17 Oktyabr 2021, Bazar

Bu gün dünyanın iqtisadi baxımdan inkişaf etmiş ölkələrinin hər biri dayanıqlı enerji təhlükəsizliyinə malikdir. Xüsusilə enerji istehsalında bərpa olunan mənbələrdən istifadə edilməsi bu gün dünya enerji sektorunda yeni seqment kimi hər gün öz əhəmiyyətini daha da artırmaqdadır. Təsadüfi deyil ki, ABŞ, Almaniya, Finlandiya, Norveç, Danimarka, Yaponiya və Çin kimi ölkələr bu sahədə qabaqcıl yer tuturlar. Ölkəmizin və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının  təbii-coğrafi şəraiti və iqlim qurşaqları da bərpa olunan enerji mənbələrindən istifadənin mümkünlüyünü aktual məsələ kimi önə çıxarıb. Son illərdə bu sahədə ciddi addımlar atılıb, müxtəlif həcmli enerji istehsal edən obyektlər istifadəyə verilib. 

Ardını oxu...

Naxçıvan Biznes Mərkəzində “Sahibkarlıq fəaliyyətinin idarə olunmasında mühasibat uçotunun rolu və beynəlxalq standartların tətbiqinin zəruriliyi” mövzusunda seminar-treninq keçirilib.
Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi və Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının təşkilatçılığı, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin dəstəyi ilə keçirilən tədbiri giriş sözü ilə Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova açaraq muxtar respublikada sahibkarlığın inkişafı üçün yaradılan şəraitdən, bu sahədə əldə olunan uğurlardan danışıb.

Ardını oxu...

Yay fəslinin isti günlərini yaşadığımız bir vaxtda əhalinin sağlamlığının qorunması və qida təhlükəsizliyi məsələləri daha böyük aktuallıq kəsb edir. Belə ki, özünəməxsus qayğıları olan bu fəsildə insanlar Günəşin yandırıcı şüaları ilə yanaşı, həm də qida zəhərlənmələrindən qorunmağa məcbur olurlar. Çünki bu fəsildə ərzaq məhsulları daha tez keyfiyyətini itirir və insanların sağlamlığı üçün təhlükə yaradır.
Qeyd etmək lazımdır ki, yeyinti məhsullarının keyfiyyətinə təsir edən bir çox amillər mövcuddur. Bu baxımdan onların keyfiyyət göstəriciləri dəqiq təyin olunmalı, məhsulların daşınması, lazımi şəraitdə saxlanılması, qablaşdırılması, markalanması, etiketlənməsi zamanı müvafiq dövlət standartlarının və normativ-texniki sənədlərin tələblərinə əməl edilməlidir.

Ardını oxu...

Müasir dövrümüzdə texnologiyadan istifadənin ildən-ilə artması banklar tərəfindən təklif edilən xidmətlərin çeşidliliyinin çoxalmasına səbəb olur. Bu sahədə formalaşan rəqabət mühiti rəqəmsal ödəniş vasitələrinin də fərqli növlərinin ortaya çıxmasına imkan yaradır. Təklif edilən xidmətlərdən səmərəli istifadə nəticəsində fiziki və hüquqi şəxslər maliyyə hesablaşmalarını rahatlıqla həyata keçirirlər.

Ardını oxu...

26-27 may 2021-ci il tarixlərində Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində təşkil olunan iki günlük təlimə muxtar respublikada fəaliyyət göstərən müxtəlif təşkilatlardan 12 nəfər maliyyə-mühasibatlıq işçisi cəlb olunub.

Gündəliyə uyğun olaraq Mərkəzin direktoru Mehriban İmanova keçirilən təlimlər haqqında ümumi məlumat verərək təlimin əsas məqsədinin muxtar respublikanın dövlət büdcəsindən maliyyələşən təşkilatlarında Beynəlxalq  Mühasibat Uçotu Standartlarına əsasən maliyyə-mühasibat işinin aparılması, müasir tələblərə uyğun olaraq maliyyə hesabatlarının hazırlanması və bu sahədə mütəxəssislərin biliklərinin artırılması olduğunu bildirib.

Ardını oxu...

Azərbaycanda kənd təsərrüfatını inkişaf etdirmək və ərzaq təhlükəsizliyinə nail olmaq ümummilli liderimiz Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi hər iki  dövrdə prioritet vəzifə kimi qarşıya qoyulmuş, aqrar sahənin inkişafına xüsusi diqqət yetirilmişdir. Təkcə onu xatırlatmaq kifayətdir ki, Müstəqil Dövlətlər Birliyi məkanında ilk dəfə olaraq aqrar islahat Azərbaycanda ulu öndərimizin rəhbərliyi ilə aparılmışdır.

Aqrar sahə həmişə olduğu kimi, bu gün də ölkəmizdə diqqət mərkəzindədir. Bu sahənin inkişafının vacibliyini və əhəmiyyətini qeyd edən Prezident cənab İlham Əliyev demişdir: “Kənd təsərrüfatı ilə bağlı məsələlər xüsusi diqqət tələb edir. Çünki bu sahə həm məşğulluqdur, həm inkişafdır, həm də ixracdır”.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 9 avqust tarixli Sərəncamı ilə “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Dövlət Proqramı” təsdiq edilib və həyata keçirilməsi üçün müvafiq dövlət orqanlarına tapşırıqlar verilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin birgə təşkilatçılığı ilə nağdsız ödənişlərin üstünlükləri mövzusunda maarifləndirici tədbirlər keçirilib.

Ardını oxu...

Bahar həyatın əlvan tonunu gün keçdikcə dəyişir. Bağ-bağçalarımız müxtəlifrəngli gül-çiçəklərlə bəzənir. Hər bitki, hər çiçək özünəməxsusluğu ilə seçilir. Bir gül var ki, gözəlliyi, ətri ta uzaqlardan hamımızı valeh edir. Bu, qızılgüldür. Bəs qızılgülü digər güllərdən qiymətli edən təkcə ətridirmi? Bu suala cavab tapacağıq.

Ardını oxu...

Müasir dövrdə ölkəmizin sərhədlərinin etibarlı müdafiəsindən tutmuş iqtisadi-mədəni həyatın bütün sahələrinədək özünün möhkəm güclü konsepsiyasını ortaya qoymuş Azərbaycan Respublikası enerji təhlükəsizliyi sahəsində də dünya liderləri ilə bir sırada əmin addımlarla irəliləməkdədir.

Ardını oxu...

1995-ci ildən fəaliyyətə başlayan “Cahan Holdinq” Kommersiya Şirkətlər  İttifaqında istehsal müəssisələrinin lazımi fəaliyyətinə böyük diqqət göstərilir. Bu sahədə görülən işlərin bir qismini də belə müəssisələrin satış mərkəzlərinin yeni ofis bürolarının yaradılmasıdır. Həyata keçirilən tədbirlərin davamı kimi, “Cahan Sənaye Kompleksi” MMC-nin Bakıdakı Satış Mərkəzinin yeni “Magna” ofisi istifadəyə verilib.

Nərimanov rayonu 2096-cı məhəllə, 507-ci küçə/16 ünvanında yerləşən ofidə müştərilərin qəbulu və onlara  xidmət göstərilməsi üçün lazımı şərait yaradılıb. Burada işçi müzakirələrin aparılması üçün 20 nəfərlik konfrans zalı və işçilər üçün xidmət otaqları mövcuddur. Həmçinin “Magna” rəngləri və stendləri ilə dizayn edilmiş konfrans zalında şirkətin satış nöqtələri haqqında məlumatlar yerləşdirilib.  

Yeni ofisin istifadəyə verilməsi müştərilərlə daha yaxından münasibət qurulmasına, eyni zamanda onlara yüksəkkeyfiyyətli xidmət göstərilməsinə imkan verəcəkdir.

“Cahan Holdinq” Kommersiya Şirkətlər  İttifaqın mətbuat xidməti

 

 

 

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbə təkcə işğal altında olan torpaqlarımızın qaytarılması ilə deyil, həm də regionda yeni reallıqların yaradılması ilə nəticələndi. Hərbi əməliyyatların başa çatdırılması ilə bağlı Azərbaycan, Rusiya və Ermənistan liderlərinin birgə imzaladıqları bəyanatda ən mühüm məqamlardan biri də bölgədəki iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunmasıdır. Xüsusilə Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni dəhlizin inşasının təmin edilməsi siyasi tərəfləri ilə bərabər, böyük iqtisadi əhəmiyyəti ilə də seçilir. 

Ardını oxu...

Mühüm coğrafi mövqedə yerləşən ulu yurdumuz Vətənimizin ən qədim meyvəçilik regionlarından biri hesab edilir. Əlverişli oroqrafik xüsusiyyətlərə və torpaq-iqlim faktorlarına malik olan diyarımızda Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin müvafiq sərəncamları ilə təsdiq edilmiş meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət proqramlarının uğurlu icrası nəticəsində meyvəçilik sahəsində yüksək göstəricilərə nail olunub. Mart ayının 12-də Ali Məclisin Sədri cənab Vasif Talıbov “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. 

Ardını oxu...

Muxtar respublikanın yaşayış məntəqələrinin və istehsalat sahələrinin təbii qazla təminatını həyata keçirmək üçün Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətində təsdiq olunmuş iş planına əsasən ardıcıl tədbirlər görülür.
Aprel ayında muxtar respublikanın şəhər və rayonlarından “Naxçıvanqaz Servis” Məhdud Məsuliyyətli Cəmiyyətinə daxil olan müraciətlərə əsasən 54 mənzil (ev) və müxtəlif təyinatlı obyektlər qazlaşdırılmışdır ki, bunun 53-ü əhali, 1-i isə qeyri-əhali abonentdir.

Ardını oxu...

Muxtar respublikada vətəndaşların mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması zamanı operativliyin təmin edilməsi, əmlak və torpaq münasibətlərinin nizamlanmasında fəaliyyətin təkmilləşdirilməsi Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən aprel ayı ərzində diqqət mərkəzində saxlanılmışdır.
“2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq Sədərək rayonu ərazisində 157 hektar yeni salınmış meyvə bağı və 46 hektar meşə zolağı plana alınaraq xəritələşdirilmişdir.

Ardını oxu...

İstehsal və xidmətin bütün sahələrində müasir keyfiyyət standartlarının tətbiqinə nail olmaq muxtar respublikada həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətinin mühüm tərkib hissəsidir. Bu çərçivədə əhalinin sağlamlığının və alıcılıq qabiliyyətinin qorunub saxlanılması, keyfiyyətli yerli məhsulların istehsalının təşviqi Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qarşısına qoyulmuş mühüm və təxirəsalınmaz vəzifələrdəndir.
Bu istiqamətdə həyata keçirilən tədbirlər aprel ayında da davam etdirilmiş, məhsul göstəricilərinin texniki normativ-hüquqi aktların, standartların və texniki şərtlərin tələblərinə uyğunluğu diqqətdə saxlanılmış, ümumilikdə, məhsul nümunələrinin 60 halda, o cümlədən qida məhsullarının 55 halda keyfiyyət göstəriciləri üzrə laboratoriya sınağı aparılmış və nöqsanlar aşkar edilməmişdir.

Ardını oxu...

Külüs və Keçili kəndlərində əkilməmiş torpaq sahəsi qalmayacaq

 

Yaz fəslinin gəlişi muxtar respublikamızın insan əli ilə yaradılan gözəlliklərini təbiət fırçası ilə tamamlayaraq büsbütün yeni bir mənzərə yaradıb. Elə gözəl yaz səhərlərinin birində zəngin təbiəti, min bir dərdə dərman sayılan bulaqları, fauna və florasıyla muxtar respublikamızın seçilən bölgələrindən biri olan Şahbuz rayonuna üz tuturuq. Səfərimizin səbəbi isə bütün bölgələrimiz kimi, dövlət qayğısından öz payını alan Külüs və Keçili kəndlərində keçən günlərdə yeni nasos stansiyasının tikilərək istifadəyə verilməsi, həmin kəndlərdə elektrik təsərrüfatının tamamilə yenilənməsindən sonra kənd sakinləri ilə həmsöhbət olmaq, onların fikirlərini öyrənmək, növbəti dövlət qayğısının adıçəkilən yaşayış məntəqələrində yaratdığı ovqatı öyrənmək idi. Əsas mövzuya keçməzdən əvvəl adını çəkdiyimiz yurd yerlərimiz haqqında oxucularımıza qısa məlumat vermək istəyirəm.

Ardını oxu...

Naxçıvanın havası, suyu, meyvəsi can dərmanıdır. Bu torpağın bütün dad-tamlı meyvələri kimi göycənin də adı dillər əzbəridir. Göycə qədim diyarımızın ən sevilən, nübar meyvələrindən biridir. Qədim zamanlardan bəri göycə yalnız bu regionda becərilib. Naxçıvan göycəsinin tarixi VII əsrə gedib çıxır. “Göycə” sözü göyümtül-yaşıl mənasında olmaqla bərabər, “yeni”, “təzə” mənasını da ifadə edir.
Keçmiş zamanlarda olduğu kimi, hazırda da Naxçıvanda göycə meyvəsinin yetişdirilməsinə böyük önəm verilir, bu məhsulun istehsalının artırılması ilə yanaşı, təbliği və tanıdılması da diqqət mərkəzində saxlanılır. Maraqlıdır, bəs Naxçıvan göycəsi hansı faydalı xüsusiyyətlərinə görə seçilir, bu meyvənin yetişdirilməsində daha çox nələrə diqqət olunmalıdır? Elə biz də bu sual­lara cavab tapmaq üçün yolumuzu Şərur rayonundan saldıq.

Ardını oxu...

Arıçılıq son illərdə muxtar respublikada böyük maraq göstərilən sahələrdən birinə çevrilib. Bunun da özünəməxsus səbəbləri var. Bir tərəfdən dövlətin bu sahənin inkişafına göstərdiyi hərtərəfli qayğı, digər tərəfdən arıçılığın gəlirli sahə olması bu işə marağı daha da artırıb. Unutmamalıyıq ki, arıçılıq həm də Naxçıvanda qədim ənənələrə malik məşğuliyyət sahələrindəndir. Bu isə o deməkdir ki, qədim diyarımızın coğrafi ərazisi arıçılıq üçün əlverişlidir, əhalinin bu sahə üzrə ənənəvi təcrübəsi mövcuddur. 

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi aprel ayında da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamı ilə təsdiq edilmiş Dövlət proqramlarında və verilmiş tapşırıqlarda qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində maarifləndirmə işlərini davam etdirib.

Ardını oxu...

Baharın gəlişi ilə torpaq oyanıb, təbiət canlanıb. Yazın müjdəçisi dedikdə ağıla ilk gələn qaranquşlar olsa da, bu fəslin sorağını həm də kiçik can-cüssələri ilə çiçəkdən-çiçəyə qonub min bir zəhmətlə bal hazırlayan arılardan da alırıq. Torpaqdan yenicə baş qaldıran çiçəklərin aləmə yaydıqları xoş qoxu qışboyu “evlərindən” bayıra çıxmayan arıları, sanki yeni həyata, təbiətin qoynuna səsləyir. Kiçik olmalarına baxmayaraq, yuvalarında yaratdıqları qayda-qanun, gördükləri iş və ortaya çıxardıqları nəticə onların mükəmməl canlı olduqlarını sübut edir. Bunun nəticəsidir ki, çalışqanlıqları ilə təbiətin əsrarəngiz canlılarından olan arıların və zəhmətsevər insanların birliyindən hər dərdə dərman olan bal ərsəyə gəlir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi tərəfindən ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş “Yeni dövrün ən yaxşı mühasibi” müsabiqəsi keçirilib.
Naxçıvan Dövlət Universitetinin dəstəyi ilə Beynəlxalq münasibətlər və hüquq fakültəsində keçirilən müsabiqədə muxtar respublikanın müəssisə və təşkilatlarında çalışan maliyyə-mühasibat işçiləri, ali təhsil müəssisələrinin tələbələri və bu sahəyə marağı olan şəxslər də daxil olmaqla, onlayn qeydiyyatdan keçmiş 45 nəfər iştirak edib.

Ardını oxu...

Naxçıvan meyvələri uzaq keçmişdən dad-tamı ilə seçilərək tanınıb. Bu qədim diyarın iqlimi, torpaqlarının çoxsaylı minerallarla zəngin olması burada əkilib-becərilən kənd təsərrüfatı məhsullarına da böyük təsir göstərib. Elə bu səbəbdəndir ki, muxtar respublikanın aqrar məhsulları hər kəsin marağını özünə cəlb edə bilib. Naxçıvanın özünəməxsus meyvələrindən biri də hazırda tədarükünə başlanılan göycədir. 

Mütəxəssislərə görə, Naxçıvan göycəsinin yetişdirilməsi VI-IX əsrlərə gedib çıxır. Alça və albuxara tinglərinə calaq vasitəsilə vurularaq yetişdirilən bu meyvə ilk baxışda alçaya bənzəsə də, ondan fərqi tam yetişənədək yaşıl rəngini özündə qoruyub saxlamasıdır. Sulu, alçadan fərqli olaraq tamı nisbətən şirinə çalan bu meyvədən mürəbbə, kompot, lavaşa və sair də hazırlanır. Təsadüfi deyil ki, son dövrlərdə ənənəvi olaraq təşkil edilən və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin də şəxsən iştirak etdiyi göycə festivalları bu gözəl meyvənin tanıdılmasına, təbliğ olunmasına hərtərəfli şərait yaradıb. Bundan əlavə, hər il yerli torpaq mülkiyyətçiləri tərəfindən adıçəkilən məhsulun paytaxt Bakı şəhərinə göndərilməsi, “Naxçıvan məhsulları” mağazaları tərəfindən satışının təşkil olunması da ölkə daxilində göycənin tanıdılmasına geniş imkanlar açıb.

Ardını oxu...

Muxtar respublikadakı əlverişli biznes və investisiya mühiti digər sənaye sahələri ilə yanaşı, mebel sənayesinin inkişafı üçün də geniş imkanlar yaradır, yeni mebel istehsalı müəssisələri açılır. Belə müəssisələrdən biri “Şahin Şah” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Muxtar respublikanın müasir mebel istehsalçılarından biri olan “Şahin Şah” MMC 1998-ci ildən fəaliyyətə başlayıb. Əsas fəaliyyəti mebel istehsalı və satışı olan müəssisə xarici bazarlarda bir marka kimi tanınmaq üçün uğurla irəliləyir, daim müştərilərinə keyfiyyətli məhsullar təqdim etməyə çalışır.

Ardını oxu...

Şərur rayonunun Çərçiboğan və Dərvişlər kəndlərindəki tam orta məktəb binalarının tamamilə yenidən qurulmasına başlanmışdır. Tədris müəssisələrində müasir avadanlıqlar qurulacaq, müəllim və şagirdlərin istifadəsinə işıqlı siniflər, direktor və müəllimlər üçün otaqlar, laboratoriyalar, fənn kabinələri, elektron lövhəli siniflər, kompüter otaqları, kitabxana, idman zalı veriləcəkdir. Çərçiboğan kəndində həm də uşaq musiqi məktəbi üçün yeni bina inşa olunur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti və onun yerli vergi orqanları tərəfindən aprel ayında muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə yoxlama və monitorinqlər davam etdirilib. Operativ vergi nəzarəti tədbirləri zamanı 9 vergiödəyicisində “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşınması faktları aşkar olunub və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb. Həmçinin vergidənyayınma və dövriyyənin gizlədilməsi hallarına qarşı mübarizə məqsədilə 2 vergiödəyicisində xronometraj metodu ilə müşahidələr aparılıb və müşahidəyədək olan dövriyyə ilə müqayisədə artım qeydə alınıb, nəticədə, qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş əlavə vergi məbləğinin büdcəyə ödənilməsi təmin olunub.

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin mətbuat xidməti

Müasir dövrdə nəqliyyat respublikamızın iqtisadi infrastrukturunun əsas tərkib hissələrindən birinə çevrilib. Avrasiya ölkələri arasında mərkəzi mövqe tutan Azərbaycanın əlverişli nəqliyyat sisteminə malik olması dünya ölkələrinin marağına uyğun olan səmərəli iqtisadi əlaqələrin həyata keçirilməsinə əlverişli zəmin yaradır.

Ardını oxu...

Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra dövlət idarəçiliyi sahəsində əhəmiyyətli tədbirlər həyata keçirilmiş, dövlət strukturları dünya təcrübəsinə uyğunlaşdırılmış, ümumi inkişafa xidmət edən qurumlar yaradılmışdır. İqtisadiyyat Nazirliyinin yaradılması ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının, o cümlədən struktur islahatlarının mühüm mərhələlərindən biridir.

Ardını oxu...

Maliyyə Tədris Mərkəzində təşkil olunan dörd günlük təlimə muxtar respublikada fəaliyyət göstərən icra hakimiyyəti orqanlarında çalışan 12 nəfər maliyyə-mühasibatlıq işçisi cəlb olunub.

Gündəliyə uyğun olaraq Mərkəzin direktoru Mehriban İmanova keçirilən təlimlər haqqında ümumi məlumat verib, mövzunun aktuallığı və mahiyyəti barədə danışıb. Qeyd olunub ki, təlimin əsas məqsədi beynəlxalq standartlara uyğun olaraq maliyyə hesabatlarının hazırlanmasının nəzəri tərəfləri ilə bağlı biliklərin verilməsi, praktiki biliklərin təkmilləşdirilməsindən ibarətdir. Büdcədən maliyyələşən təşkilatlarda çalışan maliyyə-mühasibat işçiləri üçün nəzərdə tutulan təlim paketinə əlavə olunmuş büdcə və vergi qanunvericiliyi ilə bağlı modulların, bu qanunvericiliklərin düzgün tətbiq edilməsində xüsusi əhəmiyyətə malik olduğu vurğulanıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən 1 aprel 2021-ci il tarixə muxtar respublikasının iqtisadiyyatına yönəldilən kredit qoyuluşunun həcmi 220 milyon 965 min manata çatıb. Bu kreditlərin 12 milyon 547 min manatı qısamüddətli, 208 milyon 391 min manatı isə uzunmüddətli kreditlərin payına düşür.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə muxtar respublikanın iqtisadiyyatına yönəldilən kredit qoyuluşunun həcmi 31 milyon 790 min manat və ya 16,8 faiz artmışdır.

Ardını oxu...

Aprelin 29-da “Naxçıvan Muxtar Respublikasında Suvarma və Drenaj Sisteminin İnkişafı Layihəsinin hazır­lanması üzrə texniki yardımın həyata keçirilməsinə dair” videokonfrans formatında ilkin missiyanın görüşü olmuşdur.

Görüşdə Asiya İnkişaf Bankının Azərbaycandakı Daimi Nümayəndəliyinin ölkə direktoru xanım Kandis MakDeyqan, Bankın Mərkəzi və Qərbi Asiya Departamentinin Ətraf mühit, təbii sərvətlər və kənd təsərrüfatı şöbəsinin direktoru xanım Yasmin Siddiqi, Bankın su ehtiyatları üzrə baş mütəxəssisi, missiyanın rəhbəri Yajou Jou, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin, İqtisadiyyat, Maliyyə və Kənd Təsərrüfatı nazirliklərinin, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri iştirak etmişlər.
Görüş zamanı layihənin hazırlanması və icra mexanizmi üzrə fikir mübadiləsi və müzakirələr aparılmışdır. Bildirilmişdir ki, Asiya İnkişaf Bankı 2022-2024-cü illər üçün Azərbaycan üzrə ölkə əməliyyatlarının biznes-planını hazırlayır ki, sözügedən texniki yardımın nəticəsi olaraq suvarma və drenaj sisteminin inkişafı üzrə müvafiq kredit layihəsinin 2022-ci ildə həmin planda göstərilməsi nəzərdə tutulmuşdur.

Ardını oxu...

Ümumi daxili məhsul istehsalının 88 faizinin özəl bölmənin payına düşdüyü muxtar respublikada bu gün əlverişli investisiya mühiti yaradılmışdır. Mövcud şərait iqtisadiyyatın dinamik inkişafını təmin etmiş, yeni iş yerlərinin açılmasına səbəb olmuş, əlavə ixrac imkanları yaranmışdır.
Məlum pandemiya səbəbindən 2021-ci ilin muxtar respublikada “İxrac ili” kimi davam etdirilməsi yerli sahibkarlara ixrac üçün yeni imkanlar açır.

Ardını oxu...

Şərur rayonu muxtar respublikamızın ən böyük bölgələrindən biridir. Ulu Tanrı bu yurd yerindən öz səxavətini əsirgəməyib. Torpaqları münbit, sakinləri zəhmətsevərdirlər. Torpağa halal qazanc mənbəyi kimi baxırlar. Çəkdikləri zəhmət də hədər getmir, torpaq bu zəhmətin qarşılığını birə-beş ödəyir. İndi torpağın sahibi olan hər bir şərurlu daha yaxşı yaşayır. Əkir, becərir, həm özünü yaşadır, həm də daxili bazara töhfəsini verir... Belə inkişaf rayonda hər sahədə özünü göstərir. Məsələn, genişhəcmli quruculuq tədbirləri rayonun ayrılmaz həyat ritminə çevrilib. Bölgənin elə bir yaşayış məntəqəsi yoxdur ki, quruculuq prosesi ağuşunda görkəmini dəyişməsin, orada sosial təyinatlı tədbirlər həyata keçirilməsin. Elə 2021-ci ilin ilk rübünün göstəriciləri də bunu təsdiq edir. Bu müddətdə rayonda yeni təhsil, səhiyyə, mədəniyyət obyektləri inşa olunub, yollar çəkilib, körpülər salınıb, su, elektrik təsərrüfatı yaxşılaşdırılıb. Bütün idarə, müəssisə və təşkilatlarda ahəngdar iş rejimi insanların yurd yerinə bağlılığını, işə məsuliyyət hissini, qurub-yaratmaq əzmini xeyli artırıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi bütün sahələrdə olduğu kimi, rabitə sahəsinin gələcək inkişafına, hər bir vətəndaşın onun müasir texnologiyalarından bəhrələnməsinə geniş imkanlar açıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə rabitə və yeni texnologiyalar sahələrinin müasir tələblər səviyyəsində qurulması istiqamətində bir sıra layihələr həyata keçirilir. Bunun üçün kifayət qədər şərait yaradılıb. Əhaliyə göstərilən telekommunikasiya xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması, rabitə və informasiya sistemlərinin inkişafı və yeni texnologiyaların tətbiqi məqsədilə reallaşdırılmış tədbirlər muxtar respublikanın sosial-iqtisadi inkişafında bu sahənin rolunu daha da artırıb.

Ardını oxu...

Əvvəllər qızımıza cehiz mebel almaq üçün Bakıya, Şəkiyə üz tutardıq... Artıq bir neçə ildir ki, muxtar respublikamızda belə keyfiyyətli avadanlıqlarla dolub-daşır dükan-bazarlarımız. Ürəyin istəyən çarpayını, divanı, stolu seçirsən, həm də sərfəli qiymətə qapınıza gətirirlər. “İndi daha yun yu, döşək sal dərdi də yoxdur. Bu fabrikdə elə gözəl döşəklər var ki, elə bil qu tüküdür”, – deyir Nəcibə nənə. Onu sevindirən isə uzaq yolların yaxınlaşması deyil təkcə. Fərəhlənir ki, daha çox seçim var burada, həm də münasib qiymətə...

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında inkişaf etdirilən kənd təsərrüfatı sahələrindən biri də tütünçülükdür. 2017-ci ildən başlayaraq “Cahan Tabak Beynəlxalq” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Kəngərli rayonunun Təzəkənd və Xıncab kəndlərinin ərazilərində yetişdirilən tütün şitilləri muxtar respublikanın bir çox bölgələrində əkilir.

Ardını oxu...

Arılar dünya iqtisadi və ekosisteminin ən vacib canlılarından hesab olunur. Bu canlılar bir tərəfdən başda bal olmaqla, arıçılıq məhsullarının yaranmasına səbəb olursa, digər tərəfdən bir çox bitkinin tozlanmasını təmin edərək onların məhsuldarlığını və keyfiyyətini artırır. Qeyd etmək lazımdır ki, çoxəsrlik tarixə malik olan arıçılıq bütün dünyada qədim məşğuliyyət növlərindən biri hesab olunur. Əhalinin məşğulluğunun təmin edilməsindəki rolu isə arıçılığın sosial əhəmiyyətini xarakterizə edən mühüm cəhətidir. Beləliklə, arıçılığın inkişafı aqrar sahədə geniş sosial-iqtisadi imkanların yaranması deməkdir.

Ardını oxu...

Ölkəmizin ötən ilin mart ayından daxil olduğu pandemiya böhranından çıxışının ləngidiyini əvvəlki yazılarda qeyd etmişdik. İyunun 1-dək uzadılan karantin rejimi hələ də bir çox sahələri buxovda saxlayır. Belə ki, ilin geridə qalan ilk 3 ayı ərzində tənəzzül dayanmayıb. ÜDM-in 1,3 faiz azalması fonunda əsas kapitala yönələn vəsaitlər 19,4 faiz enərək, qeyri-neft sektoru üzrə 32,2 faiz, sənayedə isə 1,7 faiz təşkil edib.
Doğrudur, qeyri-neft sektorunda məhsul istehsalı 2,1, onun sənaye hissəsində isə 11,9 faiz artıb, amma kapital və kredit qoyuluşunun azalması fonunda bu göstəricilər üzrə də əks dinamika müşahidə oluna bilər.

Ardını oxu...

Müasir şəraitdə aparılan iqtisadi islahatların sürətlənməsi və şəffaflığın təmin edilməsi üçün muxtar respublikada əsas diqqətdə saxlanılan məsələlərdən biri də nağdsız hesablaşmaların həcminin artırılmasıdır. Bunun üçün nağdsız ödəniş sistemlərini təkmilləşdirmək, elektron xidmətlərin səmərəliliyini artırmaq və müasir bank xidmətlərinin göstərilməsini təmin etmək istiqamətində ciddi işlər görülür. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram” bu sahədə fəaliyyətin təmin olunmasına şərait yaratmışdır. Hazırda muxtar respublikada elektron ödəniş xidmətləri kifayət qədər geniş yayılmış, nağd ödənişlərin həcmində azalmalar müşahidə olunmuşdur. Belə hesablaşmaları təkmilləşdirmək, vətəndaşların elektron ödəniş sistemlərindən istifadəsini təmin etmək, nağd üsulla olan əməliyyatların həcmini azaltmaq, ödəniş kartlarından istifadə imkanlarını sürətləndirmək üçün POS-terminallar və bankomatların fəaliyyətinin genişləndirilməsi işləri diqqət mərkəzində saxlanılır.

Ardını oxu...

Tarixi Qələbə, torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan, Naxçıvanın qeyrət qalası Sədərəyin igid oğulları Tağı Abdullazadə və Ərtoğrul Nadirli də şəhid olmuşlar. Onlar 1990-cı illərdə torpaqlarımıza göz dikmiş yağı düşmənə tutarlı cavab verərək şəhidlik zirvəsinə yüksələn igid oğullarımız ilə birgə Sədərək rayon Şəhidlər xiyabanında uyuyur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında da əməyin mühafizəsi, işçilərin hüquqlarının qorunması, təhlükəsiz və sağlam iş yerlərinin yaradılması istiqamətində ardıcıl tədbirlər görülür. Muxtar respublikamızda böyük işçi kollektivlərdən biri də “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqıdır. Həm tikinti-quraşdırma, həm də çoxsaylı istehsal müəssisələrini özündə birləşdirən holdinqdə 2000-ə yaxın işçi çalışır. 25 ildən artıq bir dövrdə ölkə və muxtar respublika iqtisadiyyatına böyük töhfələr verən müəssisədə işçilərin əmək fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb. Xüsusilə aparılan kadr siyasəti nəticəsində gənc mütəxəssislərin işə cəlb olunması, onların bilik və bacarıqlarının artırılması, qazandıqları təcrübənin istehsalat və xidmət sahələrində tətbiqi üçün davamlı iş aparılır. Bununla yanaşı, müəssisənin bütün sahələrində insan resurslarına, onların əməyinin mühafizəsinə, təhlükəsizliklərinin təmin olunmasına xüsusi diqqət yetirilir. Hazırda “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının muxtar respublikada fəaliyyət göstərən bütün müəssisələrində əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mütəxəssislər fəaliyyət göstərir. Bu mütəxəssislər tərəfindən bütün müəssisələrdə müvafiq təlimat kitabları açılıb. Yeni işə qəbul olunan bütün əməkdaşlarla əmək müqaviləsi bağlanılaraq onlara ilkin təlimatlar verildikdən sonra əmək fəaliyyətlərinə başlamalarına icazə verilir. İstehsal sahələrində və inşaat sektorunda çalışan işçilərə ayda bir dəfə, ofis işçilərinə isə rübdə bir dəfə olmaqla vaxtında təkrar təlimatlandırmalar aparılır. Həmçinin muxtar respublikada müvafiq dövlət qurumları ilə birgə müxtəlif vaxtlarda, ən az rübdə bir dəfə olmaqla holdinqin strukturlarında brifinqlər, seminar müşavirələr, maarifləndirici təlimlər keçirilir.

Ardını oxu...

Naxçıvan şəhərindəki Əyləncə və İstirahət Mərkəzində “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının 5-ci kupon uduşu kampaniyası keçirilib. Tədbirdə Əyləncə və İstirahət Mərkəzinin bölüm müdiri Şahid İbrahimov çıxış edərək bildirib ki, ötən il həyata keçirilməsi nəzərdə tutulan uduş kampaniyası müəyyən səbəblərdən məhz 2021-ci il aprelin 24-nə təsadüf edib. Ötən il fevralın 2-dən avqustun 20-dək “Cahan” AVM-dən alış-veriş edən müştərilərə minlərlə uduş kuponu hədiyyə olunub. 5 paltaryuyan maşın, 10 televizor, 5 kondisioner, 4 mebel dəsti, 1 “Opel Corsa” avtomobili uduşa qoyulub. Bundan əlavə, elektronika və mebel mağazalarından, Əyləncə və İstirahət Mərkəzindən və “Banu” marketlərindən nağd alış-veriş edən alıcılara 15-25 faiz endirimlərlə yanaşı, hədiyyələr də təklif edilib.

Ardını oxu...

Bolluğun təməlinin qoyulduğu  fəsillərin tacı yaz öz gəlişi ilə yurdumuza yeni çalar, ilahi rəng bəxş etməklə yanaşı, ruhumuzu saflaşdırır, ürəyimizdə kök salmış arzularımıza, istəklərimizə çatmaq həvəsimizi artırır. Bu fəsil, eyni zamanda torpağa bağlı, əkinçi, biçinçi, zəhmət adamlarının qayğılı günlərinin başlandığından xəbər verir. İndi ilin elə vədəsidir ki, gün çıxandan ta gün batana kimi kənd adamı əkin yerində alın tərini torpağa qatır, ilin məhsulunun əsasını qoyur. Sərhəd rayonu olan Sədərəyin zəhmət adamları da gününün çoxunu əkin yerlərində, bağlarda keçirir. Kimi şitil əkir, kimi üzüm tağlarını torpaqdan çıxarıb bağlamaqla məşğuldur, kimisi isə yeni ting əkib calaq vurmaqla. Təkcə Sədərəkdə deyil, ilin-günün bu vədəsində muxtar respublikamızın hansı kəndinə yolunuz düşsə, orada zəhmətkeş insanlarla iş başında rastlaşarsınız.

Ardını oxu...

Son illərdə Naxçıvan şəhərində bir neçə yeni uşaq bağçası tikilərək və ya yenidən qurularaq istifadəyə verilmiş, artan əhali tələbatına uyğun olaraq fəaliyyətləri təmin edilmişdir. Bu sahədə həyata keçirilən tədbirlərin davamı kimi Naxçıvan şəhərinin “İstiqlal” küçəsində daha bir uşaq bağçası üçün bina tikilir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2019-cu il 9 avqust tarixli Sərəncamla təsdiq edilmiş “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”da Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinə verilmiş vəzifələr və qarşıya qoyulmuş tapşırıqların icrası istiqamətində işlər 2021-ci ilin birinci rübündə də davam etdirilib. 

Mövcud rəqəmsal ödəniş infrastrukturunun daha da təkmilləşdirilməsilə bağlı Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi ilə birlikdə 27 POS-terminal aparatı quraşdırılıb, ümumi POS-terminal aparatlarının sayı 1437-yə çatdırılıb, bankomat aparatlarının sayı 1 vahid artaraq 115 ədəd olubdur. Bu dövrdə nağdsız ödənişlərin həcmi 28 milyon 354 min 983 manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 milyon 164 min 243 manat çoxdur.

Ardını oxu...

Ümummilli liderimiz Heydər Əliyevin müstəqil ölkəmizə rəhbərliyinin ilk illərindən iqtisadi və dövlət idarəetmə sistemi sahəsində aparılan kompleks islahatlar ölkədə iqtisadiyyatın bütün sahələrinin, o cümlədən sahibkarlığın formalaşmasına güclü təkan vermişdir. Müstəqil Azərbaycanın memarı olan ulu öndər azad sahibkarlığın inkişafına daim diqqət göstərmiş və respublikamızın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun tərəqqisi ilə əlaqələndirmişdir. Bütün bunlar isə sahibkarlığın inkişafının sürətləndirilməsinə, ölkənin sosial - iqtisadi problemlərinin həllində sahibkarlığın rolunun gücləndirilməsinə, bu istiqamətdə dövlət qayğısının artırılmasına və ən əsası mövcud potensialın reallaşdırılmasına yönəlmişdir. Bu məqsədlə qanunvericilik bazasının formalaşdırılması, bürokratik maneələrin aradan qaldırılması, maliyyə dəstəyinin göstərilməsi və digər sahələrdə mühüm əhəmiyyətli addımlar atılmışdır. 

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Biznes Mərkəzində “25 aprel – Sahibkarlar Günü” və “Pandemiyadan zərərçəkmiş sahibkar­lıq subyektlərinin faiz borclarının subsidiyalaşdırılması” mövzularında tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının, “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri və muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektləri iştirak ediblər.

Ardını oxu...

“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında deyilir: “Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş Dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir”.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında Sahibkarlar Gününün təsis edilməsi haqqında” 21 aprel 2016-cı il tarixli Sərəncamına əsasən, hər il aprelin 25-i Azərbaycanda Sahibkarlar Günü kimi qeyd edilir. Sahibkarlar Gününün təsis olunması ölkənin sosial-iqtisadi inkişafında, məşğulluğun təmin olunmasında sahibkarların fəaliyyətinə verilən yüksək qiymətlə bərabər, sahibkarlığın, xüsusən də qeyri-neft sektorunun inkişafına dövlətimizin başçısı tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Naxçıvan Muxtar Respublikasında da bazar iqtisadiyyatı şərtlərində sahibkarlara dəstək verilməsi, işgüzar fəallığın artırılması məqsədilə vahid konfederasiya ətrafında onların könüllü ittifaqın yaradılması qarşıya qoyulmuş məqsədlər baxımından əhəmiyyətli olmuşdur. 2006-cı ildən bəri fəaliyyət göstərən Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası bu istiqamətdə davamlı çalışaraq sahibkarların uğurlu biznes fəaliyyətinə öz dəstəyini göstərir. Bu sahibkarlar arasında sənaye və ərzaq məhsulları, mebel və tikinti materialları istehsalı, tibb və ticarət xidmətləri üzrə geniş profildə fəaliyyət göstərənlər var. Muxtar respublikamızın sosial-iqtisadi inkişafına daha yaxşı töhfə vermək üçün  sahibkarları bir qurum altında birləşdirən konfederasiya öz işini günün tələbləri səviyyəsində və verilmiş tapşırıqların layiqli icrası istiqamətində qurmuşdur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən muxtar respublika sakinlərinə sürətli poçt xidmətlərinin göstərilməsi məqsədilə karqo şirkətlərinə lisenziya verilməsi istiqamətində müvafiq işlər həyata keçirilir. Görülən tədbirlər sırasında növbəti addım olaraq 19 aprel tarixində “Aras Karqo”, 21 aprel tarixində “Nurlu Karqo” və 22 aprel tarixində “Etibarlı Karqo” Məhdud Məsuliyyətli cəmiyyətlərinə rabitə xidmətləri növünün sürətli poçt xidməti altnövünü həyata keçirmək üçün xüsusi lisenziyalar təqdim olunub.

Ardını oxu...

Muxtar respublikada çoxşaxəli iqtisadiyyatın formalaşdırılması və sosial sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər “İxrac ili” elan edilmiş 2021-ci ilin ilk rübündə də davam etdirilmişdir.
2021-ci ilin ilk rübündə inkişafı xarakterizə edən əsas göstərici kimi ümumi daxili məhsul istehsalı 557 milyon 426 min 300 manat olmuşdur ki, bu da bir il öncəki göstəricidən 0,6 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,3 faiz artaraq 1207,1 manat olmuşdur. Ümumi daxili məhsulun tərkibində ilk yeri 31,4 faizlik payla sənaye sahəsi tutmuş və maddi istehsalın payı 53,9 faiz təşkil etmişdir.
2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2021-ci ilin ilk rübündə sənaye məhsulu 1 faiz, əsas kapitala yönəldilən vəsaitlər 1,1 faiz, kənd təsərrüfatı məhsulu 4,2 faiz, nəqliyyat sektorunda yük daşınması 0,8 faiz, informasiya və rabitə xidmətləri 9,9 faiz artmışdır.

Makroiqtisadi göstəricilər

*) müqayisəli qiymətlər üzrə
**) yanvar-fevral ayları göstəricisi


Sənaye

Muxtar respublikada yeni sənaye müəssisələrinin yaradılması sənayeləşmə prosesini daha da sürətləndirmiş, dinamik inkişaf qorunub saxlanılmışdır.
2021-ci ilin yanvar-mart aylarında muxtar respublikada 257 milyon 37 min 800 manat dəyərində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da bir il öncəki göstəricini 1 faiz üstələmişdir.

Ardını oxu...

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR