Müasir dövrdə iqtisadi, sosial və mədəni sahədəki nailiyyətləri ilə diqqətləri özünə cəlb edən Naxçıvan Muxtar Respublikası innovativ və rəqabətqabiliyyətli iqtisadi inkişaf modeli qurmaq yolunda mühüm irəliləyişlər əldə edib. Dinamik və dayanıqlı inkişafa nail olmaq üçün muxtar respublikada həyata keçirilən iqtisadi siyasətin əsas hədəflərindən biri olan investisiya qoyuluşları sahəsində əldə edilən uğurlar isə daha qabarıq olub. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədri olduğu “Caspian European Club” tərəfindən hazırlanan investisiya reytinqində ölkəmizin regionları arasında 2017-ci və yola salmaqda olduğumuz 2018-ci illərin nəticələrinə görə ard-arda iki dəfə liderlik qazanıb. Şübhəsiz, bu göstərici regional inkişaf prioritetləri baxımından qədim diyarın sosial-iqtisadi sahədə və xarici iqtisadi əlaqələrdə uğurlarını bir daha ortaya qoymaqla, həm də yeni investisiyalar üçün cazibədarlığını da artırmaqdadır.