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının “Beynəlxalq standartlara uyğun elektrorabitə/informasiya-kommunikasiya texnologiyaları indikatorlarının unifikasiyası” mövzusunda regional seminarı və Müstəqil Dövlətlər Birliyi üzrə Regional Rabitə Təşkilatının rabitə iqtisadiyyatı üzrə Komissiyasının 31-ci iclası keçirilmişdir. Hər iki beynəlxalq tədbirdə 11 ölkədən 50 nümayəndə iştirak etmişdir. Tədbirlərdə Regional Rabitə Təşkilatına üzv olan ölkələrin milli qanunvericiliyinin müxtəlif istiqamətləri, beynəlxalq çağırışlar üzrə operatorlararası tariflərin unifikasiyası, informasiya-kommunikasiya texnologiyaları sektorunun və informasiya cəmiyyətinin inkişafının iqtisadi aspektləri, rəqəmli yayım üzrə tətbiq edilən xidmətlərin tənzimlənməsi qaydaları, informasiya-kommunikasiya texnologiyaları üzrə statistik göstəricilərin təkmilləşdirilməsi və digər məsələlər müzakirə edilmişdir.

Ardını oxu...

Şahbuz rayonunun Kükü kəndində bu il bir neçə yeni obyekt istifadəyə veriləcək. Onlardan biri 2 mərtəbədən ibarət məktəb binasıdır. Hazırda 198 şagird yerlik kənd tam orta məktəbinin binasının ikinci mərtəbəsində yenidənqurma işləri sürətlə davam etdirilir. Binada müəllim və şagirdlər üçün yeməkxana, yardımçı və sinif otaqları ilə bərabər, 1 kompyuter otağı, 2 elektron lövhəli sinif fəaliyyət göstərəcək. Şagirdlər geniş idman zalından da istifadə edəcəklər.
Bundan başqa, kənddə həkim ambulatoriyası, kənd və xidmət mərkəzləri də tikilir. Ambulatoriya və kənd mərkəzinin binaları iki, xidmət mərkəzi isə bir mərtəbədən ibarət olacaq. İş icraçısı Nazim Əhmədov bildirdi ki, həkim ambulatoriyası üçün nəzərdə tutulan binanın artıq təməli qoyulub. Yaxın vaxtlarda monolit beton işlərinə başlanacaq. Kənd və xidmət mərkəzlərinin tikiləcəyi ərazidə isə təməlin qoyulması üçün qazıntı işləri aparılıb.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyindən aldığımız məlumata görə, cari ilin fevral ayının 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “2012-ci ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin qarşısında qoyulan vəzifələrin yerinə yetirilməsi məqsədilə ötən müddət ərzində bir sıra işlər görülüb. Muxtar respublikada sığorta işinin canlandırılması üçün əhali, hüquqi və fiziki şəxslər arasında sığortanın mahiyyəti və əhəmiyyəti barədə maarifləndirici tədbirlər aparılması diqqət mərkəzində saxlanılıb. Həyata keçirilən tədbirlər nəticəsiz qalmayıb. Belə ki, 2012-ci ilin ilk beş ayında sığorta haqlarının toplanması ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,2 faiz artıb. Bəhs olunan dövrdə bağlanmış sığorta müqavilələri isə ötən ilin müvafiq dövrü ilə müqayisədə min ədəd çox olub.

Xəbərlər şöbəsi

Şərur rayonunun Dəmirçi kəndi bu gün tikinti meydançasını xatırladır. Belə ki, hazırda bu böyük yaşayış məntəqəsində dörd obyektin tikintisi aparılır. Kəndin simasını əsaslı surətdə dəyişəcək quruculuq tədbirlərini “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları həyata keçirirlər.
Obyektlərdən biri kənd mərkəzi üçün nəzərdə tutulub. İki mərtəbədən ibarət olan, müasirtipli layihə əsasında inşa edilən binada hörgü işləri başa çatdırılıb, dam örtüyü vurulub. Hazırda binada suvaq işləri aparılır. Burada kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, mədəniyyət evi, kitabxana, ATS, poçt bölməsi, baytarlıq məntəqəsi fəaliyyət göstərəcək.
Cari ildə kəndin həkim ambulatoriyası da yeni binada xidmətini davam etdirəcək. Bu bina da iki mərtəbədən ibarətdir. Obyektdə hörgü işləri, əsasən, başa çatdırılıb, qapı-pəncərələrin salınmasına, suvaq işlərinin görülməsinə başlanılıb. Yeni səhiyyə ocağının maddi-texniki bazası gücləndiriləcək, burada müasir tibbi avadanlıqlar quraşdırılacaq.
Daha bir obyekt 1008 şagird yerlik kənd tam orta məktəbi üçün nəzərdə tutulub. Qeyd edək ki, yaradılan şərait hesabına qısa müddət ərzində köhnə məktəb binasında bəzi yardımçı tikililər, dam örtüyü, arakəsmələr sökülüb, qapı-pəncərələr çıxarılıb, binaya bir korpus da əlavə edilib, daha bir mərtəbə ucaldılıb. Yeni məktəb binasında 55 sinif otağı, 3 laboratoriya, 3 elektron lövhəli sinif, 3 kompyuter, direktor və müəllimlər otaqları, kitabxana, idman zalı kollektivin ixtiyarına veriləcək.
Xidmət mərkəzinin binasında isə son tamamlama işləri görülür. Burada ərzaq, sənaye və tikinti materialları mağazaları, qadın gözəllik salonu, bərbərxana, dərzi sexi və ət satışı dükanı yaradılacaqdır.
Bütün obyektlər tikinti materialları ilə vaxtlı-vaxtında təmin olunur. Bu da inşaat işlərinin sürətlə və keyfiyyətlə aparılmasına imkan verir.

Xəbərlər şöbəsi

Naxçıvan şəhərində Gənclər Mərkəzinin tikintisi davam etdirilir. 625 kvadratmetr sahəni əhatə edən bina zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir. Tikinti işləri Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsi tərəfindən aparılır. İş icraçısı Rəşid Tağıyevin verdiyi məlumata görə, inşaat işlərinə bu ilin aprel ayından başlanılıb. Hazırda binanın birinci və ikinci mərtəbələrində tikinti işləri başa çatdırılıb, suvaq işləri aparılır. Üçüncü mərtəbədə isə beton-qəlib işləri yekunlaşıb, dam örtüyü vurulur. Bina hazır olduqdan sonra burada rəsm qalereyası, kitabxana, konfrans zalı və xarici dil kursları fəaliyyət göstərəcək. Tikintidə təhlükəsizlik qaydalarına ciddi əməl olunur, inşaatçılar binanı vaxtında təhvil vermək üçün səylə çalışırlar.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikası Sahibkar­lığa Kömək Fondundan aldığımız məlumata görə, iqtisadiyyatın bütün sahələrinə cari ilin ilk 5 ayında 1 milyon 317 min manat kredit ayrılıb. Bəhs olunan dövrdə fond tərəfindən meyvəçiliyin, istixana, o cümlədən limon istixanası, bağçılıq və üzümçülük təsərrüfatlarının yaradılmasına 17 layihə üzrə 367 min manatlıq dövlət maliyyə dəstəyi göstərilib.
Kəndlərdə kiçikhəcmli layihələrin – soyuducu anbarların, istixana komplekslərinin, kompleks arıçılıq təsərrüfatlarının, bərk pendir istehsalının, südün emalı, xama, lokum istehsalının, meyvə-tərəvəz qurutma sahələrinin yaradılmasına 32 layihə üzrə 709 min manat kredit verilib.
Məlumatda o da bildirilir ki, kreditlərin verilməsi müvəkkil kredit təşkilatları tərəfindən icra edilib, alınan vəsaitlərin aidiyyəti üzrə xərclənməsinə xüsusi diqqət yetirilib.

Xəbərlər şöbəsi

“Nağdsız ödənişlərin həcminin artırılması və POS-terminallardan istifadənin genişləndirilməsi” mövzusunda Babək rayonunda sa­hibkarlarla keçirilən görüşdə nağdsız hesablaşmaların əhəmiyyəti haqqında ətraflı söhbət açılıb.
Tədbirdə Babək Rayon Vergilər Şöbəsinin rəisi Səftər Əliyarov çıxış edərək bildirib ki, iqtisadi fəaliyyətin bütün sahələrində həyata keçirilən maliyyə əməliyyatlarının nağdsız hesablaşmalar vasitəsilə aparılmasının təmin olunması qarşıda duran əsas vəzifələrdəndir. Hazırda rayon ərazisində quraşdırılan POS-terminallardan səmərəli istifadənin təmin olunması üçün əhali və sahibkarlıq subyektləri arasında izahat işlərinin gücləndirilməsinə xüsusi diqqət yetirilir, nağdsız əməliyyatların aparılması istiqamətində əməkdaşların məsuliyyəti artırılır.
Sonra rayon Vergilər Şöbəsinin əməkdaşlarından Ataxan Nuriyevin, Faiq Hümbətovun çıxışları olub. Çıxışlarda plastik kartlardan istifadənin, elektron ödənişlərin və nağdsız ödənişlərin həcminin artırılmasının vacibliyindən söhbət açılıb.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər şöbəsi

Naxçıvanda kartofçuluğun inkişafı məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları tədbirlər keçirir. Kartofçuluqla məşğul olan sahibkarlara yardım etmək üçün onlar bu dəfə Şahbuz rayonunda olublar. Nazirliyin Bitki mühafizəsi və karantin şöbəsinin əməkdaşları bu mövsümdə fəallaşan zərərvericilərə qarşı mübarizə məqsədilə Bakıdan gətirilən dərman preparatlarını rayonun fermerlərinə və fərdi təsərrüfatların rəhbərlərinə paylayıblar. Sahibkarlarla keçirilən görüşdə 21 kəndin nümayəndəsi və fərdi təsərrüfat sahiblərinə kartof üçün təhlükəli sayılan kolorado böcəyinə qarşı tətbiq edilən 40 litr dərman preparatı pulsuz olaraq paylanıb. Bu miqdarda dərman preparatı 160 hektar sahəyə nəzərdə tutulub. Muxtar respublika Bitki Mühafizə Stansiyasının mütəxəssislərinin də qatıldığı tədbirdə sahibkarları maraqlandıran suallar cavablandırılıb və zərərvericilərə qarşı mübarizə tədbirlərinin düzgün aparılması məqsədilə bukletlər verilib. Bundan əvvəl mütəxəssislər eyni məqsədlə Şərur, Sədərək, Kəngərli və Ordubad rayonlarında olublar.

Xəbərlər şöbəsi

2011-ci ilin mart ayından etibarən “Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivi tərəfindən Naxçıvan şəhərinin Pişəvəri küçəsində inşa olunan Dövlət Bayrağı Meydanında və Fəxri Xiyabanda tikinti işləri davam etdirilir. Bayraq Meydanında 5 hektardan artıq əraziyə daş düzülür, işıqlandırma sistemləri quraşdırılır. 270 kvadratmetr ərazidə salınan səkkiz guşədən ibarət Bayraq Muzeyi binasında da işlər davam edir. Binanın ətrafındakı sahənin üzlənməsində qranit lövhələrdən və yerli üzlük daşlardan istifadə olunub.
İş icraçısı Səyavuş Qasımovun bildirdiyinə görə, Bayraq Meydanının aşağı hissəsində 8 hektara yaxın sahəni əhatə edən Fəxri Xiyabanın ərazisində də inşaat işləri aparılır. Bu ərazidə yaradılan terraslarda üzlük daşların döşənməsi, suaxıdıcı arxların, süni yaşıl örtüyün salınması, müasir işıqlandırma sistemlərinin quraşdırılması işləri gedir. Xiyabanın giriş qapısında inşaat işləri, əsasən, başa çatıb, ətrafında abadlıq işləri aparılır. Ərazidə yerləşən 4 otaqlı inzibati binada da işlər yekunlaşıb. İnşaatçılar öhdələrinə düşən işi vaxtında və yüksək keyfiyyətlə başa vurmaq üçün səylə çalışırlar.

Xəbərlər şöbəsi

Muxtar respublikamızın ayrılmaz həyat ritminə çevrilən tikinti-quruculuq işlərindən Şahbuz rayonunun Qızıl Qışlaq kəndinə də pay düşüb. Burada 110 şagird yerlik yeni məktəb binası tikilir. Layihəyə əsasən, bina zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olacaq. Binanın zirzəmisində və birinci mərtəbəsində arakəsmələr işlənir, ikinci mərtəbədə beton-qəlib işləri başa çatdırılaraq çardaq hissəsinin qurulmasına hazırlıq görülür. Yeni məktəb binasında sinif otaqları, kitabxana, elektron lövhəli sinif və bir kompyuter sinfi, laboratoriya müəllim və şagirdlərin ixtiyarına veriləcək. Bina üçün fərdi qazanxana da yaradılacaq.
Kənddə inşa edilən digər bir bina kənd mərkəzi üçün nəzərdə tutulub. Bina iki mərtəbədən ibarət olacaq.
Qızıl qışlaqlılar yeni bir obyektdən isə xidmət mərkəzi kimi istifadə edəcəklər. Burada sənaye və ərzaq malları mağazaları, ət satışı dükanı, bərbərxana, məişət cihazlarının təmiri sexləri fəaliyyət göstərəcək. Adıçəkilən hər üç tikinti obyektinin inşasını Şahbuz Rayon Tikinti-Quraşdırma İdarəsi aparır.
Lazım olan tikinti materialları ilə təmin edilən obyektlərin vaxtında təhvil verilməsi üçün bütün tikintilərdə çalışan inşaatçılara, müxtəlif peşə sahiblərinə hərtərəfli şərait yaradılıb. Obyektlərdə yerli inşaat materiallarından istifadəyə üstünlük verilir, keyfiyyət amili diqqət mərkəzində saxlanılır.

Xəbərlər şöbəsi

Son illərdə bölgələrimizdə aparılan quruculuq tədbirlərindən Culfa rayonunun Kırna kəndi də bəhrələnib. Belə ki, bu yaşayış məntəqəsində 4 obyektdə inşaat işləri gedir. Bunlardan biri 306 şagird yerlik kənd tam orta məktəbi üçün nəzərdə tutulan binadır. Bu quruculuq tədbirinin həyata keçirilməsinə cari ilin mart ayından start verilib. Yenidən qurulan bina zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir. Yaşayış məntəqəsində inşa edilən daha bir bina isə kənd mərkəzi üçün nəzərdə tutulub. İki mərtəbədən ibarət olacaq binanın birinci mərtəbəsində rabitə evi, baytarlıq və polis sahə məntəqələri, kitabxana, arxiv, ikinci mərtəbədə isə bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, kənd inzibati ərazi dairəsi üzrə nümayəndə­lik yerləşəcək. Kənddə həkim ambulatoriyasının da tikintisi sürətlə aparılır. Binanın birinci mərtəbəsinin tikintisi başa çatdırılıb, ikinci mərtəbədə qəlib işləri görülür. Daha bir tikinti obyekti olan xidmət mərkəzi üçün nəzərdə tutulan binanın inşasında da sürətli iş prosesi hökm sürür. Sözügedən obyektlərdə inşaat işlərini Culfa Rayon Tikinti-Quraşdırma İdarəsinin inşaatçıları həyata keçirirlər.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində 5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə elmi-praktik konfrans keçirilib.
Tədbir iştirakçıları əvvəlcə muxtar respublikanın flora və fauna nümunələrindən ibarət sərgiyə baxıblar.
Konfransda Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Hafiz Yaqubov məruzə edərək bildirib ki, Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1972-ci il 15 dekabr tarixli Qərarına əsasən, iyun ayının 5-i Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü elan edilib. Bu gün dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da hər il qeyd olunur.
Vurğulanıb ki, ekoloji problemlərin həlli, ətraf mühitin qorunması, təbiətin zənginləşdirilməsi Naxçıvan Muxtar Respublikasında da diqqət mərkəzində saxlanılır. Muxtar respublikanın coğrafi mövqeyi, relyefi, təbii iqlim və torpaq xüsusiyyətləri, təbii su potensialı nəzərə alınaraq, ən mühüm ekoloji tədbir kimi yaşıllaşdırma, meşəsalma və meşəbərpa tədbirlərinə xüsusi diqqət yetirilir, xüsusi mühafizə olunan təbiət obyektləri yaradılır. Hazırda muxtar respublikada böyük əraziləri əhatə edən 1 milli park, 1 təbiət qoruğu və 3 yasaqlıq mövcuddur.

Ardını oxu...

Əvəlik kosmopolit bitki olub, Yer kürəsinin hər yerində yayılmışdır. Bu bitkinin əksər növlərinə şimal yarımkürəsinin mülayim iqlim zonalarında rast gəlmək olar. Ən çox çəmənliklərdə, meşə kənarlarında, dağ yamaclarında, göl, dəniz vadilərində alaq otu  kimi yayılmışdır. 

Qafqazda 25, Azərbaycanda isə 17 növü bitir. Xalq arasında tərəvəz bitkisi kimi geniş istifadə edilən adi və yumrukök növləridir. Bu növlər Azərbaycanın aşağı və orta dağ qurşaqlarında bitir. Naxçıvan Muxtar Respublikasının ərazisinin əksər yerlərində bu bitkiyə rast gəlmək olar. Şahbuz, Sədərək və Ordubad rayonlarında bitən və istifadə olunan əvəlik növləri əvəzolunmazdır. Aqrar sahədə xüsusi təcrübəsi olan yaşlı insanlar deyirlər ki, İkinci Dünya müharibəsi illərində yerli əhali tərəfindən Şahbuz və Ordubad rayonlarının ərazilərindən kütləvi şəkildə əvəlik və ələyəz pencərləri yığılaraq çörək əvəzinə qida tələbatının ödənilməsində istifadə olunmuşdur.
Botaniki xüsusiyyətlərindən danışarkən qeyd olunmalıdır ki, əvəlik bitkisi qırxbuğum fəsiləsinə aid olub, çoxillik ot bitkisidir. Əvəlik toxum, kök pöhrələri ilə çoxalır. Toxumları yazda və payızda səpilir. İkinci ildən başlayaraq qida üçün istifadə olunacaq yaşıl kütləsi alınır. Uzunömürlü, çoxillik bitkidir.
Əvəlik bitkisi müalicəvi əhəmiyyətə malikdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında quşçuluq təsərrüfatlarının sayı 46-ya çatıb. Muxtar respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına nail olmaq, yumurta və quş ətinə olan tələbatı yerli məhsullar hesabına ödəmək məqsədilə dövlət tərəfindən bu sahəyə göstərilən qayğıdan sonra həmin rəqəm əldə edilib.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri və Dövlət Baytarlıq Xidmətinin əməkdaşları Kəngərli rayonunda sahibkarlarla görüşüblər. Fərdi quşçuluq təsərrüfatlarının sahibkarları ilə görüşən mütəxəssislər son illər bu sahədə qazanılan təcrübələri onlarla bölüşüblər. “Bu sahənin inkişafı dövlət səviyyəsində dəstəklənir və sahibkarlara bunun üçün lazımi şərait yaradılır. Elə bunun nəticəsidir ki, son illər muxtar respublikadakı təsərrüfatlarda quşların baş sayı 1 milyon 56 min 600 başa çatıb. Halbuki aqrar islahatlardan öncə bu rəqəm 209 min 435 baş olub”. Bu faktları mütəxəssislər görüş zamanı sahibkarların diqqətinə çatdırıblar. O da qeyd edilib ki, sağlam inkubasiya üçün yararlı yumurtaların seçilməsinə, cücələrin saxlanma şəraitinə və yemləmə qaydalarına xüsusi diqqət yetirməklə bu sahədə uğur qazanmaq olar. Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb, onlara profilaktik tədbirlərin aparılması qaydaları haqqında hazırlanan bukletlər paylanıb.

Xəbərlər şöbəsi

Tarix sübut etmişdir ki, tarazlı iqtisadi inkişaf istənilən cəmiyyətdə sosial-siyasi sabitliyin və mədəni yüksəlişin əsas səbəblərindən biridir. Buna nail olmaq, daha sonra isə onu qoruyub saxlamaq inkişafın bütün mərhələlərində tənzimləmə tədbirlərinin gündəmdə olmasını tələb edir. İnsan tələbatlarının sonsuz olması, təbii və istehsal resurslarının isə məhdudluğu sabit inkişafa maraqlı olan hər bir idarəetmə sistemi qarşısında bir sıra vəzifələr qoyur. 

Hər kəsin fərdi rifahına, mədəni səviyyəsinə təsir edən tarazlı inkişaf kifayət qədər mürəkkəb məsələdir və dövlətlər vaxtaşırı olaraq bu problemin həllində çətin sınaqlar qarşısında qalırlar. Əslində isə bazar tarazlığı ilə hər birimiz öz gündəlik həyatımızda rastlaşır, bəzən özümüz də bilmədən bu münasibətlərin iştirakçısına çevrilirik. Misal üçün, ticarət köşkündən bir qutu şəkər aldığımızda bu, həmin anda yaranmış ticari razılaşmanın, yaxud tarazlığın nəticəsidir. Belə razılaşmalar isə hər gün milyonlarla və daha çoxdur. Ancaq unutmaq olmaz ki, iqtisadi həyatda ideal formul hesab olunan “satan razı, alan razı” prinsipi həmişə özünü doğrulda bilmir. Yəni iqtisadi münasibətlərə girən bir tərəf üçün işlərin yaxşı getməsi heç də hamının kefinin kök olması demək deyildir. Qeyd edək ki, belə məsələlər iqtisadi maraqlara birtərəfli, yəni yalnız şəxsi mənafeləri baxımından yanaşanlar üçün həmişə qaranlıq qalmış, belə yanaşmalar gec-tez öz mənfi nəticəsini göstərmişdir. Çünki qısa müddətdə görülən işin nəticəsi nə qədər qazanclı olsa da, dövlət və cəmiyyət maraqları ilə üst-üstə düşmədiyindən o, kökündən qopmuş çürük bir ağac kimi səs-küylə aşıb yerə düşəcək, bu zaman bir çox sosial və hətta siyasi fəsadlar da törədəcəkdir.

Ardını oxu...

Ordubad Rayon Vergilər Şöbəsində vergi ödəyiciləri ilə keçirilən görüşü giriş sözü ilə şöbənin rəisi Məhəmməd İbadov açıb. Şöbə rəisi bildirib ki, nağdsız ödənişlərin genişləndirilməsi dövlətimizin maliyyə-iqtisadi siyasətinin əsas hədəflərindən biri olaraq qalır. Ölkədə nağdsız ödənişlərin inkişafını, o cümlədən POS-terminalların tətbiqini təmin edən 10-a yaxın normativ hüquqi akt qəbul olunub. Nağdsız ödənişlərin genişləndirilməsi üçün elektron ödəniş vasitələrinin tətbiqi heç də problemsiz deyil. Hələ də bəzi təsərrüfat subyektlərinin POS-terminalların tətbiqinə az maraq göstərməsi və əhalinin nağd ödənişlərin aparılmasına daha meyilli olması müşahidə edilir.
Tədbirdə şöbənin əməkdaşlarından Elnur Bağırovun, Malik Məmmədovun çıxışları olub. Çıxışlarda qeyd edilib ki, istənilən ödəmə prosesində, o cümlədən nağdsız ödəmələrdə iki əsas tərəf iştirak edir. Nağdsız ödənişlərin həcminin daha da artırılmasının ən optimal yollarından biri hər iki tərəfin marağını təmin etməkdir. Bu gün pul hesablaşmalarının aparılmasında nağdsız ödəniş formasının üstünlükləri heç kəsdə şübhə doğura bilməz. Dünya təcrübəsi göstərir ki, nağdsız ödənişlər hesablaşmalarda operativliyin, rahatlığın, təhlükəsizliyin və şəffaflığın təmin olunması deməkdir.
Sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.

Xəbərlər şöbəsi

Muxtar respublikamızda yerli xammaldan səmərəli istifadə etməklə daxili bazarın tələbatına uyğun keyfiyyətli məhsullar istehsal edən müxtəliftəyinatlı yeni istehsal müəssisələri yaradılır və ya mütərəqqi texnologiyalar tətbiq olunmaqla fəaliyyəti dayanmış müəssisələrin işi bərpa edilir. Tikinti materiallarına olan tələbatın ödənilməsi istiqamətində də mühüm işlər görülür, tikinti materialları istehsal edən müəssisələr fəaliyyətə başlayır. Təbii ki, bu da tikinti-quraşdırma işlərinin sürətlə aparılmasına rəvac verir.
“Gəmiqaya Kərpic Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti də son illər Naxçıvan Muxtar Respublikasında həyata keçirilən genişmiqyaslı quruculuq tədbirləri nəticəsində yerli tikinti materiallarına olan tələbatın ödənilməsi zərurətindən yaradılmışdır.

Ardını oxu...

Qlobal ekoloji problemlərin aradan qaldırılmasına və təbiətin qorunmasına insanların diqqətini cəlb etmək məqsədilə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1972-ci il 15 dekabr tarixli qərarına əsasən, iyun ayının 5-i Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü elan edilmişdir. Bu gün dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da hər il qeyd olunur.

Azərbaycanda ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndəri­miz ekoloji problemlərin həlli barədə demişdir: “Təbii sərvətlərə qayğı ilə yanaşılması, planetin genefondunun qorunması, ekoloji sağlamlıq və digər qlobal problemlər ayrılıqda hər bir dövləti ciddi düşündürsə də, onları yalnız birgə səylərlə həll etmək mümkündür”. Dahi şəxsiyyətin ölkəmizə rəhbərliyinin birinci dövründə bu istiqamətdə kompleks tədbirlər həyata keçirilmiş, respublikamızın bütün bölgələrində yaşıllaşdırma işləri geniş vüsət almışdır. Müstəqillik illərində də ümummilli liderimizin təşəbbüsü ilə ekoloji siyasət uğurla davam etdirilmiş, yüz min hektarlarla yeni yaşıllıq zolaqları salınmış, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasında təbiətin mühafizəsi, təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması məqsədilə səmərəli istifadə olunması öz əksini tapmışdır. “Ekoloji təhlükəsizlik haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının qanunları da təbiətin qorunması, ekoloji mühitin saflaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Ümumilikdə, ölkə­mizdə ekologiya ilə bağlı 29 qanun qəbul olunmuşdur. Bununla yanaşı, 2001-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılması dövlətin ekoloji siyasətinin uğurla həyata keçirilməsinə geniş imkanlar açmışdır.

Ardını oxu...

Naxçıvanlı rəssamlar yaradıcılıqla yeni emalatxanada məşğul olacaqlar. Onlar üçün nəzərdə tutulan Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin yeni binasının tikintisi artıq başa çatmaqdadır.
Naxçıvan şəhərindəki Heydər Əliyev prospektində inşa edilən 416 kvadratmetrlik yeni bina zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarətdir. Burada rəssamlara məxsus iş otaqları ilə bərabər, yaradıcı fəaliyyət üçün geniş emalatxana da fəaliyyət göstərəcək. Emalatxana binanın zirzəmisində yerləşir. Binanın birinci mərtəbəsində iş otaqları istifadəyə veriləcək. İkinci mərtəbədə isə 365 kvadratmetr ərazini əhatə edən geniş sərgi salonu fəaliyyət göstərəcək. Burada yerli rəssamların istər ölkə, istərsə də beynəlxalq səviyyədə keçirilən sərgilərini nümayiş etdirmək üçün imkan yaradılacaq. Müasir memarlıq üslubunda tikilən binanın inşasında yerli materiallardan istifadə edilib. Hazırda binanın ərazisində abadlıq işləri görülür.

Xəbərlər şöbəsi

Ulu diyarımız təbii şəraitinə görə spesifik xüsusiyyətlərə malikdir. Burada kənd təsərrüfatının inkişaf etdirilməsi üçün lazımi şərait vardır. Əlverişli iqlim şəraiti, bərəkətli, münbit torpaqları olan muxtar respublikamızda aqrar sahənin inkişafına böyük diqqət və qayğı göstərilir.
Son illər iqtisadi inkişafın və aqrar islahatların aydın xarakteristikası deməyə əsas verir ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf yolu muxtar respublikada böyük əzmlə davam etdirilmiş, həyata keçirilən məqsədyönlü siyasət sayəsində bu qədim diyar davamlı sosial-iqtisadi yüksəliş və ictimai həyatdakı nailiyyətlər fonunda yeni keyfiyyət mərhələsinə qədəm qoymuşdur. Muxtar respublikada mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına, istehsal müəssisələrinin fəaliyyətinin daha da genişləndirilməsinə, ixracyönümlü məhsul istehsalının stimullaşdırılmasına, yerli sahibkarlığın inkişafı yolu ilə əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına, məşğulluq səviyyəsinin artırılmasına və ümumilikdə, muxtar respublika iqtisadiyyatının dinamik inkişafına nail olunmuşdur.
Mövcud torpaq potensialından səmərəli istifadənin diqqət mərkəzində saxlanılması, əkin sahələrinin genişləndirilməsi, əkin suyuna olan tələbatın həll edilməsi, torpaq mülkiyyətçilərinə güzəştli şərtlərlə kredit və müasir texnika verilməsi kənd təsərrüfatının inkişafına əsaslı stimul olmuşdur.

Ardını oxu...

Şərur Rayon Vergilər Şöbəsində vergi ödəyiciləri ilə görüş keçirilib. Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər, nağdsız hesablaşmaların üstünlükləri və POS-terminallardan ödəniş aparılmasının əhəmiyyəti, vergi qanunvericiliyinə dair vergi ödəyicilərinin maarifləndirilməsi məqsədilə keçirilən tədbiri giriş sözü ilə rayon Vergilər Şöbəsinin rəisi, vergi xidməti müşaviri İsmayıl Fətullayev açıb.
O, vergi sistemində aparılan islahatlar nəticəsində muxtar respublikamızda müasir vergi inzibatçılığının formalaşdırıldığını, vergi orqanları ilə vergi ödəyiciləri arasında texnoloji baxımdan mükəmməl elektron əlaqələr sistemi qurulduğunu, müasir səviyyəli təhlil bazasına malik informasiya sistemlərinin, POS-terminalların yaradıldığını, “Elektron hökumət” layihəsi sahəsində mühüm işlər görüldüyünü vurğulayıb, 2013-cü il yanvarın 1-dən qüvvəyə minən Vergi Məcəlləsinə əlavə və dəyişiklikləri ətraflı təhlil edib.
Şöbənin vergi ödəyicilərinə xidmət bölməsinin rəisi, kiçik vergi xidməti müşaviri Allahverdi İsmayılov bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli Qərarı ilə “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları” təsdiq edilib. Həmin qaydalara uyğun olaraq, POS-terminalların ticarət, ictimai iaşə, məişət və digər növ xidmət müəssisələrində, yəni idman və sağlamlıq komplekslərində, səhiyyə, istirahət və əyləncə obyektlərində, mehmanxanalarda, turizm şirkətlərində, hava, su, dəmiryol və avtomobil nəqliyyatı vasitələri ilə sərnişindaşımada biletlərin satışını həyata keçirən satış məntəqələrində və sair bu kimi xidmət sahələrində quraşdırılması nəzərdə tutulub.

Ardını oxu...

Azərbaycanda ilk təyyarə uçuşları 1910-cu ildə həyata keçirilmiş, 1919-cu ildə Bakıdan qalxan “Farman-30” tipli təyyarə Xəzər dənizi üzərindən uçaraq Krasnovodskda yerə enmişdir. 1921-ci ildə Azərbaycanda ilk poçt-yük təyyarəsi xəttə çıxarılmışdır. İki il sonra “Yunkers” təyyarəsi ilə Bakı-Tiflis-Bakı marşrutu üzrə ilk sərnişin daşınmasına başlanmışdır. 1938-ci il iyunun 2-də isə Azərbaycanda ilk aviasiya qrupu yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 may tarixli Sərəncamına əsasən, həmin tarix hər il ölkəmizdə mülki aviasiya işçilərinin peşə bayramı günü kimi qeyd edilir.
Azərbaycanda bu nəqliyyat növünün dünya standartları səviyyəsinə qaldırılması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Həyatımızın bütün sahələrinin inkişafını diqqətdə saxlayan ulu öndərimizin Azərbaycana rəhbərliyinin birinci dövründə Gəncədə, Yevlaxda, Zaqatalada, Lənkəranda, Ağdamda, Ağstafada və Naftalanda hava limanları tikilmişdir. Bu limanlar “YAK-40” təyyarələrini qəbul etmək imkanına malik idilər. Müstəqilliyimizin ilk illərində Azərbaycanda digər sahələr kimi, aviasiya da ağır vəziyyətə düşmüşdü. Böyük dövlət xadimi Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra bu sahədəki problemlər də aradan qaldırılmışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar və Kənd Təsərrüfatı nazirliklərinin təşkilatçılığı ilə muxtar respublika ərazisində ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyinin təmin edilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi ilə bağlı maarifləndirici tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini Sahib İbrahimli açmışdır. Qeyd olunmuşdur ki, bu gün muxtar respublikada əhalinin ərzaq məhsulları ilə təminatında taxıl məhsulları mühüm yer tutur. Strateji əhəmiyyət daşıyan bu məhsulların vaxtında və təhlükəsizlik qaydalarına uyğun olaraq yığılması qarşıda duran əsas vəzifələrdən biridir. Məhz bu baxımdan Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi ilə birgə təşkil edilən tədbirin əsas məqsədi taxıl biçini dövründə yanğın təhlükəsizliyinin təmin edilməsi, məhsulların yanğınlardan qorunması və qabaqlayıcı tədbirlərin düzgün həyata keçirilməsindən ibarətdir.
Sonra Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Naxçıvan Şəhər Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin rəisi Şahid İbrahimov, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Mirtaleh Seyidov, Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Ədalət Hüseynov və nazirliyin müfəttişi Zərraf Əfəndiyev çıxış etmişlər. Bildirilmişdir ki, muxtar respublika ərazisində ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyinin təmin edilməsi və qabaqlayıcı tədbirlərin görülməsi diqqətdə saxlanmalı, dənli və texniki bitkilərin yığılması, daşınması və emalı dövründə təhlükəsizlik qaydalarına ciddi əməl olunmalıdır.
Çıxışlarda biçin dövrü sahibkarların və torpaq mülkiyyətçilərinin qarşısında duran vəzifələrdən, taxıl zəmilərində işləyəcək kənd təsərrüfatı texnikalarının və aqreqatların hazır vəziyyətə gətirilməsi ilə əlaqədar görüləcək tədbirlərdən də bəhs edilmişdir.
Tədbirin sonunda iştirakçılara “Ot-taxıl biçini zamanı yanğın təhlükəsizliyi qaydaları” adlı tövsiyə xarakterli yaddaş kitabçaları verilmişdir.

Səbuhi HƏSƏNOV

Naxçıvan Muxtar Respublikasında özəl bölməyə, sahibkar­lıq fəaliyyətinə yaradılan münbit şərait nəticəsində nəinki daxili bazarın tələbatını ödəyən, həm də xarici bazarlara məhsul ixrac edən istehsal müəssisələri yaradılmışdır. Belə müəssisələrdən biri də Naxçıvan şəhərində fəaliyyət göstərən “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının “Cahan Pen” Fabrikidir. Sahibkarlığa Kömək Fondundan göstərilən dövlət maliyyə dəstəyi ilə Naxçıvan şəhərində ayrılmış ərazidə ayrı-ayrı iş otaqlarından ibarət inzibati və istehsal sahəsi binaları tikilib istifadəyə verilmiş, müasir texnoloji avadanlıqlar quraşdırılmışdır.
2006-cı ildən fəaliyyətə başlayan müəssisədə plastik qapı-pəncərələrin hazırlanmasında istifadə olunan 4 çeşiddə profil, qapı və pəncərələrin şüşə hissəsini bərkitmək üçün çita, asma tavan üçün 12,5 və 20 santimetrlik lambirlər, 2 və 3 kanallı pərvazlar və pərvaz önlüyü istehsal olunur. 2007-ci ildə fabrikin istehsal fəaliyyəti genişləndirilmiş, su boruları istehsalı sahəsi yaradılmışdır. Hazırda gündəlik istehsal gücü 5000 metr olan istehsal xəttində 20, 25, 32, 40 və 50 millimetr ölçü­lərdə plastik su boruları istehsal edilir. İstehsal olunan yerli məhsula tələbat artdığından burada yeni avadanlıqlar alınıb quraşdırılmış, alüminium təbəqəli plastik boru istehsalına başlanılmışdır. Ümumilikdə, bu istehsal xəttində 2 növdə, 10 çeşiddə məhsul istehsal olunur.

Ardını oxu...

Elektron hökumətin əsas atributlarından biri də elektron imzadır. Elektron imza rəqəmsal dünyada şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir. “Elektron imza və elektron sənəd” haqqında Azərbaycan Respublikası Qanununa əsasən, gücləndirilmiş elektron imza şəxsin kağız daşıyıcı üzərindəki möhurlə təsdiq edilmiş əl imzasına bərabər tutulur. Elektron sənəd mübadiləsinin bütün iştirakçıları bir-birlərindən uzaqda olmalarına baxmayaraq, eyni imkanlar əldə edirlər. Bir sözlə, elektron imza dövrün tələbləri sırasında informasiya cəmiyyətinin vacib elementlərindən birinə çevrilir.

Yaradılan yeni imkanların əsas məqsədi xidmətlərin göstərilməsi üçün dövlət qulluqçuları və vətəndaşlar arasındakı “məsafəni” maksimum azaltmaq, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdan ibarətdir. Dövlət orqanları tərəfindən elektron xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətinin artırılması, vətəndaşların xidmətlərdən məmnunluğunun yüksəldilməsi bu məqsədə çatmağın vasitələridir.

Ardını oxu...

İqtisadi inkişafın əsasında insanların mülkiyyət və əmlakla bağlı olan münasibətləri mühüm yer tutur. Əmlak əldə etmək və gözlənilməz bədbəxt hadisələrdən onu qoruyub saxlamaq isə cəmiyyətdəki mühüm iqtisadi, sosial və hüquqi münasibətlərin tənzimlənməsi ilə mümkün olub, hazırkı sığorta fəaliyyətinin əsas məzmununu təşkil edir.
Sığorta deyəndə, şübhəsiz, insanların mənafelərinin zəmanət altına alınması üçün cəmiyyətdə mövcud olan ictimai münasibətlərin ən yetkin formalarından biri başa düşülür. Söhbət qarşılıqlı zəmanət və inama əsaslanan bir inkişaf modelindən gedirsə, onda bütün iqtisadi fəaliyyət subyektləri, əslində, bir-birinin sığortasıdır desək, yanılmarıq. Məhz buna görə də dünya praktikasında çoxəsrlik tarixə malik olan və mühüm sosial əhəmiyyət daşıyan sığorta fəaliyyəti insana lazım olan mühüm maddi nemətlərin qorunmasına və təminatlı gələcəyin vəd edilməsinə xidmət edir. Bir çox hallarda icbari xarakter daşıyan sığorta dövlət və əhali arasında etibarlı əməkdaşlığın qurulması, sosial siyasətin həyata keçirilməsi baxımından da zəruridir. Bir sıra sığorta növləri, xüsusən də daşınmaz əmlakın icbari sığortası isə daha əhəmiyyətlidir.

Ardını oxu...

Mayın 25-də Qəbələ şəhərində Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Gürcüstanın “İnvest in Georgia” Milli İnvestisiya Agentliyinin və Türkiyənin Xarici-İqtisadi Əlaqələr Təşkilatının (DEİK) təşkilatçılığı ilə üçtərəfli Azərbaycan-Gürcüstan-Türkiyə Biznes-Forumu keçirilmişdir.
Hər üç ölkədən dövlət və hökumət nümayəndələri ilə yanaşı, kənd təsərrüfatı (kənd təsərrüfatı məhsullarının becərilməsi, saxlanılması, emalı və daşınması), tikinti, turizm, tekstil, energetika, daşınmaz əmlak və əczaçılıq sahələrində fəaliyyət göstərən 200-dən çox iş adamı iştirak etmişdir.
Gürcüstan, Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi və iş adamları arasında əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli rol oynayan biznes-forumda muxtar respublikanı “Dizayn Holdinq” Kommersiya Şirkətlər İttifaqının və Babək “Sirab” Açıq Səhmdar Cəmiyyətinin Bakı şəhərindəki ofislərinin nümayəndələri təmsil etmişlər.
Biznes-forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər də keçirilmişdir. Görüşlərdə sahibkarlar arasında işgüzar əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunmuşdur. Forumun iştirakçıları bir sıra istehsal müəssisələrinin fəaliyyəti, eləcə də Qəbələdəki turizm imkanları ilə tanış olmuşlar.

Naxçıvan Muxtar Respublikası
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidməti

22-24 may tarixlərində Bakı Ekspo Mərkəzində “WorldFood Azerbaijan-2013” XIX Azərbaycan Beynəlxalq Qida Sənayesi, “Agrihort Azerbaijan-2013” VII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgiləri keçirilmişdir.
Ölkənin qida və aqrar sektorlarının bütün müsbət inkişaf meyillərinin nümayiş etdirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, investisiya qoyuluşlarının artırılması və yeni texnologiyaların tətbiqinə şərait yaradan sərgilərdə Türkiyə, Bolqarıstan, Polşa, Macarıstan, Almaniya, İspaniya, İtaliya, Hollandiya, Rusiya, Belarus, Çexiya, Latviya, Ukrayna, Fransa kimi ölkələrdən olan şirkətlərlə yanaşı, yerli şirkətlər də fəallıq göstərmişlər.
Ümumilikdə, 30-dan çox ölkədən 180-ə yaxın şirkətin iştirak etdiyi sərgidə Naxçıvan Muxtar Respublikası ayrıca pavilyonda 9 müəssisə ilə təmsil olunmuşdur. Sərgidə “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqı, “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqı, “Ləzzət Qida Məhsulları”, “Ləzzət Biskvit və Şokolad Fabriki”, “Naxçıvan Duz İstehsalı”, “Şərur-3”, “Araz-3”, “Kırna” Məhdud Məsuliyyətli cəmiyyətlərində, Babək “Sirab” Açıq Səhmdar Cəmiyyətində və fiziki şəxs Elçin Bağırova məxsus istixana kompleksində istehsal olunan məhsullar nümayiş etdirilmişdir. Muxtar respublikada istehsal olunan alkoqollu içkilər, mineral sular, təbii meyvə şirələri, alma sirkəsi, ət və süd məhsulları, çay, siqaret, unlu-qənnadı məmulatları, müxtəlif növ paketlənmiş çərəzlər, duz və kənd təsərrüfatı məhsulları iştirakçılar və sərgiyə gələnlər tərəfindən böyük maraqla qarşılanmışdır.

Naxçıvan Muxtar Respublikası
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki mühafizə və karantin şöbəsi ilə Bitki Mühafizə Stansiyasının əməkdaşları tərəfindən kartof əkinlərində zərərvericilərə və xəstəliklərə qarşı mübarizə tədbirlərinin aparılması davam etdirilir. Mütəxəssislər bu dəfə Şərur rayonunda olmuş, torpaq sahibkarları ilə görüşmüş və kartof sahələrinə baxış keçirmişlər.
Baxışdan sonra aparılması zəruri olan kimyəvi mübarizənin əhəmiyyətindən danışılmış və onun qaydaları sahibkarlara izah edilmişdir. Əkin sahələrində müşahidə olunmuş xəstəlik və zərərvericilərə qarşı kimyəvi mübarizə aparmaq üçün sahibkarlara çatdırılacaq preparatlar icra nümayəndələrinə verilmiş, sahibkarları maraqlandıran suallar cavablandırılmışdır.

Xəbərlər şöbəsi

Xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə başlanmış demokratik dövlət quruculuğu sahəsində aparılan genişmiqyaslı islahatlar nəticəsində ölkədə iqtisadi və siyasi sabitlik təmin edilmiş, beynəlxalq aləmdə Azərbaycan Respublikasının nüfuzu əhəmiyyətli dərəcədə yüksəlmiş, iqtisadiyyatın dinamik inkişafının əsası qoyulmuşdur. Həyata keçirilən islahatların başlıca məqsədi demokratik və güclü iqtisadiyyata malik müstəqil dövlətin qurulmasından ibarət olmuşdur. İqtisadi sahədə həyata keçirilən tədbirlər bazar iqtisadiyyatı mexanizmləri əsasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, yerli və xarici investisiyaları, müasir texnologiyaları cəlb etmək və qabaqcıl idarəetmə təcrübəsindən faydalanmaqla rəqabətədavamlı məhsul istehsal edən müəssisələrin, həmçinin yeni iş yerlərinin yaradılmasına və nəticə etibarilə, ölkənin iqtisadi qüdrətinin artırılmasına yönəlmişdir. 

Düşünülmüş siyasət sayəsində Azərbaycanda yaranmış ictimai-siyasi sabitlik, bunun ardınca sahibkarlar sinfinin formalaşması üçün həm hüquqi bazanın hazırlanması, həm də dövlət tərəfindən verilən hərtərəfli dəstək, eləcə də görülən digər işlər fonunda iqtisadiyyatda özəl sektorun payı yüksələn xətt üzrə inkişaf etməyə başlamışdır.

Ardını oxu...

Bu sahənin inkişafında elmi metodologiyadan istifadə olunmalıdır

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri və nazirliyin strukturuna daxil olan təşkilatların nümayəndələri, rayonlardan dəvət olunmuş torpaq mülkiyyətçilərinin iştirakı ilə Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin əkin sahəsində “Kartofun becərilməsində elmi texnologiyadan istifadə olunmalıdır” mövzusunda tarla seminar-müşavirəsi keçirilmişdir. Müşavirəni giriş sözü ilə kənd təsərrüfatı nazirinin müavini Sahib İbrahimli açaraq qeyd etmişdir ki, kartofçuluğun inkişafı üçün muxtar respublikanın torpaq-iqlim şəraiti çox əlverişlidir. Son illər bu gəlirli təsərrüfat sahəsinin elmi metodologiya əsasında inkişaf etdirilməsi məqsədilə həyata keçirilən tədbirlər kartofçuluğa marağı daha da artırmışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi muxtar respublika sakinləri tərəfindən satın alınmış avtomobillər haqqında məlumat vermişdir. Məlumatda qeyd olunur ki, cari ilin ötən dövrü ərzində muxtar respublikaya xarici ölkələrdən idxal olunmuş və yerli istehsaldan satın alınmış avtomobillərin sayı 868 ədəd təşkil etmişdir. Bu avtomobillərin bir ədədinin orta alış qiyməti 31 min Amerika Birləşmiş Ştatları dolları səviyyəsindədir. Yəni bu sayda avtomobillərin alışına istehlak kreditləri də nəzərə alınmaqla, 27 milyon dollar həcmində pul xərclənmişdir.

Ardını oxu...

“Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı və Fövqəladə Hallar nazirliklərinin təşkilatçılığı ilə muxtar respublika ərazisində ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyinin təmin edilməsi və qabaqlayıcı tədbirlərin görülməsi, taxıl zəmilərində işləyəcək kənd təsərrüfatı texnikaları və aqreqatların mövsümə hazırlığı ilə bağlı seminar-müşavirə keçirilmişdir.
Torpaq mülkiyyətçilərinin və fermerlərin iştirak etdikləri müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin baş dövlət texniki nəzarət müfəttişi Zərrab Əfəndiyev, Bitkiçilik, toxumçuluq, aqrokimyəvi xidmət şöbəsinin müdiri Ədalət Hüseynov, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin rəis müavini Etibar Məmmədov, Yanğın nəzarəti və yanğından mühafizə işinin təşkili bölməsinin rəisi Mirtaleh Seyidov çıxış edərək seminar-müşavirənin məqsədindən danışmışlar. Qeyd olunmuşdur ki, seminar-müşavirənin keçirilməsində əsas məqsəd muxtar respublika ərazisində ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyinin təmin edilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, həmçinin strateji əhəmiyyətli məhsulların yanğından qorunması və biçin zamanı yanğın təhlükəsizliyi tədbirlərinə düzgün əməl olunmasının təmin edilməsidir.
Vurğulanmışdır ki, rayonlarda taxıl biçini kampaniyasını mütəşəkkil keçirmək və optimal müddətdə başa çatdırmaq, taxıl biçini zamanı yanğın təhlükəsi ilə qarşılaşmamaq üçün mexanizatorlar, fermerlər, torpaq mülkiyyətçiləri sahələrdə çalışan bütün texnikaların sazlığına fikir verməli, zəmilərdə alışdırıcı maddələrin istifadəsinə qadağa qoymaq kimi bir sıra qabaqlayıcı tədbirlər görməlidirlər. Bundan başqa, kombaynlara şum traktorları təhkim edilməli, biçin aparılan sahələrin kənarları şumlanmalı, biçində iştirak edən bütün texnikalar su çənləri, yaşıl süpürgə, yanğınsöndürmə balonları ilə təmin olunmalı, tarlalarda işləyən texnikaların mühərrikləri tez-tez yoxlamalardan keçirilməlidir.
Sonda iştirakçılara “Ot-taxıl biçini zamanı yanğın təhlükəsizliyi qaydaları” adlı tövsiyə xarakterli kitabçalar təqdim olunmuş, yanğınsöndürmə balonlarından istifadə qaydaları əyani olaraq izah edilmişdir.

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki mühafizə və karantin şöbəsi və Bitki Mühafizə Stansiyasının mütəxəssisləri Ordubad rayonunda kartof əkini sahələrinə baxış keçirmiş, sahələrdə zərərvericilər müəyyən edilmiş, kartofun əsas zərərvericisi olan kalorado böcəyinə qarşı kimyəvi mübarizə aparılması haqqında sahibkarlara məsləhətlər verilmişdir. Sahibkarlara çatdırılacaq preparatlar kənd icra nümayəndəliklərinə təqdim olunmuş, kalorado böcəyi və ona qarşı mübarizə tədbirlərinin aparılması, preparatın hazırlanması və tətbiq olunması haqqında bukletlər paylanmışdır.
Sahibkarları maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılmışdır.

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Naxçıvan şəhərinin Heydər Əliyev prospekti bu gün böyük tikinti meydançasını xatırladır. Belə ki, prospektin ayrı-ayrı ünvanlarında müxtəliftəyinatlı quruculuq tədbirləri həyata keçirilir. Onlardan biri də 32 nömrəli yaşayış binasıdır. Ötən əsrin 40-cı illərinin sonlarında inşa edilmiş bu bina müasir tələblərə cavab vermədiyindən müəyyən hissələri sökülərək yenidən qurulur. Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin bir qrup inşaatçısı bir aya yaxındır ki, bu binada çalışır. Tikintinin iş icraçısı Aqil Mirzəyevdən aldığımız məlumata görə, yeni layihəyə əsasən, 2 mərtəbəli binaya daha bir mərtəbə əlavə ediləcək, bütün mənzillərin yaşayış sahəsi 20 kvadratmetrədək artırılacaq. Bunun üçün binanın özülünün möhkəmləndirilməsinə başlanılıb. Binada digər quruculuq işləri də paralel olaraq sürətlə davam etdirilir.

Səbuhi HƏSƏNOV

Ödəniş sistemlərinin inkişafı, dövriyyədə olan nağd pul kütləsinin nağdsız dövriyyə ilə əvəz olunması, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin və əhalinin elektron ödəniş sistemlərindən daha fəal istifadə etməsi müasir dövrümüzün əsas tələblərindən biridir.
Dövlətin bu istiqamətdə həyata keçirdiyi siyasət, bütövlükdə, vətəndaşların elektron ödəniş sistemlərinə çıxış imkanlarının asanlaşdırılmasından, elektron ödəniş sistemlərində yaradılmış potensialdan daha səmərəli istifadənin təmin olunmasından və maarifləndirmə tədbirlərinin həyata keçirilməsindən ibarətdir.
Bu baxımdan ölkə iqtisadiy­yatında nağdsız ödənişlərin həcminin yüksəldilməsi, alğı-satqı əməliy­yatları üzrə hesablaşmalarda plas­tik kartlardan istifadənin miqyası­nın genişləndirilməsi daim diqqət mərkəzindədir.
Nağdsız hesablaşmalar ölkədə vergi və alıcılıq mədəniyyətini yüksəldən amildir. Məlum olduğu kimi, dövriyyədə nağd pul kütləsinin həcminin çox olması bir sıra neqativ hallara gətirib çıxarır ki, bu da vergidən yayınmalara səbəb olur, iqtisadiyyatın inkişafını ləngidir. Bu sistemin inkişaf etməsi vergitutma bazasının genişlənməsinə, vergiyə cəlb olunan gəlirlərin düzgün müəyyən edilməsinə, şəffaflıq və etibarlı­lığa möhkəm zəmin yaradır.

Ardını oxu...

Sədərək rayonunda kənd əməkçilərinə yaz əkinləri üçün kredit verilməsi ilə bağlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının müavini Yusif Seyidov açaraq bildirmişdir ki, keçən il rayonun torpaq mülkiyyətçilərinə 475 min 300 manat güzəştli kredit verilmişdir.
“Naxçıvan-kredit” Bank Olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin sədri Əbülfət Əhmədov bildirmişdir ki, 2012-ci ildə 752 sədərəkli hüquqi və fiziki şəxs kredit götürmüşdür. Vurğulanmışdır ki, torpaq sahibkarları əkinçilikdən yaxşı qazanc götürdükləri kimi, kredit borclarını da vaxtlı-vaxtında ödəmiş, heç bir problem yaratmamışlar. Cəmiyyətin sədri qeyd etmişdir ki, bu gün 214 torpaq mülkiyyətçisinə yaz əkinləri üçün 205 min 300 manat kredit verilir. Onlar bu vəsaitdən təyinatı üzrə istifadə etməli, daxili bazara töhfələrini verməli və əvvəlki illərdə olduğu kimi, borclarını vaxtlı-vaxtında qaytarmağa çalışmalıdırlar.
Sonda torpaq mülkiyyətçiləri Knyaz Əsgərov, Adil Zamanov və başqaları çıxış edərək onlara göstərilən bu qayğıya görə minnətdarlıqlarını bildirmişlər.

 Xəbərlər şöbəsi

22 dekabr 2012-ci il tarixdə keçirilən dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında Ali Məclisin Sədri muxtar respublikada fəaliyyət göstərən bank qurumları qarşısında da bir sıra vəzifələr müəyyənləşdirmişdir. Ötən dövr ərzində Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin bu istiqamətdə həyata keçirdiyi tədbirlər və görüləcək işlər barədə suallarımızı idarənin Kredit təşkilatlarına nəzarət şöbəsinin rəisi Şəmsəddin Sevdimalıyev cavablandırır. 

– Bu ilin ilk 4 ayı ərzində nə qədər kredit verilib?
– Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən 1 may 2013-cü il tarixə muxtar respublikanın iqtisadiyyatına yönəldilən kredit qoyuluşu 85 milyon 950 min manat, o cümlədən qısamüddətli kredit qoyuluşu 19 milyon 202 min manat, uzunmüddətli kredit qoyuluşu isə 66 milyon 748 min manat təşkil edir.
Muxtar respublikanın iqtisadiyyatına yönəldilən kredit qoyuluşu, əsasən, real sektorun inkişafına yönəldilmişdir ki, bu da yerli sənaye və istehlak malları istehsalının həcminin artmasında, yeni iş yerlərinin yaranmasında mühüm rol oynamışdır.

Ardını oxu...

Muxtar respublikanın təbii iqlim şəraiti kartofçuluğun inkişafı üçün xeyli əlverişlidir. Bu da istər dağlıq, istərsə də aran ərazilərdə kartof istehsalını artırmağa imkan verir. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyindən aldığımız məlumata görə, sahibkarlar, torpaq mülkiyyətçiləri 2013-cü ilin bol məhsulu üçün yaradılmış şəraitdən səmərəli istifadə etməyə səy göstərirlər. Bu səbəbdəndir ki, may ayının 20-dək olan operativ məlumata görə, 2669 hektar sahədə kartof əkini keçirilib. Kartof əkini davam etdirilir.

Xəbərlər şöbəsi

Yanvar ayının əvvəllərindən etibarən Naxçıvan şəhərinin Heydər Əliyev prospektində şəhərimizin yeni simvoluna çevriləcək saat qülləsinin inşasına başlanılıb. Milli və müasir memarlıq ənənələrinin sintezi əsasında qurulan qüllənin yerləşdiyi 1200 kvadratmetr ərazidə isə park salınır. Qüllənin yerləşdiyi ərazinin girişində tağvari giriş qapıları inşa olunur, ərazidə müasir işiqlandırma sistemləri və oturacaqlar quraşdırılır, daş döşənilməsi və yaşıllaşdırma işləri aparılır. İnşa olunan yeni qüllənin hündürlüyü 21 metrdən çoxdur. Qüllənin şimal, cənub, şərq və qərbə istiqamətlənmiş üzlərində dörd böyük saat yerləşdiriləcək.

Səbuhi HƏSƏNOV

Hər bir ölkə paytaxtı ilə tanınır deyiblər. Elə ölkələr var ki, əsas hissəsini kəndlər təşkil edir. Paytaxtla bölgələr arasında müəyyən fərqlərin mövcudluğu da qaçılmazdır. Bu, dövlətin yerinə yetirməli olduğu funksiyalarla bağlıdır. Paytaxt siyasi fəaliyyət, intellektin toplandığı məkan sayılmaqla bərabər, həm də elm, mədəniyyət, sənaye mərkəzidir. Bölgələrdə isə, əsasən, kənd təsərrüfatı ilə məşğul olunur, əhali tələbatının ödənilməsi üçün xammal və ya hazır məhsul istehsal edilir.

Naxçıvanda da əhalinin əksəriyyəti kənd yerlərində yaşayır. Bu gün, sözün geniş mənasında, Naxçıvan Muxtar Respublikası özünün şaxələndirilmiş inkişaf epoxasını yaşayır. Nəticədə, tarix üçün çox da böyük olmayan bir zaman kəsiyində Naxçıvan intibah mərhələsi səviyyəsinə çatmış, yeni dövrün böyük tarixi yazılmışdır.
Naxçıvanda böyük həcmdə quruculuq və abadlıq işləri aparılır. Son 17 il ərzində regionun kəndlərində, ucqar yaşayış məntəqələrində də böyük bir salnaməlik qədər quruculuq tədbirləri həyata keçirilmişdir.
Önəmli cəhət ondan ibarətdir ki, görülən işlər həm kəmiyyət, həm də keyfiyyət baxımından fərqlənir. Buna muxtar respublikanın hər bir sakini şahidlik edir, bu inkişafı hamı fərəh hissi ilə alqışlayır. Naxçıvana gələn qonaq-qara da bu gözəlliklərə heyran qalır, kəndlərdə qurulan büsata valeh olur.

Ardını oxu...

Əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər muxtar respublikamızda geniş vüsət alan tikinti işlərinin tərkib hissəsidir. Naxçıvan şəhərinin Atatürk küçəsində inşa olunan yeni yaşayış binası bu tədbirlərin davamıdır. Zirzəmi ilə birlikdə 9 mərtəbədən ibarət olacaq binada tikinti işlərinə bu ilin fevral ayından başlanılıb. İş icraçısı Yanar Məhərrəmovdan aldığımız məlumata görə, 54 mənzilli nəzərdə tutulmuş yaşayış binasında qısa müddətdə zirzəminin tikintisi, I və II mərtəbələrdə beton-qəlib işləri başa çatdırılıb. “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən aparılan tikinti işlərində, əsasən, yerli tikinti materiallarından istifadə olunur. Tikintidə təhlükəsizlik qaydalarına ciddi əməl edilir.  İnşaatçılar işin keyfiyyətlə və vaxtında başa çatdırılması üçün əllərindən gələni əsirgəmirlər.

Səbuhi HƏSƏNOV

İnkişaf etmiş dövlətlərin təcrübəsi sübut edir ki, iqtisadiyyatın sabit tempini qorumaq üçün yerlərdə sahibkarlığın inkişafı və onun rolunun artırılması, müasir infrastrukturun yaradılması iqtisadi siyasətin prioritet məsələlərindən biri olmalıdır. Bu məqsədlə muхtаr rеspublikаmızdа dа sаhibkаrlıq mühitinin fоrmаlаşmаsı, iş аdаmlаrı üçün əlvеrişli şərаitin yаrаdılmаsı istiqаmətində аrdıcıl və məqsədyönlü tədbirlər həyаtа kеçirilir. Sаhibkаrlıq subyеktlərinin fəаliyyətinin stimullаşdırılmаsı və gеnişləndirilməsi məqsədilə dövlət maliyyə dəstəyi göstərilir, idxaləvəzləyici və ixracyönümlü məhsullar istehsal edən emal və sənaye müəssisələri yaradılır.

Nахçıvаn şəhərində fəаliyyət göstərən “Ləzzət Biskvit və Şokolad Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyəti də özəl bölmənin, sаhibkаrlıq fəаliyyətinin inkişаfınа yаrаdılаn şərаitdən, göstərilən dövlət qаyğısındаn bəhrələnmiş, sənаyе şəhərciyi üçün аyrılmış ərаzidə ayrı-ayrı iş otaqlarından ibarət inzibаti binа, istеhsаl sahəsi və digər yardımçı binalar tikilib istifаdəyə vеrilmişdir. İstehsal sahəsinin yaradılmasına 1 milyon 716 min 960 manat vəsait sərf olunmuşdur ki, bunun 1 milyon 12 min manatı Sahibkarlığa Kömək Fondu tərəfindən, 704 min 960 manatı isə daxili imkanlar hesabına ödənilmişdir.

Ardını oxu...

Kənd Təsərrüfatı Nazirliyində muxtar respublikada yetişməyən meyvələrin belə, məlumat kitabçaları tapıldı, ancaq göycə haqqında...

Naxçıvan göycəsi haqqında qəzetimizdə dərc olunmuş yazını, yəqin ki, oxucular xatırlayırlar.  Budəfəki yazımızda həmin mövzuya yenidən qayıdırıq. Səbəb isə  aydındır. Dünyanın heç bir yerində yetişdirilməyən bu neməti tanıtmaq  borcumuzdur. Necə ki  banan, kivi, ananas dünyada məşhur olan meyvələrdəndir, Naxçıvan göycəsi də bu sırada yer tutmağa layiqdir. Çünki yaşı 300-400 ilə çatan  göycə yalnız Naxçıvanda yetişir.  Düzdür, Azərbaycanın digər bölgələrində də müxtəlif növlü alça ağacları vardır. Ancaq alçanın Naxçıvanda yetişən göycə növünün görünüşü və dadı tamamilə fərqlidir.  Təəssüf ki, internet saytlarında Naxçıvan göycəsi ilə bağlı məlumatlar çox azdır.  Dünyada məşhur olan internet saytlarından birinə isə yalnız Naxçıvan göycəsinin videogörüntüləri yerləşdirilib. Gün ərzində milyonlarla insanın üz tutduğu internet saytında bu görüntülərin olmağı da əhəmiyyətlidir. Lakin bu, göycəni tanıtmaq üçün çox azdır…

İnternet saytlarında ötən il jurnalistlərin birinin Bakı bazarlarının birində Naxçıvan göycəsi ilə bağlı apardığı reportaj da diqqətimizi çəkdi. Paytaxt bazarında bu nemətə nə qədər tələbat olduğunu və dadının fərqliliyini alıcılar da etiraf edirdilər.

Ardını oxu...

Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin bir qrup inşaatçısı Naxçıvan şəhərində daha bir uşaq bağçası üçün yeni binanın tikintisini aparır. İş icraçısı Əmirxan Mazanovun sözlərinə görə, inşaat işlərinə aprel ayında başlanılıb. Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olacaq binanın zirzəmi, bir və ikinci mərtəbələrində beton-qəlib işləri həyata keçirilir.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2013-cü ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında 564 milyon 377 min manatlıq Ümumi Daxili Məhsul istehsal olunmuşdur ki, bu da 2012-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 13,3 faiz çoxdur. 

Hər bir nəfərə düşən Ümumi Daxili Məhsulun həcmi 2012-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 11,6 faiz artaraq 1316,5 manata (1677,7 ABŞ dollarına) çatmışdır.

*     *     *

2013-cü ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında 274 milyon 181 min manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bu da 2012-ci ilin müvafiq dövründəki göstəricini 12,4 faiz üstələmişdir.

Ardını oxu...

Ekoloqların fikrincə, Naxçıvan Qafqazda ən quraq coğrafi ərazidir. Buna səbəb muxtar respublikanın dağlıq ərazidə yerləşməsidir. Ancaq min illərdir, burada məskən salan insanlar təbiətlə düzgün davranmaq, onunla “dostluq etmək” üçün yollar axtarıblar. Nəticədə, yayı isti, qışı soyuq, təbii yaşıllıq zolaqları ölkənin digər regionlarına nisbətən az olan Naxçıvanda bəzi təbii problemlər insanlar tərəfindən uğurla həll edilib. Bu istiqamətdə görülən işlərin ən nəzərə çarpanı hər il muxtar respublikada reallaşdırılan yaşıllaşdırma tədbirləridir.
Naxçıvanda yaşıllıq zolaqlarının ərazisi 1990-cı illərin əvvəli ilə müqayisədə dəfələrlə artıb. Əgər həmin illərdə muxtar respublika ərazisinin cəmi 1 faizi yaşıllıqlardan ibarət idisə, hazırda bu rəqəm 10 faizdir. İndi Naxçıvanın bütün rayonlarına istiqamətlənən yolların kənarlarında salınan yaşıllıq zolaqları ən uzaq yolu belə yaxın edir. Avtomobillə gedərkən sanki əks istiqamətdə hərəkət edərək yolçulara xoş gəldin edən və müxtəlif növlərdən ibarət ağac cərgəsi insanı darıxmağa qoymur. Digər tərəfdən yol kənarlarında salınan yaşıllıqlar, sözün əsl mənasında, avtomobillərdən çıxan zərərli qazların təsirini azaltmaq üçün əvəzsiz vasitədir. Avropa ölkələrində bu gün istənilən istiqamətdə uzanan yolların kənarına məhz bu məqsədlə ağaclar əkilir. Hətta mütəxəssislərin fikrincə, meyvə ağaclarında bu xüsusiyyət daha yüksəkdir. Çünki öz məhsulunu kənar təsirlərdən qorumaq üçün meyvə ağacları instiktiv olaraq zərərli qazları yarpaqlarında toplamaqla onları zərərsizləşdirə bilir. Nəticədə isə insanlar üçün faydalı olan oksigen mühiti yaranır.

Ardını oxu...

May ayının 13-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Avstriyaya rəsmi səfəri çərçivəsində Vyanada Avstriya-Azərbaycan Biznes-Forumu keçirilmişdir.
Forum muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün də iqtisadi əməkdaşlıq və qarşılıqlı əlaqələrin qurulması baxımından yaddaqalan olmuşdur. Tədbirdə muxtar respublika sahibkarlarını “Dizayn Holdinq” Kommersiya Şirkətləri İttifaqının direktoru İlqar Sadiqov və şirkətin Türkiyə Respublikasındakı ofisinin rəhbəri Ozan Göl, “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının Bakı şəhərindəki ofisinin nümayəndəsi Emin Rəsulov, “AKİ Əczaçılıq Anbarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru İbrahim Cəlilov təmsil etmişlər.
Səfər çərçivəsində nümayəndə heyəti səmərəli biznes görüş­ləri keçirmişdir. Belə ki, görüş zamanı “Dizayn Holdinq” Kommersiya Şirkətləri İttifaqı ilə “WACKER NEUSON” şirkəti arasında Avstriya və Almaniya mənşəli müxtəlif tikinti texnikalarının alınmasına dair müqavilə imzalanmışdır. Eyni zamanda iki ölkənin biznes dairələri arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi, əməkdaşlıq üçün imkanlar və onlardan səmərəli istifadə olunması, gələcəkdə belə görüşlərin iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən sahibkarların iştirakı ilə daha geniş tərkibdə keçirilməsi kimi məsələlər də müzakirə olunmuşdur.

Naxçıvan Muxtar Respublikası
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidməti

Bu istiqamətdə aparılan maarifləndirici tədbirlər yetərli deyil

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilən “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na uyğun olaraq, muxtar respublikamızda ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Məlumdur ki, ərzaq təhlükəsizliyinin təmin olunmasında kənd təsərrüfatının inkişafı mühüm əhəmiyyət daşıyır. Ona görə də bu gün həmin vəzifələrin həlli üçün dövlət tərəfindən geniş imkanlar yaradılıb. Belə ki, torpaq mülkiyyətçiləri torpaq vergisi istisna olmaqla, bütün növ vergilərdən azad ediliblər. Məhsul istehsalını stimullaşdırmaq məqsədilə torpaq mülkiyyətçilərinə istifadə etdikləri yanacaq və motor yağlarına görə subsidiyalar verilir, tələb olunan gübrənin 50 faizinin güzəştli satışı təmin edilir. Həmçinin “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən gətirilmiş müxtəliftəyinatlı kənd təsərrüfatı texnikaları, keyfiyyətli toxum və damazlıq cins mal-qara lizinq yolu ilə məhsul istehsalçılarına satılır. Bütün bunların müqabilində kənd adamlarının iş yerinə çevrilən torpaqlardan təyinatı üzrə istifadə olunurmu? Bu suala cavab tapmaq üçün muxtar respublikanın müxtəlif rayonlarında araşdırmalar apardıq.

Ardını oxu...

Naxçıvan şəhərinin “İstiqlal” küçəsindəki 82 nömrəli 4 mərtəbəli binada yenidənqurma tədbirlərinə start verilib. Binanın həyətə baxan hissəsində sakinlər tərəfindən artırılmış hissələr sökülür, çardaq hissə yenidən qurulur. Qeyd edək ki, binada mənzillərin yaşayış sahəsinin genişləndirilməsi nəzərdə tutulub.
Əliabad qəsəbəsindəki 4 binaya da quruculuq tədbirlərindən pay düşüb. Bunlardan ikisində – 10 və 10A nömrəli binalarda təmir işləri başa çatdırılıb. Binaların çardaq hissələri yenidən qurulub, bütün kommunikasiya xətləri dəyişdirilib, əhalinin daimi su ilə təminatını yaxşılaşdırmaq üçün hər biri 10 ton olan 2 ədəd su çəni qoyulub. Hazırda inşaatçılar binaların qarşısındakı böyük ərazidə abadlıq işləri aparırlar.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR