25 Oktyabr 2021, Bazar ertəsi

Bəşər sivilzasiyasının mədəniyyət ocağı olan Naxçıvanımız özünəməxsus təbiət gözəllikləri, zəngin flora və faunası ilə bu yurdun seyrinə gələnləri daim özünə heyran qoyur. Diyarımızın bağ-bağatlarında yetişən meyvələri, münbit torpaqlarında boyverən bitkiləri, ucu şişpapaqlı dağlarının bağrını yara-yara qaynayıb çağlayan buz bulaqları can dərmanıdır. Ekoloji saf məhsulları, gəzib-görməli yerləri, təmiz havası olan bu məkan bütün fəsillərdə bar-bəhərlərini, dillər əzbəri olan nemətlərini üzə çıxarır. Həmin nemətlər sırasında dünyanın hər  yerində məşhur olan, insanlara unudulmaz damaq dadı bəxş edən mineral bulaqlarının adı da tez-tez çəkilir.

Ardını oxu...

Muxtar respublikamızda iqtisadiyyatın dinamik inkişafını şərtləndirən əsas sahələrdən sayılan nəqliyyatın müasirləşdirilməsi daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Artan əhali tələbatına uyğun olaraq yol infrastrukturunun inkişafı ilə bağlı mühüm layihələr reallaşdırılır, yeni yollar salınır, körpülər tikilir, hava, dəmir yolu, avtomobil nəqliyyatının infrastruktur təminatı yaxşılaşdırılır, nəqliyyat sektorunun səmərəli idarə olunması təmin edilir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında ənənə halını alan “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin on beşinci tirajının qalibləri müəyyənləşib. 1 yanvar 2021-ci il tarixdən 1 iyul 2021-ci il tarixədək daha çox nağdsız ödənişlər edən muxtar respublika sakinləri tirajın nəticələrinə görə qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Naxçıvan Biznes Mərkəzində hədiyyələrin təqdim olunması ilə əlaqədar keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəis müavini, baş vergi xidməti müşaviri Fərrux Əkbərov çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 9 avqust tarixli Sərəncamı ilə “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram” təsdiq edilib və nağdsız ödənişlərin həcminin artırılması istiqamətində mühüm tapşırıqlar verilib.

Ardını oxu...

Muxtar respublikada müasir meliorasiya və irriqasiya tədbirlərinin həyata keçirilməsi, əkin dövriyyəsinə yeni torpaqların qatılması, keyfiyyətli toxum növlərinin istehsalı, məhsul istehsalçılarına güzəştli şərtlərlə kreditlərin və texnikaların verilməsi ərzaq təhlükəsizliyinin təmin olunmasına, ümumilikdə, kənd təsərrüfatının inkişafına yeni imkanlar yaratmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı” görülən işlərin davamlılığını təmin etmişdir.

Ardını oxu...

Son illər muxtar respublikamızda həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən birini kənd təsərrüfatında yüksək inkişafa nail olmaq, o cümlədən güclü aqrar-sənaye komplekslərinin yaradılması təşkil edir. Bu mənada, ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində görülən tədbirlər sırasında heyvandarlığın inkişafı mühüm yer tutur. Ailə təsərrüfatlarının yaradılması, damazlıq işinin düzgün qurulması və cins tərkibinin yaxşılaşdırılmasına yardım məqsədilə heyvandarlıqla məşğul olan fermerlərə banklar və digər kredit təşkilatları tərəfindən müxtəlif kreditlərin verilməsi təmin edilir, baytarlıq xidmətlərini müasir tələblər səviyyəsində təşkil etmək məqsədilə bu sahənin maddi-texniki təchizatının yaxşılaşdırılması istiqamətində davamlı tədbirlər görülür. Görülən işlər məhsul istehsalının artırılmasında xüsusi əhəmiyyət kəsb edir. Bunun nəticəsidir ki, kənd təsərrüfatında həyata keçirilən məqsədyönlü siyasət adıçəkilən sahənin inkişafına öz müsbət təsirini göstərir və artıq bir sıra ərzaq məhsulları ilə təminat sırf daxili istehsal hesabına həyata keçirilir.

Ardını oxu...

İnformasiya texnologiyalarının inkişafı sahəsində müəyyənləşdirilən dövlət siyasəti Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir, informasiya cəmiyyətinə keçid və elektron hökumətin formalaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. İnformasiya sistemlərinin inkişafına, informasiya təhlükəsizliyinin təmin edilməsinə, elektron hökumət, elektron imza və elektron sənəd dövriyyəsinin tətbiqinə, elektron poçt-maliyyə xidmətlərinin, internetdən istifadə səviyyəsinin artırılmasına xüsusi diqqət yetirilir. 

Ardını oxu...

Muxtar respublikada iqtisadi və sosial sahələrdə qazanılmış uğurlar 2021-ci ilin ilk yarım ilində də qorunub saxlanılmış, çoxşaxəli iqtisadiyyatın formalaşdırılması və sosial sahənin inkişafı üzrə mühüm tədbirlər həyata keçirilmişdir.

Cari ilin ilk yarım ilində ən mühüm hadisələrdən biri ölkə başçısı cənab İlham Əliyevin muxtar respublikaya səfəri olmuşdur. Ölkə başçısı səfəri zamanı Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının, Əlahiddə Ümumqoşun Ordunun Hərbi Aerodrom Kompleksinin, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının, Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının, Süni Mayalanma Mərkəzinin, Culfa-Ordubad magistral avtomobil yolunun, Ordubad şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin açılışında iştirak etmiş, “ASAN xidmət” Mərkəzinin və Ordubad Su Elektrik Stansiyasının tikintisi, Ordubad Dəmir Yolu Stansiyası ilə tanış olmuşdur. Muxtar respublikada aparılan irimiqyaslı quruculuq tədbirlərini yüksək qiymətləndirən ölkə başçısı demişdir: “Muxtar respublika hərtərəfli inkişaf edir və bu gün Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir. Əminəm ki, Naxçıvan bu liderliyi bundan sonra da saxlayacaqdır”.

Ardını oxu...

Bakı-Naxçıvan marşrutu üzrə ilk müntəzəm avtobus reysi Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola düşüb.

Dövlət Avtomobil Nəqliyyat Xidmətindən verilən məlumata görə, məcburi ehtiyacları qarşılamaq üçün sərhəddə əvvəlcədən təyin olunan məkanlarda avtobusun hərəkətinə 15-20 dəqiqə fasilə veriləcək.

Ardını oxu...

Bu barədə Muxtar Respublikanın Dövlət Nəqliyyat Xidmətindən məlumat daxil olub.

Ardını oxu...

Qarpız isti havaların ən sevimli məhsullarından sayılır. Ona görə də bazara qarpız çıxan kimi çoxumuz bu bostan məhsulundan alıb dadmaq istəyirik. Məhsulun vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil. Burada əsas diqqət yetirilməli məqam qarpızın yetişdirilməsində gübrələrdən və pestisidlərdən düzgün istifadə edilməsidir. Gübrə növləri və pestisidlər vaxtında və düzgün tətbiq edilməyəndə məhsulun böyüməsinə və məhsuldarlığına səmərəli təsir göstərmir. Məhsulun tərkibində nitrat, nitrit və yaxud pestisid qalıqlarının miqdarının çox toplanması qarpızın keyfiyyətinin pisləşməsinə, hətta zəhərlənmələrə belə, səbəb ola bilər. Qarpızda nitratların norması 60 milliqram/­kiloqram, qovunda isə 90 milliqram/kiloqram olmalıdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən karqo şirkətlərinin nümayəndələri ilə növbəti görüş keçirilib.
Dövlət Gömrük Komitəsində keçirilən görüşdə komitə sədri, gömrük xidməti general-leytenantı Səhət Həbibbəyli Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2021-ci il 6 mart tarixli Qərarına əsasən muxtar respublikada sürətli poçt xidmətlərinin təşkili, müvafiq qaydada lisenziya almış şirkətlər tərəfindən fəaliyyətin müasir dövrün tələbləri səviyyəsində təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlərdən danışıb. Karqo şirkətləri tərəfindən gömrük məqsədləri üçün məlumatların elektron qaydada təqdim olunması tələbi ilə bağlı işlərin sentyabr ayının 1-nə qədər başa çatdırılmasının zəruriliyini vurğulayan komitə sədri lisenziyasız fəaliyyətə yol verilməməsi üçün nəzarət tədbirlərinin gücləndirilməsinin əhəmiyyətini qeyd edib. Diqqətə çatdırılıb ki, sürətli poçt göndərişlərində göndərilməsinə icazə verilən, həmçinin göndərilməsi qadağan olunan mallar, sürətli poçt göndərişlərinin qablaşdırılması, göndərilən malların qəbul edilməsi, çatdırılması, sürətli poçt göndərişlərinə dair məlumatların əldə edilməsinə dair tələblər daim diqqətdə və nəzarətdə saxlanılmalıdır.

Ardını oxu...

2008-ci ildən fəaliyyət göstərən “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin əhalinin əlverişli bank xidmətlərindən daha səmərəli yararlanması üçün ötən dövrdə bankın paytaxt Bakı və Naxçıvan şəhərlərində, o cümlədən Şərur, Culfa, Ordubad, Kəngərli rayonlarında filialları istifadəyə verilib. Bankın Şahbuz rayon filialı üçün yeni binanın tikintisi də artıq başa çatıb. Hazırda binada son tamamlama işləri aparılır.
Ümumilikdə, 465 kvadratmetr sahədə yerləşən filial iki mərtəbədən ibarətdir. Binanın birinci mərtəbəsində əməliyyat, xəzinə, server, qiymətlilərin saxlanılması və gözətçi otaqları, müştəri zalı, qazanxana və foye yerləşəcək. İkinci mərtəbədə isə direktor otağı, əlavə iş otaqları və foye nəzərdə tutulub.

Xəbərlər şöbəsi

Muxtar respublikamızda pərakəndəçilik sektoru ilə bağlı mövzulara bir neçə dəfə toxunmuşuq. Bu da səbəbsiz deyil. Çünki pərakəndəçilik bu gün artıq həyatımızın bir parçasına çevrilib və bu sektor olmadan iqtisadiyyatın inkişafı mümkün deyil və əbəs yerə onu “biznesin güzgüsü” adlandırmırlar. Pərakəndəçilik sektoru istehsalçı ilə istehlakçını görüşdürən, keyfiyyətli məhsulu tanıdan, brendə çevirən, keyfiyyətsiz məhsulu isə bazardan çıxaran, ehtiyac və tələb meyarlarını müəyyənləşdirən, istehlakçılara alış-veriş (ümumilikdə isə davranış) mədəniyyətini öyrədən böyük bir sektordur. Bu həm də elə iqtisadi sektordur ki, burada yeniliklər ilbəil, aybaay yox, günbəgün baş verir. Bu da təbiidir. Ona görə ki, həyatımızda baş verən istənilən iqtisadi yeniliyi bizə bu sektor çatdırır.

Ardını oxu...

Muxtar respublikada aqrar sahənin inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması və kənd təsərrüfatı məhsullarının keyfiyyətinin yüksəldilməsi məsələləri daim diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə əsas hədəflərdən biri də ailə təsərrüfatlarının inkişaf etdirilməsindən ibarətdir.
Bazar iqtisadiyyatının tələblərinə uyğun fəaliyyət göstərən və ildən-ilə genişlənən ailə təsərrüfatlarına artan maraq muxtar respublika iqtisadiyyatının önəmli hissəsini təmin edir. Kiçik ailə təsərrüfatlarının böyüyüb gələcəkdə sahibkarlıq obyektinə çevrilməsi, onların tutduğu biznes profilləri üzrə yüksək dərəcədə ixtisaslaşıb rəqabətqabiliyyətli məhsullarla dünya bazarına çıxmasınadək keçən bütün proseslərdə ailə təsərrüfatlarına maliyyə dəstəyi və digər köməkliklər göstərilir. Ailə təsərrüfatlarına kreditlərin verilməsi, onların fəaliyyətinin stimullaşdırılması üçün sərfəli şərtlərlə xammal, avadanlıq alınması, ixrac bazarlarına çıxış üçün sərgi, yarmarka və biznes görüşlərdə iştiraklarının təmin edilməsinin diqqətdə saxlanılması bu gün öz bəhrəsini verməkdədir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti və onun yerli qurumları tərəfindən iyun ayında muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə yoxlama və monitorinqlər davam etdirilib, 3 vergiödəyicisində qanunvericiliyin pozulması faktları aşkar olunub. Belə ki, operativ vergi nəzarəti tədbirləri zamanı 1 şəxsin vergi orqanlarında uçotda durmadan fəaliyyət göstərməsi, 2 vergiödəyicisinin isə “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişindaşıma ilə məşğul olması faktları aşkarlanıb və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb. Həmçinin vergidənyayınma və dövriyyənin gizlədilməsi hallarına qarşı mübarizə məqsədilə 1 vergiödəyicisində xronometraj metodu ilə müşahidə aparılıb və müşahidəyədək olan dövriyyə ilə müqayisədə artım qeydə alınıb, nəticədə, qanunvericiliyə uyğun olaraq müəyyən olunmuş əlavə vergi məbləğinin büdcəyə ödənilməsi təmin edilib.

Naxçıvan Muxtar Respublikası
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

Muxtar respublikada müasir suvarma sistemlərinin quraşdırılması və suvarma suyundan səmərəli istifadə olunmasına nəzarət həyata keçirilir, su təsərrüfatı sistemlərinin istismarının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır.
Əkin sahələrinin suya olan tələbatını ödəmək üçün iyun ayında bir sıra tədbirlər görülmüş, su istifadəçilərinə 50,2 milyon kubmetr su verilmiş, bunun müqabilində 41 min 998 hektar torpaq sahəsi suvarılmış, 8 kilometr beton və torpaq kanal, 24 kilometr ara arxlar və 6 kilometr kollektor lildən təmizlənmiş, 11 kilometr uzunluğunda yeni suvarma boru xətti çəkilmişdir. Qeyd olunan dövrdə Şərur, Babək və Sədərək rayonlarında, ümumilikdə, 153,7 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınmışdır.

Ardını oxu...

Yaşı yüzilliklərin bağrını dələn çinarları, nostalji duyğuların cövlan etdiyi, qədim, maraqlı, klassik quruluşlu məhəllələri ilə seyrinə dalanları sehrinə salan, barlı-bəhərli bağları ilə şöhrət tapan, adı dilləri, bərəkəti elləri bəzəyən Ordubadda hansı evin qonağı olsan, bir-birindən ləziz təamlarla zəngin süfrə açılar qarşında. Qonaqpərvərliyin simvolu sayılan o süfrəyə nələr düzülər, nələr. Saymaqla bitməyən təbii məhsullar, yağ, pendir, bal, mürəbbə, paxlava, şorqoğal, şəkərbura, ballı qayğanaq və bir də ordubadlıların olmazsa olmazlardan hesab etdiyi, brend adını qazanan limon. Hələ rayon mərkəzində qocaman çinarların kölgəsində qurulan çay məkanından yolunu salsan, lap əntiqə olar. Bu zaman əlavə təmtərağa lüzum da qalmayacaq, bölgənin büllur kimi saf havasında elə armudu stəkanda çay, qənd, bir də təbii, dillər əzbəri Ordubad limonu kifayətdir ki, bu çay süfrəsi ətrafında vaxtın mənalı, söhbətin şirin, xoş əhvali-ruhiyyədə keçsin...

Ardını oxu...

Bu gün haqqında söhbət açacağımız məkan muzey kimi fəaliyyət göstərməsə də, 2017-ci ildən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamının icrası ilə bağlı ziyarət olunan obyektlər siyahısına daxil edilən Naxçıvan Biznes Mərkəzidir. Mərkəzin həmin siyahıya salınması heç də təsadüfi deyil. Çünki Naxçıvan Biznes Mərkəzini ziyarət etməklə yerli istehsal məhsullarımız, istehsalçı şirkətlər, iri holdinqlər, ailə təsərrüfatları, bir sözlə, muxtar respublika iqtisadiyyatı haqqında ətraflı məlumat əldə etmək olar. Bu “muzeyin” eksponatları isə yerli istehsal məhsullarıdır desək, yanılmarıq.

Ardını oxu...

Bura Babəkdir. Hər il geniş abadlıq-quruculuq işlərinin aparıldığı, 76 mindən çox əhalinin yaşadığı, ən ucqar dağ və sərhəd kəndlərində şəhər rahatlığının hökm sürdüyü, yeni iş yerlərinin, emal və istehsal sahələrinin yaradıldığı, aqrar sektorun dinamik inkişaf etdiyi rayon qədim Naxçıvan torpağının sosial-iqtisadi həyatında mühüm pay sahibidir. 2021-ci ilin ötən dövrü ərzində əldə olunmuş nailiyyətlər, rayonun quruculuq xəritəsinin daha da genişlənməsi bu iri yaşayış məntəqəsinə göstərilən davamlı dövlət qayğısının daha bir ifadəsidir.

Ardını oxu...

İyulun 2-də “Naxçıvan Meyvə-Tərəvəz Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin soyuducu anbarı istifadəyə verilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev bildirib ki, müasir dövrdə etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtlərindən biridir. Məhz buna görə də muxtar respublikamızda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı iqtisadi strategiyanın əsas komponenti kimi diqqət mərkəzində saxlanılır, bu istiqamətdə qəbul edilmiş mühüm Dövlət proqramları ilə konkret inkişaf istiqamətləri müəyyənləşdirilib. Ötən dövr ərzində kompleks tədbirlər çərçivəsində yeni emal müəssisələrinin yaradılması, məhsul istehsalçılarına dövlət maliyyə yardımlarının göstərilməsi, istehsal olunan məhsulların saxlanılması və satışının təşkilinə şərait yaradılması, yeni satış bazarlarının təşviqi bu sahədə iqtisadi aktivliyi əhəmiyyətli dərəcədə artırıb.

Ardını oxu...

Muxtar respublikada quruculuq tədbirlərinə start veriləndən qədim diyarımızın kənd yaşayış məntəqələri öz simasını əsaslı surətdə dəyişib. Hər il ayrı-ayrı ünvanlarda müxtəlif təyinatlı obyektlər inşa olunur, mövcud obyektlər yenidən qurulur, onların maddi-texniki bazaları gücləndirilir.

Ardını oxu...

Muxtar respublikada həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsi olaraq aqrar sektorun bütün sahələrində ciddi irəliləyişə nail olunmuş, bütün növ kənd təsərrüfatı, o cümlədən heyvan mənşəli məhsulların istehsalı davamlı artmış, məhsul bolluğu yaradılmışdır. Baytarlıq təbabəti sahəsində görülən işlər, yeni heyvandarlıq təsərrüfatlarının yaradılması, əlverişli yem bazası və ixtisaslı kadrlarla təminat heyvandarlığın inkişafına yeni imkanlar yaratmışdır.

Cari ilin yanvar-may aylarında 14 heyvandarlıq təsərrüfatının yaradılması, 5 heyvandarlıq təsərrüfatının genişləndirilməsi başa çatdırılmış, 10 heyvandarlıq təsərrüfatının yaradılması, 1 heyvandarlıq kompleksinin yenidən qurulması və 3 heyvandarlıq təsərrüfatının genişləndirilməsi davam etdirilmişdir. Bank və kredit təşkilatları tərəfindən cari ilin yanvar-may aylarında bu sahəyə 6 milyon 11 min 700 manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 55,8 faiz çoxdur.

Ardını oxu...

İyunun 18-də Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq yeni Külək-Günəş Hibrid Elektrik Stansiyası istifadəyə verildi. Elektrik enerjisinə olan tələbatın 50 faizdən çoxunun bərpa olunan enerji mənbələri hesabına ödənilən muxtar respublikada yeni tip stansiyanın quraşdırılması həm də qədim diyarda innovativ layihələrin həyata keçirilməsi baxımından diqqət çəkir. 

Məlum olduğu kimi, külək enerjisi bərpa olunan enerji olaraq son dövrlər geniş yayılıb. Xüsusilə külək enerjisi digər alternativ enerji mənbələri olan günəş, hidroenergetika, geotermal və biokütlə enerjisindən özünün maya dəyərinə, ekoloji təmizliyinə və tükənməzliyinə görə ən sərfəlisi hesab olunur. Həmçinin külək qurğularının inşasına ənənəvi elektrik stansiyalarının qurulmasına nisbətən daha az vaxt sərf olunur. Bundan başqa, külək, əslində, istənilən ölkənin malik olduğu daimi təbii enerji mənbəyidir. Külək enerjisindən istifadə olunması energetikanın daha tez inkişaf edən sahələrindən biridir. Təsadüfi deyil ki, hazır­da Danimarka, Portuqaliya, Avstraliya, İrlandiya, İspaniya və Almaniya kimi ölkələrdə bu tip enerji mənbələrindən istifadə daha geniş yayılıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi muxtar respublikada fəaliyyət göstərən kənd təsərrüfatı məhsulları istehsalçılarının nəzərinə çatdırır ki, tələbatdan artıq istehsal etdikləri meyvə və tərəvəz məhsullarını soyuducu anbarlara sata və ya icarə əsasında saxlaya bilərlər. Məhsulların tədarükünə 2021-ci il 15 iyul tarixdən başlanılacaq və dəyəri “Naxçıvan Meyvə-Tərəvəz Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən nağd formada ödənilməklə aşağıdakı qiymətlərlə qəbul olunacaqdır:

Məlumat üçün bildirilir ki, məhsulların mövsümi istehsal dövrünü nəzərə alaraq daxili bazarın qorunması, istehsalçıların stimullaşdırılması və anbarların fəaliyyətinin tənzimlənməsi məqsədilə tədarük dövrü kartof məhsulu üzrə iyul ayının 15-dən və digər məhsullar üzrə isə məhsulların tam yetişmə dövrünə uyğun olaraq həyata keçiriləcəkdir. Həmçinin istehsalçıların nəzərinə çatdırılır ki, aşağıdakı siyahıda qeyd olunmuş soyuducu anbarlara tələbatdan artıq istehsal etdikləri meyvə və tərəvəz məhsullarını sata və ya anbarların boş qalan həcmləri qədər məhsulların icarə əsasında saxlanılmasını həyata keçirə bilərlər.

Ardını oxu...

Hələ orta əsrlərdə səyyahların “meyvə cənnəti” adlandırdıqları Naxçıvanda meyvəçilik əhalinin əsas məşğuliyyət sahələrindən biridir. Münbit torpaq-iqlim şəraiti burada müxtəlif meyvələrin yetişdirilməsinə, bol və yüksəkkeyfiyyətli məhsul əldə etməyə imkan verir. Sağlam qidalanmada mühüm rol oynayan, zəngin vitaminli meyvələrə muxtar respublikamızın hər bir bölgəsində rast gəlmək olar. Belə bölgələrimizdən biri də vaxtilə ümummilli lider Heydər Əliyevin “Azərbaycanın incisi” adlandırdığı Ordubad rayonudur. Bağlar diyarı kimi tanınan bu bölgəmiz ta qədimdən dadlı-tamlı meyvələri ilə xüsusilə seçilib və hətta bir neçə xarici ölkədə həmin meyvələrlə sərgilərdə iştirak edib. Başlıca məşğuliyyət sahəsi kimi meyvəçilik bu gün də Ordubadda inkişaf etdirilir.

Ardını oxu...

Muxtar respublikamızda bu istiqamətdə həyata keçirilən tədbirlər bəhrələrini verməkdədir


Bu il də muxtar respublikanın torpaq mülkiyyətçilərinin çəkdikləri zəhmət hədər getməyib. Günü-gündən yetişdirilib ərsəyə gətirilən kənd təsərrüfatı məhsulları dükan-bazarlarımızı, ticarət obyektlərimizi zənginləşdirməkdədir. Bu zənginliyi yaradan insanlar onlara göstərilən dövlət qayğısının davamlı olduğunu görərək həvəslə çalışır, daha çox məhsul istehsal etməyə səy göstərirlər. 

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Qida Sınaq Laboratoriyası ən müasir avadanlıqlarla yüksəkkeyfiyyətli xidmət göstərir. Həmin laboratoriyada ərzaq məhsullarının keyfiyyət və təhlükəsizlik göstəricilərinin milli və beynəlxalq standartların tələblərinə uyğun olaraq müayinələri aparılır.

Ardını oxu...

“2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar ötən ay Şərur rayonu ərazisində 474,6 hektar meyvə bağı və 100,71 hektar meşə zolağı plana alınaraq xəritələşdirilmişdir.
“Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq Culfa rayonunun Əbrəqunus, Şahbuz rayonunun Qızıl Qışlaq kənd­lərində ailə təsərrüfatlarında əkinlərin əkin atlaslarına əsasən keçirilməsinə nail olunması və torpaqlardan səmərəli istifadə edilməsi məqsədilə muxtar respublikanın aid qurumlarının birgə təşkilatçılığı və rayon İcra Hakimiyyəti başçılarının yerlərdəki nümayəndələrinin, bələdiyyələrin, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin, o cümlədən ailə və fermer təsərrüfatlarının nümayəndələrinin iştirakı ilə maarifləndirici tədbirlər keçirilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən sosial-iqtisadi islahatlar elektron ticarətin inkişafına da müsbət təsir göstərmişdir ki, nəticə etibarı ilə istehlakçılar tərəfindən ölkəmizin digər bölgələrindən, eləcə də xaricdən məhsul sifarişində və daşınmasında  intensivlik artmışdır. Bütün bunlar isə muxtar respublikada karqo şirkətlərinə  yaradılan şəraitin hesabına  məhsulların sifarişinin və daşınmasının sərfəli olması ilə əlaqədardır.  Eyni zamanda, onlayn alış-verişin rahatlığı, vaxta qənaət və çeşid bolluğu kimi faktorlar da eelektron ticarətin inkişafını sürətləndirən amillərdəndir.  Məhsulların daşınması isə karqo şirkətləri tərəfindən həyata keçirilir. Həmçinin, karqoların üstün cəhətlərindən biri də yaşayış yeri üzrə sifariş verən hər bir kəsin sadəcə kuryer xidmətindən yararlanaraq, bağlamalarının bir başa istənilən ünvana çatdırılmasıdır. Elektron ticarətin inkişafı  rəqabətin artması ilə yanaşı, eyni zamanda  yeni karqo şirkətlərinin yaranmasına da zəmin yaradır.

Ardını oxu...

İyunun 24-də Ukrayna-Azərbaycan İşgüzar Şurasının yaradılması haqqında Kiçik və Orta Biznesi İnkişafı Agentliyi “KOBİA” və Ukraynanın Ticarət və Sənaye Palatası arasında saziş imzalanıb və şuranın ilk iclası keçirilib. KOBİA və Ukraynanın Ticarət və Sənaye Palatasının təşəbbüsü ilə yaradılmış şurada iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 70-dən çox iş adamı və dövlət qurumlarının nümayəndələri təmsil olunub.

Ardını oxu...

Sənaye hər bir ölkədə iqtisadiyyatın aparıcı sahəsi hesab olunur. Milli iqtisadiyyatımızın hazırkı dövründə mövcud sənaye imkanlarından maksimum yararlanmaq, dinamik məhsul istehsalında dayanıqlılığı təmin etmək məqsədilə yeni istehsal müəssisələrinin yaradılması qarşıda duran əsas vəzifələrdəndir. Cari ilin yanvar-may aylarında iqtisadiyyatın əsasını təşkil edən sənayenin inkişaf etdirilməsi üçün rəqabətqabiliyyətli müasir istehsal sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində mövcud layihələrin icrası davam etdirilmiş, bu istiqamətdə stimullaşdırıcı tədbirlər həyata keçirilmişdir. Bu sahədə mühüm malların istehsalının təmini muxtar respublikada sənayenin iqtisadiyyatda xüsusi çəkisini qoruyub saxlamışdır. Təsadüfi deyil ki, Naxçıvanda yaradılan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Bu ilin beş ayı ərzində sənaye üzrə 459 milyon 458 min 500 manat həcmində məhsul istehsal edilmişdir ki, bu da 2020-ci ilin müvafiq dövründəki göstəricini 1 faiz üstələmişdir.

Ardını oxu...

Muxtar respublikamızda bu istiqamətdə həyata keçirilən tədbirlər bəhrələrini verməkdədir


Bu il də muxtar respublikanın torpaq mülkiyyətçilərinin çəkdikləri zəhmət hədər getməyib. Günü-gündən yetişdirilib ərsəyə gətirilən kənd təsərrüfatı məhsulları dükan-bazarlarımızı, ticarət obyektlərimizi zənginləşdirməkdədir. Bu zənginliyi yaradan insanlar onlara göstərilən dövlət qayğısının davamlı olduğunu görərək daha həvəslə çalışır, daha çox məhsul istehsal etməyə səy göstərirlər. 

Həyata keçirilən tədbirlərin ifadəsi kimi, qeyd etmək yerinə düşər ki, cari ilin ilk rübündə muxtar respublikada 31 milyon 270 min 400 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Bu isə əvvəlki illə müqayisədə 4,2 faiz çox deməkdir. Bəhs olunan dövrdə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olanlara dövlət qayğısı davam etdirilib, onlara, ümumilikdə, 4 milyon 156 min 800 manat məbləğində kredit verilib. Bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,7 faiz çox deməkdir.

Ardını oxu...

Muxtar respublikada aparıcı əkinçilik sahəsinə çevrilən taxılçılığın inkişafı və bu istiqamətdə kompleks tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılır. “Naxçıvan Aqro­lizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə müasir kənd təsərrüfatı texnikaları və texnoloji avadanlıqlar gətirilir, meliorasiya-irriqasiya işləri aparılır, taxılçılara güzəştli şərtlərlə kreditlər verilir, onlar yüksək reproduksiyalı toxum sortları ilə təchiz olunur, taxıl anbarları qurulur və ya mövcud olan anbarların sahələri genişləndirilir. Ona görə də ilbəil əkin sahələri genişləndirilir, məhsul istehsalı artır, daxili bazarın yerli taxılla təminat səviyyəsi gücləndirilir.

Ardını oxu...

Əhalinin sağlamlığının və alıcılıq qabiliyyətinin qorunub saxlanılması, keyfiyyətli yerli məhsulların istehsalının təşviqi Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qarşısına qoyulmuş mühüm və təxirəsalınmaz vəzifələrdəndir.

May ayında da məhsul göstəricilərinin texniki normativ-hüquqi aktların, standartların və texniki şərtlərin tələblərinə uyğunluğu diqqətdə saxlanılmış, ümumilikdə, məhsul nümunələrinin 91 halda, o cümlədən qida məhsullarının 77 halda keyfiyyət göstəriciləri üzrə laboratoriya sınağı aparılmış və bu istiqamətdə nöqsan aşkar edilməmişdir.
Yüksəkkeyfiyyətli bal və digər arıçılıq məhsulları gəlirliliyinə və faydalılığına görə aqrar sahədə mühüm yer tutur. Ötən ay Kəngərli rayonunun Çalxanqala, Şahbuz rayonunun Sələsüz kəndlərində arıçılıq məhsulları istehsalçıları ilə maarifləndirmə xarakterli görüşlər keçirilmiş, müvafiq standart üzrə bal məhsulunun tərkibində saxarozanın və nəmliyin yolverilən həddinə dair məlumatlar çatdırılmışdır.

Ardını oxu...

Muxtar respublikanın yaşayış məntəqələrinin və istehsal sahələrinin təbii qazla təminatını həyata keçirmək üçün Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətində təsdiq olunmuş iş planına əsasən ardıcıl tədbirlər görülür.
May ayında muxtar respublikanın şəhər və rayonlarından daxil olan müraciətlərə əsasən “Naxçıvanqaz Servis” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 83 mənzil və müxtəlif təyinatlı obyektlər qazlaşdırılmışdır ki, bunun 81-i əhali, 2-si qeyri-əhali abonentdir.

Ardını oxu...

Muxtar respublikada 2021-ci ilin yanvar-may aylarında 1 milyard 24 milyon 906 min 300 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,4 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz artaraq 2218,9 manata çatmışdır.

***

Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 459 milyon 458 min 500 manat dəyərində məhsul istehsal edilmişdir ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz çoxdur.

Ardını oxu...

Muxtar respublikanın bütün bölgələrində, o cümlədən sərhəd bölgəsi Sədərək rayonunda taxıl biçininə başlanılıb.

 2021-ci ilin məhsulu üçün Sədərək rayonunda 2 min 291 hektar sahədə taxıl əkilib. Bu günə qədər 525 hektar sahədən 1883 ton taxıl tədarük olunub. Sahələrdə əkinin şırım üsulu ilə aparılması, normalara uyğun gübrə verilməsi taxılın vegetasiya dövründə daha yaxşı inkişafına və məhsuldarlığın artmasına səbəb olub.

Ardını oxu...

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 12 iyun tarixli Sərəncamına əsasən hər il iyunun 20-si Qaz Təsərrüfatı İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.
Ümummilli liderimiz Heydər Əliyev ötən əsrin 70-ci illərindən başlayaraq ölkəmizdə enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində mühüm qərarlar qəbul etmiş, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində kompleks tədbirlər görülmüşdür. 1980-ci ildə Naxçıvan Muxtar Respublikasına yüksəktəzyiqli qaz xətti çəkilmiş, yaşayış məntəqələrinin 52 faizi mavi yanacaqla təmin edilmişdir. Lakin ötən əsrin 90-cı illərində Ermənistanın işğalçılıq siyasəti nəticəsində muxtar respublika blokada vəziyyətinə düşmüş, bütün kommunikasiya xətləri kəsilmiş, o cümlədən qazın ötürülməsi dayandırılmışdı. Uzun fasilədən sonra 2005-ci ildə Naxçıvan Muxtar Respublikasına təbii qazın verilməsi bərpa edilmiş və yaşayış məntəqələri tam qazlaşdırılmışdır. Hazırda muxtar respublikada 91 min 817 qaz istehlakçısı vardır ki, bundan 88 min 989-u əhali, 2828-i isə qeyri-əhali abonentdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında gömrük infrastrukturunun yenilənməsi və maddi-texniki bazanın müasir tələblər səviyyəsində qurulması istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsi üçün inşa olunan müasir kompleksdə son tamamlama işləri başa çatıb. Ölkəyə giriş istiqamətində 15 metr hündürlüyündə bayraq dirəyi quraşdırılıb, kompleksin girişində Azərbaycan və ingilis dillərində müasir görkəmdə “Gömrük” sözləri yazılıb. Keçid zolaqları və dayanacaq yerləri üzrə asfalt örtük üzərində xətləmə və işarələmə işləri görülüb,  abadlıq və yaşıllaşdırma işləri başa çatdırılıb.

Sərhəd və gömrük xidmətinin yüksək səviyyədə təşkilinə imkan verəcək kompleksdə inzibati bina, sürətli keçid üçün VİP və CİP xidmətləri binası, yüklərin rəsmiləşdirilməsi binası, kinoloji xidmət, yoxlama-baxış sistemləri bölməsi, yeməkxana və yardımçı tikililər yerləşir. Kompleksin ümumi sahəsi 104 min kvadratmetrdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşları ilə birgə Naxçıvan şəhər Əliabad qəsəbəsində ailə təsərrüfatı başçıları, aqrar sahədə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin iştirakı ilə bu sahənin inkişafı üçün qəbul olunmuş Dövlət proqramlarında qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində müşavirə keçirilib. Müşavirəni Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Anar Axundov açıb.

Ardını oxu...

Qədim Naxçıvan torpağı yeraltı və yerüstü sərvətləri, əvəzolunmaz nemətləri ilə zəngindir. Bu diyarın havası, suyu, torpağında bitən bitkiləri, necə deyərlər, dərdlərə dərman, qəlblərə məlhəmdir. Bir sözlə, Tanrı bu diyara bir-birindən dəyərli, faydalı qazıntılar bəxş edib. Bu nemətlər arasında duzun xüsusi yeri var.
Duz istehsalı Naxçıvanın tarixən özünəməxsus məşğulluq sahələrindən biridir. Daim Naxçıvan duzuna böyük tələbat olmuş, duzumuz dünyanın müxtəlif ölkələrinə göndərilmişdir. Əvvəllər Duzdağda duz açıq üsulla çıxarılırdısa, XX əsrin əvvəllərindən duzun sənaye üsulu ilə hasilatına başlanılmışdır. 1990-cı illərin sonunadək duz sənaye üsulu ilə çıxarılıb emal edilsə də, şaxtada və sexlərdə mövcud olan texnoloji avandanlıqlar müasir tələblərə cavab vermirdi. Nəticədə, duz çıxarılarkən səmərəlilik aşağı olur, normadan artıq itkilərə yol verilir, yüksəkkeyfiyyətli xörək duzu istehsal etmək mümkün olmurdu.

Ardını oxu...

Muxtar respublikada suvarma mövsümünün mütəşəkkil keçirilməsi diqqət mərkəzindədir. Əkin sahələrinin suya olan tələbatını ödəmək üçün may ayında bir sıra tədbirlər görülmüş, 15 kilometr beton və torpaq kanal, 20,4 kilometr ara arxlar, 8 kilometr kollektor lildən təmizlənmiş, 5 kilometr yeni suvarma boru xətti, 1,1 kilometr yeni qapalı drenaj xətti çəkilmişdir.
Torpaq sahələrini sel sularının zərərli təsirindən qorumaq üçün Arpaçay və Sirab selovlarında, Arpaçay sol sahil kanalı ərazisində, ümumilikdə, 900 metr selə qarşı istiqamətləndirici bənd salınmışdır.
Muxtar respublikanın mövcud su anbarlarında cari ilin əvvəlindən 229,4 milyon kubmetr su ehtiyatı toplanmış, su istifadəçilərinə may ayı ərzində 64,6 milyon kubmetr su verilmiş, bunun müqabilində 54 min hektar torpaq sahəsi suvarılmışdır.

Ardını oxu...

Şərur rayonunda tədarük edilən meyvə və tərəvəz məhsulunun bir hissəsi hərbi hissələrə milli ordumuzun əsgərlərinə göndərilir.

Ardını oxu...

Tədqiqatlarda müasir yanaşma üsullarının tətbiqinə üstünlük verilir

Torpaq insan həyatında mühüm əhəmiyyət kəsb edən təbii ehtiyat, bir sıra təsərrüfat sahələrinin inkişafında qiymətli sərvətdir. Ona görə də torpağın qayğısına qalınmalı, bütün insanlar onu göz bəbəyi kimi qorumalıdır. Dövlətimiz də torpaqların qorunması üçün məqsədyönlü tədbirlər həyata keçirir. Belə tədbirlərin tərkib hissəsi kimi aparılmış torpaq tədqiqatlarının hamısı bu qiymətli sərvətin qorunmasına və münbitliyinin artırılmasına xidmət edib və etməkdədir.

Ardını oxu...

Füzuli beynəlxalq hava limanında uçuş-enmə zolaqlarında işlər sentyabrın 5-nə kimi tamamlanacaq və ilk test uçuşu həyata keçiriləcək

AZAL-ın nümayəndəsi Valeh Əmiraslanov Füzulidə jurnalistlərə açıqlamasında bildirib ki, hava limanının tikintisi yanvar ayının 14-dən başlamışdı:

“Bu müddətə kimi geniş füzelajlı hava gəmilərinin qəbul olunması üçün uzunluğu 3 km, eni 60 metr olan uçuş zolağının torpaq yatağı tamamlanıb, hazırda isə asfalt-beton örtüklü layın tikintisi, sahəsi 60 min kvadrat metr olan, 8 hava gəmisini saxlaya biləcək peronun tikintisinin torpaq yatağı tamamlanmaq üzrədir. Teminal binasında dəmir-beton konstruksiyası işləri 100 faiz tamamlanıb, dəmir-metal konstruksiyanın quraşdırılması həyata keçirilir, italiya istehsalı olan dam örtüyü sifariş verilib və Azərbaycana gətirilib, fasad elementləri Türkiyədən sifariş verilib və gətirilmək üzrədir.

Hava hərəkətinin idarə edilməsi üçün qüllənin tikintisinin dəmir-beton konstruksiya hissəsinin quraşdırılması davam edir və bir həftəyə tamamlanacaq. Avadanlıqlar hamısı Avropa istehsalıdır, testdən keçirilib və Bakıya gətirilib. Sahədə isə beton özüllərin hazırlanıb quraşdırılmasına bu ayın sonundan başlanılacaq. Uçuş-enmə zolaqları sentyabrın 5-nə kimi tamamlanacaq və ilk test uçuşu həyata keçiriləcək”.

 

 

 

Füzuli beynəlxalq hava limanında uçuş-enmə zolaqlarında işlər sentyabrın 5-nə kimi tamamlanacaq və ilk test uçuşu həyata keçiriləcək

AZAL-ın nümayəndəsi Valeh Əmiraslanov Füzulidə jurnalistlərə açıqlamasında bildirib ki, hava limanının tikintisi yanvar ayının 14-dən başlamışdı:

“Bu müddətə kimi geniş füzelajlı hava gəmilərinin qəbul olunması üçün uzunlu 3 km, eni 60 metr olan uçuş zolağının torpaq yatağı tamamlanıb, hazırda isə asfalt-beton örtüklü layın tikintisinə, sahəsi 60 min kvadrat metr olan, 8 hava gəmisini saxlaya biləcək peronun tikintisinin torpaq yatağı tamamlanmaq üzrədir. Teminal binasənda dəmir-beton konstruksiyası işləri 100 faiz tamamlanıb, dəmir-metal konstruksiyanın quraşdırılması həyata keçirilir, italiya istehsalı olan dam örtüyü sifariş verilib və Azərbaycana gətirilib, fasad elementləri Türkiyədən sifariş verilib və gətirilmək üzrədir.

Hava hərəkətinin idarə edilməsi üçün qüllənin tikintisinin dəmir-beton konstruksiya hissəsinin quraşdırılması davam edir və bir həftəyə tamamlanacaq. Avadanlıqlar hamısı Avropa istehsalıdır, testdən keçirilib və Bakıya gətirilib. Sahədə isə beton özüllərin hazırlanıb quraşdırılmasına bu ayın sonundan başlanılacaq. Uçuş-enmə zolaqları sentyabrın 5-ə tamamlanacaq və ilk test uçuşu həyata keçiriləcək”.

 

 

 

Gənclər arasında maliyyə savadlılığının artırılması, eləcə də bank və sığorta sistemində karyera qurmağı arzulayan tələbələrə dəstək olmaq məqsədilə cari il mart ayının 3-də “Naxçıvanbank” və “Naxçıvansığorta” ASC-lər və Naxçıvan Dövlət Universitetində, mart ayının 4-də isə “Naxçıvan” Universitetində “Bankçılıqda ilk addım və sıgortanın mahiyyəti” adlı müsabiqə xarakterli təlim olub.
Təlimdə “Naxçıvanbank” və “Naxçıvansığorta” ASC-nin peşəkar heyəti müxtəlif mövzulara toxunaraq tələbələri bank və sığorta sektoru ilə tanış edib, onlara bir sıra praktik biliklər və tövsiyələr verib. Layihənin müzakirə xarakterli ikinci hissəsində isə əvvəlcə tələbələrin sualları cavablandırılıb, onların dinləmə, analiz və nitq qabiliyyətini dəyərləndirəcək suallar ünvanlandırılıb. Təlimin sonunda 200 iştirakçı arasından fərqlənən 15 tələbə seçilərək “Naxçıvanbank” və “Naxçıvansığorta” ASC-də 15 günlük praktik təcrübə keçmək şansı əldə edib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində hüquq-mühafizə orqanlarında çalışan maliyyə və mühasibatlıq işçilərinin iştirakı ilə “Büdcə təşkilatlarında uçot və hesabat” adlı təlim keçirilib. Təlimə Naxçıvan Muxtar Respublikası Prokurorluq, Hərbi Prokurorluğu, Fövqəladə Hallar Nazirliyi, İnzibati Məhkəmə, Ağır Cinayətlər Məhkəməsi və Ali Məhkəmədə çalışan 12 mütəxəssis cəlb olunub.

Ardını oxu...

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR