28 Noyabr 2021, Bazar

Muxtar respublikamızın təbii sərvətlərindən səmərəli istifadə olunmaqla yeni emal və sənaye müəssisələri həyata vəsiqə alır, daxili bazarın tələbatına uyğun yüksəkkeyfiyyətli yerli məhsullar istehsal edilir, əhalinin məşğulluğu təmin olunur, maddi rifahı daha da yaxşılaşır. Belə istehsal müəssisələrindən biri də Babək rayonunun Sirab kəndində fəаliyyət göstərən “Savalan-S” kiçik müəssisəsidir. 1997-ci ildən fəaliyyətə başlayan müəssisədə Rusiyаdan alınmış, gündəlik istehsal gücü 2000 şərti butulka olan yarımavtomatlaşdırılmış istehsal xətti quraşdırılmış, mineral su istehsalına başlanmışdır.
Mineral su müəssisəyə “Kalbayağıl” adlanan yerdəki bulaqlardan yeraltı paslanmayan borularla çəkilmişdir. Su mənbəyinin təhlükəsizliyini təmin etmək məqsədilə bulağın ətrafı hasara alınmış, burada bina tikilmişdir. Məlumat üçün qeyd edək ki, mineral su yatağı 3 yeraltı mineral su hövzəsindən ibarətdir və Naxçıvan şəhərindən 14,6 kilometr şimal-şərqdə, Babək rayonunun Sirab kəndi ərazisində, dağ ətəyində yerləşir. Mineral su əvəzsiz süfrə suyu olmaqla bərabər, yüksək müalicəvi əhəmiyyətə malikdir. Belə ki, ağciyər, öd kisəsi, həzm yolları və böyrək xəstəlikləri, mübadilə pozğunluqları zamanı istifadə edilir. Həmçinin qan dövranını, tənəffüsü, regenerasiyanı, ürək fəaliyyətini yaxşılaşdırır, mədə-bağırsaq xəstəlikləri zamanı şirəqovucu kimi əhəmiyyətlidir, dilin dad reseptorlarının həssaslığını yüksəldir, aerozol şəklində tənəffüs yolları xəstəliklərinə və allergiyaya müsbət təsir edir.

Ardını oxu...

Bu gün üçrəngli bayrağımız Naxçıvan şəhərinin ən hündür nöqtəsində, Pişəvəri küçəsində salınan Bayraq Meydanında dalğalanır. 2011-ci ildən “Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən tikilən meydanda ilkin mərhələdə 5 hektardan artıq ərazidə genişmiqyaslı torpaq işləri aparılıb, bayraq gövdəsinin ətrafında səkkizguşəli bina tikilib, 53 metrlik bayraq sütunu ucaldılıb. Bayraq Muzeyi üçün inşa olunan binanın ətrafı səkkizguşəli ulduzu birləşdirən klassik üslublu sütunlarla bəzədilib, yerə üzlük mərmər və qranit lövhələr döşənib. Hazırda muzey binasında dizayn işləri aparılır, ətrafda abadlıq işləri görülür, işıqlandırma sistemləri quraşdırılır. Obyektdə əsas tikinti işləri, demək olar ki, yekunlaşdırılıb.
Bayraq Meydanının yaxınlığında salınan Fəxri Xiyabanda da işlər sürətlə davam etdirilir. Burada ilkin mərhələdə genişmiqyaslı torpaq işləri aparılıb, 10-dan çox terras yaradılıb. Əraziyə daş düzülüb, yaşıllıq zolaqları üçün ərazilər ayrılıb, işıqlandırma sistemi quraşdırılıb. Fəxri Xiyabanın giriş qapısında və inzibati hissəsində isə işlər yekunlaşdırılıb, müasir işıqlandırma sistemləri qurulub. Möhtəşəm görüntüsü olan xiyabanın girişində daşoyma üsulu ilə hazırlanmış, gül və yarpaq ornamentləri ilə bəzədilmiş tağlar, qövsvari və nəbati elementlərlə bəzədilən dəmir şəbəkəbənd formasında qapılar salınıb. Ümumiyyətlə, burada aparılan genişmiqyaslı tikinti-quraşdırma tədbirləri şəhərimizin bu hissəsini də yeni görünüşə, əzəmətə qovuşdurub. Tikinti işlərinin sürətlə aparılması və inşaatçıların əzmkarlıq göstərməsi belə deməyə əsas verir ki, hər iki obyekt yaxın vaxtlarda istifadəyə hazır olacaq.

Xəbərlər şöbəsi

Yol mədəniyyətdir. Hamımızın tez-tez eşitdiyimiz iki sözdən ibarət olan bu cümlə özündə sadə, sadə olduğu qədər də mürəkkəb bir mənanı ehtiva edir. Müasir anlamda səliqəli, rahat yollar bir ölkənin inkişafını, tərəqqisini göstərən əsas amillərdən biri hesab olunur. Elə ölkə ilə ilk tanışlığa, müxtəlif tarixi və mədəni abidələrlə, mədəni mərkəzlərlə tanışlığa da yol, sözün əsl mənasında, yollardan keçir. Bu, “Yol mədəniyyətdir” cümləsinin dar çərçivədə izahıdır. Cümlənin geniş mənada izahı isə daha dərin tarixi-kulturoloji məna kəsb edir. Buradakı “mədəniyyət” sözü sivilizasiya – mədəni sistem kimi xarakterizə olunur. Çünki yaranışının bəşər tarixindən də qədim olduğu söylənilən yollar məhz bəşər sivilizasiyasının ilk mərkəzlərində formalaşmışdı. Yolların yaranma tarixindən danışan tədqiqatçılar hesab edirlər ki, bu tarix öz başlanğıcını yer üzərində yaşayan bütün canlıların hərəkət zamanı buraxdığı izlərdən götürmüşdür. Belə ki, vəhşi heyvanların sürü halında bir yerdən digər yerə – çaylara, otlaqlara getmələri nəticəsində yaranan izlər uzun müddət tapdandıqdan sonra cığır (yol) halına düşmüşdür. Nəticədə, geniş sahəni əhatə edən cığırlar yaranmışdır ki, bunlar da çox minilliklərdən sonra təbii yol vəziyyətinə düşmüşlər. Ən qədim insanın ilk yolu isə onun sığındığı təbii sığınacaqlara getmək üçün keçdiyi ərazi olmuşdur. Nəzərə alsaq ki, ölkəmizin ərazisində ilk insan dəstələrinin əmələ gəlməsi təqribən 1,5-1,7 milyon il əvvələ təsadüf edir, Azərbaycanda yol tarixinin başlanğıcını da elə bu dövrdən götürmək olar.

Ardını oxu...

Növbəti əməkhaqları artımı bunu bir daha təsdiqlədi

Ölkənin iqtisadi inkişafı dövlətin bu sahədə yeritdiyi mühüm tənzimləmə tədbirlərinə əsaslanır. Belə vacib funksiyaları həyata keçirmək üçün dövlət lazımi maliyyə vəsaitlərindən istifadə edərək öz sosial-iqtisadi inkişaf siyasətini həyata keçirir. Bu baxımdan mühüm iqtisadi tənzimləmə mexanizmlərindən biri olan maliyyə-büdcə münasibətləri ilə əldə edilən göstəricilər, son nəticə etibarilə, özünü güclü dövlətlərə xas olan tarazlı inkişaf və yüksək həyat səviyyəsində göstərir. 

İqtisadiyyat mövzusu həmişə aktualdır və iqtisadi inkişafın müxtəlif məsələləri ayrı-ayrı şəxslərdən tutmuş dövlət rəhbərləri səviyyəsinədək hər zaman müzakirələr obyekti olub, bir çox hallarda gəlir və xərclərin düzgün idarə olunması qayğısı ilə ifadə olunur. Belə ki, hər bir subyekt öz maliyyə vəziyyətinə daim nəzarət etdiyi kimi, dövlətin də qarşısında öz gəlir və xərclərini günün reallıqları əsasında tərtib etməklə artan büdcəyə malik olmaq vəzifəsi dayanır. Çünki geniş büdcə möhkəm iqtisadiyyata malik olan güclü dövlətin əlində ən mühüm tənzimləmə aləti və ölkə əhalisinin yaxşı yaşamasının bir nömrəli qarantıdır.

Ardını oxu...

Hərtərəfli dövlət qayğısı bu sahəyə marağı daha da artırıb

Sahibkarlığın inkişafı muxtar respublikamızda diqqət mərkəzində saxlanılan sahələrdən birinə çevrilmişdir. Ümumilikdə isə son illər aparılan uğurlu islahatlar iqtisadiyyatın bütün sahələrinin inkişafına təkan vermişdir. Güclü investisiya qoyuluşu, müasir texnologiyaların tətbiqi, idarəetmə təcrübəsi rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, mövcud müəssisələrin yenidən qurulmasına, yeni iş yerlərinin açılmasına və nəticə etibarı ilə, xalqın maddi rifahının yüksəldilməsinə şərait yaratmışdır. 

Bunun nəticəsidir ki, təkcə 2012-ci ildə muxtar respublikada əvvəlki illə müqayisədə 15,7 faiz çox, daha dəqiq desək, 799 milyon 492 min manatlıq sənaye məhsulu istehsal olunmuşdur. Sənaye sahəsində inkişafın dinamikliyinin qorunub saxlanması üçün yeni istehsal və xidmət obyektlərinin fəaliyyətə başlaması davamlı olaraq dəstəklənməkdədir. 2012-ci ildə yerli xammaldan istifadəyə əsaslanan və daxili bazarın tələbatına uyğun keyfiyyətli məhsul istehsal edən müxtəliftəyinatlı istehsal və xidmət müəssisələri yaradılmışdır. Həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublikada 344 növdə yerli məhsul istehsal olunmaqdadır. Bu məhsulların 115 növü ərzaq, 229 növü qeyri-ərzaq məhsullarıdır. 106 növdə ərzaq və 224 növdə qeyri-ərzaq olmaqla, ümumilikdə, 330 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir.

Ardını oxu...

İnkişaf etmiş dövlətlərin təcrübəsi sübut edir ki, iqtisadiyyatın sabit tempini qorumaq üçün yerlərdə sahibkarlığın inkişafı və onun rolunun artırılması, müasir infrastrukturun yaradılması iqtisadi siyasətin prioritet məsələlərindən biri olmalıdır. Bu məqsədlə muхtаr rеspublikаmızdа dа sаhibkаrlıq mühitinin fоrmаlаşmаsı, iş аdаmlаrı üçün əlvеrişli şərаitin yаrаdılmаsı istiqаmətində аrdıcıl və məqsədyönlü tədbirlər həyаtа kеçirilir. Sаhibkаrlıq subyеktlərinin fəаliyyətinin stimullаşdırılmаsı və gеnişləndirilməsi məqsədilə dövlət maliyyə dəstəyi göstərilir, idxaləvəzləyici və ixracyönümlü məhsullar istehsal edən emal və sənaye müəssisələri yaradılır.

Ardını oxu...

Ulu Tanrı Yer kürəsini yaradarkən planetimiz elə bu şəkildə, bu qiyafədə olmayıb. Astronomların hesablamalarına görə, Yer kürəsi yaranandan 400 milyard il sonra ağaclar meydana gəlib. Torpağın humus qatının yaranması üçün milyardlarla il lazım olub, nə var, nə yox ki, bəlkə az, bəlkə çox, 25-30 santimetrlik üst qatda bitki üçün həyat şəraiti yaransın. Yəni yerə düşən toxum həmin qatda özünə “yurd-yuva” sala bilsin. Amma elə bir mühüm amil var ki, onu unutmaq nadanlıq olar. Sözümün canı ondadır ki, planetimizdə ağac-budaqdan çox-çox əvvəl su yaranıb. Yəni Yer kürəmizi bu şəklə salan əlahəzrət su olub. O vədədən, bəlkə də, neçə-neçə milyard illər keçib. Amma su yenə də öz qədir-qiymətini saxlayıb və bundan sonra da saxlayacaq. Belə yerdə görkəmli fransız yazıçısı Antuan Sent-Ekzuperinin su haqqındakı bir-iki cümləsi kara gəlir: “Su! Sənin nə dadın, nə rəngin, nə qoxun var. Səni təsvir etmək qeyri-mümkündür. Sənin nə olduğunu bilmədən səndən həzz alırlar. Sənə “həyat üçün lazımsan” demək azdır, sən həyatın özüsən”.

İndi keçək “həyatın özü” olan su məsələsinə – böyük Yer kürəsinin kiçik bir nöqtəsi Naxçıvanımızda insanların və torpağın su təminatına. O da var ki, bu “kiçik” kəlməsində mən həmişə böyüklük, əzəmət duymuşam, qoşa dağın qucağına sığınan və neçə illərdən bəri torpaqlarımıza həyat eşqi, qüvvəsi, qüdrəti bəxş eləyən Arpaçay dəryaçasını neçə-neçə ümmanlardan, dənizlərdən uca tutmuşam. Nə zamansa aşıb-daşan bu dağ çayı daha öz məhvərindən çıxa bilmir, xan çobanların saralarını kükrəyən dalğalarının ağuşuna ala bilmir, əksinə, Arpaçay xeyirxahlıq, xeyir-bərəkət rəmzinə dönüb.
Təkcə Arpaçay dəryaçasımı? Muxtar respublikamızda irili-xırdalı nə qədər belə sututarlar var və hərdən öz-özümə fikirləşirəm ki, görəsən, belə dəryaçalar, su anbarları olmasaydı, kənd-kəsəyimiz nə gündə olardı, torpaqlarımız nə günə düşərdi, dolanışığımız, güzəranımız necə olardı?

Ardını oxu...

Kəngərli rayonunda son illər aparılan genişmiqyaslı quruculuq və abadlıq tədbirləri nəticəsində bu bölgənin siması tanınmaz dərəcədə dəyişib. Qabıllı, Şahtaxtı, Qıvraq, Yurdçu, Qarabağlar, Xok, Yeni Kərki, Böyükdüz, Xıncab, Təzəkənd və Çalxanqala kimi 11 yaşayış məntəqəsini əhatə edən rayonda genişmiqyaslı sosial infrastruktur layihələr həyata keçirilib, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyaları, yeni məktəb binaları tikilib və ya yenidən qurulub, yollar salınıb.
Tikinti-quruculuq işləri cari ildə Xok kəndində davam etdirilir. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kəngərli Rayon İdarəsindən aldığımız məlumata görə, burada kənd mərkəzi, həkim ambulatoriyası üçün yeni binalar inşa edilir, məktəb binası yenidən qurulur, kəndarası yollarda abalıq işləri aparılır.
Kənd mərkəzinin binasında tikinti işləri əsasən yekunlaşdırılıb. Mərkəzdə inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, rabitə evi və digər qurumların normal fəaliyyət göstərmələri üçün hərtərəfli şərait yaradılacaq. İki mərtəbədən ibarət həkim ambulatoriyasının binasında son tamamlama işləri görülür, obyektin fasad hissəsinin üzlənməsi işi aparılır.
Kənd sakinləri tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılanan quruculuq tədbirlərindən biri də mövcud məktəb binasının yenidən qurulmasıdır. Layihəyə əsasən, mövcud binaya bitişik əlavə 3 korpus inşa olunub, ikimərtəbəli məktəb binasına daha bir mərtəbə əlavə edilib. 1026 şagird yerlik nəzərdə tutulan binanın iki korpusunda son tamamlama işləri görülür. Obyektlərin tikintisində yerli inşaat materiallarından istifadə edilir, keyfiyyət amili diqqətdə saxlanılır.

Xəbərlər şöbəsi

Bizi əhatə edən mühitin qayğısına qalmaq, doğma diyarımızın yaşıl örtüyünü zənginləşdirmək hər bir muxtar respublika sakininin ictimai məsuliyyətidir. Ötən həftə keçirilən iməciliklərdə də bu məsuliyyəti yaxşı dərk edən 25 minə yaxın insan Naxçıvan şəhəri və rayonlarımızda sahələrə çıxaraq təbiət qarşısında öz vəzifələrini yerinə yetirməyə çalışıblar. Naxçıvan şəhər ərazisində keçirilən iməci­liklərdə Əshabi-Kəhf ziyarətgahına gedən yolun kənarlarında, Naxçıvan-Sədərək magistral yolunun ətrafında yaşıllıqlara qulluq göstərilib.
Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz, Sədərək rayonlarında da iməciliklər mütəşəkkilliklə davam etdirilib. Şərur rayonunda Gümüşlü kəndi ərazisindəki 5 hektarlıq meyvə bağı, Aşağı Yaycı Kənd Mərkəzinin ətrafı iməci­lik iştirakçılarının alın təri hesabına abadlaşdırılıb, alaq otları təmizlənib, ağaclara aqrotexniki qulluq edilib.
Ümumiyyətlə, həmin gün Naxçıvan-Ordubad magistral yolunun kənarlarındakı, Qazi massivi və Əylis düzündəki yaşıllıqlara, Heydərabad qəsəbəsindəki park və xiyabanlara, Naxçıvan-Batabat yolunun ətraf ərazilərinə, Şahbuz rayonunun yaşıllıq sahələrinə qulluq göstərilib. Hər bir rayonda keçirilən iməciliklər zamanı ahıl vətəndaşlar da yada salınıb, onların həyətlərində təmizlik və abadlıq işləri aparılıb.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 28 yanvar tarixli Sərəncamı ilə yaradılmış “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti aqrar bölmənin kənd təsərrüfatı texnikaları ilə təchizatını, müxtəlif servis xidmətlərinin göstərilməsini, torpaq mülkiyyətçilərinə güzəştli qiymətlərlə mineral gübrələrin satışını həyata keçirir. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xəttilə 191 ədədi 2013-cü ildə olmaqla, cəmi 1070 ədəd müxtəliftəyinatlı müasir kənd təsərrüfatı texnikaları və avadanlıqlar alınıb muxtar respublikaya gətirilmişdir.
Ölkə başçısının “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli Sərəncamına uyğun olaraq, kənd təsərrüfatı texnikalarının hüquqi və fiziki şəxslərə müddətli ödənişlə satılmasında güzəştlər tətbiq olunur. Belə ki, 2007-ci ilədək satılan kənd təsərrüfatı texnikaları dəyəri 5 il müddətinə ödənilib, dəyərinin 120 faizi məbləğində girov qoyulmaqla satılırdısa, 2011-ci ilədək 10 il müddətinə və dəyərinin 20 faizi əvvəlcədən ödənilməsi şərtilə heç bir girov qoyulmadan satılmışdır. 2011-ci ilin yanvar ayından isə kənd təsərrüfatı texnikaları 10 il müddətinə və dəyərinin 10 faizi əvvəlcədən ödənilməsi şərti ilə heç bir girov qoyulmadan satılır. Bu da, təbii ki, texnikaların hüquqi və fiziki şəxslər tərəfindən alınmasına əlverişli şərait yaratmış, 176 ədədi 2013-cü ildə olmaqla lizinq yolu ilə 817 ədəd texnika satılmışdır. Lizinq yolu ilə satılmış texnikaların ödənişi vaxtında aparılmış, bu günə qədər heç bir borc qalığı qalmamışdır.
Mövcud texnika və texnoloji avadanlıqların saxlanılmasına, yüksəkkeyfiyyətli aqroservis xidmətinin göstərilməsinə əlverişli şərait yaradılmış, “Naxçıvan Aqrolizinq” ASC və onun Şərur, Culfa, Sədərək, Kəngərli, Ordubad və Şahbuz bazalarında inzibati bina, anbar, texniki park və təmir sexləri tikilib istifadəyə verilmişdir. Hazırda “Naxçıvan Aqrolizinq” ASC-nin bazasında 130 ədəd müxtəlif texnika və avadanlıqlar vardır. Bunun 29 ədədi Şərur, 38 ədədi Babək, 24 ədədi Culfa, 5 ədədi Sədərək, 9 ədədi Ordubad, 12 ədədi Kəngərli, 13 ədədi isə Şahbuz rayon bazalarına icarəyə verilmişdir. Ümumilikdə, əkin-biçin kampaniyasının mütəşəkkil keçirilməsinə və yetişdirilən məhsulun vaxtında və itkisiz toplanılmasına nail olunmuş, taxıl biçini optimal müddətdə başa çatdırılmış, sahələrdən bol məhsul götürülmüşdür. Hazırda payız əkini kampaniyasına hazırlıq görülür, texnikalara baxış keçirilir.

Xəbərlər şöbəsi

Sədərəklilər həmişə su sarıdan korluq çəkiblər. Baxmayaraq ki, rayonun yaxınlığından Araz boyda çay axır. Hələ mən ərazidən gurhagurla çağlayıb Araza tökülən Şir arxını demirəm. Sədərəyin su problemi ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə öz həllini tapıb. Məhz ulu öndərin müəllifi və memarı olduğu quruculuq siyasəti bu sərhəd bölgəsinin yüz illərlə mövcud olan sosial-iqtisadi problemlərinin həllinə imkan yaradıb.
Dördpilləli nasos stansiyası adi suvarma sistemlərindən biri deyil, əsl möcüzədir. Araz çayından götürü­lən suyu son mərhələyə çatdırmaq üçün neçə kilometrlərlə məsafə qət edilir, 4 “mərtəbədən” keçirilir. Birbaşa sahələrə su çıxarmaq mümkün olmadığı üçün Sədərəyin torpaqları bu üsulla suvarılır. Düzdür, bu ərazidə subartezian quyuları da qazılıb. Amma əsas güc, bir qayda olaraq, dördpilləli nasos stansiyalarının üzərinə düşür.
Dördpilləli nasos stansiyası ötən əsrin 70-ci illərində inşa edilib. 80-ci illərin sonunun dağıdıcı prosesi onu da iflic vəziyyətə salmışdı.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında geniş həcmdə aparılan tikinti-quruculuq işləri avtomobil yollarının bərpası və yenidən qurulmasına da əlverişli şərait yaradıb. “Azərbaycan Respublikasında avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair (2006-2015-ci illər) Dövlət Proqramı”na uyğun olaraq, muxtar respublikada da yol-nəqliyyat kompleksinin yeniləşməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Son illərdə bu sahədə əldə edilmiş mühüm nəticələr insanların rahat gediş-gəlişini təmin etməklə bərabər, regionun simasını da büsbütün dəyişib.
Muxtar respublikada yol infrastrukturuna öz töhfəsini verən qurumlardan biri də Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Şirkətidir. Şirkətin cavabdeh olduğu 1473 kilometr yolun 274 kilometri respublika və dövlət əhəmiyyətli, 1199 kilometri isə yerli əhəmiyyətli yollardır.
Cari ilin ötən dövrü ərzində şirkət tərəfindən aparılan yol-tikinti işləri, əsasən, kəndarası və kəndlərə giriş yollarının yenidən qurulması və əsaslı təmiri ilə bağlı olub. Belə ki, yenidən qurulmasına ötən ilin sonlarından başlanılan Şahbuz rayonunun Ayrınc və Kükü kəndlərini birləşdirən 25 kilometrlik avtomobil yolunda yol genişləndirilib, istinad divarları çəkilib, suötürücülər quraşdırılıb. Yol boyu 6 körpü tikilib, asfalt salınıb, hazırda son tamamlama işləri görülür. Bundan əlavə, Ordubad rayonunun Üstüpü kəndinin giriş hissəsində 6 paqonometr uzunluğunda körpü salınıb, Şərur rayonunun Xanlıqlar kəndinin giriş yolu isə yenidən qurulub. Rayonun ucqar dağ kəndlərindən olan Şahbulaq kəndinin giriş hissəsində isə yolun yenidən qurulması davam etdirilir.
Qeyd olunan dövr ərzində şirkət tərəfindən Babək rayonunun Şıxmahmud kəndində 2 kilometr uzunluğunda kəndarası yola asfalt salınıb, rayon mərkəzinin Heydər Əliyev prospektindəki avtomobil yolu yenidən qurulub. Hazırda burada da son tamamlama işləri görülür.

Xəbərlər şöbəsi

Dünyada irili-xırdalı çoxlu şəhərlər var. Hər biri də özünəməxsus tarix və mədəniyyətə, memarlıq xüsusiyyətinə, coğrafi cəhətdən yerləşməsinə görə fərqlənir. Şəhərlərin böyük və ya kiçik olması o qədər də əhəmiyyət kəsb etmir. Əsas olan odur ki, şəhərlər müəyyən insan kütləsinin cəmləşdiyi ərazilərdir və burada firavan yaşayış üçün bütün zəruri təminatlar formalaşdırılır. Yəni infrastruktur yaradılır. Abadlıq, tikinti-quruculuq, müxtəlif mühəndis layihələrinin həyata keçirilməsi isə şəhər infrastrukturunda əsas faktorlardan sayılır. Hansı ki bu işlər aparılmadan nə şəhər sivilizasiyasından danışmaq olar, nə də ki, bu sivilizasiyanın insanlara verəcəyi töhfədən. 

Səndə tarixlərin çox nişanı var...

5000 il yaşı olan Naxçıvan şəhərinin ilk mühəndisi elə təbiətin özü olmuşdur. Münbit torpaqları olan bu ərazi getdikcə daha çox insanların burada məskunlaşmasına gətirib çıxarmış, insanoğlu öz fəaliyyət ehtiyaclarını bu kiçik ərazidə təminetmə fürsətini əldən verməmişdir. Nəticədə, ümumi yaşayış burada müxtəlif sahələrin inkişafına təkan vermiş və ərazi şəhər mədəniyyətinə gedən yolun başlanğıcına çevrilmişdir. Tarixin müəyyən dövrlərində müxtəlif yadelli hücumlara məruz qalmış bu qədim şəhər dəfələrlə dağıdılsa da, sonra yenidən qurulmuş və öz inkişafını davam etdirmişdir. Lakin tarix sübut edir ki, istənilən bir dövrdə Naxçıvan şəhəri indiki qədər, həm də kompleks şəkildə inkişaf etməmişdir.

Ardını oxu...

Ölkəmizdə özəl sektorun inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, daxili bazarın keyfiyyətli yerli məhsullara olan tələbatının ödənilməsi üçün yaradılan əlverişli iş şəraiti yeni istehsal sahələrinin açılması ilə nəticələnir. Bu sahədə öz yeri olan müəssisələrdən biri də “Çınqıllı Bulaq” Məhdud Məsuliyyətli Cəmiyyətidir. 3000 metr yüksəklikdə yerləşən ucqar dağ kəndi Keçilidə fəaliyyət göstərən “Çınqıllı Bulaq” Məhdud Məsuliyyətli Cəmiyyətinin bulaq suyu istehsalı zavodunda müalicəvi əhəmiyyətə malik eyniadlı təbii bulaq suyu istehsal edilir.
Bu ilin ilk altı ayında müəssisədə 36 min manatlıq məhsul istehsal olunub. “Çınqıllı” suyu bir neçə ölçülü – 0,5 və 1 litrlik butulkalara, həmçinin 5 və 20 litrlik taralara doldurularaq satışa çıxarılıb. İstehsal edilən məhsulların satışı muxtar respublikada, eləcə də ölkəmizin digər regionlarında təşkil edilib.
Məlumat üçün bildirək ki, ən yüksək səviyyədə təchiz olunmuş laboratoriyalarda aparılmış analizlərin nəticələrinə görə, “Çınqıllı” suyundakı mikroelementlər və minerallar həzmə çox müsbət təsir edir, suyun yüngüllüyü, codluğunun azlığı orqanizm tərəfindən yaxşı mənimsənilməsinə səbəb olur və ümumi metabolizmə, fiziki-kimyəvi proseslərə yüksək təsir göstərir.

Xəbərlər şöbəsi

Ötən müddətdə muxtar respublikada 127,8 hektar sahədə bağ salınıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə həyata keçirilən tədbirlər öz bəhrələrini verməkdədir.
Ötən müddət ərzində bu istiqamətdə görülən işlər muxtar respublikada bağ sahələrinin xeyli artırılmasına səbəb olmuşdur. Babək rayonunda 36, Şərur rayonunda 30,2, Şahbuz rayonunda 19,7, Naxçıvan şəhərində və Kəngərli rayonunun hər birində 10, Culfa rayonunda 8,9, Ordubad rayonunda 7, Sədərək rayonunda 6 hektar olmaqla, ümumilikdə, 127,8 hektar sahədə yeni meyvə bağları salınmışdır. Məlumat üçün bildirək ki, proqramın qəbulunadək muxtar respublikada mövcud meyvə bağlarının ümumi sahəsi 4 min 235 hektar idi.
Onu da qeyd edək ki, yeni meyvə bağlarının salınmasında başlıca amillərdən biri də bu sahə ilə məşğul olan fiziki və hüquqi şəxslərə, torpaq mülkiyyətçilərinə kreditlərin verilməsi olmuşdur. Naxçıvan Muxtar Respublikası Sahibkarlığa Kömək Fondundan aldığımız məlumata görə, bu məqsədlə 19 layihə üçün ümumilikdə, 427 min manat kredit verilmişdir. Yeni bağ sahələri salmaq üçün kreditlərin verilməsi davam etdiriləcək.

Xəbərlər şöbəsi

Heydər Əliyev siyasi kursuna sədaqət nümunəsi

Azərbaycan sürətlə inkişaf edir, dünya birliyində mövqelərini möhkəmləndirir. Ölkəmizin iqtisadi qüdrəti artdıqca həyatın bütün sahələrində müsbət dəyişikliklər baş verir. Muxtar respublikamız da tərəqqi, yüksəliş yolundadır. Şərur rayonu da bu baxımdan geri qalmır, müasirləşən bir bölgəyə çevrilir.
Dövlətə, dövlətçiliyə, xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursuna həmişə sədaqətli olan şərurlular öz mövqelərində dəyişməz olaraq qalmaqla yanaşı, bu gün respublika Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşir, onun yeritdiyi daxili və xarici siyasəti birmənalı şəkildə bəyənir və müdafiə edirlər. Şərurluların bu fəal vətəndaş mövqeyi muxtar respublika iqtisadiyyatının güclənməsinə verdikləri sanballı töhfələrdə özünü daha qabarıq göstərir.
Köhnə qaydalarla idarə olunan ucqar bir kənd təsərrüfatı əyalətindən elmi əsaslara söykənən müasir aqrar-sənaye rayonuna çevrilən Şərur ulu öndər Heydər Əliyevin Azərbaycan kəndinin xoş növrağına hesablanan arzularının gerçək təcəssümüdür desək, yanılmarıq. Muxtar respublikamızda sahibkarlığın inkişafına yaradılan şərait öz bəhrəsini verməkdədir. Rayondakı mövcud iqtisadi potensialdan, əmək ehtiyatlarından səmərəli istifadə etmək üçün iş adamlarının faydalı təşəbbüsləri müdafiə olunur, onlara güzəştli kreditlər verilir. Sahibkarlığa Kömək Fondunun ayırdığı güzəştli kreditlər iş adamlarının fəallığına, səmərəli axtarışlarına stimul verir. Şərurda 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının göstəriciləri fərəh doğurur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında özəl bölməyə, sahibkarlıq fəaliyyətinə yaradılan münbit şərait nəticəsində nəinki daxili bazarın tələbatını ödəyən, həm də xarici bazarlara məhsul ixrac etmək imkanlarına malik istehsal müəssisələri yaradılmışdır. Belə müəssisələrdən biri də Naxçıvan şəhərində fəaliyyət göstərən “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının “Cahan Tabak Tütün Məmulatları İstehsalı və Satışı” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
2006-cı ildən fəaliyyətə başlayan müəssisədə Böyük Britaniyanın “Molins” və Almaniyanın “Hauni” firmalarından alınmış, istehsal gücü dəqiqədə 2500-3000 ədəd filtrli siqaret olan texnoloji avadanlıqlar quraşdırılmışdır. Həmçinin İngiltərənin “Molins”, “Marden Edvard” və ABŞ-ın “Scandia” şirkətlərinin texnologiyası əsasında quraşdırılmış siqaretpaketləyən istehsal xəttində dəqiqədə 150-180 qutu filtrli siqaret qablaşdırılır. Hazırda fabrikdə “Cahan”, “Visore”, “Nova” və “Fine” markalı filtrli siqaretlər istehsal olunur. Yaxın vaxtlarda daha 2 adda siqaret istehsalına başlanılması planlaşdırılır. Bu məhsulların istehsalı üçün istifadə olunan xammal və materiallar İngiltərə, Avstriya, Belçika, Malayziya, Hindistan, İndoneziya, Türkiyə, İran, Pakistan və digər xarici ölkələrdən alınır. İstehsal gücü ayda 10 min böyük qutu olan “Cahan Tabak” bir sıra xarici şirkətlərlə də əməkdaşlıq edir. Eyni zamanda Yaponiyanın “JTI”, Kubanın “Habanos”, Birləşmiş Ərəb Əmirliyinin “Al Fakher”, Cənubi Koreyanın “KT&G” şirkətlərinin Azərbaycandakı rəsmi nümayəndəsidir.

Ardını oxu...

Muxtar respublikamızın dağlıq zonada yerləşən Şahbuz rayonunda cari ildə həyata keçirilən tikinti-quruculuq işlərinin həcmi bir qədər də genişləndirilib. Hazırda rayon mərkəzində və bir neçə kənd yaşayış məntəqəsində tikinti-quruculuq işləri aparılır.
Şahbuz şəhərində Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatı üçün zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət bina inşa olunur. Tikinti işləri Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə həvalə edilib. İnşaatçılara hərtərəfli iş şəraiti yaradılıb. Bu şəraitdən səmərəli istifadə olunmasının nəticəsidir ki, obyektdə tikinti işlərinin böyük əksəriyyəti başa çatdırılıb.
Şəhərdə ictimai yaşayış binalarının əsaslı təmiri də diqqət mərkəzindədir. Hazırda bu iş rayon mərkəzinin Heydər Əliyev prospektindəki 15 nömrəli yaşayış binasında aparılır, şəhərdə su və kanalizasiya sistemləri yenidən qurulur.
Sələsüz kəndində həyata keçirilən quruculuq tədbirlərinə aprel ayında başlanılıb. Məlumat üçün bildirək ki, bu yaşayış məntəqəsində əvvəllər də quruculuq tədbirləri aparılıb, məktəb binası, kənd mərkəzi inşa olunub, bir neçə kənd sakini üçün fərdi mənzillər tikilib. Hazırda kənd məktəbinin binası yenidən qurulur, mövcud kənd mərkəzinin binası yeni layihə əsasında həkim ambulatoriyası üçün inşa edilir, yeni kənd mərkəzi tikilir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2013-cü ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 181 milyon 331 min manatlıq Ümumi Daxili Məhsul istehsal olunmuşdur ki, bu da 2012-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 9,6 faiz çoxdur. Ümumi Daxili Məhsulun sahə strukturunda ilk yeri sənaye, ikinci yeri isə tikinti sahəsi tutmaqdadır.
Hər bir nəfərə düşən Ümumi Daxili Məhsulun həcmi 2012-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 8,3 faiz artaraq 2748,6 manata (3503,2 ABŞ dollarına) çatmışdır.

 *     *     *

2013-cü ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 532 milyon 180 min 700 manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bu da 2012-ci ilin müvafiq dövründəki göstəricini 12,3 faiz üstələmişdir.

Ardını oxu...

Ölkəmizdə, o cümlədən muxtar respublikamızda həyata keçirilən uğurlu islahatlar iqtisadiyyatın gücləndirilməsinə əsaslı stimul olmuş, nəticədə, insanların sosial rifah halı yüksəlmişdir. Yaradılan şəraitin, artan iqtisadi imkanların nəticəsidir ki, bu gün muxtar respublikada insanlar yüksək texniki göstəricilərə malik rahat avtomobillərə, irimiqyaslı layihələri və genişmiqyaslı quruculuq tədbirlərini həyata keçirən ayrı-ayrı şirkətlər isə yaxşı manevr etmək imkanlarına malik maşın-mexanizmlərə və ağırtonnajlı yük avtomobillərinə daha çox üstünlük verirlər. Bu səbəbdən də muxtar respublikada xaricdə istehsal olunmuş müxtəlif markalı minik və yük avtomobillərinin, maşın-mexanizmlərin sayı xeyli artıb.

Həmin texnikalara yüksəkkeyfiyyətli servis xidmətləri göstərilməsi ciddi önəm verilən məsələlərdən biridir. Bu cəhətdən “Gəmiqaya Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti diqqətçəkicidir. Müəssisə bütün avtomobillərə, o cümlədən xaricdə istehsal edilmiş “Hyundai”, “Mitsubishi”, “KİA”, “Opel”, “Mercedes-Benz”, “Mazda”, “Toyota”, “Nissan”, “BMW”, “Ford” və digər markalardan olan yük və minik avtomobillərinə servis xidmətlərinin göstərilməsi, lazımi ehtiyat hissələrinin alınıb muxtar respublikaya gətirilməsi məqsədilə yaradılıb. Naxçıvan şəhərində yaradılan müəssisənin ərazisi 6827,5 kvadratmetrdir. Burada inzibati bina, yeməkxana, ehtiyat hissələrinin saxlanılması anbarı, müasir avadanlıqlarla təmin olunmuş laboratoriya, müxtəlif təmir sexləri tikilib, Almaniya, Yaponiya, Türkiyə istehsalı olan müasir texnoloji avadanlıqlar quraşdırılıb. 2011-ci ilin fevral ayından fəaliyyətə başlayan müəssisədə keyfiyyətli servis xidmətlərinin göstərilməsinə hərtərəfli şərait yaradılıb.

Ardını oxu...

Bu ilin ilk yarısının göstəriciləri davamlı inkişafdan xəbər verir

Abidələrinin yaşı minillərlə ölçülən, ölkəmizin incisi sayılan Ordubad hər zaman Azərbaycanın gəzməli-görməli yerlərindən biri olub, bənzərsiz təbiət mənzərələri, dadlı-tamlı meyvələri ilə seçilib. Son dövrlərdə rayonun inkişafına dövlət səviyyəsində göstərilən qayğının daha da artırılması nəticəsində bu bölgəmiz özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Rayonda son illərdə görülən işlərin miqyasına nəzər salsaq, açıq-aşkar görərik ki, ötən müddət ərzində burada nəhəng tikinti-quruculuq və abadlıq işləri aparılıb, körpülər və yollar salınıb, məktəblər, səhiyyə ocaqları, sosial-mədəniyyət müəssisələri üçün müasir binalar tikilib istifadəyə verilib, iqtisadiyyat, təhsil, mədəniyyət, səhiyyə, idman, turizm, ekologiya və digər sahələrdə böyük irəliləyişlər baş verib. Bu ilin ilk altı ayında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 28 milyon 183 min 500 manat və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz çox investisiya yönəldilib. Tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyanın həcmi 4,5 faiz artaraq 25 milyon 826 min 900 manat təşkil edib. Bəhs olunan dövrdə rayonda ötən ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə əmtəə dövriyyəsinin həcmi 18,3 faiz artaraq 27 milyon 945 min 500 manata çatıb. 2013-cü ilin yanvar-iyun aylarında əhaliyə göstərilən pullu xidmətlərin həcmi 17,4 faiz artaraq 6 milyon 161 min 700 manat olub.

Ardını oxu...

Cari ilin may ayında Kəngərli rayonunda daha bir istehsal müəssisəsi yaradılıb. Xok kəndində fəaliyyətə başlayan müəssisə kərpic istehsalı ilə məşğuldur. “Urfan” kərpic istehsalı müəssisəsinin məhsulları ilk günlərdən keyfiyyəti ilə diqqəti çəkir. İlk olaraq müəssisə üçün 480 kvadratmetr sahədə istehsal sahəsi inşa olunub. Əraziyə elektrik xətti çəkilib. Müəssisənin daimi su ilə təminatı üçün artezian qazılıb. Burada istifadə edilən xammal yerli istehsal hesabına ödənilir. Ötən müddət ərzində istehsal olunan kərpicin standartlara uyğunluğu yoxlanılaraq satışına icazə verilib. Müəssisə öz işini hələlik fərdi sifarişlər əsasında qurub.
Qeyd edək ki, muxtar respublikamızda sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi üçün yaradılan şərait və mövcud imkanlar bu sahədə xeyli uğurlar qazanılmasına stimul olmaqla yeni istehsal sahələrinin yaradılmasına marağı artırıb. Kəngərli rayonunda da bu sahənin fəaliyyətinə geniş meydan verilib. Hazırda rayon mərkəzində və kənd yaşayış məntəqələrində 10-dan artıq emal və istehsal müəssisəsi fəaliyyət göstərir.

Xəbərlər şöbəsi

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən ötən əsrin 90-cı illərinin əvvəllərində qoyulmuş yaşıllaşdırma tədbirləri geniş vüsət almış, yaşıllıq sahələrinin ərazisi 0,6 faizdən 10 faizədək artmışdır. Görülən işlər 2013-cü ildə də uğurla davam etdirilmişdir. Cari ilin ötən dövründə muxtar respublika ərazisində – çay vadilərində, sututarların ətrafında, magistral yol kənarlarında, eroziya və şoranlaşmaya meyilli ərazilərdə, xüsusilə kənd təsərrüfatı əkinləri üçün yararsız olan torpaqlarda 230 hektar sahədə yaşıllaşdırma tədbirləri həyata keçirilmiş, 280 000 ədəd ting (meşə və meyvə tingləri, həmişəyaşıl ağac, gül və bəzək kolları) əkilmişdir.
“2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq, 100 hektardan çox sahədə meyvə bağları salınmışdır. Xüsusilə tut bağçılıq təsərrüfatının daha da inkişaf etdirilməsi əsas məqsəd olmuşdur. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsərrüfat sahələrində 1,5 hektar sahədə tut tinglərinin yetişdirilməsi üçün əkin işləri aparılmışdır. Regionun iqlim və torpaq xüsusiyyətləri nəzərə alınaraq tingyetişdirmədə ekoloji və iqtisadi səmərəlilik əsas götürülür. Hazırda nazirliyin tingyetişdirmə sahələrində yetişdirilmiş 300 000 ədəd ting muxtar respublika ərazisində tingə olan tələbatı tamamilə ödəyir.
Haliyədə yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilir, suvarma tədbirləri həyata keçirilir.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, muxtar respublikada istismar olunan avtomat telefon stansiyalarının böyük hissəsinin Trans-Asiya-Avropa (TAE) optik magistral xəttinə qoşulması şəhər, rayon və kəndləri daha keyfiyyətli, etibarlı və dayanıqlı rabitə ilə təmin edir. Həyata keçirilən işlərin nəticəsidir ki, hazırda muxtar respublikanın telekommunikasiya şəbəkəsinin 90 faizini optik şəbəkə təşkil edir. Bu tədbirlərin davamı olaraq, cari ilin mart ayından şəhər, rayon mərkəzi avtomat telefon stansiyalarına çıxış verilməklə ümumi uzunluğu 250 kilometr olan alternativ Ordubad-Sədərək fiber-optik kabel magistralının tikintisinə başlanılıb, artıq 58 kilometr məsafədə optik kabel çəkilib. Hazırda optik magistralın tikintisi davam etdirilir. Ümumilikdə, muxtar respublika üzrə fiber-optik telekommunikasiya xətlərinin uzunluğu 767 kilometrə çatdırılıb.
Məlumat üçün qeyd edək ki, muxtar respublikanın telekommunikasiya şəbəkəsi həm İran, həm də Türkiyə üzərindən TAE beynəlxalq fiber-optik kabel magistralına qoşulub.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikasının sürətli inkişafı onun bütün bölgələrinin simasını dəyişməklə bərabər, insanların qurub-yaratmaq əzmini də yüksəldib. Bu əzmkarlığın nəticəsidir ki, qədim yurdun hansı bölgəsinə üz tutsaq, günbəgün, aybaay dəyişilən, yeniləşən gözəlliyin şahidi oluruq. Sözsüz ki, bu inkişafda muxtar respublikanın hər bölgəsinin öz payı, öz yeri var. Xalq qəhrəmanı Babəkin adını daşıyan eyniadlı rayon da blokadada inkişaf möcüzəsinə öz töhfəsini verən rayonlarımızdan biridir. Xatırlatmaq yerinə düşər ki, Babək rayonu 1978-ci ildə ümummilli liderimiz Heydər Əliyev tərəfindən yaradılıb. 

Ardını oxu...

Babək Rayon Vergilər Şöbəsində POS-terminallardan istifadə ilə bağlı sahibkarlarla keçirilən görüşü şöbənin rəisi, vergi xidməti müşaviri Səftər Əliyarov açaraq bildirib ki, rayonda nağdsız ödənişlərin artırılması üçün POS-terminalların quraşdırılmasının böyük əhəmiyyəti var. Əvvəla bu, müasir dövrün tələbidir. Bütün dünyada nağdsız ödənişlər sürətlə inkişaf edir. Eyni zamanda plastik kartlardan istifadə həm təhlükəsizlik, həm də rahatlıq baxımından daha səmərəlidir.
Bildirilib ki, POS-terminalların quraşdırılması və nağdsız ödənişlər ticarət, əyləncə və xidmət mərkəzlərinin və müəssisələrinin nağd pul vəsaitlərinin inkassasiyası, daşınması, saxlanması və sayılması ilə bağlı maliyyə xərclərinin və iş vaxtı sərfinin azaldılmasına kömək edir. POS-terminalların quraşdırılması bank sektoru üçün də çox vacibdir. Bu, plastik kart dövriyyəsinin, kartlardan istifadənin və banklarda pul dövriyyəsinin artmasına gətirib çıxarır.
Sonra şöbənin əməkdaşlarından Zaur Əhmədovun, Amin Tağıyevin çıxışları olub. Çıxışlarda qeyd edilib ki, nağd pul dövriyyəsi iqtisadiyyatı iri həcmdə investisiya və kredit resurslarından məhrum etməklə yanaşı, vergidənyayınma hallarına da səbəb olur. Çünki məbləğindən asılı olmayaraq, POS-terminal vasitəsilə aparılan əməliyyatlar dərhal obyekt sahibinin bankdakı hesabına keçir və bu zaman vergidən yayınmaq mümkün olmur. Bəzi hallarda məlumatsızlıq, bir çox halda isə vergidən yayınmaq istəyi ticarət və xidmət məntəqələrində ödənişlərin POS-terminallar vasitəsilə qəbuluna marağı azaldır. Sahibkarlar bilməlidirlər ki, ödəniş kartları vasitəsilə nağdsız dövriyyənin inkişafını sürətləndirmək günün tələbidir və bu tələbdən yayınmaq olmaz.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Səbuhi HÜSEYNOV

Bilik və intellektual gücün cəmiyyətin inkişafındakı rolu şəksizdir. Biliklərin əldə olunub mənimsənilməsi isə bunun üçün zəruri informasiya olmadan mümkün deyildir. Bu informasiya insanın hər cür şüurlu fəaliyyəti və rahat yaşaması üçün lazım olan maddi nemətlərin yaradılmasında, xidmətlərin göstərilməsində bir faktor rolunu oynamaqla bərabər, onun sürəti və etibarlılığına da öz təsirini göstərir. Məhz sürətli və etibarlı informasiya sayəsində insanlar istehsalın digər faktorlarını hərəkətə gətirərək innovativyönümlü addımlar atır, beləliklə də, inkişafın ən mühüm göstəricilərindən biri olan artıma nail olurlar.

İnformasiyanın daşıyıcısı və istifadəçisi insan olduğundan informasiya cəmiyyətinin tam xarakteristikasının verilməsində insan faktorunun rolunun araşdırılması və qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Müasir cəmiyyətdə ən dərin elmi araşdırmalardan tutmuş təhsil, səhiyyə, mədəniyyət, turizm, rabitə və digər sahələrdə, əslində, insana lazım olan informasiyanın bölüşdürülməsi və bu zaman kimin daha çox mütərəqqi texnologiyalardan baş çıxarması prosesləri gedir. Daha dərinə getsək, sırf maddi istehsal kimi görünən sahələrdə, məsələn, ağır sənaye və kənd təsərrüfatında da informasiya mübadiləsi özünü hər tərəfi ilə göstərir. Belə ki, bu gün həmin sahələrdə istehsal olunan hər cür yeni məhsul uzunmüddətli bir informasiya alış-verişi mərhələsi keçərək hazır nemət halına gəlib çıxmışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında özəl bölməyə, sahibkarlıq fəaliyyətinə yaradılan münbit şərait nəticəsində nəinki daxili bazarın tələbatını ödəyən, həm də xarici bazarlara məhsul ixrac edən istehsal müəssisələri yaradılmışdır. Belə müəssisələrdən biri də Naxçıvan şəhərində fəaliyyət göstərən “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının “Cahan Pen Plastik Məmulatları İstehsalı və Satışı” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Sahibkarlığa Kömək Fondundan göstərilən dövlət maliyyə dəstəyi ilə Naxçıvan şəhərində ayrılmış ərazidə ayrı-ayrı iş otaqlarından ibarət inzibati və istehsal sahələri üçün binalar tikilib istifadəyə verilmiş, müasir texnoloji avadanlıqlar quraşdırılmışdır. 

Ardını oxu...

Şahbuz şəhərində Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatı üçün zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət bina inşa olunur.
Tikinti işləri Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə həvalə edilib. İnşaatçılara hərtərəfli iş şəraiti yaradılıb. Bu şəraitdən səmərəli istifadə olunmasının nəticəsidir ki, obyektdə tikinti işlərinin böyük əksəriyyəti başa çatdırılıb. İnşaat zamanı yerli tikinti materiallarından istifadəyə üstünlük verilir. İdarədən aldığımız məlumata görə, hazırda arakəsmələr hörülür, suvaq işləri həyata keçirilir. Yaxın günlərdə binanın qapı-pəncərələrinin salınmasına başlanılacaq.
Şəhərdə ictimai yaşayış binalarının əsaslı təmiri də diqqət mərkəzindədir. Hazırda bu iş rayon mərkəzinin Heydər Əliyev prospektindəki 15 nömrəli yaşayış binasında aparılır.

Xəbərlər şöbəsi

Son illər muxtar respublikamızın hər yerində olduğu kimi, Şərur rayonunda da kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və tədarükündə yüksək nəticələr əldə olunur. Sevindirici haldır ki, hazırda kənd təsərrüfatı məhsulları istehsalının elə bir sahəsi yoxdur ki, orada rayonun torpaq mülkiyyətçiləri, fermerləri uğurlar qazanmasınlar.
Şərurun torpaq adamları birmənalı olaraq hesab edirlər ki, bu uğurların əsası ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1990-cı illərin əvvəllərində sosial ədalət tam gözlənilməklə həyata keçirilmiş aqrar islahatlar zamanı qoyulmuşdur.
Bəli, aqrar islahatlar nəticəsində Şərur rayonunun kəndlərində ədalətli bölgü prinsipi əsasında torpaq öz həqiqi sahibinə – kəndliyə verilmişdir. Demək olar ki, hər bir ailə pay torpaqlarına sahib olmuşdur. Torpaq mülkiyyətçiləri, fermerlər o zaman sərbəst təsərrüfatçılıq fəaliyyəti ilə məşğul olmaq, ailələrinin güzəranını yaxşılaşdırmaq imkanları qazanmışlar. Torpaq islahatı insanların torpağa bağlılığını daha da gücləndirmişdir. Onların öz pay torpaqlarında daha səmərəli çalışmaları üçün stimul yaratmışdır. Dövlətimiz kənd adamlarına pay torpaqlarını sərbəst əkib-becərmələri üçün daim lazımi qayğı göstərir. Kənd adamları torpaq vergisi istisna olmaqla, digər bütün vergilərdən azad edilmişlər. Bütün bunlar, son nəticədə, rayonda məhsul istehsalının yüksək sürətlə artması ilə nəticələnmiş, əhalinin rifah halı xeyli yaxşılaşdırılmışdır.

Ardını oxu...

Culfa rayonunun bir neçə dağ kəndi tikinti meydançasına çevrilib

Dağlıq və dağətəyi zonada yerləşən Culfa rayonunda da muxtar respublikanın digər bölgələri kimi, müstəqilliyin bəhrələri getdikcə artaraq bu qədim yurd yerinə xeyli quruculuq ünvanları bəxş edib. Hər il rayonun ayrı-ayrı yaşayış məntəqələrində hərtərəfli dövlət qayğısının bariz ifadəsi kimi dəyərləndirilən müxtəliftəyinatlı obyektlər istifadəyə verilir. Bu ünvanlarda müasir iş şəraiti yaradılır. Yaxşı hal həm də ondan ibarətdir ki, quruculuq tədbirləri mərkəzdən uzaq, ucqar dağ və sərhəd kəndlərində daha çox diqqəti çəkir. Bu cəhətdən cari il də istisna deyil. Mart ayından etibarən rayonun Kırna, Teyvaz, Əlincə, Ərəfsə, Şurud kəndlərində yeni sosial obyektlərin inşasına və mövcud obyektlərin yenidən qurulmasına başlanılıb. 

Ardını oxu...

Daha bir taxıl tədarükü mövsümü uğurla başa çatdırılıb. 2013-cü ilin məhsulu üçün muxtar respublikada 35 min 324 hektar sahədə taxıl əkilib ki, bu da əvvəlki illə müqayisədə 359 hektar çoxdur. Taxıl istehsalçılarına əvvəlki illərdə olduğu kimi kreditlər verilib, bu vəsaitin təyinatı üzrə xərclənməsi diqqət mərkəzində saxlanılıb. Mineral gübrələrlə təminat da unudulmayıb, sahələr vaxtlı-vaxtında suvarılıb, ötən payızdan çəkilən zəhmət hədər getməyib, sahələrdə bol məhsul yetişdirilib.
Taxılçılıq üçün münbit torpaq sahələrinə malik Şərur rayonunda hər il yüksəkkeyfiyyətli məhsul istehsal olunur. Torpaq mülkiyyətçiləri mövcud şəraitdən səmərəli istifadə etməyə çalışır, daxili bazara öz töhfələrini verirlər. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən aldığımız məlumata görə, rayonda 9 min 181 hektar taxıl sahəsindən 22 min 760 ton buğda, 5 min 487 ton arpa olmaqla, 28 min 247 ton məhsul əldə edilib. Məhsuldarlıq 30,8 sentner təşkil edib. Babək rayonunun taxılçıları ötən ilin payızında və cari ilin yazında 2013-cü ilin məhsulu üçün 10 min 362 hektar sahədə taxıl əkini keçirib, ötən müddət ərzində bütün aqrotexniki tədbirlərə əməl edilib. Bu da öz bəhrələrini verib. Sahələrdən 24 min 162 tonu buğda, 7 min 560 tonu arpa olmaqla, 31 min 722 ton məhsul götürülüb. Orta məhsuldarlıq 30,6 sentnerə çatdırılıb. Sədərək rayonunun taxılçıları 2 min 128 hektar taxıl zəmisindən 6 min 142 ton məhsul götürüblər ki, bunun da 3 min 557 tonu buğda, 2 min 585 tonu arpadır. Rayonda məhsuldarlıq 28,9 sentner təşkil edib. Kəngərli rayonunda məhsuldarlıq 28,2 sentner olub. Bu bölgədə 3 min 869 hektar sahəyə kombayn çıxarılıb. 10 min 901 ton məhsul tədarük olunub. Həmin məhsulun 6 min 501 tonu buğda, 4 min 400 tonu arpadır. Şahbuz rayonunun taxılçıları 1328 hektar sahədən 3 min 703 ton taxıl biçiblər. Onlar məhsuldarlığı 27,9 sentnerə çatdırıblar. Tədarük edilən məhsulun 2 min 995 tonu buğda, 708 tonu arpadır. Ordubad rayonunda 2 min 145 hektar taxıl zəmisi torpaq mülkiyyətçilərinə 5 min 750 ton məhsul bəxş edib. Bunun 3 min 560 tonu buğda, 2 min 190 tonu arpadır. Məhsuldarlıq 26,8 sentnerdir. Naxçıvan şəhərində də məhsuldarlıq 26,8 sentner olub. 1228 hektar sahədən 2721 tonu buğda, 567 tonu arpa olmaqla, 3288 ton məhsul tədarük edilib. Culfa rayonunda isə məhsuldarlıq 26 sentner olub. Rayonun taxılçıları 5 min 83 hektar sahədən 13 min 207 ton taxıl toplayıblar. Bunun 10 min 962 tonu buğda, 2 min 245 tonu arpadır.
Ümumilikdə, muxtar respublika üzrə 35 min 324 hektar sahədən 102 min 960 ton məhsul yığılıb. Onun 77 min 218 tonunu buğda, 25 min 742 tonunu arpa təşkil edir. Orta məhsuldarlıq 29,1 sentnerdir.

Xəbərlər şöbəsi

Cari ilin birinci yarısında muxtar respublikamızda fəaliyyət göstərən sahibkarlara banklar və kredit təşkilatları tərəfindən 23 milyon 550 min manatdan çox kredit verilmişdir. Həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərin nəticəsidir ki, Ümumi Daxili Məhsul istehsalında özəl bölmənin payı artaraq 87 faiz təşkil etmişdir.  Özəl bölmənin inkişafı ayrı-ayrı sahələrdə olduğu kimi, əhalinin tələbatının yerli istehsal hesabına yüksəkkeyfiyyətli məhsullarla təmin olunmasına da əlverişli şərait yaratmışdır. Belə ki, hazırda muxtar respublikada yeni yaradılmış və ya fəaliyyəti bərpa olunmuş müəssisələrdə 115 növdə ərzaq, 229 növdə qeyri-ərzaq olmaqla, ümumilikdə, 344 növdə məhsul istehsal olunmaqdadır. Yaradılmış müəssisələrdə 106 növdə ərzaq, 224 növdə qeyri-ərzaq məhsulları olmaqla, ümumilikdə, 330 növ mallara olan tələbatın yerli istehsal hesabına ödənilməsi təmin edilmişdir. 

Daxili bazarı yüksəkkeyfiyyətli yerli ərzaq məhsulları ilə təmin edən müəssisələrdən biri də 2011-ci ilin noyabr ayında yaradılan “Ləzzət Broyler” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Dövlət qayğısından bəhrələnən bu müəssisəyə Sahibkarlığa Kömək Fondundan 2012-ci ilin may ayında 400 min manat, dekabr ayında isə 650 min manat dövlət maliyyə dəstəyi göstərilmişdir. Ətlik istiqamətli quşçuluq təsərrüfatının yaradılması üçün Babək rayonunun Kərimbəyli kəndində 20674 kvadratmetr, kəsim və paketləmə istehsalı sahəsi üçün isə Hacıvar kəndində 5013 kvadratmetr torpaq sahəsi ayrılmışdır.

Ardını oxu...

Torpaq mülkiyyətçilərinin yüksək məhsuldarlığa nail olması istehsalın səmərəli təşkilindən asılıdır. Bu zaman istehsal vasitələrinin nüvəsini təşkil edən torpaqdan yüksək səviyyədə mənfəət götürmək olar. Naxçıvan Muxtar Respublikasının inzibati ərazisi daxilində əkin dövriyyəsinə daxil olan torpaqlardan maksimum dərəcədə istifadə olunması ilə bağlı təhlillər apardıq.
Aydın oldu ki, bəzi bitkiçilik sahələri üzrə istehsal olunan məhsullar intensiv məhsuldarlığın tələblərinə və hərtərəfli dövlət qayğısına cavab vermir. Təsəvvür etsək ki, bu gün mülkiyyətində bir hektar torpaq sahəsi olan sahibkar öz güzəranını yaxşılaşdıra bilmir, deməli, istehsalda yeni variantların tətbiqi və mütərəqqi texnologiyalardan istifadə olunması zərurəti yaranır. Çünki aqrar sahə məsuliyyət tələb edən bir sahədir. Təhlillərin nəticəsi göstərir ki, istehsal vasitələrindən səmərəli istifadə olunması istehsalın maksimum həddə çatdırılması, eləcə də istehsal olunan məhsulların kəmiyyət və keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına nail olmaq üçün iri kəndli-fermer təsərrüfatlarının yaranmasına ehtiyac duyulur. İri fermer təsərrüfatları yaradılarkən son dərəcə məsuliyyətlə elə bir konsepsiya həyata keçirilməlidir ki, idarəçilik, istehsal, mənfəət, məxaric və məsariflər, o cümlədən sərmayə qoyuluşu sosial ədalət prinsiplərinə söykənmiş olsun. Yaradılan fermer təsərrüfatlarına başçılıq edən şəxslərin səriştəli, işgüzar, peşəkar və torpağa bağlı şəxslər olması da başlıca şərtlərdəndir.

Ardını oxu...

Bu gün ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən inkişaf strategiyası Azərbaycanı nəinki regionun liderinə, eyni zamanda dünyanın ən yüksək sürətlə inkişaf edən dövlətinə çevirib. Bu uğurlu siyasətin nəticəsidir ki, hazırda ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında böyük inkişaf və tərəqqi müşahidə olunmaqdadır. Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının uğurla icrası muxtar respublikanın inkişafına böyük təkan verib. Bu inkişaf özünü rayonlarımızın həyatında baş verən müsbət dəyişikliklərdə də göstərir. Son illər böyük inkişaf yolu keçən rayonlarımızdan biri də Kəngərlidir.

Tarixi bir adı özündə yaşadan rayonun sosial-iqtisadi göstəriciləri davamlı inkişafdan xəbər verir

Haqqında söhbət açdığımız rayon 2004-cü ildə yaradılıb. Ərazisi 680 kvadratkilometr olan rayonun 30 min nəfərdən çox sakini var. Mərkəzi Qıvraq qəsəbəsidir. 10 kənd – Qarabağlar, Xok, Şahtaxtı, Çalxanqala, Yurdçu, Böyükdüz, Qabıllı, Xıncab, Təzəkənd, Yeni Kərki rayonun inzibati ərazi vahidinə daxildir. Xatırladaq ki, adıçəkilən kənd­lərin bir neçəsi Kəngərli rayonu yaradılmamışdan əvvəl Şərur rayonunun, bir neçəsi isə Babək rayonunun tərkibində idi. Yaradıldığı gündən bu yana görülən işlər nəticəsində Kəngərlinin sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş verib, bir sıra mühüm infrastruktur layihələri reallaşdırılıb, təhsil, səhiyyə, idman, mədəniyyət müəssisələri və digər sosialyönümlü obyektlər tikilərək istifadəyə verilib. 2006-cı ilin iyul ayında Kəngərli Rayon İcra Hakimiyyətinin inzibati binasının açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Bu rayonun yaradılması ilə bölgədə bir çox məsələlər həll olunmuşdur. Artıq rayonun öz büdcəsi var, yeni yaradılmış idarələrdə mindən çox iş yeri açılmışdır. Beləliklə, bu rayonda yaşayan əksər ailələrin heç olmasa bir üzvü işlə təmin edilmişdir. Onların işlə təmin edilməsi ailədə də sabitliyin yaranması deməkdir. Yeni rayonun yaradılması bu bölgənin iqtisadiyyatına, gələcəkdə onun daha da möhkəmlənməsinə, ailələrin məskunlaşmasına kömək edəcəkdir. Tarixi bir adı özündə yaşadan Kəngərli rayonu qısa bir müddət ərzində muxtar respublikanın digər rayonlarının səviyyəsinə çatacaqdır”.

Ardını oxu...

Torpaq biganəliyi, təsərrüfat isə gecikməni sevmir. Hər hansı bir işi vaxtında görməsən, qarşıda problemlər, müşkül məsələlər sıralanır. Bir yandan da havadan, yağışdan, küləkdən asılılıq amili var. Ona görə də təcrübəli kənd təsərrüfatı işçiləri bütün tədbirləri başlanğıcda müəyyənləşdirir, təbiətin şıltaqlıqlarını nəzərə alaraq, gələcək fəaliyyət planlarını qururlar. Torpaq isə ona bağlananlardan heç vaxt xeyir-bərəkətini əsirgəmir.
Sədərək Rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Bəxtiyar Mahmudov dedi ki, ömrünü-gününü torpağa, halal zəhmətə bağlayan hər bir torpaq sahibkarı, fermer yaxşı bilir ki, yay şumunun vaxtında aparılmasından, şumaltına mineral və üzvi gübrələrin verilməsindən, keyfiyyətli toxumun səpilməsindən, dərmanlanmasından tutmuş səpinin optimal müddətdə başa çatdırılmasına qədər keçilən yol lazımi qaydada, problemsiz qət edilərsə, biçin zamanı məhsuldarlıq yüksək olar. Taxılçı gördüyü işə, çəkdiyi zəhmətə əmin olmasa, uğur ondan yan keçər. Sədərəkdə taxılçılığın ənənələrindən də söz açan B.Mahmudov xüsusi vurğuladı ki, ötən əsrin 80-ci illərinin ortalarında, 90-cı illərinin əvvəllərində digər sahələr kimi, kənd təsərrüfatı sahəsi də bərbad hala düşmüş, yalnız ulu öndər Heydər Əliyev 1993-cü ildə ikinci dəfə Azərbaycan rəhbərliyinə qayıtdıqdan sonra kənd təsərrüfatına, o cümlədən taxılçılığa diqqət artırılmışdır.

Ardını oxu...

Ölkəmizdə həyata keçirilən çoxşaxəli və innovativyönümlü iqtisadi inkişaf strategiyasının əsas məqsədlərindən biri regionların tarazlı inkişafına, yerli istehsal və əmək potensialından səmərəli istifadə etməklə ixracyönlü hazır məhsul istehsalına nail olmaqdır. Dünyada beynəlxalq əmək bölgüsünün dərinləşməsi və xarici iqtisadi əlaqələrin coğrafiyasının genişlənməsi şəraitində ölkəmizin inkişafda olan bir regionu kimi Naxçıvan Muxtar Respublikası da öz inkişafının yeni – ixracyönümlü inkişaf mərhələsinə qədəm qoymaqdadır. 

Davamlı inkişaf onu daimi olaraq dəstəkləyən bir strategiyaya əsaslanmalıdır. Azərbaycanın ayrılmaz tərkib hissəsi Naxçıvan Muxtar Respublikasında davamlı hal almış sosial-iqtisadi yüksəliş prosesləri həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsi olub, regionun hərtərəfli inkişaf meyilləri ilə ölkədə və yaxın regionda nümunəvi bir hala gətirilməsinə xidmət edir. Keçmişdə yalnız aqrar bir region kimi xammal bazası rolunu oynayan Naxçıvanın malik olduğu potensialının üzə çıxarılıb markalı məhsullar istehsalı ilə dünya bazarında təmsil olunması bu baxımdan ölkəmizdə həyata keçirilən regional inkişafa uğurla xidmət edən bir strategiyadır. Zəngin yeraltı və yerüstü sərvətlərə, bərəkətli torpaqlara və bacarıqlı insan resurslarına sahib Naxçıvan Muxtar Respublikasının qısa müddətdə mənfi saldolu xarici ticarət dövriyyəsindən müsbət saldoya sahib gücə çatması məhz bu strategiyanın məhsulu, uzunmüddətli inkişaf pro­qramının tərkib hissəsidir. Gündəlik məqsədlər üçün enerjinin çatışmadığı, ən zəruri ərzaq məhsullarının idxal olunduğu bir regionda cəsarətlə həyata keçirilən sənayeləşmə prosesləri iqtisadiyyatın digər sahələrinin də inkişafına öz təsirini göstərmişdir.

Ardını oxu...

Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının bölgələrə ən böyük töhfələrindən biri də yeni məktəb binalarının inşası ilə bağlıdır. Təkcə son on ildə Şərur rayonunda 30-dan çox məktəb binası tikilərək, yaxud yenidən qurularaq istifadəyə verilib.
Rayonun iri təhsil ocaqlarından biri Xanlıqlar kəndində yerləşir. Burada şagirdlərin sayı 200 nəfərdən çoxdur. Rayon üzrə qabaqcıl məktəb kimi tanınır. Hər il 6-7 nəfər ali məktəblərə daxil olur. Məktəbin yaşı çoxdur. Binasının şəraiti heç də yaxşı deyildi. İkimərtəbəli köhnə bina indi yenidən qurulur. Təhsil ocağı daha bir mərtəbə də ucaldılıb. 396 şagird üçün nəzərdə tutulub. Bu, ərazinin ən iri məktəblərindən biri olacaq.
Məktəb binasının əsaslı təmir və yenidənqurma işlərini Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şərur Rayon İdarəsinin inşaatçıları həyata keçirirlər. Bu günlərdə Xanlıqlarda olduq. Binaya əlavə edilmiş üçüncü mərtəbənin hörgü işləri başa çatdırılıb, dam örtüyü vurulub. Aşağı mərtəbələrdə qapı-pəncərələr salınır, suvaq işləri görülür. İş icraçısı Samil Ağayev söhbət zamanı dedi ki, obyektin yeni dərs ilinin başlamasına kimi istifadəyə verilməsi üçün var qüvvə ilə çalışırıq. Keyfiyyətə də xüsusi diqqət yetiririk.

Ardını oxu...

“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük uzaqgörənliklə söylədiyi bu fikirlər müstəqil Azərbaycanın gündən-günə inamla atdığı hər addımda daha aydın dərk olunur. İqtisadiyyatın hərtərəfli inkişafı, xüsusilə güclü sahibkarlıq təbəqəsinin formalaşdırılması istiqamətində atılan addımlar uğurlu nəticələrini verməkdədir. Əlbəttə ki, əldə olunan nailiyyətlərlə kifayətlənmək olmaz. Müasir inkişaf yeni bazar tələblərini ortaya çıxarır. Bu istiqamətdə də işlərin görülməsi qaçılmazdır.

Muxtar respublikamız investisiya cazibədarlığı baxımından hər zaman diqqətçəkən region olub. Regionun coğrafi və təbii şəraiti, turizm, sənaye, kənd təsərrüfatı, həmçinin tranzit mövqeyi əlverişli investisiya mühiti üçün yerli sahibkarlar qarşısında mühüm yollar açır. Son 17 il ərzində daxili bazarda 330 növdə məhsulun istehsalına nail olmaq kifayət qədər ciddi rəqəmdir. Bu uğurun əsasında dövlət dəstəyi ilə yaradılmış və kifayət qədər biznes təcrübəsi əldə etmiş yerli şirkətlərin fəaliyyəti dayanır. Muxtar respublikada ildən-ilə xarici bazara çıxarılan məhsulların çeşid və həcminin artırılması, istehsalda yeni texnologiyaların tətbiqi, keyfiyyət amili bu şirkətlərə yeni bazarların araşdırılması ilə bərabər, yeni investisiya mühitinin yaradılması zərurətini də diktə edir.

Ardını oxu...

“Sirab” mineral su yatağı Naxçıvan şəhərindən 14,6 kilometr şimal-şərqdə, Babək rayonunun Sirab kəndi ərazisində, dağ ətəyində yerləşir. Bu mineral su yatağı 3 yeraltı mineral su hövzəsindən ibarətdir. Adının etimologiyalarından biri də “Sirli sular” olan “Sirab” əvəzsiz süfrə suyu olmaqla bərabər, yüksək müalicəvi əhəmiyyətə malikdir. Belə ki, ağciyər, öd kisəsi, həzm yolları və böyrək xəstəlikləri, mübadilə pozğunluqları zamanı istifadə edilir. Həmçinin qan dövranını, tənəffüsü, regenerasiyanı, ürək fəaliyyətini yaxşılaşdırır, mədə-bağırsaq xəstəlikləri zamanı şirəqovucu kimi əhəmiyyətli olur, dilin dad reseptorlarının həssaslığını yüksəldir, aerozol şəklində tənəffüs yolları xəstəliklərinə və allergik xəstəliklərə müsbət təsir edir.

Bu əvəzsiz təbii sərvətimizin istehsalına ilk dəfə 1950-ci ildə primitiv üsulla kiçik bir sexdə başlanılmışdır. 1968-ci ildə tikilib istifadəyə verilən və illik istehsal gücü 6000 butulka olan “Sirab” Mineral Sudoldurma Zavodu bu qiymətli sərvətin istehsalına geniş imkanlar açmışdır. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə zavodun tam gücü ilə işləməsi təmin edilmişdir. 1984-cü ildə zavodda yeni texnoloji avadanlıqlar tətbiq olunmaqla əlavə iki xətt quraşdırılmış, istehsal gücü ildə 4,5 milyon butulkaya çatdırılmışdır.

Ardını oxu...

Muxtar respublikanın füsunkar guşələrindən biri olan Şahbuz rayonu son illərdə bu bölgəyə göstərilən hərtərəfli dövlət qayğısı hesabına öz simasını əsaslı surətdə dəyişib. Cari ildə də rayonun bir neçə yaşayış məntəqəsində tikinti-qurucu­luq işləri aparılır. Belə tədbirlərin həyata keçirildiyi kəndlərdən biri Sələsüzdür. Bu yaşayış məntəqəsində kompleks quruculuq tədbirlərinə aprel ayından start verilib. Məlumat üçün bildirək ki, Sələsüz kəndində əvvəllər də quruculuq tədbirləri aparılıb, məktəb binası, kənd mərkəzi inşa olunub, bir neçə kənd sakini üçün fərdi mənzillər tikilib. Hazırda kənd məktəbinin binası yenidən qurulur, mövcud kənd mərkəzinin binası yeni layihə əsasında həkim ambulatoriyası üçün inşa edilir, yeni kənd mərkəzi tikilir.
Rayon mərkəzindən bir neçə kilometr aralıda yerləşən Ayrınc kəndi də tikinti meydançasını xatırladır. Hazırda kənddə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin bir qrup inşaatçısı məktəb binasından bir qədər yuxarıda, yolun sağında ikimərtəbəli kənd, solunda isə xidmət mərkəzlərinin tikintisini aparır.

Ardını oxu...

Genişmiqyaslı tədbirlər nəticəsində rayonun siması sürətlə dəyişir

Sədərəklilər arzularına çatıblar

Sərhəd bölgəsi Sədərək rayonuna daha çox üz tuturam, buradan daha çox yazıram. Amma çətin ki, ürəyimdən keçənlərin hamısını yaza biləm. 
Sədərəkdən indi də yazıram – özü də daha böyük həvəslə, qürur hissilə. Ürəyim yenə doludur. Bunun isə səbəbləri var: sədərəklinin bir vaxtkı arzuları həqiqətə, görmək istədikləri reallığa çevrilib . Xəyalım keçmişə qayıdır...
...Yaxın keçmişin söhbətidir. Rayon mərkəzi Heydərabad qəsəbəsində köhnə tanışlarımdan biri, ağsaqqal ziyalı, Azərbaycan Respublikasının əməkdar müəllimi Əli Əliyevlə qarşılaşdım. Hal-əhval tutduqdan sonra Əli müəllim ürəkağrısı ilə dedi:
– Hərdən Heydərabad qəsəbəsinə yolum düşür. Bu boyda qəsəbədə nə dincəlməyə, istirahət etməyə park, nə də içməyə bir qurtum su var. Sədərəklilər qədirbilən, qoçaq, sədaqətli adamlardır. Təki qabağa düşən, yol göstərən ola...

Ardını oxu...

Ölkəmizin ayrı-ayrı regionlarında olduğu kimi, muxtar respublikamızda da genişmiqyaslı quruculuq tədbirləri həyata keçirilir, Naxçıvan şəhərindən, rayon mərkəzlərindən tutmuş ucqar dağ və sərhəd kəndlərinədək bütün yaşayış məntəqələrində inzibati və sosial obyektlər tikilib istifadəyə verilir. Ona görə də tikinti-quraşdırma işlərinin sürətlə aparılmasında, inşaat işlərinin vaxtında və keyfiyyətlə başa çatdırılmasında mühüm rol oynayan beton qarışığı və beton məmulatları istehsal edən müəssisələrin yaradılması diqqət mərkəzində saxlanılmış, müasir texnoloji avadanlıqlar tətbiq olunmaqla müxtəlif gücə malik zavodlar tikilib istifadəyə verilmişdir. 

Beton məmulatları istehsal edən müəssisələr istifadəyə verilənədək muxtar respublikamızda aparılan tikinti işləri üçün lazım olan inşaat materialları – beton primitiv üsullarla hazırlanır, qum istehsalı ekologiyaya zərərli, kortəbii şəraitdə həyata keçirilirdi. Obyektlərdə istifadə olunan digər beton məmulatları isə qonşu ölkələrdən gətirilirdi. Bu müəssisələrin işə salınması ilə həmin problemlər aradan qaldırılmış, yerli xammaldan səmərəli istifadə olunmaqla yüksəkkeyfiyyətli beton və beton məmulatları istehsalına əlverişli şərait yaradılmışdır. Qeyd edək ki, keçmiş Sovetlər Birliyinin yüksək inkişaf mərhələlərindən hesab olunan 1989-cu ildə tikinti sektorunda bir ay ərzində istifadə olunan beton qarışığı müasir dövrümüzdə bir gün ərzində inşaat işlərinə sərf olunmaqdadır.

Ardını oxu...

İnsanları zəhmətkeş və torpağa bağlı olan bu kənd inkişafın yeni mərhələsindədir



“Demat” gülüstana dönüb

Zeyvə Şərur rayonunun böyük yaşayış məntəqələrindən biridir. Sovet dönəmində bu yaşayış məntəqəsində vur-tut bircə məktəb binası tikilib. Kəndin nə bir klubu, kitabxanası, nə də ki tibb və baytarlıq məntəqələri, poçt bölməsi olub. Zeyvə, sadəcə olaraq, Düdəngə kəndinə sığınıb. 2003-cü ildən müstəqil ərazi vahidi kimi yaradılıb və fəaliyyətə başlayıb. Elə həmin vaxtdan da, necə deyərlər, kəndin üzünə gün doğub. 2003-cü ildə “Zeyvə-2”, 2004-cü ildə isə “Zeyvə-1” su nasos stansiyaları 20 illik fasilədən sonra əsaslı təmir edilərək işə salınıb. Arpaçay sağsahil kanalından kəndin ilanmələyən çöllərinə su qaldırılıb. Bununla da, Zeyvə kəndinin tikan-qanqal basmış 360 hektarlıq “Demat” adlı sahəsi əkin dövriyyəsinə daxil edilib. Həmin sahələrdə də taxıl, kartof, bostan-tərəvəz bitkiləri əkilib becərilir. İnsan əli, insan nəfəsi ilə “Demat” gülüstana dönüb.

Ardını oxu...

Ölkəmizdə, o cümlədən  muxtar respublikamızda həyata keçirilən uğurlu islahatlar iqtisadiyyatın gücləndirilməsinə əsaslı stimul olmuş, nəticədə, insanların sosial-rifah halı yüksəlmişdir. Yaradılan şəraitin, artan iqtisadi imkanların nəticəsidir ki, bu gün muxtar respublikada insanlar komfortlu avtomobillərə, irimiqyaslı layihələri və genişmiqyaslı quruculuq tədbirlərini həyata keçirən ayrı-ayrı  şirkətlər isə daha yaxşı manevr etmək imkanlarına malik maşın-mexanizmlərə və ağırtonnajlı yük avtomobillərinə daha çox üstünlük verirlər. Bu səbəbdən Naxçıvan şəhərində Sahibkarlığa Kömək Fondu tərəfindən ayrılan kredit və “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının daxili imkanları hesabına yeni xidmət sahəsi yaradılmışdır. 

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin kollegiya iclasını nazir Famil Seyidov açaraq məruzə ilə çıxış edib. Qeyd olunub ki, bugünkü kollegiya iclasının keçirilməsində məqsəd 2013-cü ilin ilk altı ayı ərzində nazirlik və onun strukturları tərəfindən görülmüş işləri, qarşıda duran vəzifələri müzakirə etməkdir.

Bildirilib ki, “Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Pro­qramı”nın icrası çərçivəsində muxtar respublikada rəqabətədavamlı məhsul istehsal edən müəssisələr yaradılıb, son illər ərzində 450-dən çox istehsal sahəsi fəaliyyətə başlayıb.
“Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün yeni binanın istifadəyə verilməsi və həmin gün sahibkarlarla keçirilən görüşdə 11 sahibkarlıq subyektinə güzəştli dövlət mаliyyə dəstəyinin göstərilməsi sahibkarlığın inkişafına muxtar respublika rəhbərinin qayğısının təzahürüdür.

Ardını oxu...

Ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq reallaşdırılan, elmi əsaslara və liberal bazar iqtisadiyyatı prinsiplərinə söykənən, insan amilini əsas tutan çevik iqtisadi siyasət nəticəsində muxtar respublika iqtisadiyyatının dinamik inkişafı ulu öndərimizin 90 illiyi ilə əlaqədar “Heydər Əliyev ili” elan edilmiş 2013-cü ilin ötən dövrü ərzində də davamlı artım templərini saxlamışdır. İlin əvvəlindən muxtar respublikada 975420,6 min manatlıq Ümumi Daxili Məhsul istehsal olunmuşdur ki, bu da bir il öncəki müvafiq göstəricini 9,3 faiz üstələyir. Ümumi Daxili Məhsulun tərkibində ilk yeri 31,9 faizlik payla sənaye, ikinci yeri isə 23,2 faizlik payla tikinti sahəsi tutmuşdur. 2013-cü ilin yanvar-iyun aylarında hər bir nəfərə düşən Ümumi Daxili Məhsulun həcmi ötən ilin müvafiq dövrünə nisbətən 8 faiz artaraq 2271,6 manat (2894,9 ABŞ dolları) səviyyəsində olmuşdur. Ümumi Daxili Məhsulun 62 faizi maddi istehsal sektorunun payına düşmüşdür.

Ardını oxu...

Nəhəcir və Göynük hərtərəfli dövlət qayğısı əhatəsindədir

Nəhəcirin tarixi və adının etimologiyası haqqında bir neçə söz

Culfa rayonunun əksər yaşayış məntəqələri ucqar dağlıq ərazilərdə qərar tutub. Neçə illər əvvəl bu ünvanlara getmək müşkül məsələ olub. Çünki həmin kəndlərə uzanan yollarda avtomobil sürməkdən ən təcrübəli sürücülər də ehtiyat edirdilər. Muxtar respublikada tikinti-quruculuq işləri geniş vüsət almağa başlayandan bəri bu problemin həlli istiqamətində də xeyli iş görülüb. Nəhəcir kəndi də ucqarda yerləşən belə yaşayış məntəqələrindən biridir.
Yol boyu Nəhəcirin qədim tarixi ilə bağlı oxuduqlarımı xəyalıma gətirirəm. Ərazidə bu adda çay, dağ, qala mövcuddur. Uzunluğu 14 kilometr olan çay Babək və Culfa rayonlarının ərazisindən keçir.
Eyniadlı dağın hündürlüyü 1799 metrə çatır. Kənd elə bu dağın ətəyində qərar tutub. Nəhəcir qalasının xarabalıqları həmin dağ üzərindədir. Burada “Naxış-nərgiz” adlandırılan mağara var. Eramızdan əvvəl II minillik – I minilliyin əvvəllərinə aid edilən qalada 2011-ci ildə arxeoloji qazıntılar aparılıb, müxtəlif maddi-mədəniyyət nümunələri əldə edilib. Kəndə yaxın ərazilərdə Tunc, Dəmir və Orta əsrlər dövrlərinə aid edilən yaşayış yerləri Nəhəcirin qədim tarixindən soraq verir. Kəndin adının etimologiyası ilə bağlı maraqlı fikirlər var.

Ardını oxu...

Son illərdə muxtar respublikamızda uşaq musiqi məktəbləri üçün yeni-yeni binaların istifadəyə verilməsi şagirdlərin muxtar respublikada və ölkəmizdə keçirilən müxtəlif festival və müsabiqələrdə fəal iştirak etməsinə, uğur qazanmasına şərait yaradıb. Regionumuzda musiqi sənətinin inkişafı, peşəkar musiqiçilərin yetişdirilməsi, onların böyük səhnələrə çıxması istiqamətində atılan addımlar cari ildə də davam etdirilir, musiqi məktəblərinin maddi-texniki bazası gücləndirilir, gələcəyin musiqiçilərinin ən yüksək səviyyədə təhsil almasına xüsusi diqqət yetirilir.
Ötən ilin noyabr ayından yenidən qurulmasına başlanılan Naxçıvan şəhərindəki 3 nömrəli Uşaq Musiqi Məktəbi üçün nəzərdə tutulan bina da muxtar respublikamızda musiqi təhsilinə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Binanın inşası Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin kollektivi tərəfindən həyata keçirilib. Hazırda obyektdə son tamamlama işləri görülür, həyətdə aparılan abadlıq işləri yekunlaşdırılır.

Xəbərlər şöbəsi

Əhalinin fasiləsiz və təhlükəsiz təbii qazla təmin edilməsi, xətt təsərrüfatında baş verə biləcək hər hansı bir nasazlığın vaxtında aradan qaldırılması üçün “Naxçıvanqaz” İstehsalat Birliyi və onun tabeliyində olan şəhər və rayon Qaz İstismarı idarələri tərəfindən kompleks tədbirlər həyata keçirilir. Birliyin direktoru Səxavət Abbasovun verdiyi məlumata görə, muxtar respublikada, ümumilikdə, 82 min 67 istehlakçı təbii qazdan istifadə edir ki, onlardan 547 abonent, 64 müəssisə cari ilin birinci yarısında təbii qazla təmin olunmuşdur.
Cari ilin birinci yarısında qaz təsərrüfatında istismarda olan magistral, daşıyıcı və paylayıcı qaz kəmərlərinə, eləcə də onlar üzərindəki kranlara, siyirtmələrə və qaztənzimləyici şkaflara müntəzəm olaraq texniki baxış keçirilmiş, aşkar edilmiş nöqsanlar aradan qaldırılmışdır. İstehlakçılara verilən təbii qazın təzyiqinə hər ay texnoloji rejim tətbiq edilmiş və ölçü qovşaqlarında nəzarət işi diqqətdə saxlanılmışdır. Qaz itkisi olan istiqamətlərin müəyyən edilməsi və onları doğuran səbəblərin aradan qaldırılması üçün təxirəsalınmaz işlər görülmüş, sızmaların aradan qaldırılması üçün təmir-bərpa işləri aparılmışdır.

Ardını oxu...

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR