21 Avqust 2017, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

  

ARXİV

Avqust 2017
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikasında rabitə və yeni texnologiyalar sisteminin inkişafı diqqət mərkəzində saxlanılır, bu sahədə mühüm layihələr həyata keçirilir.
Belə ki, 2015-ci ildə muxtar respublikada həyata keçirilən genişmiqyaslı abadlıq-qurucu­luq işləri rabitə və informasiya texnologiyaları sahəsini də əhatə etmiş, Babək Rayon Rabitə Evinin yeni binası və 242 kilometrlik Sədərək-Ordubad alternativ fiber-optik kabel xətti istifadəyə verilmişdir. Babək rayon mərkəzi avtomat telefon stansiyasının alternativ telekommunikasiya sisteminə qoşulması rayonda dayanıqlı və keyfiyyətli rabitə xidmətinin göstərilməsinə şərait yaratmışdır. Bundan başqa, ötən il Rabitə və Yeni Texnologiyalar Nazirliyinin tabeliyində Elektron Avadanlıqların Texniki Xidmət Mərkəzi yaradılmışdır.
Rabitə xidmətlərinin müasirləşdirilməsi istiqamətində görülən işlər muxtar respublikanın bütün bölgələrini əhatə etmiş, Naxçıvan şəhərinin Qaraçuq, Şərur rayonunun Kürkənd, Kürçülü, Axaməd, Cəlilkənd, Yuxarı Yaycı, Babək rayonunun Xal-xal, Xəlilli, Yarımca, Ordubad rayonunun Gilançay, Tivi, Şahbuz rayonunun Gömür, Culfa rayonunun Qızılca, Saltaq, Camaldın, Şurud və Gal kəndlərində yeni poçt bölmələri istifadəyə verilmiş, yeni nəsil avtomat telefon stansiyaları qurulmuş, muxtar respublikada 187 min 367 metr uzunluğunda fiber-optik kabel xətti çəkilmişdir. Artıq yaşayış məntəqələrinin 98 faizində genişzolaqlı, 83 faizində isə simsiz internet xidmətləri göstərilir.

Yeni avtomat telefon stansiyalarının istifadəyə verilməsi və “Naxtel”in əhatə dairəsinin genişləndirilməsi istifadəçilərin sayının artmasına da təsir göstərmişdir. Ötən il 3074 yeni telefon nömrəsi istifadəyə verilmişdir. Onlardan 614-ü “Naxtel” simsiz operatorunun abonentləri olmuşdur. Hazırda “Naxtel”in 4-cü nəsil mobil rabitə sisteminin qurulması işi davam etdirilir.
Yaradılan şərait muxtar respublikanın təhsil müəssisələrində müasir informasiya texnologiyalarının tətbiqinə geniş imkanlar açır. Çin Xalq Respublikasının “Huawei” şirkəti ilə əməkdaşlıq çərçivəsində ötən il “Naxçıvan” Universitetində İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi yaradılmış, müasir texniki avadanlıqlar quraşdırılmışdır. Həmçinin 2015-ci ildə orta ixtisas və ümumtəhsil məktəblərində 375 kompüter dəsti quraşdırılaraq internetə qoşulmuşdur. Məktəblərdə informasiya texnologiyaları bazasının yaradılması məktəblərlə muzeylər arasında distant tədrisin tətbiqinə imkan vermişdir. Bundan başqa, “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Pro­qramı”na uyğun olaraq, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində yeni avadanlıqlar qurularaq Distant Tədris Mərkəzinin istifadəçi tutumu 150 yerədək artırılmışdır.
“Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 15 iyul tarixli Fərmanının icrasına diqqət artırılmış, poçt məntəqələrində rabitə, internet, elektrik enerjisi, təbii qaz və sudan istifadə haqlarının, sığorta ödənişlərinin, Yeni Azərbaycan Partiyasına üzvlük haqlarının ödənilməsinə başlanmışdır. Naxçıvan şəhərində quraşdırılan smartkarttipli qaz və elektrik sayğaclarının kartlarının poçt bölmələrində yüklənməsi üçün 10 poçt bölməsi yeni kompüter və kart oxuyucuları ilə təmin edilmişdir. Bütün rayon mərkəzlərində “Elektron imza” kartlarının verilməsi üçün şəbəkə qurulmuş və operatorlara müvafiq təlim keçirilmişdir. İl ərzində 49 vətəndaşa “Elektron imza” kartı təqdim edilmişdir. Hökumət Ödəniş Portalı vasitəsilə əməliyyatların aparılması işi də yekunlaşmaq üzrədir.

2015-ci ildə yaşayış məntəqələrində 49 televiziya vericisi quraşdırılmış, muxtar respublika ərazisinin 100 faizində rəqəmsal televiziya yayımına başlanılmış, ölkəmizdə ilk dəfə olaraq Naxçıvan Dövlət Televiziyasının HD formatda yayımı təmin edilmişdir. Bundan əlavə, muxtar respublikanın bütün ərazisini əhatə edən 10 kanallı rəqəmsal radio yayımına start verilmişdir. “Evədək optika” layihəsinin icrası da uğurla davam etdirilmiş, il ərzində 28 fərdi mənzilə və yeni tikilən 2 çoxmənzilli yaşayış binasına fiber-optik kabel xətləri çəkilmişdir.

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar
Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3852455
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
14377
13316
14377
306672
3852455

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter