26 Yanvar 2021, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikasının Azərbaycanın coğrafi əmək bölgüsündə çox əhəmiyyətli yeri vardır. Belə ki, muxtar respublikada müəyyən növ məhsullarda ixtisaslaşma getmiş, gələcək üçün perspektivlər inkişaf etdirilmişdir. Naxçıvanın iqtisadi inkişaf dinamikasının planlaşması üçün region iqtisadiyyatının formalaşması və tarixi xüsusiyyətlərinin araşdırılmasına xüsusi diqqət göstərilir. Muxtar respublikanın sosial-iqtisadi inkişaf tarixinə nəzər saldıqda 2 mərhələni, ayrıca qeyd etməliyik. 

Ardını oxu...

Türkiyə şirkətləri işğaldan azad edilmiş ərazilərdə tekstil fabriklərinin qurulması üçün ilkin mərhələdə 50 milyon dollar investisiya qoymağı nəzərdə tutur.

Bunu Bakıda səfərdə olan Türkiyə Cümhuriyyətinin Tüm Kalkınma İş Adamları və Girişimcilər Dərnəyinin İdarə Heyətinin sədri İlhami Öztürk deyib.

O qeyd edib ki, rəhbərlik etdiyi qurum bir çox sahələrdə fəaliyyət göstərir, lakin ilk mərhələdə tekstil sahəsinə yatırım etmək nəzərdə tutulur.

İ.Öztürk bildirib ki, digər sahələrdə hansı fəaliyyətlərin göstəriləcəyi Azərbaycandakı müzakirələrdən sonra müəyyən ediləcək.

 

 

 

Muxtar respublikada alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə xüsusi diqqət yetirilir, gələcək perspektivlər də nəzərə alınaraq yeni günəş və su elektrik stansiyaları inşa olunur. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, blokada şəraitində olan muxtar respublikada elektrik enerjisinə olan tələbat yerli istehsal hesabına ödənilməklə yanaşı, həm də ixrac imkanları yaranıb. “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Pro­qramı”na uyğun olaraq muxtar respublikada bu sahədə aparılan işlər hazırda uğurla davam etdirilir. Muxtar respublikada ilk dəfə olaraq Culfa rayonunda yeni Külək-Günəş Hibrid Elektrik Stansiyası tikilir. Burada 3400 ədəd 280 vatt gücündə günəş panellərindən və 5 ədəd 10 kilovat gücündə külək generatorundan, 50 kilovat gücündə 20 günəş və 10 kilovat gücündə olan 5 külək invertorlarından istifadə ediləcək.

Ardını oxu...

Qədim yaşayış və mədəniyyət mərkəzlərindən olan Naxçıvanda tarixi keçmişimizi əyani şəkildə əks etdirən abidələrin qorunması, yaşadılması istiqamətində hər il genişmiqyaslı işlər görülür, tarixi tikililər, türbələr, məscid və ziyarətgahlar bərpa olunur, onlara ikinci həyat verilir. Hazırda Babək rayonunun Cəhri qəsəbəsindəki tarixi Heydərxanlı məscidi də özünün orijinal layihəsi əsasında yenidən inşa olunur. İbadət ocağı ikimərtəbəli olacaq. Birinci mərtəbə kişilər, ikinci mərtəbə isə qadınlar üçün nəzərdə tutulub. Məscidin minarəsi 19 metr olacaq və burada axund otağı da yaradılacaq.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti və onun yerli orqanları tərəfindən dekabr ayında muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə yoxlama və monitorinqlər davam etdirilib, 6 vergiödəyicisində qanunvericiliyin pozulması faktları aşkar olunub. Belə ki, operativ vergi nəzarəti tədbirləri zamanı 1 vergiödəyicisində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması, 1 vergiödəyicisində malların təqdim edilməsi zamanı qaimə-faktura təqdim edilməməsi, 1 şəxsin vergi orqanlarında uçotda durmadan fəaliyyət göstərməsi, 3 vergiödəyicisində isə “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişindaşıma ilə məşğul olması faktları aşkarlanıb və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.

Naxçıvan Muxtar Respublikası
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

Muxtar respublikada meliorasiya və irriqasiya sistemlərinin yenidən qurulması sahəsində tədbirlər davam etdirilir. Torpaq sahələrinin suvarma suyu ilə təmin olunması, əhalinin içməli su təchizatının yaxşılaşdırılması, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması üçün dekabr ayında da işlər davam etdirilmiş, sudan səmərəli istifadəyə nəzarət artırılmışdır. Muxtar respublika üzrə ötən ay su istifadəçilərinə 11,9 milyon kubmetr suvarma suyu verilmiş, bunun müqabilində 9 min 682 hektar torpaq sahəsi suvarılmışdır.

Ardını oxu...

Artıq bir neçə ildir ki, muxtar respublikamızda aqrar sahəni əhatə edən yeni istehsal obyektlərinin qurulması, eləcə də islahatların uğurla reallaşdırılması bir sıra yerli qida məhsullarının ixracına da səbəb olub. İstehsal olunan məhsullar daxili bazarı zənginləşdirərək idxaldan asılılığı aradan qaldırmaqla yanaşı, sakinlərin ilin bütün fəsillərində təbii, sağlam qidalar qəbul etməsinə də geniş imkanlar açıb. Ölkədə və dünyada qlobal proseslərin, xəstəliklərin tüğyan etdiyi 2020-ci ildə də muxtar respublika kənd təsərrüfatı sahəsində daim inkişaf tempi ilə diqqəti çəkib, ötən il də aqrar yönümlü kompleks tədbirlər görülüb, əkinəyararlı torpaq sahələrinin səmərəli istifadəsi diqqətdə saxlanılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı” təsdiq edilib ki, bu da qarşıdakı dövrdə aqrar sahədə daha böyük canlanma proseslərinə yol açacaq.

Ardını oxu...

Muxtar respublikada daşınmaz əmlakın qeydiyyatı və torpaqlardan səmərəli istifadəyə nəzarət dekabr ayında da diqqətdə saxlanılmış, bir sıra tədbirlər həyata keçirilmişdir.
Torpaqların elektron kadastr uçotunun aparılması üçün Culfa bələdiyyəsi üzrə reyestr məlumatları yeni xəritələrin üzərinə köçürülmüş, torpaq reyestrində saxlanılan məlumatlarla uyğunluğu yoxlanılmışdır. Sədərək rayonu üzrə həyətyanı və pay torpaq sahələrinə dair məlumatların miqrasiyası başa çatdırılmış, elektron kadastr xəritəsi tərtib edilmişdir.
Əkin atlaslarına uyğun əkinlərin aparılmasına nail olunması, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin icarəyə verilməsi zamanı qanunvericiliyin tələblərinə əməl edilməsi məqsədilə Culfa, Şahbuz və Kəngərli rayonlarında maarifləndirici tədbirlər keçirilmişdir. Şahbuz rayonunun Şahbuz, Nursu, Türkeş, Keçili və Mahmudoba bələdiyyələri üzrə yenilənmiş torpaqların qida maddələri ilə təmin­olunma kartoqramları müvafiq bələdiyyələrə təqdim olunmuş, onlara kartoqramlardan istifadə qaydaları izah edilmişdir.

Ardını oxu...

Muxtar respublikada həyata keçirilən dövlət gənclər siyasətinin mühüm istiqamətlərindən biri də gənclərin sosial problemlərinin həlli və mənzil şəraitinin yaxşılaşdırılmasıdır. Son illər təkcə Naxçıvan şəhərində ümumi mənzil sayı 900-ə yaxın olan 21 yaşayış binası tikilib istifadəyə verilmiş, gənclərin ipoteka kreditləri ilə mənzil sahibi olmalarına şərait yaradılmışdır. Bu tədbirlər paytaxtla yanaşı, muxtar respublikamızın rayonlarında da ardıcıl şəkildə davam etdirilməkdədir. Ötən ilin əvvəllərindən başlayaraq Şahbuz rayonunda gənc ailələrin mənzillərlə təmin edilməsi üçün inşa olunan yeni yaşayış binasında işlər yekunlaşdırılır.

Ardını oxu...

Ümumi daxili məhsul istehsalı bir ölkənin sərhədləri çərçivəsində müəyyən bir zaman ərzində, əsasən, illik olaraq istehsal edilən son məhsulların və xidmətlərin ümumi məcmusudur. Davamlı inkişaf edən ölkə­lərin təcrübəsi göstərir ki, ümumi daxili məhsul istehsalında sənaye sahəsi özünün liderliyini qoruyub saxlayır. Bunun da təbii səbəbləri var. Çünki bu gün istifadə olunan ərzaq və qeyri-ərzaq məhsullarının böyük bir qismi sənaye istehsalı mərhələsindən keçdikdən sonra istehlakçıya çatdırılır.

Ardını oxu...

Muxtar respublikamızın nail olduğu sosial-iqtisadi inkişaf bütün bölgələrimizə müasir görkəm gətirib. Bu inkişafı şərtləndirən amillərdən biri də genişmiqyaslı, həyatımızın hər bir sahəsini əhatə edən tikinti-quruculuq tədbirləridir. O da qeyd olunmalıdır ki, ilbəil quruculuq tədbirlərinin həcmi ilə yanaşı, coğrafiyası da genişlənir. Belə tədbirlər Şərur rayonunu da əhatə edib. Son illərdə bölgədə aparılan tikinti-quruculuq işləri rayon sakinlərinə göstərilən dövlət qayğısının ifadəsi olmaqla yanaşı, şərurluların qurub-yaratmaq əzminə də öz təsirini göstərib.

Ardını oxu...

Yanvarın 4-də Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.

 Şuranın Katibliyidən  verilən məlumata görə, iclasda aidiyyəti qurumların müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.

 Dövlət Neft Şirkəti (SOCAR) Şuraya müraciət edərək ölkədə təbii qazın, Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılmasını təklif edib. 

Ardını oxu...

Ötən il muxtar respublikanın xarici ticarət dövriyyəsi 450 milyon 839 min Amerika Birləşmiş Ştatları dolları təşkil edib. Ticarət əməliyyatlarının 86 faizi, yaxud 387 milyon 540 min ABŞ dolları ixracın payına düşüb, müsbət saldo yaranıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən kompleks tədbirlərin nəticəsi olaraq 2020-ci ildə əhalinin məşğulluq səviyyəsi artıb, muxtar respublika üzrə 943 yeni iş yeri açılıb.

Ardını oxu...

Naxçıvan şəhəri, Xətai küçəsindəki mərkəzi bazarda dekabrın 26-dan 30-dək təşkil olunan yarmarkada yerli məhsulların istehsalı üzrə ixtisaslaşmış sahibkarlar və ailə təsərrüfatçıları tərəfindən müxtəlif adda və çeşidlərdə məhsullar təqdim edilir. Hər gün səhər saat 900-da başlayan yarmarkada alıcıların rahat alış-veriş etmələri üçün lazımi şərait yaradılıb.
Şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının qarşısının alınması, ailə təsərrüfatlarına geniş satış şəraitinin yaradılması məqsədilə keçirilən yarmarkada 55 sənaye və topdansatış müəssisəsi, eləcə də 299 ailə təsərrüfatının iştirakı təmin olunub.

Ardını oxu...

Müasir dövrdə inkişaf etmiş ölkələrdə özəl sektorun əsası ailə təsərrüfatları və belə təsərrüfatların əsasını təşkil edən ailə biznesi üzərində qurulub. Ailə təsərrüfatlarının yaradılması və inkişafı yeni istehsal müəssisəsi yaratmadan məşğulluq problemlərini həll etdiyindən, əhali gəlirlərinin artmasına müsbət təsir göstərdiyindən son illərdə muxtar respublikamızda da ailə təsərrüfatlarının inkişafı istiqamətində sistemli tədbirlər həyata keçirilir. Belə ki, ailə təsərrüfatlarına dəstək məqsədilə “Ailə təsərrüfatı məhsulları” festivalları və yarmarkaları keçirilir, müvafiq dövlət qurumları tərəfindən ailələrdə istehsal olunan məhsulların qablaşdırılmasına, satışına köməklik edilir. 

Ardını oxu...

Xarici iqtisadi əlaqələrin inkişafı bütün dövlətlər üçün vacib istiqamətlərdən biri hesab olunur. Belə əlaqələrin yaradılması isə iqtisadi potensialla yanaşı, həm də beynəlxalq əlaqələrin necə qurulmasından asılıdır. Bu isə o qədər də sadə məsələ deyil. Müasir dünya təcrübəsi göstərir ki, bu gün belə əlaqələrin qurulması maraqlı tərəflərdən müstəqil siyasətin yürüdülməsini tələb edir. Çünki qloballaşmış dünyada hər bir ölkənin beynəlxalq səviyyədə öz maraqları var. Bu maraqların təmin olunması isə o zaman mümkün olur ki, istənilən dövlət öz xalqının milli mənafeyi üçün qəti və müstəqil qərarlar qəbul etməyi bacarsın. Dolayısı ilə yalnız müstəqil siyasət yürüdən, beynəlxalq əməkdaşlıqda etibarlı tərəfdaşa çevrilə bilən tərəflər bu və ya digər əlaqələrin qurulmasına öz töhfələrini verə bilərlər.

Ardını oxu...

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev həyatımızın bütün sahələri ilə yanaşı, meliorasiya-irriqasiya tədbirlərinin həyata keçirilməsini  də vacib və həyati əhəmiyyətli məsələ sayırdı. Çünki hər bir dövlətin iqtisadiyyatının gücləndirilməsində kənd təsərrüfatı mühüm yerə malikdir. Bu sahənin hərtərəfli inkişafında bir neçə amil başlıca rol oynayır. Həmin amillərdən biri də kənd təsərrüfatında suvarma suyuna olan tələbatın ödənilməsidir. Məhsuldar torpaq sahələrimizin hər qarışının əkilməsi, şoranlaşmanın qarşısının alınması, əhalinin yerli əkinçilik məhsullarına tələbatının daxili imkanlar hesabına ödənilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər diqqətdə saxlanılırdı. Bu tədbirlər ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasını da əhatə edirdi. O dövrə qısa ekskurs etsək, görərik ki, əgər 1970-ci ilə qədər muxtar respublikada kiçik və az əhəmiyyətli bir neçə su anbarı yaradılıbsa, həmin ildən sonra ümumi tutumu 1 milyard 544 milyon kubmetr olan 20 su anbarı tikilib. Bütövlükdə, muxtar respublikada 1970-ci ildən sonra istifadəyə verilmiş su anbarları min hektarlarla torpaq sahəsinin suvarılmasına xidmət edib. 

Ardını oxu...

Dünyanın qabaqcıl ölkələrinin təcrübəsi sübut edir ki, elm, təhsil və iqtisadiyyatı əhatə edən sistemli siyasət hər bir ölkənin davamlı və dayanıqlı inkişafının başlıca təminatçısıdır. Bu siyasətin aparıcı qüvvəsi olan informasiya-kommunikasiya texnologiyaları son illər sürətlə inkişaf edərək bütün sahələrdə və gündəlik həyatda insan fəaliyyətinin, sosial-iqtisadi münasibətlərin tərkib hissəsinə çevrilib. İnformasiya-kommunikasiya texnologiyalarının ən yeni nailiyyətləri idarəetmə, təhsil, səhiyyə, biznes, turizm və bank xidməti kimi sahələrdə tətbiq edilərək cəmiyyətin hər bir üzvünə mövcud imkanlardan faydalanmağa şərait yaradır. 

Ardını oxu...

Muxtar respublika əhalisinin enerji təhlü­kəsizliyinin təmin olunması Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti qarşısında mühüm vəzifələr qoyur. Bu vəzifələr noyabr ayında da xidmət tərəfindən təsdiq olunmuş iş planına əsasən ardıcıl şəkildə həyata keçirilmişdir. Belə ki, ötən ay yaşayış məntəqələrinin və istehsalat sahələrinin təbii qazla təminatını həyata keçirmək üçün bir sıra işlər görülmüşdür.

Ardını oxu...

Əhalinin sağlamlığının və alıcılıq qabiliyyətinin qorunub saxlanılmasına, daha çox keyfiyyətli yerli məhsulların istehlakının təşviqinə xidmət edən müxtəlif nəzarət tədbirləri Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qarşısına qoyulmuş mühüm vəzifələrdəndir.

Ardını oxu...

Muxtar respublikada 2020-ci ilin yanvar-noyabr aylarında 2 milyard 556 milyon 981 min 800 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz artaraq 5550,2 manata çatmışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən noyabr ayında da kənd təsərrüfatının müxtəlif sahələrində zəruri tədbirlər diqqətdə saxlanılmışdır. Payız əkinlərinin optimal müddətdə aparılması, şumdan qabaq mineral və üzvi gübrələrin torpağa verilməsi, keyfiyyətli toxum tədarükü və toxumun dərmanlanması, əkinlərin şırım üsulu ilə aparılmasının əhəmiyyəti ilə bağlı tarla seminar müşavirələri keçirilmişdir. Payızlıq taxıl əkini ilə əlaqədar müraciət edən Kəngərli rayonundan 4, Babək rayonundan 9, Sədərək rayonundan 2 təsərrüfat sahibinə lazımi tövsiyələr verilmiş və əməli köməklik göstərilmişdir.

Ardını oxu...

Muxtar respublikamızın bütün bölgələrində geniş meliorasiya-irriqasiya işlərinin görülməsi, yeni kənd təsərrüfatı texnikalarının gətirilərək əkinçilikdə istifadə olunması, zəhmətsevər insanlara yüksək reproduksiyalı toxumların, mineral gübrələrin, həmçinin güzəştli kreditlərin verilməsi, emal və istehsal sahələrinin, soyuducu anbarların yaradılması ailə təsərrüfatlarının formalaşmasına da geniş imkanlar açır. Təbii ki, ailə təsərrüfatlarında istehsal edilən məhsulların kəmiyyəti, keyfiyyəti ilə yanaşı, təbliği və təşviqi də önəmli məsələdir. Bu baxımdan hər il muxtar respublikamızda keçirilən ənənəvi festivallar, həftə sonları təşkil olunan yarmarkalar bu mütərəqqi təsərrüfatlarda istehsal olunan məhsulların səmərəli satışına, təşviqinə, təbliğinə geniş imkan yaratmaqla bu sahədə sağlam rəqabətə yol açaraq ümumi inkişafa xidmət edir. Başa vurmaqda olduğumuz 2020-ci ildə də bu istiqamətdə işlər xüsusi diqqətdə saxlanılıb, ailə təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi mütəşəkkil hal alıb. 

Ardını oxu...

Muxtar respublikada yaradılan müasir meliorasiya və irriqasiya sistemləri torpaqların su təminatını yaxşılaşdırır, yeni torpaq sahələri əkin dövriyyəsinə daxil edilir. Noyabr ayında su istifadəçilərinə 19 milyon kubmetrdən artıq suvarma suyu verilmiş, təkrar suvarma da daxil olmaqla, 16089 hektar torpaq sahəsi suvarılmışdır. Torpaqların şoranlaşmasının qarşısını almaq və qrunt sularının səviyyəsini aşağı salmaq üçün 16 kilometr beton-torpaq kanal, 10 kilometr ara arxlar, 4 kilometr kollektor lildən təmizlənmiş, 1,4 kilometr yeni arx, 560 metr yeni açıq drenaj kanalı qazılmış, 56,2 hektar sahənin meliorativ vəziyyəti yaxşılaşdırılmışdır. Əkin sahələrini sel sularının zərərli təsirindən qorumaq məqsədilə 950 metr uzunluğunda istiqamətləndirici bənd tikilmişdir.

Ardını oxu...

Muxtar respublikada torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi, mülkiyyət hüquqlarının qeydiyyatı zamanı operativliyin təmin edilməsi noyabr ayında da Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən diqqətdə saxlanılmışdır.

Torpaqların elektron kadastr ­uçotunun aparılması üçün Şərur rayonunun Çərçiboğan, Sədərək rayonunun Sədərək bələdiyyələri üzrə reyestr məlumatları yeni xəritələrin üzərinə köçürülmüş, torpaq reyestrində saxlanılan məlumatlarla uyğunluğu yoxlanılmışdır. Sədərək rayonunun Heydərabad və Qaraağac bələdiyyələri üzrə həyətyanı və pay torpaq sahələrinə dair məlumatların miqrasiyası başa çatdırılmış, elektron kadastr xəritəsi tərtib edilmişdir.

Ardını oxu...

Bu gün ölkəmizdə, eləcə də onun ayrılmaz hissəsi olan muxtar respublikamızda iqtisadiyyatın şaxələndirilməsi, dünya bazarına daha çox növ və çeşiddə məhsulların çıxarılması, milli brendlərin yaradılması, milli iqtisadiyyatın dünya iqtisadiyyatına inteqrasiyası mühüm istiqamət kimi qarşıya qoyulub. 

Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, prioritet sənaye sahələrinin müəyyən olunması, ixracyönümlü yerli məhsulların həcminin artırılması son illərdə aparılan iqtisadi islahatların əsas tərkib hissəsini təşkil edir. Aydındır ki, iqtisadiyyatın şaxələndirilməsində, yerli məhsulların ixrac bazarlarının artırılmasına nail olunmasında ən mühüm faktorlardan biri rəqabətqabiliyyətli məhsul istehsalıdır. Rəqabətqabiliyyətlilik isə bir neçə amilə əsaslanır ki, onlardan ən əsası keyfiyyət amilidir. Xüsusilə ərzaq məhsullarının keyfiyyətinə nəzarətin beynəlxalq normalara uyğun aparılması ixracda xüsusi əhəmiyyətlidir.

Ardını oxu...

Muxtar respublikamızda həyata keçirilən inkişaf strategiyasının əsas prioritetlərindən biri də yaşayış məntəqələrində kiçik və orta sahibkarlığın genişləndirilməsi, yeni iş yerlərinin yaradılması və özünüməşğulluğun təmin olunmasıdır. Məhz ucqar ərazilərdə, sərhəd bölgələrimizdə də bu yolla daha çox iş imkanlarının yaradılması dövlətimiz tərəfindən həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsi kimi diqqəti cəlb edir. Naxçıvanda bu təsərrüfat forması ilə məşğul olan insanlara hər cür köməklik göstərilir. Görülən işlərin nəticəsidir ki, belə təsərrüfatların sayı ildən-ilə artır.

Ardını oxu...

İğdır-Naxçıvan qaz kəməri layihəsinin bir il ərzində tamamlanması planlaşdırılır.

Bunu Türkiyənin Enerji və təbii sərvətlər naziri Fatih Dönməz Azərbaycanın enerji naziri Pərviz Şahbazov ilə Anlaşma Memorandumunun imzalanması mərasimində deyib.

Qeyd edək ki, İğdır-Naxçıvan qaz kəməri layihəsinə əsasən İğdır şəhərindən Naxçıvana (Sədərək) 85 km boru kəməri çəkiləcək. Boru kəməri SOCAR və Türkiyənin “BOTAŞ” şirkətinin birgə əməkdaşlığı ilə inşa olunacaq.

“Aldım bir dənə, açdım min dənə”. Çoxunuz bilsəniz də, deyim ki, bu tapmacanın açması payız mövsümündə ağız dadı ilə yediyimiz nardır. Oktyabrdan, bəzən isə daha əvvəldən başlayaraq yanvaradək hər birimiz bu möhtəşəm meyvədən dadırıq. Bir çox mədəniyyətlərdə və dinlərdə qədim simvollardan biri sayılır nar. Müqəddəs kitabımız “Qurani-Kərim”in “Rəhman” surəsində deyilir ki, “O iki cənnətdə (hər növ) meyvə (ağacı) xurma və nar ağac(lar)ı vardır”. Bu onu göstərir ki, nar həm dünyamızın, həm də cənnətin gözəl meyvələrindəndir.

Ardını oxu...

Budəfəki yazımızın mövzusu mənfur düşmənlə üz-üzə məğrur dayanaraq, dosta fəxarət, düşmənə gözdağı olan yurd yerimiz Şərur rayonunun Havuş kəndidir. Bu yaşayış məntəqəsi haqqında çox eşitmişəm. Ötən əsrin səksəninci illərinin sonlarında kənd adamlarının əsl sərhədçi ömrü yaşamaları, düşmən qabağında qəlblərində yurda sevgi, məhəbbət hissləri ilə məğrur dayanmalarını da bilirəm. Ancaq kəndə ilk dəfədir ki, getmək imkanı qazanmışam. Bir-birini əvəz edən, hamısı da son illərdə quruculuq tədbirlərindən öz bəhrələrini alan kəndlərdən keçirik. Gördüklərimiz qəlbimizə bir hərarət gətirir. Axura kəndindən sonra sıldırım qayaların qoynunda ilan kimi qıvrılan yolla həmin ünvana çatmağa tələsirik. Bu yerdə yadıma bir şeirin misraları düşür:

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti və onun yerli vergi orqanları tərəfindən noyabr ayında muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə yoxlama və monitorinqlər davam etdirilib, 12 vergiödəyicisində qanunvericiliyin pozulması faktları aşkar olunub.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü inkişaf strategiyası nəticəsində dayanıqlı makroiqtisadi sabitlik təmin olunmuş, əhalinin rifah halının yüksəldilməsi və güclü sosial müdafiə sisteminin qurulması sahəsində əsaslı uğurlar qazanılmışdır. Bir çox ölkələrin iqtisadi böhran yaşadığı hazırkı dönəmdə ölkəmizdə sosial proqramların uğurla reallaşdırılması diqqət mərkəzində saxlanılır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər noyabr ayında da davam etdirilib. Xidmət tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan 12 əcnəbi aşkarlanaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq barəsində müvafiq tədbirlər görülüb.

Ardını oxu...

Sədərəkdə aparılan quruculuq işlərindən biri də Radio-televiziya ötürücü stansiyasıdır. İkimərtəbəli müasir binada iş, qazanxana, elektrik və texniki otaqlar olacaq.
Binanın həyətyanı sahəsi qaydaya salınıb, yaşıllıq sahələrinə münbit torpaq qatı verilib. İş otaqlarında mebel avadanlıqları quraşdırılıb. Stansiyada çalışanlara müasir iş şəraiti yaradılıb. Televiziya verilişlərinin keyfiyyətli yayımlanması üçün müasir avadanlıqlardan istifadə ediləcək.

Xəbərlər şöbəsi

Muxtar respublikamızda son illərdə insanların rahatlığına xidmət edən bir sıra iri layihələr icra olunur ki, bunların sırasında “ASAN xidmət” mərkəzi xüsusi əhəmiyyəti ilə seçilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 16 yanvar tarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə bu məqsədlə 8,8 milyon manat vəsait ayrılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə “ASAN xidmət” mərkəzi yaradılıb, 2 hektara yaxın torpaq sahəsi ayrılıb, aprel ayından etibarən mərkəz üçün yeni binanın tikintisinə başlanılıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Biznes Mərkəzində “İdeyadan başlanğıca” startap layihəsinin müsabiqə mərhələsi ­keçirilib.
Müsabiqəni giriş sözü ilə İqtisadiyyat naziri Tapdıq Əliyev açaraq layihənin mahiyyətindən, əhəmiyyətindən danışıb. Bildirib ki, həyata keçirilən hər bir layihə yeni ideyanın məhsuludur. Yeni ideyalar isə bütün iqtisadiyyat, menecment, yeni texnologiyaların tətbiqi, turizm, səhiyyə, sosial xidmət sektorunda və demək olar ki, bütün digər sahələrdə yaranıb inkişaf edir. Dünya təcrübəsindən də görürük ki, bu ideyaların startaplar kimi layihələndirilərək real biznesə çevrilməsi və gələcəkdə uğurlu layihə kimi fəaliyyətini davam etdirməsində onların müəlliflərinə hərtərəfli dəstəyin göstərilməsi, ümumilikdə, aidiyyəti təşkilatların qayğısı əhəmiyyətli rol oynayır. Aparılan işlərin nəticəsi kimi tələbələrin nazirliyə təqdim olunan 16 startap layihəsi ekspert qrupu tərəfindən təhlil edilib, iqtisadi səmərəliliyi araşdırılıb və məqsədəmüvafiq sayılan 9 layihə müsabiqəyə dəvət olunub.

Ardını oxu...

Muxtar respublikada yeni texnologiyaların ictimai həyatın bütün sahələrində geniş surətdə tətbiqi davamlı inkişafı təmin etmiş, əhalinin gündəlik fəaliyyətinə nüfuz edərək onun rahatlığına və rifahına yeni imkanlar yaratmışdır.
Son dövrlərdə muxtar respublikada mobil rabitə operatorlarının fəaliyyətinin təşkili, mövcud koordinattipli avtomat telefon stansiyaların elektrontipli avtomat telefon stansiyaları ilə əvəz edilməsi, fiber-optik kabel xətlərinin çəkilişi, 4G və “Naxtel” simsiz telefon xidmətinin istifadəyə verilməsi, Naxçıvan Dövlət Televiziya və Radiosunun internet üzərindən yayımlanması, “Universitet” televiziyasında videodərslərin hazırlanması və distant tədrisin tətbiqi məqsədilə avadanlıqların quraşdırılması, iqtisadiyyatın bütün sahələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin uğurla davam etdirilməsi bu sahənin sürətli inkişafına təkan vermişdir.

Ardını oxu...

Son illərdə rəqəmsal mühitdə ödəniş texnologiyaları sürətlə inkişaf edir və yeni xidmətlər meydana çıxır. Bu inkişafın nəticəsində insanlar hər hansı məhsulları almaq və xidmətlərdən istifadə etmək üçün nağd vəsaitə ehtiyac hiss etmirlər. Yeni rəqəmsal ödəniş xidmətlərində tətbiq edilən metodların təhlükəsizliyi də bu sahədə texnologiyadan daha geniş istifadəyə səbəb olur. 

Muxtar respublikamızda da nağdsız hesablaşmaların artırılması, elektron ödəniş xidmətlərinin inkişafı və bu sahədə innovativ texnologiyaların tətbiqinin genişləndirilməsi diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 9 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ın icrası muxtar respublikada rəqəmsal ödəniş infrastrukturunun inkişaf etdirilməsi, yeni xidmətlərin tətbiqi və əhatə dairəsinin genişləndirilməsi istiqamətində hazırlanmışdır. Pro­qramın giriş hissəsində də deyildiyi kimi: “Rəqəmsal ödəniş sistemi müasir dünyanın əsas iqtisadi çağırışlarından biri olmaqla vergi sisteminin təkmilləşdirilməsində, maliyyə sabitliyinin və ümumilikdə, iqtisadi inkişafın təmin edilməsində mühüm əhəmiyyətə malikdir”.

Ardını oxu...

Ölkəmizdə aparılan islahatların davamı olaraq Naxçıvan Muxtar Respublikasında  son 25 ildə həyata keçirilən müasirləşmə strategiyası və uğurlu sosial-iqtisadi siyasət nəticəsində yüksək iqtisadi artım dinamikası formalaşıb. Bu müddət ərzində  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sosial-iqtisadi siyasətinin qayəsi, ilk növbədə, əhalinin sosial rifahının daha da yaxşılaşdırılması zəminində Naxçıvanı qabaqcıl bir iqtisadi regiona çevirməkdən ibarət olmuşdur. 

1995-ci ildən etibarən Naxçıvan Muxtar Respublikasında bütün Dövlət proqramlarının və investisiya layihələrinin uğurla icrasına, elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və idman sahəsində həyata keçirilən dövlət siyasətinin dəstəklənməsinə, muxtar respublikada müasir infrastrukturun qurulmasına, yeni yolların inşasına, içməli su və kanalizasiya sistemlərinin yaradılmasına nail olundu. Muxtar respublikamızda əldə edilən uğurlar məqsədyönlü şəkildə həyata keçirilən islahatların, siyasi-iqtisadi baxımdan sabit, davamlı və dayanıqlı inkişafın təzahürü kimi çıxış etdi. Düşünülmüş iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitlik əldə edildi, davamlı iqtisadi artımın əsası qoyuldu, eləcə də əhalinin həyat səviyyəsi yaxşılaşdı, qiymətlər sabitləşdi, özəl sektorun inkişafının dəstəklənməsi mexanizmi yaradıldı. Muxtar respublikanın sosial-iqtisadi inkişafına dair təsdiq edilmiş müvafiq proqramlar infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, yeni istehsal və emal müəssisələrinin, sosial-mədəni obyektlərin yaradılması ilə əhalinin layiqli həyat tərzinin təmin olunmasına müstəsna töhfələr verdi. Əzəmətli görkəmini bərpa edən, həyata keçirilən abadlıq-quruculuq işləri nəticəsində siması büsbütün dəyişərək ən gözəl və müasir bölgəyə çevrilən Naxçıvan sürətli iqtisadi inkişafın da əsas ünvanlarından biri kimi tanındı. İnvestisiya kapitalının davamlı yerləşdirilməsi sayəsində muxtar respublikada əsas makroiqtisadi göstəricilər dəfələrlə artdı.

Ardını oxu...

Qədim diyarımız Naxçıvan bir qərinəyə yaxındır ki, özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Şərur rayonu da bu inkişafdan öz payını alıb. Yaxın günlərdə bölgənin Qarabürc kəndində yaradılan şərait də bunun əyani sübutudur. Bu kəndə ezamiyyətə gedərkən hamar, qara örtüklü yollarla ünvana doğru irəlilədikcə düşünürəm ki, abad yol iqtisadiyyatın göstəricisidir.

Ardını oxu...

Muxtar respublikada keçirilən beynəlxalq səviyyəli idman yarışlarının reallaşması və bu sahədə həyata keçirilən tədbirlər idmanın bütün növlərinin inkişafına göstərilən dövlət qayğısından xəbər verir. Tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 fevral tarixli Sərəncamı ilə “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı” təsdiq edilib. Proqramın məqsədi əhalidə sağlam həyat tərzinin formalaşdırılması, uşaq və gənclərin idmana cəlbinin kütləvi xarakter almasının təmin edilməsi, istedadlı idmançıların üzə çıxarılması, bu sahənin maddi-texniki bazasının müasirləşdirilməsi və gücləndirilməsi, idmanın müxtəlif növlərinin inkişafına şəraitin yaradılmasından ibarətdir. Dövlət proqramına uyğun olaraq muxtar respublikada idman infrastrukturunun modernləşdirilməsi, yaşayış yerləri və kütləvi istirahət zonalarında əhalinin bədən tərbiyəsi və idmanla məşğul olması üçün xüsusi yerlərin ayrılmasının təşkili Gənclər və İdman Nazirliyi ilə aidiyyəti qurumların diqqət mərkəzindədir.

Ardını oxu...

Şahbuz rayonu son illərdə muxtar respublikanın ayrılmaz həyat ritminə çevrilən quruculuq tədbirləri, dövlət qayğısı və zəhmətkeş insan əlləri ilə müasir yaşayış məntəqəsinə çevrilib. Hər il rayon mərkəzində, kəndlərdə müxtəlif istiqamətlərdə xeyli sayda inşaat işləri görülür. Təhsil, səhiyyə, rabitə və digər infrastrukturlar üçün müasir standartlara cavab verən yeni binaların tikintisi, yolların abadlaşdırılması, sahibkarlara normal iş şəraiti yaratmaq istiqamətində həyata keçirilən tədbirlər hər bir şahbuzlu tərəfindən onlara göstərilən qayğı kimi dəyərləndirilir. Cari ildə də belə tədbirlər davam etdirilir. Rayon mərkəzində artıq son tamamlama işləri aparılan ictimai yaşayış binası şahbuzluların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə inşa edilib. Zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarət olan yaşayış binasının zirzəmisində müxtəlif xidmət sahələri fəaliyyət göstərəcək. 40 mənzildən ibarət olan bina liftlə təmin ediləcək. Tikintisi “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqı tərəfindən aparılan bina şəhərin gözəlliyinə əlavə çalarlar gətirəcək.

Ardını oxu...

Muxtar respublikamızda əhalinin standartlara uyğun olan qızdırıcı elektrik və qaz cihazları ilə təmin olunmasına və bu istiqamətdə təhlükəsizlik tədbirlərinin görülməsinə xüsusi diqqət yetirilir. Hər il Naxçıvan Muxtar Respublikasında payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirələrdə aidiyyəti qurumların üzərinə konkret vəzifələr qoyulur. Avqust ayının 12-də keçirilmiş analoji müşavirədə verilmiş tapşırığa uyğun olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi və aidiyyəti dövlət orqanları tərəfindən standartlara uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının muxtar respublikaya idxalına, satışına və istismarına yol verilmir. Bu istiqamətdə görülən qabaqlayıcı tədbirlər əhali rahatlığının və təhlükəsiz həyatın təmin olunmasına xidmət edir.

Ardını oxu...

Bu gün muxtar respublika iqtisadiyyatının dinamik yüksəlişini, etibarlı ərzaq təminatı və daimi məşğulluğun təmin olunmasının təməlini sahibkarlığın inkişafı təşkil edir.

Muxtar respublikada sahibkarlığın inkişafının, eləcə də əlverişli biznes və investisiya mühiti yaratmaqla daxili və xarici investisiyaları cəlb etmək yönündə həyata keçirilən iqtisadi siyasətin səciyyəvi xüsusiyyətlərindən biri sahibkarlar sinfinin formalaşması və dövlət tərəfindən göstərilən hərtərəfli dəstək tədbirləri fonunda iqtisadiyyatda özəl sektorun payının daha da artmasıdır.
Son illərdə muxtar respublikada həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən olan sənayenin inkişafı sahəsində də kompleks işlər görülür, sənaye məhsulu istehsalı və ixrac potensialının artırılması, investisiya qoyuluşunun stimullaşdırılması üçün effektiv mexanizmlər tətbiq edilir. Belə mexanizmlərdən biri də investisiya fəaliyyətinin genişləndirilməsi və təşviqi məqsədilə tətbiq edilən investisiya təşviqi sənədidir. Bu mənada, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 21 yanvar tarixli Fərmanı ilə “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” və 2016-cı il 29 aprel tarixli Fərmanı ilə “İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası”nın təsdiq edilməsi xüsusi vurğulanmalıdır. Bu mühüm dövlət sənədi son 5 ildə muxtar respublika iqtisadiyyatının aparıcı sahəsi olan sənayeyə yönəldilən investisiyaların həcminə və strukturuna mühüm təsir göstərmişdir.

Ardını oxu...

...Pislik qışa qalar


Məlum hadisələr hesabına bir ilə yaxındır ki, Ermənistan ərazisindən keçib Naxçıvana gələn halalca işığımızdan məhrum olmuşuq. Bu müddətdə ancaq Araz Su Elektrik Stansiyasında istehsal edilən 20-25 meqavat elektrik enerjisinin ümidinə qalmışdıq. Kənd­lərimizin əksəriyyəti elektrik işığından tamamilə məhrum olmuşdu. Naxçıvan şəhərinin evlərinə, idarə və müəssisələrinə növbə ilə 6-8 saatdan çox işıq verilmir...
Qonşu İran bu ağır günümüzdə bizə yardım əlini uzadaraq 30 meqavat enerji verdi və böhranı nisbətən aradan qaldırdı...

Ardını oxu...

Muxtar respublikada 2020-ci ilin yanvar-oktyabr aylarında 2 milyard 292 milyon 937 min manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz artaraq 4978,2 manata çatmışdır.


***

Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 900 milyon 258 min 500 manat dəyərində məhsul istehsal edilmişdir ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çoxdur.


***

Vəsait qoyuluşları çərçivəsində 2020-ci ilin yanvar-oktyabr aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 859 milyon 181 min manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 1 faiz çoxdur. Əsas kapitala yönəldilmiş vəsaitin 810 milyon 742 min 300 manatı və ya 94,4 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.

Ardını oxu...

Son illər muxtar respublikada həm aqrar, həm sənaye sahələrində mühüm təkmilləşmələr və irəliləyişlərin əldə edilməsi göstərilən hərtərəfli qayğının ifadəsidir. Bunu özəl təsərrüfatların sayında, istehsal sənayesinin artım dinamikasında, ərzaq təminatının daha çox yerli istehsal hesabına ödənilməsində proqressiv meyillərin müşahidə olunması ilə görmək olar. Yerli istehsalın həcminin genişləndirilməsi hər bir bölgənin ərzaqla təmin olunmasında başlıca meyardır. Bu gün qürurla söyləmək olar ki, onilliklər öncədən fərqli olaraq muxtar respublika ehtiyacı olan bütün növ ərzaq məhsullarını özü ödəmək qabiliyyətindədir. Bu isə, ilk növbədə, iqtisadi subyektlərin burada səmərəli fəaliyyət göstərməsindən asılıdır. İqtisadi subyektlər həm fərdi təsərrüfatlar, müəssisələr, həm də dövlət orqanları və iqtisadiyyatın digər bölmələri səviyyəsində qarşılıqlı olaraq fəaliyyət göstərməkdədir. Ərzaq təhlükəsizliyi istiqamətində iqtisadi infrastrukturun qurulmasında müxtəlif dövlət orqanları, o cümlədən aqrar-sənayenin mühüm bölmələri, lizinq orqanları, müəssisələr və banklar xüsusi rol oynayırlar. Ərzaq təminatının gücləndirilməsində bitkiçiliyin və heyvandarlığın inkişaf etdirilməsi, torpaqdan və sudan səmərəli istifadə, baytarlıq xidmətinin yaxşılaşdırılması, təsərrüfat subyektlərinə maliyyə dəstəyinin göstərilməsi, qida məhsullarının keyfiyyətinə nəzarətin artırılması əsas tədbirlər hesab olunur. Buna görə də ötən dövrdə bu istiqamətdə düzgün qanunvericilik bazası yaradılıb, bir sıra Dövlət pro­qramları qəbul edilib. Muxtar respublikanın sosial-iqtisadi inkişafı üzrə müxtəlif illərə aid olan Dövlət proqramları, heyvandarlığın, tərəvəzçiliyin və meyvəçiliyin inkişafı istiqamətində hazırlanmış layihələr yeni istehsal sahələrinin yaradılmasına stimul olub. Nəticədə, torpaqlardan səmərəli istifadəyə uyğun olaraq muxtar respublika ərazisində yeni meyvə bağları və üzümlüklər salınıb, heyvandarlıq təsərrüfatları yaradılıb, ailə təsərrüfatlarının fəaliyyətinə geniş yer verilib. Belə layihələrin uğurlu icrası əhalinin məşğulluğunu təmin etməklə bərabər, artıq öz nəticələrini də göstərməkdədir. Təsadüfi deyil ki, muxtar respublikada daxili tələbatın ödənilməsi ilə yanaşı, müxtəlif məhsullar üzrə ixrac potensialı da yaranıb və məhsullarımız bir sıra qonşu ölkələrin bazarlarına çıxarılır.

Ardını oxu...

Muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin edilməsi prioritet sahələr sırasındadır. Hər il bu istiqamətdə mühüm addımlar atılır, müxtəlif layihələr icra edilir. Görülən işlər isə daxili bazarda yerli ərzaq məhsullarının xüsusi çəkisinin xeyli artmasına səbəb olur. Bu məqamda istər-istəməz bir qədər əvvələ boylanıb dükan-bazarlardakı qıtlığı, növbələri xatırlamamaq mümkün deyil. Xüsusilə də çörək dükanlarının piştaxtaları önündə saatlarla dayanan naxçıvanlıların çəkdikləri əziyyəti bugünkü gəncliyə danışsaq da, buna inanmazlar.

Ötən illər ərzində strateji sahə olan taxılçılıqda xeyli nailiyyətlər qazanılıb. 2020-ci il də bu sahə ilə məşğul olanlar üçün uğurla başa çatıb. Taxılçılıqda yaxşı təcrübə qazanmış torpaq mülkiyyətçiləri sahələrə vaxtlı-vaxtında aqrotexniki qulluq göstərib, taxıl zəmilərində yüksək məhsuldarlığa nail olmaq üçün sahələrin suvarılmasını, ziyanvericilərə qarşı müvafiq işlərin görülməsini diqqətdə saxlayıb, çəkilən zəhmətin hədər getməməsi üçün tələb olunan bütün təsərrüfat işlərini yerinə yetiriblər. Onların çəkdiyi zəhmət öz bəhrələrini verib, taxıl tədarükünün nəticələri hamımızı, həm istehsalçıları, həm də istehlakçıları sevindirib.

Ardını oxu...

Azərbaycanın müzəffər qələbəsini özündə ehtiva edən və Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanan bəyanatda Naxçıvan Muxtar Respublikası ilə iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi haqqında müddəa yer alıb. Razılaşmanın bu bəndi regionda nəqliyyat-kommunikasiya sisteminin bərpası və beynəlxalq nəqliyyat-logistika sistemində Azərbaycanın mövqeyinin güclənməsinə təkan verəcək. Belə ki, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması haqqında Azərbaycan Respublikasının Prezidenti, Ermənistanın baş naziri və Rusiya Federasiyasının Prezidentinin birgə bəyanatının 9-cu maddəsinə istinadən aşağıdakı müddəalar qəbul edilib:

Ardını oxu...

ARXİV

Yanvar 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR