07 Dekabr 2021, Çərşənbə axşamı

“Gəmiqaya Holdinq” Şirkətlər İttifaqı tərəfindən yaradılan, heyvandarlıq və quşçuluğun inkişafında mühüm rol oynayan qarışıq qüvvəli yem istehsalı müəssisəsinin fəaliyyətə başlaması muxtar respublikada kənd təsərrüfatının digər sahələri kimi, heyvandarlıq və quşçuluq təsərrüfatlarının da inkişafında mühüm əhəmiyyət daşıyır.
Qarışıq qüvvəli yem istehsalı sahəsində Almaniya və Türkiyədən alınmış istehsal gücü saatda 3 ton olan müasir texnoloji avadanlıqlar və hər birinin tutumu 10 ton olan 4 ədəd bunker quraşdırılmışdır. Burada müxtəlif çeşiddə ətlik-südlük mal-qara və ətlik-yumurtalıq quş yemləri istehsalına başlanılmışdır. Lakin müəssisədə istehsal edilən qarışıq qüvvəli yem muxtar respublikamızda bu məhsula olan illik tələbatın 40 faizini ödəyirdi. Həmin məhsula olan tələbatın 100 faiz yerli istehsal hesabına ödənilməsi və yeni bir müəssisənin yaradılması üçün dövlət maliyyə dəstəyi göstərilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2013-cü ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında 2 milyard 34 milyon 737 min 800 manatlıq Ümumi Daxili Məhsul istehsal olunmuşdur ki, bu da 2012-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 8,6 faiz çoxdur. Ümumi Daxili Məhsulun sahə strukturunda ilk yeri sənaye sahəsi tutmaqdadır.
Hər bir nəfərə düşən Ümumi Daxili Məhsulun həcmi 2012-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 7,4 faiz artaraq 4719,9 manata (6015,7 ABŞ dollarına) çatmışdır.

*    *    *

2013-cü ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında 794 milyon 484 min 800 manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bu da 2012-ci ilin müvafiq dövründəki göstəricini 6,1 faiz üstələmişdir.

Ardını oxu...

“Sirab” mineral suyunun istehsalına ilk dəfə 1950-ci ildə primitiv üsulla kiçik bir sexdə başlanılmışdır. 1968-ci ildə tikilib istifadəyə verilən və illik istehsal gücü 6000 butulka olan Sirab Mineral Sudoldurma Zavodu bu qiymətli sərvətin istehsalına geniş imkanlar açmışdır. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə zavodun tam gücü ilə işləməsi təmin edilmişdir. 1984-cü ildə zavodda yeni texnoloji avadanlıqlar tətbiq olunmaqla əlavə iki xətt quraşdırılmış, istehsal gücü ildə 4,5 milyon butulkaya çatdırılmışdır.

Ötən əsrin 90-cı illərinin əvvəllərində zavod fəaliyyətini, demək olar ki, dayandırmışdır. 1993-cü ildən ölkəmizin ayrı-ayrı bölgələri kimi, muxtar respublikamızda da bazar iqtisadiyyatının tələblərinə uyğun sahibkarlıq mühitinin formalaşdırılması, iş adamları üçün əlverişli şəraitin yaradılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Göstərilən bu dövlət qayğısından bəhrələnməklə Sirab Mineral Sudoldurma Zavodunun bazasında yaradılan Babək “Sirab” Açıq Səhmdar Cəmiyyəti əsaslı təmir və yenidənqurma işlərindən sonra 2005-ci ilin noyabr ayında istifadəyə verilmişdir. Beş hektar ərazini əhatə edən müəssisədə 2 mərtəbəli inzibati bina, işçilərə iaşə xidməti göstərilməsi üçün yeməkxana, istehsal və digər yardımçı sexlər, anbar, karbon qazı və kompressor stansiyası yerləşir.

Ardını oxu...

Dekabrın 24-də Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə yaradılması iqtisadi cəhətdən səmərəli hesab edilən layihələrin təqdimatı məqsədilə Naxçıvan Biznes Mərkəzində sahibkarlarla görüş keçirilib.
Tədbiri iqtisadi inkişaf naziri Famil Seyidov açaraq muxtar respublikada sahibkarlığın inkişafı üçün yaradılan şəraitdən danışıb. Qeyd olunub ki, iqtisadi tərəqqinin əsas təməl prinsiplərindən olan sahibkarlıq mühitinin genişləndirilməsi, sahibkarlara hərtərəfli dövlət qayğısının göstərilməsi, fəaliyyət sahəsindən asılı olmayaraq, onlara müxtəlif güzəştli kreditlərin verilməsi həyata keçirilən mühüm tədbirlərdəndir. Bunun nəticəsidir ki, muxtar respublikamızda sahibkarlar dövlət dəstəyindən lazımınca yararlanır, onların sayı ildən-ilə artır.

Ardını oxu...

Muxtar respublikanın digər bölgələri kimi, Culfa rayonunda da hər il hərtərəfli dövlət qayğısının bariz ifadəsi kimi dəyərləndirilən müxtəliftəyinatlı obyektlər istifadəyə verilir. Bu ünvanlarda müasir iş şəraiti yaradılır. Yaxşı hal həm də ondan ibarətdir ki, quruculuq tədbirləri mərkəzdən uzaq, ucqar dağ və sərhəd kəndlərində daha çox diqqəti çəkir. Bu cəhətdən cari il də istisna deyil. Mart ayından yeni sosial obyektlərin inşasına və mövcud obyektlərin yenidən qurulmasına başlanılan rayonun Kırna, Teyvaz, Əlincə, Ərəfsə, Şurud kəndlərində onların bir neçəsi artıq təhvil verilib.
Bu sırada ilk olaraq Kırna kəndinin avtomobil yolunun yenidən qurulmasını qeyd etmək yerinə düşər. Yolun uzunluğu 4 kilometr, yol yatağının eni 9, asfalt örtüklü ikizolaqlı hərəkət hissəsinin eni isə 7,2 metrdir. Yenidən qurulan yol piyadaların və avtomobillərin təhlükəsiz hərəkətini təmin edib. Quruculuq işləri aparılarkən yola suötürücülər qoyulub. Müasir tələblər səviyyəsində qurulan yol rayon mərkəzi və digər kəndlərlə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasına imkan verib.

Ardını oxu...

Hamımıza məlumdur ki, müstəqilliyimizi bərpa etdikdən sonra digər inkişaf etmiş ölkələr kimi, Azərbaycan da bazar iqtisadiyyatı yolunu tutmuş və bu yolda sürətlə irəliləməkdədir. Təbii ki, bu yol göründüyü kimi hamar deyil. Azərbaycan dövləti milli iqtisadiyyatda özəl sektorun, sahibkarlığın inkişaf etdirilməsi üçün indiyədək çoxsaylı dövlət proqramları həyata keçirmiş, hərtərəfli qanunvericilik bazasının yaradılmasına nail ola bilmişdir. Bunun da nəticəsində ölkəmizdə, həmçinin muxtar respublikamızda böyük sahibkarlar ordusu yaranmış və bu sahibkarlar dövlətimizin iqtisadi dayaqlarının gücləndirilməsində mühüm rol oynamaqdadırlar.

Qeyd olunmalıdır ki, bir ölkənin hərtərəfli inkişafı həmin ölkənin güclü və çoxsaylı sahibkarlarının fəaliyyətindən birbaşa asılıdır. Hər bir sahədə dəqiq mexanizm işlədiyi kimi, sahibkarlığın da özünəxas dəqiq, düşünülmüş mexanizm və hədəfləri var. Bu sahəyə təsadüfən gəlib düşmək nadir hallarda effektli ola bilər. Elə bu yazıda da sahibkar­lığın əsas xüsusiyyətlərinin yazılan yox, yazılmayan tərəflərindən bəhs edəcəyik. İnanırıq ki, mövzu sahibkar olmaq istəyən və ya sahibkar kimi fəaliyyətini daha da genişləndirmək istəyənlər üçün maraqlı olacaq.

Ardını oxu...

Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə ölkəmizin, o cümlədən muxtar respublikamızın qazlaşdırılması istiqamətində irimiqyaslı layihələr həyata keçirilmiş, 1978-ci ildə Yevlax-Xankəndi-Laçın-Şahbuz-Naxçıvan yüksəktəzyiqli magistral qaz boru xəttinin inşasına başlanılmış və 1980-ci ildə layihə uğurla başa çatdırılmışdır. Qaz xətti 1990-cı ilə qədər istismar olunmuş, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Naxçıvan Muxtar Respublikası blokada vəziyyətinə düşmüş, nəticədə, Naxçıvana təbii qazın verilməsi dayandırılmışdır. Ölkə başçısı cənab İlham Əliyevin qayğısı və himayəsi ilə 2005-ci ildə Naxçıvan Muxtar Respublikasına təbii qazın nəqli bərpa edilmiş, mövcud orta və yüksəktəzyiqli qaz boru xətlərindən istifadə olunmaqla əhali təbii qazla təmin olunmuşdur. Orta və yüksəktəzyiqli qaz boru xətlərinin yenilənməsi işinin isə ikinci mərhələdə həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Ardını oxu...

Şahbuz rayonu belə tədbirlər hesabına müasir rayona çevrilib. Əvvəlcə onu qeyd edək ki, cari ilin ötən dövrü ərzində rayon mərkəzi Şahbuz şəhərində Yeni Azərbaycan Partiyasının rayon təşkilatı üçün inzibati bina, rayonun ucqar kənd yaşayış məntəqələri olan Kükü və Ağbulaq kənd­lərində yeni sosial obyektlər istifadəyə verilib.
Bu yaxınlarda isə Ayrınc kəndində ikimərtəbəli kənd mərkəzi və xidmət mərkəzi qapılarını ayrınclıların üzünə açıb, kənd məktəbi yenidən qurulub.
Qızıl Qışlaq və Güney Qışlaq kəndləri də kompleks quruculuq tədbirləri hesabına müasir yaşayış məntəqəsinə çevrilib.
Qızıl Qışlaqda həyata vəsiqə alan binalardan biri kənd tam orta məktəbinin binasıdır. 110 şagird yerlik məktəb binası zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarətdir. Yeni binanın maddi-texniki bazası gücləndirilib, təhsilin səviyyəsini yüksəltmək üçün imkanlar genişləndirilib. Məktəb binasının yaxınlığında istifadəyə verilən kənd mərkəzi iki mərtəbədən ibarətdir. Burada kəndin müxtəlif qurumlarının fəaliyyəti üçün nümunəvi şərait yaradılıb. Ucqar dağ kəndinin sakinlərinə daha bir dövlət qayğısı isə bu yaşayış məntəqəsində xidmət mərkəzinin istifadəyə verilməsidir. Xidmət mərkəzində mağaza və müxtəlif xidmət sahələri yaradılıb.
Quruculuq tədbirləri Güney Qışlaq kəndini də əhatə edib. Bu yaşayış məntəqəsində iki mərtəbədən ibarət kənd mərkəzi və birmərtəbəli xidmət mərkəzi istifadəyə verilib. Hər iki kənddə müxtəliftəyinatlı quruculuq tədbirlərini Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şahbuz Rayon İdarəsinin inşaatçıları həyata keçiriblər.
Sələsüz kəndində məktəb binası əsaslı təmir edilib, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası təhvilə hazırlanır.

Xəbərlər şöbəsi

Məşhur fransız alimi və təbiətşünası Jan Batist Lamark deyirdi: “Sanki müasir insanın əsas məqsədi əvvəlcə Yer kürəsini yararsız hala salmaq və nəhayət, özünü məhv etməkdir”. Hələ XIX əsrin əvvəllərində sürətlə sənayeləşməkdə olan Avropada baş verən prosesləri görən, kor-koranə inkişaf və sənayeləşmənin gələcək fəsadlarını bilən Lamarkın bu fikirləri sonradan sənayeləşməkdə olan ölkələrdə özünü büruzə verdi. Dəniz və çay sahillərində, sənaye zavodlarının ətrafında yaranan ölü sahələr, çirklənmiş hava, su və torpaq – ümumilikdə, təbiət insanlardan acı intiqam almağa başladı. İnsan ömrü getdikcə qısalmağa, müxtəlif xəstəliklər sürətlə yayılmağa başladı. Beləliklə də, minilliklər boyu bəşəriyyətə qarşılıqsız olaraq qayğı göstərmiş ana təbiət bəşər övladından qayğı tələb edirdi.

Ardını oxu...

İnsanların qida rasionunda ət məhsulları mühüm yer tutur. Heyvan, balıq və quş ətinin müxtəlif qidalandırıcı maddələr, vitamin və yağlarla zəngin olması onlarla qidalanmanı müxtəlifyaşlı insanların sağlamlığı üçün zəruri edir. Bu  xüsusən qış aylarında insan orqanizminin vitamin və enerji ehtiyacının ödənilməsi üçün çox vacibdir. Zülal və mineral maddələrlə zəngin olan quş əti isə xüsusən uşaqlar üçün daha çox faydalıdır.
Naxçıvanda quş ətinə olan tələbatın ödənilməsi üçün yaradılan broyler müəssisələri əhalinin bu vacib ərzaq məhsulları ilə təmin olunmasında mühüm əhəmiyyət daşıyır. Muxtar respublikamızda bu sahədə idxaldan asılılığın azaldılması və bazarın daha keyfiyyətli yerli məhsullarla təmin olunması məqsədilə yaradılmış broyler müəssisələri qısa müddət ərzində əhali tələbatını ödəyə biləcək səviyyədə istehsal gücünə çataraq bazara lazım olan həcmdə məhsul istehsalını təmin edirlər.

Ardını oxu...

Uğurların qazanılmasında hərtərəfli dövlət qayğısı başlıca amildir

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyindən aldığımız məlumata görə, “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda nəzərdə tutulmuş vəzifələrin cari ildə də uğurla davam etdirilməsinin nəticəsidir ki, bu sahədə xeyli uğurlara nail olunub. 2013-cü ilin məhsulu üçün muxtar respublikada, ümumilikdə, 60 min 120 hektar sahədə əkin işləri həyata keçirilib. Bunun 35 min 324 hektarını taxıl təşkil edib. Taxıl biçini kampaniyasının mütəşəkkil başa çatdırılması üçün 115 ədəd kombayn saz vəziyyətə gətirilib, biçin mövsümündə 101 ədəd kombaynın gücündən istifadə edilib, taxıl sahələrindən 102 min 960 ton məhsul toplanılıb. Toplanılan məhsulun 77 min 218 tonu buğda, 25 min 742 tonu isə arpa olub. Məhsuldarlıq 29,1 sentnerə çatdırılıb. Əkinçiliyin digər sahələrində də qazanılan nəticələr qənaətbəxşdir. 2957 hektar sahədə kartof əkini aparılıb, sahələrə aqrotexniki qaydalar əsasında qulluq göstərilib. Çəkilən zəhmət hədər getməyib. Torpaq mülkiyyətçiləri 41 min 296,8 tondan çox məhsula sahib olublar.
Əkinçiliyin inkişafında müstəsna rol oynayan su təsərrüfatı sahəsində görülən işlər böyük əhəmiyyət kəsb edir. Cari ildə muxtar respublikada nasos stansiyalarının, subartezian quyularının, kəhrizlərin təmir və bərpası diqqət mərkəzində saxlanılıb. Meliorasiya və su təsərrüfatı sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi bol məhsul götürülməsinə stimul olub. Son illər muxtar respublikamızda suvarma əkinçiliyində, əsasən, şırım üsulundan geniş istifadə edilir. Cari ildə fərdi və kollektiv təsərrüfatlarda taxıl, kartof, bostan məhsullarının becərilməsi zamanı bu usula üstünlük verilib.

Muxtar MƏMMƏDOV

Bunu bölgədə həyata keçirilən tikinti-quruculuq işlərindən daha aydın görmək olar

XXI əsrin on üçüncü ili ilə vidalaşmağa hazırlaşırıq. 366 günlük daha bir zaman kəsiyi də tarixə qovuşmaqdadır. 2013-cü il də bağlar diyarı Ordubad rayonunun tarixinə möhtəşəm quruculuq dövrü kimi həkk olunub.
Cari ilin yanvar-oktyabr aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 48 milyon 611,6 min manat investisiya yönəldilib. Tikinti-quraşdırma işlərində istifadə olunan investisiyaların həcmi 5,6 faiz artaraq 45 milyon 46,9 min manat təşkil edib. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsinin inzibati binasının yenidən qurulması, Ordubad şəhərində 242 yerlik uşaq bağçasının, Sabirkənd, Ələhi, Xurs, Nürgüt kənd məktəbləri binalarının, Ələhi və Xurs kəndlərində kənd və xidmət mərkəzlərinin, Nürgütdə xidmət mərkəzinin tikintisi, rayon mərkəzində 2 ictimai yaşayış binasının əsaslı təmiri başa çatdırılıb.

Ardını oxu...

Muxtar respublikanın telekommunikasiya sistemində yeni nəsil texnologiyaların tətbiqi genişzolaqlı internet xidmətlərinin əhatə dairəsini genişləndirib. Cari ilin 11 ayında Ordubad rayonunun Dizə, Unus, Babək rayonunun Sirab, Didivar, Kərimbəyli, Məzrə, Güznüt, Kültəpə, Culfa rayonunun Xanəgah, Kırna, Dizə, Şahbuz rayonunun Şahbuzkənd, Kəngərli rayonunun Çalxanqala, Qarabağlar, Şərur rayonunun Dərəkənd, Gümüşlü, Alışar, Şahbulaq kəndlərində genişzolaqlı internet xidmətlərinin göstərilməsi üçün DSLAM avadanlığı quraşdırılıb. Bu barədə qəzetimizə məlumat Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyindən aldığımız məlumata görə, 2013-cü ilin 11 ayı ərzində muxtar respublikada fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçotda durmadan fəaliyyət göstərən ödəyicilərin aşkar edilməsi, xarici valyuta sərvətlərinin ödəniş vasitəsi olaraq qəbul edilməsi, habelə işəgötürənlə işçilər arasında əmək müqavilələrinin bağlanmasına nəzarət və sair kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olunan məsələlər üzrə 127 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilərək müvafiq tədbirlər görülmüşdür.
Qeyd olunan dövr ərzində 158 obyektdə nəzarət-kassa aparatlarının quraşdırılması təmin edilmiş, vergidənyayınma və dövriyyənin gizlədilməsi hallarına qarşı mübarizə məqsədilə 24 vergi ödəyicisində xronometraj metodu ilə müşahidələr aparılmış və müşahidələr zamanı müşahidəyədək olan dövriyyələrlə müqayisədə 32310,2 manat dövriyyə artımına nail olunmuşdur.

Səbuhi HÜSEYNOV

Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini Bəxtiyar Mahmudovdan aldığımız məlumata görə, rayonda aqrar sahənin inkişafı diqqət mərkəzində saxlanılır. Bölgə sakinləri məhsuldar torpaq sahələrində, əsasən, əkinçiliyi və bağçılığı inkişaf etdirirlər. Rayonda taxılçılığa maraq ildən-ilə artır. Başa vurduğumuz təsərrüfat ilində Sədərəyin torpaq mülkiyyətçiləri 1146 hektarı buğda, 982 hektarı arpa olmaqla, 2128 hektar sahədən 6142 ton taxıl tədarük ediblər. Hektarın orta məhsuldarlığı 28,9 sentnerə çatdırılıb. Rayonun iqlim şəraiti burada kartofçuluğun inkişafı üçün çox əlverişlidir. Bunu nəzərə alan torpaq mülkiyyətçiləri onlara məxsus olan sahələrin böyük hissəsində kartof əkib- becərirlər. Bəhs olunan dövrdə rayon üzrə 95 hektar kartof əkini sahəsindən 1795,5 ton məhsul götürülüb. Onu da qeyd edək ki, rayonun 476 torpaq mülkiyyətçisinə 2013-cü ilin əkinləri üçün 483 min 500 manat kredit verilib.

Ardını oxu...

Bu il avqust ayının 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2013-2014-cü ilin payız-qış mövsümünə hazır­lıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə Nəqliyyat Nazirliyinə müvafiq tapşırıqlar verilmiş, mövsümdə nəqliyyat xidmətinin yüksək səviyyədə təmin edilməsi məsələləri geniş müzakirə edilmiş, şəhərdaxili və kəndlərarası nəqliyyatda olan avtobus və mikroavtobusların texniki sazlığının tam nəzarətdə saxlanılması bir vəzifə kimi qarşıya qoyulmuşdur.
Bu məqsədlə nazirlikdə daimi komissiyaların – payız-qış mövsümünə hazırlıq komissiyası və reyd komissiyasının fəaliyyəti daha da artırılmış, tədbirlər planının icrasına başlanmışdır. Plana əsasən, qış mövsümündə əhalinin fasiləsiz və təhlükəsiz nəqliyyatla təmin edilməsi, yol-nəqliyyat kompleksində baş verə biləcək hər hansı bir çatışmazlığın vaxtında aradan qaldırılması üçün Nəqliyyat Nazirliyi, habelə onun tabeliyində və strukturunda olan Naxçıvan Şəhər Nəqliyyat İdarəsi, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti, Beynəlxalq Hava Limanı, Naxçıvan Avtomobil Yolları Dövlət Şirkəti tərəfindən kompleks tədbirlər həyata keçirilmişdir.

Ardını oxu...

Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında bank qurumları qarşısında da bir sıra vəzifələr qoyulmuşdur. Bu vəzifələr, başlıca olaraq, elektron ödəniş sistemlərinin və nağdsız hesablaşmaların inkişaf etdirilməsi, iqtisadi sahədə fəaliyyət göstərən şəxslərin və əhalinin elektron ödəniş sistemlərindən daha fəal istifadə etməsi, dövriyyədə olan nağd pul kütləsinin həcminin azaldılması, ticarət, iaşə və digər xidmət müəssisələrində müştərilərlə hesablaşmaların ödəniş kartları vasitəsilə aparılması üçün POS-terminalların və bankomatların quraşdırılmasından ibarət olmuşdur. Eyni zamanda özəl sektorun inkişafı və sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin gücləndirilməsi məqsədilə bank və kredit təşkilatları tərəfindən verilən kreditlərin coğrafiyasının tələbata uyğun genişləndirilməsi, onların çoxsahəli və səmərəli olmasının təmin edilməsi, kreditlərin verilməsində daha münasib faiz dərəcələrinin tətbiq edilməsi də qarşıya qoyulan əsas vəzifələrdəndir.

Naxçıvanda fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən 1 dekabr 2013-cü il tarixə muxtar respublikanın iqtisadiyyatına yönəldilən kredit qoyuluşu 81,4 milyon, o cümlədən qısamüddətli kredit qoyuluşu 14,6 milyon manat, uzunmüddətli kredit qoyuluşu isə 66,7 milyon manat təşkil etmişdir.

Ardını oxu...

Muxtar respublikada əhaliyə göstərilən rabitə xidmətinin səviyyəsini yüksəltmək məqsədilə həyata keçirilən tədbirlər bu sahədə yüksək nəticələrə nail olunmasına imkan verib. Həmin tədbirlərdən Ordubad rayonuna da xeyli pay düşüb. Rayon Rabitə İdarəsindən aldığımız məlumata görə, cari ilin ilk 10 ayı ərzində rayonda rabitə xidmətinin səviyyəsini yüksəltmək üçün həyata keçirilən məqsədyönlü tədbirlər davam etdirilib. Qeyd edək ki, 2013-cü ilin ilk 10 ayı ərzində əhaliyə göstərilən informasiya və rabitə xidmətlərinin həcmi 3006,5 min manat olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz çoxdur. Cari ilin ötən dövrü ərzində 160-a yaxın abunəçiyə telefon xətti çəkilib. İnternet istifadəçilərinin də sayı gündən-günə artmaqdadır.
Ordubad rayonunun Gəmiqaya qolu üstündə yerləşən Bist, Ələhi, Xurs, Nürgüt, Nəsirvaz kənd­lərində kompleks quruculuq tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar bu ünvanlarda yeni xətlər çəkilib, avtomat telefon stansiyası quraşdırılaraq rayonda olan ATS-lərin sayı 25-ə çatdırılıb. Bölgənin digər yaşayış məntəqələrində də ilin ötən dövründə cari və əsaslı təmir işləri aparılıb. Rabitəçilər abunəçilərin qış mövsümündə hansısa problemlərlə üzləşməmələri üçün qışa hazırlıq tədbirlərini başa çatdırıblar.
Müntəzəm olaraq rabitəçilər ATS-lərdə reydlər aparır, texniki göstəricilərin normativlərə uyğun olub-olmadığı yoxlanılır, sıradan çıxmış akkumulyatorlar yeniləri ilə əvəz olunur.

Xəbərlər şöbəsi

Muxtar respublikanın bütün ehtiyatlarından səmərəli istifadə olunmaqla daxili bazarın tənzimlənməsində, tələbatın yerli istehsal hesabına ödənilməsində və idxaldan asılılığın azaldılmasında, xaricə valyuta axınının qarşısının alınmasında, əhali tələbatının daha dolğun ödənilməsində yerli istehsalın əvəzsiz rolunu nəzərə alaraq muxtar respublikada kompleks tədbirlər həyata keçirilmiş, yeni istehsal və xidmət sahələri yaradılmışdır. Belə istehsal sahələrindən biri də 2008-ci ilin dekabr ayından fəaliyyət göstərən “Karbon Qazı Zavodu” Açıq Səhmdar Cəmiyyətidir.
Özəl bölməyə göstərilən dövlət qayğısından bu müəssisə də bəhrələnmiş, 2007-ci ilin mart ayında Sahibkarlığa Kömək Fondundan 680 min manat dövlət maliyyə dəstəyi göstərilmişdir. İkimərtəbəli inzibati və istehsal binalarından ibarət olan müəssisədə əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. Qaz mənbəyindən zavodadək 2650 metr boru xəttində təmir işləri görülmüşdür. Müəssisədə Rusiya və Ukraynadan alınmış müasir texnoloji avadanlıqlar quraşdırılmışdır ki, bu, görülən işin daha keyfiyyətli, sürətli və yüksək  səviyyədə aparılmasına imkan yaratmışdır. İstehsal və köməkçi sahələrin tikintisinə, həyətyanı sahənin abadlaşdırılmasına 775 min 500 manat, avadanlıqların  alınmasına isə 320 min manat, ümumilikdə, 1 milyon 95 min 500 manat vəsait sərf olunmuşdur.

Ardını oxu...

Həyata keçirilən siyasət o zaman uğur gətirir ki, o həm dövlətin milli maraqlarına xidmət edir, həm ölkənin bütün regionlarında sağlam iqtisadi və siyasi mühit yarada bilir, həm də özünün sosial yönümü ilə xalqın bütün nümayəndələrinin mənafeyini ifadə edir. Təbii ki, bu zaman həmin ölkə iqtisadi qüdrəti, siyasi yüksəlişi və sosial ədaləti ilə hər zaman öndə olacaqdır. Çox sevindirici haldır ki, ölkəmiz Heydər Əliyev ideyalarından yetərincə bəhrələnməklə sadalanan hər bir nüansı özünün inkişaf mərhələlərində yaşamış və indi də yaşamaqdadır. Təkcə son 10 il müddətində ölkə iqtisadiyyatı 3,4 dəfə artmışdır. Ölkəmiz üzrə 1,2 milyon yeni iş yeri açılmışdır ki, bunun 900 mini daimidir.

Bütün bu uğurları eynilə Naxçıvan Muxtar Respublikasının da iqtisadi inkişafında görmək mümkündür. Burada yaradılan möhkəm və sağlam iqtisadi mühit hər bir bölgədə özünü əks etdirməklə müdrik siyasətin ən yüksək təntənəsinə çevrilmişdir. 2013-cü ilin yanvar-oktyabr aylarının sosial-iqtisadi inkişafı göstəricilərinə diqqət edəndə görürük ki, muxtar respublikada 1 milyard 768 milyon 736 min 600 manat (2012-ci ilin müvafiq göstəricisindən 8,6 faiz çox) həcmində Ümumi Daxili Məhsul istehsal edilmişdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 125 illiyi ilə əlaqədar imzaladığı 2006-cı il 2 dekabr tarixli Sərəncamına əsasən, hər il dekabrın 6-sı ölkəmizdə “Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü” kimi qeyd edilir.
Azərbaycanda rabitə sisteminin əsas inkişaf dövrü ötən əsrin 70-80-ci illərinə təsadüf edir. Bu dövrdə respublikaya rəhbərlik edən ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində rabitə sistemində də böyük nailiyyətlər əldə olunmuşdur. Ulu öndərin diqqət və qayğısı nəticəsində rabitənin inkişafı üzrə bir sıra qərarlar qəbul edilmiş, Azərbaycan Elmlər Akademiyasında, ali təhsil müəssisələrində elektronika, avtomatika və hesablama texnikası üzrə istedadlı alimlər və təcrübəli mütəxəssislər yetişdirilmiş, elektron avadanlıqlar istehsal edən zavodlar tikilərək istifadəyə verilmiş, elmi-tədqiqat müəssisələri yaradılmışdır.

Ardını oxu...

Əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər geniş vüsət alan tikinti-quruculuq işlərinin tərkib hissəsidir. Naxçıvan şəhərinin Atatürk küçəsində inşası davam etdirilən 9 nömrəli yaşayış binasının tikintisi bu tədbirlərin davamıdır. Zirzəmi ilə birlikdə 9 mərtəbədən ibarət olacaq binada tikinti işlərinə bu ilin fevral ayından başlanılıb. İş icraçısı Kamal Cəfərovdan aldığımız məlumata görə, 54 mənzildən ibarət olacaq binada, əsasən, üç və dörd­otaqlı mənzillər yerləşəcək. Hazırda binanın ilk 4 mərtəbəsində arakəsmələr hörülüb, sonuncu mərtəbədə isə qəlib-beton işləri aparılır. “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən aparılan tikinti işlərində, əsasən, yerli tikinti materiallarından istifadə olunur. Tikintidə təhlükəsizlik qaydalarına ciddi əməl edilir. İnşaatçılar işin keyfiyyətlə və vaxtında başa çatdırılması üçün əllərindən gələni əsirgəmirlər.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı özünü bütün sahələrdə göstərməkdədir. Son illər yüzlərlə sosial obyektin tikilib istifadəyə verilməsi, yeni infra­struktur layihələrinin reallaşdırılması bunun əyani sübutudur. Digər sahələrlə yanaşı, muxtar respub­likada hava nəqliyyatı infrastrukturu da daim müasirləşir, dövrün tələblərinə uyğunlaşdırılır.
Bu tədbirlərin davamı olaraq, Naxçıvan Beynəlxalq Hava Limanı üçün yeni inzibati bina inşa edilir. Zirzəmi ilə birlikdə dörd mərtəbədən ibarət olan binada tikinti işlərini “Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları həyata keçirirlər. Obyektin iş icraçısı Fəxrəddin Əliyarovun bildirdiyinə görə, binada əsas tikinti işləri başa çatdırılıb, dam örtüyü vurulub. Hazırda kommunikasiya xətlərinin çəkilişi, havalandırma sistemlərinin qurulması, fasadın üzlənməsi aparılır, şəbəkəbəndlər quraşdırılır, həyətdə abadlıq işləri görülür.

Ardını oxu...

Qış fəsli yaxınlaşdıqca onun qayğıları da artır. Qışın öz gözəlliyi olsa da, bu fəslin adamı çətin vəziyyətə sala biləcək sürprizləri də az olmur. Ona görə də qışda tam rahat həyatı təmin edə bilmək üçün hazırlıqlara lap erkəndən, hələ yay bitməmişdən başlanılır. Naxçıvan kimi iqlimi kəskin kontinental, yəni yayı isti, qışı da ki sərt soyuq olan bir yerdə qışa hərtərəfli hazırlaşmaq bütün təsərrüfat və rəhbər işçilərin əsas qayğılarından biri olur.

Muxtar respublikada qışa etibarlı hazırlaşmaq, payız-qış mövsümündə əhalinin tələbatlarını tam ödəyə bilmək üçün görülən bütün tədbirlərin məqsədi də bu mühüm mərhələni heç bir çətinlik olmadan başa vura bilməkdir. Qış boyu alıcıları təzə meyvə-tərəvəzlə də təmin edə bilmək üçün mövcud soyuducu anbarların və istixana komplekslərinin gücündən tam istifadə edə bilmək, bazarda bolluq yaratmaq da hazırda diqqət mərkəzində olan məsələlərdəndir.

Ardını oxu...

2013-cü təsərrüfat ilini yüksək göstəricilərlə başa vuran muxtar respublikanın torpaq mülkiyyətçiləri yenə də sahələrdədir. Onlar 2014-cü ilin bol məhsulunun əsasını qoymaq üçün vaxtdan səmərəli istifadə etməyə çalışırlar. Qeyd edək ki, vaxtında keyfiyyətli toxum sortları əldə edilib, ehtiyat hissələri və yanacaq tədarükü qayğısına qalınıb. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyindən aldığımız məlumata görə, taxıl əkini kampaniyasının vaxtında başa çatdırılması üçün əvvəlcədən həyata keçirilən belə hazırlıq tədbirləri əkin kampaniyasında mütəşəkkilliyin təmin edilməsində mühüm rol oynayır.  
Bunun nəticəsidir ki, 27 noyabr 2013-cü il tarixə 16 min 200 hektar sahədə şum qaldırılması başa çatdırılıb. Həmin sahələrin 14 min hektarına toxum səpilib. Əkilmiş sahələrin 10 min hektarının suvarılması təmin olunub.
Şum qaldırılması, taxıl əkini və əkilmiş sahələrin suvarılması davam etdirilir.

Əli CABBAROV

Sədərək rayonunda həyata keçirilən tikinti-quruculuq tədbirləri dinamik xarakter alıb. Bunun nəticəsidir ki, cari ilin ötən dövrü ərzində rayon mərkəzi Heydərabad qəsəbəsində zirzəmi ilə birlikdə üçmərtəbəli 144 yerlik uşaq bağçasının açılışı olub. İlin quruculuq ərməğanlarından biri də Naxçıvan-Sədərək yüksəktəzyiqli magistral qaz kəmərinin istifadəyə verilməsidir. Həmin xətdən Şərur rayonunda 17 min 772, Kəngərli rayonunda 5355, Sədərək rayonunda isə 2182 abonent olmaqla, 25 mindən artıq abonent istifadə etmək imkanı qazanıb.
Hazırda Sədərək kəndində həyata keçirilən quruculuq tədbirləri sırasında yenidən qurulan 1 nömrəli tam orta məktəbin binası da var. Binanın görkəmi tamamilə yenilənib. Zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan təhsil ocağının binasında tədrisin səviyyəsini yüksəltmək üçün hərtərəfli şərait yaradılır. Bu quruculuq tədbirini “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları həyata keçirirlər.

Ardını oxu...

“Yol mədəniyyət, iqtisadiyyat, bir sözlə, həyat deməkdir”, – deyən ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra yaradılan sabitlik və iqtisadi inkişaf ölkə iqtisadiyyatının tərəqqisində mühüm rol oynayan avtomobil yollarının bərpası və yenidən qurulmasına əlverişli şərait yaratmışdır. Bu istiqamətdə işlər ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. “Azərbaycan Respublikasında avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair (2006-2015-ci illər) Dövlət Proqramı”na uyğun olaraq, ölkəmizdə, o cümlədən muxtar respublikamızda yol-nəqliyyat kompleksinin yeniləşməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir.

Ardını oxu...

Muxtar respublikada həyata keçirilən iqtisadi siyasətin əsas məqsədlərindən biri də ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Bunun üçün daxili bazarın tələbatına uyğun yerli məhsul istehsal edən müəssisələrin yaradılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Məhz həmin tədbirlərin nəticəsidir ki, bazar iqtisadiyyatının tələblərinə uyğun rəqabətqabiliyyətli müəssisələr yaradılır. Belə müəssisələrdən biri də Naxçıvan şəhərində fəaliyyət göstərən “Gəmiqaya Bərəkət Qida Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Ardını oxu...

Azərbaycan Respublikasında sənayenin sahə və ərazi strukturunun təkmilləşdirilməsi məsələləri 1941-1945-ci illər müharibəsindən sonrakı illərdə dövlət qarşısında dayanan ən mühüm iqtisadi problem olaraq öz həllini gözləyirdi. Lakin etiraf edilməlidir ki, dahi rəhbər Heydər Əliyevin hakimiyyətə gəldiyi 1969-cu ilə qədər bu sahədə nəinki əsaslı, hətta nəzərəçarpacaq dəyişiklik belə baş verməmişdir.

Müharibəyə qədər və müharibədən sonrakı illərdə də Bakı-Sumqayıt iqtisadi rayonunda neft sənayesinin inkişafına ittifaq dövlətinin mənafeyinə uyğun olaraq xüsusi diqqət yetirilməsi, ayrılan kapital qoyuluşlarının neft sənayesinin və onunla əlaqədar digər sahələrin inkişafına yönəldilməsi respublikanın qalan bütün iqtisadi rayonlarında məhsuldar qüvvələrin inkişafını son dərəcə zəiflətmişdi. Ötən əsrin 70-ci illərində respublika əhalisinin 24 faizini, ərazisinin 8 faizini təşkil edən Bakı-Sumqayıt iqtisadi rayonu 1970-ci ildə ölkədə istehsal edilən ümumi sənaye məhsulunun 70 faizini verirdi. Yerdəqalan 9 iqtisadi rayonun payına sənaye istehsalının 30 faizi düşürdü. Naxçıvan Muxtar Respublikası Azərbaycanda istehsal olunan ümumi sənaye məhsulunun həmin ildə yalnız 1,2 faizini verirdi.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2013-cü ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 768 milyon 736 min 600 manatlıq Ümumi Daxili Məhsul istehsal olunmuşdur ki, bu da 2012-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 8,6 faiz çoxdur. Ümumi Daxili Məhsulun sahə strukturunda ilk yeri sənaye sahəsi tutmaqdadır. Hər bir nəfərə düşən Ümumi Daxili Məhsulun həcmi 2012-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 7,4 faiz artaraq 4104,7 manata (5231,6 ABŞ dollarına) çatmışdır.

*   *   *

2013-cü ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında 725 milyon 161 min 800 manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bu da 2012-ci ilin müvafiq dövründəki göstəricini 6,8 faiz üstələmişdir.

Ardını oxu...

Muxtar respublikanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi avtomobil yolları şəbəkəsinin və yol infrastrukturunun bərpasına və yenidən qurulmasına təkan verib.
Ötən illərdə olduğu kimi, cari ildə də magistral, şəhərdaxili və kənd yollarının müasir səviyyədə qurulması, yeni yol infrastrukturunun yaradılması istiqamətində ardıcıl tədbirlər görülüb.

Ardını oxu...

Dünən Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası tərəfindən muxtar respublikada Quşçuluq Birliyinin yaradılması ilə əlaqədar tədbir keçirilib. Tədbirdə muxtar respublikada fəaliyyət göstərən quşçuluq təsərrüfatlarının rəhbərləri iştirak ediblər.
Tədbiri konfederasiyanın sədri Abbas Babayev açaraq yeni yaradılan Naxçıvan Muxtar Respublikası Quşçuluq Birliyi haqqında məlumat verib. Qeyd olunub ki, birlik muxtar respublikada quşçuluq təsərrüfatının ictimai birliyi olub, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, quşçuluq təsərrüfatı ilə məşğul olan hüquqi və fiziki şəxslərin könüllülük əsasında fəaliyyətini əlaqələndirən, onların hüquqi və iqtisadi mənafelərini müdafiə edən, ictimai-faydalı məqsədlər daşıyan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır. Birlik öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qüvvədə olan digər normativ-hüquqi aktlarını və özünün Nizamnaməsini rəhbər tutur.

Ardını oxu...

Ölkəmizdə sosial-iqtisadi inkişafın sürətləndirilməsi və əhalinin maddi rifahının daha da yaxşılaşdırılması məqsədilə sənaye məhsulları istehsalı sektoruna xüsusi önəm verilir. Muхtаr rеspublikаmızdа da bаzаr iqtisаdiyyаtının tələblərinə uyğun sаhibkаrlıq mühiti fоrmаlаşdırılır, sаhibkаrlıq fəаliyyətinin stimullаşdırılmаsı və gеnişləndirilməsi məqsədilə dövlət mаliyyə dəstəyi göstərilir. Bunun nəticəsidir ki, özəl sеktоrun Ümumi Dахili Məhsuldаkı pаyı ilbəil artır.
Özəl bölməyə, sahibkarlıq fəaliyyətinə yaradılan şəraitdən bəhrələnərək əhalinin yerli məhsullardan istifadə imkanlarını artıran müəssisələrdən biri də Nахçıvаn şəhərində fəаliyyət göstərən “Gəmiqaya Qida Məhsulları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Cəmiyyətin direktoru Həsən Məmmədov bildirdi ki, sənaye şəhərciyində inzibati bina, istehsal sexləri, yeməkxana, satış şöbəsi üçün bina, xammal və hazır məhsulun saxlanılması məqsədilə anbar tikilib istifadəyə verilmişdir.

Ardını oxu...

“Son illər həyata keçirilmiş qanunverici-institusional islahatların tərkib hissəsi kimi vergi orqanlarının işinin çevik və işlək mexanizmlər əsasında qurulması ölkəmizdə liberal biznes mühitinin təkmilləşməsinə, habelə vergi daxilolmalarının artım dinamikasına müsbət təsirini göstərməkdədir”. Bu fikirlər Culfa rayonunda fəaliyyət göstərən sahibkarlarla keçirilən görüşdə səsləndirilib.

Culfa Rayon Vergilər Şöbəsinin rəisi Nəcəf Allahverdiyev çıxışında vergilərin düzgün hesablanması, tam və vaxtında ödənilməsinə nəzarətin təmin edilməsi sahəsində kameral vergi yoxlamalarının əhəmiyyətini qeyd edib. Son illər ərzində kameral vergi yoxlamalarının keyfiyyətinin artdığını qeyd edən şöbə rəisi bildirib ki, aparılan təkmilləşdirmə işləri sistem tərəfindən aşkarlanmayan kənarlaşmaların müəyyənləşdirilməsinə və vergitutma bazasının genişləndirilməsinə şərait yaradır. 

Ardını oxu...

Şahbuz rayonu muxtar respublikamızın qədim yurd yerlərindən biridir. 836,6 kvadratkilometr ərazini əhatə edən bölgənin əhalisi 24 mindən çoxdur. Rayonda 1 şəhər, 1 qəsəbə, 22 kənd  vardır.
Kiçik Qafqazın Dərələyəz silsiləsinin cənubuna, Zəngəzur silsiləsinin qərb yamaclarına sığınan Şahbuz rayonu təbii gözəlliklər diyarı, yurdumuzun dilbər guşələrindən biridir. Rayon ərazisindəki təbiət abidələri bu qədim yurd yerinə bir məğrurluq və əzəmət bəxş edib. Şəninə nəğmələr qoşulan Salvartı dağı, Şapur qalası, Üçqardaş, Qonaqgörməz, Ağdaban dağları min illərdir, bu diyarı dövrəsinə alıb. Batabat yaylağındakı “Üzən ada” təbiətin ən böyük möcüzələrindən biridir. Sovet dönəmində “Üzən ada”nı ləğv etmək üçün buraya texnikalar gətirilsə də, rayonun yurd təəssüblü insanları bu təbiət möcüzəsini qoruyub saxlaya biliblər.

Ardını oxu...

Muxtar respublikamızın davamlı sosial-iqtisadi inkişafı paytaxt Naxçıvan şəhəri də daxil olmaqla bütün bölgələrin simasını dəyişib. Regionun quruculuq salnaməsinin səhifələrində on yaşına doğru addımlayan Kəngərli rayonunun da öz yeri var. Bir zamanlar çöllük ərazilərdən ibarət olan indiki rayon mərkəzi çox qısa zamanda müasir mərkəzə çevrilib.

Naxçıvan-Sədərək magistral yolunun üzərində yerləşən rayon mərkəzində bir-birindən gözəl inzibati binalar, rahat yollar, mədəniyyət və istirahət parkı, mədəniyyət evi və digər ünvanlar bu əraziyə möhtəşəm bir gözəllik bəxş edir. Son illərdə rayon mərkəzi olan Qıvraq qəsəbəsində müxtəlif infrastruktur layihələrin həyata keçirilməsi, rayondaxili və kəndarası avtomobil yollarının yenidən qurulması, yaşıllıq zolaqlarının yaradılması Kəngərli rayonunda həyata keçirilən mühüm tədbirlərdəndir. Qeyd edək ki, muxtar respublikanın digər bölgələrində olduğu kimi, Kəngərli rayonunda da görülən işlər kompleks xarakter daşıyır. Rayonun əksər kəndlərində kompleks quruculuq işləri aparılıb.

Ardını oxu...

Şahbuz Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, rayon ərazisinin 2765 hektar sahəsi əkin altındadır. Dağlıq zona olmasına baxmayaraq, burada taxılçılığa maraq ildən-ilə artır. Başa vurduğumuz təsərrüfat ilində Şahbuzun torpaq mülkiyyətçiləri 1009 hektarı buğda, 319 hektarı arpa olmaqla, 1328 hektar sahədən 3703 ton taxıl tədarük ediblər. Hektarın orta məhsuldarlığı 27,9 sentnerə çatdırılıb ki, bu da dağlıq zona üçün yüksək nəticə hesab oluna bilər. Rayonun Türkeş, Badamlı, Nursu, Mahmudoba, Sələsüz kəndlərində məhsuldarlıq daha yüksək olub.

Ardını oxu...

Kənd yaşayış məntəqələrinin böyük əksəriyyəti dağlıq zonada yerləşən Ordubad rayonuna da son illər muxtar respublikada həyata keçirilən quruculuq tədbirlərindən xeyli pay düşmüş, belə tədbirlər hesabına bölgənin siması əsaslı surətdə dəyişilmişdir. Sevindirici haldır ki, inşaat işləri ucqar dağ kəndlərini də əhatə edir. Cari ildə də belə tədbirlər davam etdirilir. Bir neçə gün əvvəl rayonun Ələhi, Xurs və Nürgüt kəndlərində yeni sosial obyektlərin açılışı olmuşdur. Hazırda Bist kəndində yeni obyektlər təhvilə hazırlanır.
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinin inşaatçıları bir neçə aydır ki,  Bist kəndində quruculuq tədbirləri həyata keçirirlər. Yeni obyektlərdən biri xidmət mərkəzidir. Burada gözəllik salonu, bərbərxana, ət satışı yeri və mağaza fəaliyyət göstərəcək. İnşaatçılar həyata keçirdikləri quruculuq tədbirində keyfiyyət amilinə ciddi diqqət yetirirlər. Onlara yaradılan şərait isə imkan verib ki, yeni obyekt vaxtında kənd camaatının istifadəsinə verilsin. Digər bir yeni tikilidə həkim ambulatoriyası fəaliyyət göstərəcək. Ambulatoriya binasında kənd sakinlərinə tibbi xidmət göstərmək üçün hərtərəfli şərait yaradılacaq.  
Hər iki obyektdə son tamamlama işləri həyata keçirilir.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikası iqtisadiyyatın inkişafına görə yeni keyfiyyət mərhələsindədir. Yeni mərhələnin əsas hədəfi iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsinə nail olmaqla muxtar respublikanın dinamik sosial-iqtisadi inkişafının davamlılığını təmin etməkdən ibarətdir. Bu hədəfin reallaşması istiqamətində icrası vacib vəzifələr müəyyənləşdirilmişdir. Artıq regionda hədəflənən məqsədlərə nail olunmaqdadır.

Ardını oxu...

Hazırda muxtar respublikamızın maliyyə bazarında nağdsız ödəniş sisteminin yüksək səviyyədə inkişaf etdiyini söyləmək çətindir. Buna səbəb hələ də sahibkarlıqla məşğul olan ortasəviyyəli bir çox hüquqi və fiziki şəxslərin pul vəsaitlərinin daha tez əldə edilməsi məqsədilə nağd şəkildə əməliyyatlara üstünlük vermələri və alıcıların çox cüzi bir hissəsinin nağdsız ödənişlərə maraq göstərmələridir. Lakin nəzərə almaq lazımdır ki, nağdsız ödənişlər xüsusilə böyükhəcmli məbləğlərə üçüncü şəxslərin müdaxiləsi imkanlarını, saxta pul əskinaslarından istifadə hallarını aradan qaldırır.
Vətəndaşların isə nağdsız ödənişlərə az maraq göstərmələrinin səbəbi bu sistemin imkanları haqqında az məlumata malik olmaları, həmçinin sistemin hələ ki maliyyə bazarını tam əhatə etməməsidir. Digər tərəfdən, hər hansı ticarət obyektindən alış-veriş edən şəxsin ödənişi kart vasitəsilə nağdsız şəkildə həyata keçirməsinə əsas yaradan amillər kifayət qədər mövcud deyil. Yəni alıcını indiyə qədər adət etdiyi nağd ödəniş sistemindən imtina edərək ödəniş kartı əldə etməyə, ondan istifadə qaydalarını öyrənməyə, istifadə etməyə maraqlandıran stimullaşdırıcı səbəblər olmalıdır.

Ardını oxu...

Strateji məhsul sayılan taxıla olan tələbatın daxili imkanlar hesabına ödənilməsi üçün muxtar respublikamızda həyata keçirilən tədbirlər cari ildə də davam etdirilir. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyindən aldığımız operativ məlumata görə, taxıl əkini kampaniyasının mütəşəkkil şəkildə başa çatdırılması üçün əvvəlcədən həyata keçirilən hazırlıq tədbirləri özünü göstərir. Taxılçılıqla məşğul olan torpaq mülkiyyətçiləri, fermerlər 2014-cü ilin bol məhsulunun əsasını qoymaq üçün vaxtdan səmərəli istifadə etməyə çalışırlar. Qeyd edək ki, vaxtında keyfiyyətli toxum sortları əldə edilmiş, ehtiyat hissələri və yanacaq tədarükü qayğısına qalınmışdır.
Həyata keçirilən tədbirlərin nəti­cəsidir ki, 13 noyabr 2013-cü il tarixə 15 min 200 hektar sahədə şum qaldırılması başa çatdırılmışdır. Həmin sahələrin 11 min hektarına toxum səpilmişdir. Əkilmiş sahələrin 7500 hektarında suvarma başa çatdırılmışdır.
Şum qaldırılması, taxıl əkini və əkilmiş sahələrin suvarılması davam etdirilir.

Xəbərlər şöbəsi

Qədim Naxçıvan diyarının hansı səmtinə üz tutsan, orada Heydər Əliyev ideyalarına sadiqliyin və bu sadiqliyin nəticəsi olan müasirliyin şahidi olursan. Dahi şəxsiyyətin xeyir-duası ilə 1978-ci ildə yaradılan Babək rayonu da bu müasirliyin bütün çalarlarını özündə əks etdirən yurd yerlərindən biridir. Rayon mərkəzi Babək qəsəbəsinin yerləşdiyi ərazi sovet dövründə Nehrəm kəndinin torpaq sahələri olub. Araz çayı üzərində su elektrik stansiyası tikilərkən su altında qalan Təzəkənd yaşayış məntəqəsinin sakinləri bu əraziyə köçürülüb. Rayon yaradılarkən həmin kəndə qəsəbə statusu verilərək xalq qəhrəmanı Babəkin adı əbədiləşdirilib. Rayona və rayon mərkəzinə “Babək” adının verilməsi o zaman mərkəzi hakimiyyətin iradəsinin əksinə olsa da, bu, ulu öndərin qətiyyəti sayəsində reallaşdırılıb.

Ardını oxu...

Muxtar respublikada həyata keçirilən iqtisadi inkişaf modelinin strateji istiqamətlərindən biri mövcud təbii-iqtisadi, texniki-istehsal və elmi-texniki potensialın fəal surətdə təsərrüfat dövriyyəsinə cəlb olunmasıdır. Bu da, öz növbəsində, regionların sosial-iqtisadi inkişafı, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı, meyvəçiliyin və tərəvəzçiliyin inkişafı və bir sıra konkret sahələr üzrə mühüm dövlət proqramlarının qəbul edilməsini şərtləndirir. Ötən illər ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamları ilə muxtar respublikanın gələcək inkişafında təməl rolunu oynayan dövlət proqramları təsdiq edilib. Bu proqramların icrasının uğurla və yüksək keyfiyyətlə həyata keçirildiyi bölgələrimizdən biri də Babək rayonudur. Bunu 2013-cü ilin ötən dövrünün sosial-iqtisadi göstəriciləri də təsdiqləyir.  

Naxçıvanın malik olduğu potensialdan tam və səmərəli istifadə olunması, infrastrukturun yenilənməsi, çoxlu sayda yeni iş yerlərinin açılmasına şərait yaradılması, sahibkarlığın inkişaf etdirilməsi, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması, yoxsulluğun azaldılması muxtar respublikada prioritet sahələrdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödə­mələrin verilməsi haqqında” 2012-ci il 14 mart tarixli Fərmanı ilə ötən ilin ikinci yarısından başlayaraq keçmiş SSRİ dövründə məlum proseslər nəticəsində batmış əmanətlər geri qaytarılır. Özünə aid olmayan əmanətləri mənafeləri pozulmuş əmanətçilərə və ya onların varislərinə qaytarmaqla dövlətimiz bir daha vətəndaşlarına qayğısını nümayiş etdirmişdir. Azərbaycanda həmin əmanətlərin qaytarılmasında əmanətçilərin xeyrinə tətbiq olunan qiymətləndirmə indiyə qədər MDB məkanında tətbiq olunmuş ən yüksək qiymətləndirmədir. Əhalinin bütün təbəqələrinin maraqları nəzərə alınmaqla əmanətlərin geri qaytarılması zamanı yarana biləcək hüquqi və texniki məsələlərin həll olunması üçün verilən imkanlar və kifayət qədər vaxt da dövlətin bu məsələnin həllində nə qədər maraqlı olduğunu göstərir.
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindən aldığımız məlumata görə, muxtar respublikada fəaliyyət göstərən Kapital Bankın Baş İdarəsi və onun rayon filialları tərəfin­dən əmanətlərin qaytarılması üçün lazımi şərait yaradılmışdır. 2012-ci il iyun ayının 1-dən başlayaraq 2013-cü il noyabr ayının 7-dək olan məlumata görə, 37 min 531 əmanətçiyə 13 milyon 993 min 254 manat nağd pul vəsaiti ödənilmişdir.
Qeyd edək ki, əmanətlərin qaytarılması 2013-cü il dekabr ayının 31-dək davam etdiriləcəkdir.  

Xəbərlər şöbəsi

Noyabrın 4-də Gəncə şəhərində Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Türkiyə Biznes Forumu keçirilmişdir.
Azərbaycan və Türkiyə tərəfdən müvafiq dövlət qurumlarının nümayəndələri ilə yanaşı, yerli icra hakimiyyəti orqanları əməkdaşlarının və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkar­ların iştirak etdiyi forumda Azərbaycanda bir çox sahələrdə Türkiyə şirkətlərinin, eləcə də Türkiyədə Azərbaycan şirkətlərinin uğurlu fəaliyyətindən bəhs edilmişdir. Qeyd olunmuşdur ki, Azərbaycanın xarici ölkələrə yatırdığı investisiyaların həcminə görə Türkiyə birinci yerdə durur. Türkiyədən Azərbaycana da son on ildə böyük həcmdə investisiya yönəldilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında əhaliyə yüksəkkeyfiyyətli məhsullar təklif olunmaqla nümunəvi xidmət etmək imkanlarına malik müasir ticarət mərkəzləri tikilib istifadəyə verilir. Belə müəssisələrdən biri də “Cahan” Məhdud Məsuliyyətli Cəmiyyətinin Naxçıvan şəhərindəki Ə.Əliyev küçəsində fəaliyyət göstərən “Cahan” Ticarət Mərkəzidir.
“Cahan” Ticarət Mərkəzi fəaliyyətə başladığı dövrdən ötən müddət ərzində ticarət mərkəzinə istər alıcı, istərsə də satıcı qismində müraciət edənlərin sayı qat-qat artmış, kompleksin yenidən qurulması və yeni korpusun inşa olunması zərurəti yaranmışdır. Digər sahibkarlıq subyektləri kimi, “Cahan” Məhdud Məsuliyyətli Cəmiyyəti də göstərilən dövlət qayğısından bəhrələnmiş, təqdim olunmuş layihəyə uyğun Sahibkarlığa Kömək Fondundan dövlət maliyyə dəstəyi göstərilmişdir. Cari ilin aprel ayından kompleksin ərazisində  8750 kvadratmetr torpaq sahəsi ayrılmış, 350 mağazanın və digər xidmət sahələrinin fəaliyyət göstərəcəyi ikimərtəbəli yeni korpusun inşasına, cari ilin iyun ayından isə “Cahan” Ticarət Mərkəzinin əsas binasında yenidənqurma işlərinə başlanılmışdır.

Ardını oxu...

2001-ci ildə Naxçıvan şəhərinin inzibati ərazi bölgüsündə dəyişik­lik edildi. O zaman bir hissəsi Babək rayonuna, bir hissəsi Naxçıvan şəhərinə tabe olan indiki Əliabad qəsəbəsi yaradıldı və Naxçıvan şəhərinin inzibati ərazi bölgüsünə daxil olundu.
2009-cu ildə qəsəbədə uşaq musiqi məktəbi, uşaq bağçası, qəsəbə mərkəzi inşa olunaraq istifadəyə verildi. Açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bir məqama diqqət çəkərək qeyd etmişdi ki, “Əliabad qəsəbəsinin yaradılması vacib məsələ idi. 2001-ci ilə kimi qəsəbənin bir hissəsi şəhərə, kənd hissəsi isə Babək rayonuna tabe olduğundan idarəetmə çətin idi. Ərazidə kommunal xidmətlərin həyata keçirilməsi də problemlər yaradırdı. Ərazinin qazla, elektriklə, telefonla, digər xidmətlərlə təminatında da çətinliklər var idi. 2001-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Milli Məclisi qarşısında qaldırdığı məsələyə əsasən, Əliabad kəndi ilə Naxçıvan şəhərinə tabe olan mənzil istismar sahəsi birləşdirilərək Əliabad qəsəbəsi yaradıldı”.  

Ardını oxu...

Yeraltı və yerüstü sərvətlərlə zəngin muxtar respublikamızın təbii resurslarından səmərəli istifadə məqsədilə daha bir nəhəng layihə reallaşdırılmış, 2012-ci ildə “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının Naxçıvan Sement Zavodunun tikintisi uğurla başa çatdırılmışdır.
Əvvəlcə muxtar respublika ərazisində “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının mütəxəssisləri tərəfindən sement istehsalı üçün xammal mənbələrinin müəyyən olunması məqsədilə geoloji axtarışlar aparılmışdır. Yataqlarda lazımi xammal aşkar olunduqdan sonra onun tərkibi Türkiyənin Sement İstehsalçıları Birliyi tərəfindən və Çin Xalq Respublikasının bu sahə üzrə ixtisaslaşmış laboratoriyalarında yoxlamadan keçirilmişdir. Laboratoriyalardan müsbət rəylər alındıqdan sonra Kəngərli rayonunda 150,6 hektarlıq ərazidə yeni Sement Zavodunun tikintisinə başlanılmışdır. Öz əhəmiyyətinə və çəkilən xərclərin miqyasına görə son 20 ilin ən böyük layihələrindən olan zavodun inşası “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının təcrübəli mütəxəssisləri və inşaatçıları tərəfindən həyata keçirilmişdir. Burada istehsal sahələri, xammal və hazır məhsulların saxlanılması üçün anbar, inzibati və iaşə xidməti binaları tikilmiş, Naxçıvan-Sədərək magistralından zavodadək 2 kilometr məsafədə yeni avtomobil yolu çəkilib asfalt-beton örtük salınmış, yüksəkkeyfiyyətli məhsul istehsalı ilə yanaşı, hazır məhsulun daşınmasına da hərtərəfli şərait yaradılmışdır.

Ardını oxu...

Gözəlliyin onundan doqquzunun dondan ibarət olduğunu bu gün kiməsə sübut etməyə ehtiyac yoxdur. Əsas olan odur ki, gözəl geyim insanı daha yaxşı, daha yaraşıqlı göstərir və onu digərlərindən fərqləndirir. Hətta bir az dərinə varsaq, onun nüfuzuna da müsbət təsir göstərir.

Şəhərlər, rayonlar, kəndlər də insanlar kimidir. Bir bölgənin gözəlliyi onun rahat yolları, abad və işıqlı küçələri, gözoxşayan tikililəri, bir sözlə, insanoğlunun yaratdıqları ilə ölçülür. Görülən və görüləcək işlərin kompleks şəkildə aparılması, kəndlə şəhər arasındakı fərqin azaldılması isə bu gözəlliyin “paylanılması” baxımından ədaləti ortaya qoyur. Çünki gözəllik bütöv olanda göz oxşayır... Bu yaxınlarda xalqımız bu gözəlliklərin, inkişafın yaradılması, qorunması və davam etdirilməsi üçün böyük öndərimizin ümummilli ideyalarına sadiqliyini bir daha sübut etdi. Heydər Əliyev siyasətini dəstəklədi, növbəti prezident seçkilərində də bu siyasətə səs verdi.

Ardını oxu...

Şahbuz rayonunun quruculuq xəritəsi hərtərəfli dövlət qayğısı hesabına ildən-ilə genişlənir. Öncə onu qeyd edək ki, cari ilin ötən dövrü ərzində rayonun Kükü və Ağbulaq kəndlərində yeni sosial obyektlər istifadəyə verilib.
Quruculuq tədbirləri hazırda sürətlə davam etdirilir. Rayon mərkəzinin ən gözəl ünvanlarından biri olan Heydər Əliyev prospektində Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatı üçün zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət bina inşa olunur. Tikinti işləri Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə həvalə edilib. İnşaatçılara hərtərəfli iş şəraiti yaradılıb. Bu şəraitdən səmərəli istifadə olunmasının nəticəsidir ki, obyektdə tikinti işləri əsasən başa çatdırılıb.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR