27 İyun 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

ARXİV

İyun 2017
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Əkinçiliyin inkişafı və bol məhsul istehsalı torpaqların su təminatından və meliorativ tədbirlərin vaxtlı-vaxtında aparılmasından çox asılıdır. Bu amil muxtar respublikada diqqət mərkəzində saxlanılır. 2015-ci ildə bu istiqamətdə görülən işlərin həcmi artmış, yeni torpaq sahələri əkin dövriyyəsinə qatılmış, hidrotexniki qurğuların sazlığı daim nəzarətdə saxlanılmışdır. Ötən il muxtar respublikanın sututarlarına 230 milyon kubmetr su yığılmış, əkin sahələrinə nasos stansiyaları və çaylar daxil olmaqla, ümumilikdə, 210 milyon kubmetr su verilmiş, təkrar suvarma nəzərə alınmaqla 173 min 467 hektar torpaq sahəsi suvarılmışdır.
Melioratorlar əkin sahələrində şoranlaşma və bataqlaşmanın qarşısını almaq üçün də mütəmadi tədbirlər görmüşlər. Ötən il 22 kilometr istiqamətləndirici bənd salınmış, 162 kilometr magistral kanal, 496 kilometr ara arxları, 73 kilometr kollektor lildən təmizlənmiş, 24 kilometr təzyiqli boru xətti, 8 kilometrdən artıq kaptaj və drenaj sistemi təmir olunmuşdur. Suvarma şəbəkələrinin genişləndirilməsi də diqqət mərkəzində saxlanılmış, Aza çayından çəkilən 18 kilometrlik kanal vasitəsilə Ordubad rayonunun Dəstə kəndi suvarma suyu ilə təmin edilmişdir. Həmçinin ötən il Araz çayında 9 kilometr məsafədə daşla sahilbərkitmə işi aparılmışdır.

İstifadəyə yararsız torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi əsas irriqasiya tədbirlərindəndir. “Kənd təsərrüfatı ili”ndə bu sahədə həyata keçirilən tədbirlər daha geniş vüsət almışdır. Belə ki, Kəngərli rayonunun Xok kəndi ərazisində 200 hektar torpaq sahəsini əhatə edən qapalı suvarma şəbəkəsi bərpa edilmiş, Uzun­oba gölündən qoşa boru xətti çəkilmiş, yeni nasos stansiyası tikilmişdir. Bunun nəticəsində Kəngərli rayonunun Yeni Kərki, Xıncab, Təzəkənd və Böyükdüz kənd­ləri ərazisindəki 5800 hektar torpaq sahəsi əkin dövriyyəsinə qatılmışdır. Həmçinin ötən il Böyükdüz kəndi ərazisindəki 400 hektarlıq qapalı suvarma və kollektor-drenaj şəbəkəsi də bərpa olunmuşdur. Vayxır sol sahil kanalı üzərində isə Babək rayonunun Nehrəm kəndində 1170, Culfa rayonunun Bənəniyar kəndində 1050 hektar olmaqla, ümumilikdə, 2220 hektar sahəni əhatə edən 241,5 kilometrlik qapalı suvarma şəbəkəsi tikilmiş, 77,5 kilometr məsafədə yeni drenaj xətti çəkilmiş, 6,5 kilometrlik kollektor bərpa olunmuşdur.
Əkin sahələrinin və əhalinin suya olan tələbatının ödənilməsində mühüm rolu olan subartezian quyuları və kəhrizlərin istismarına da diqqət artırılmışdır. 2015-ci ildə 17 yeni subartezian quyusu qazılmış, 19 sub­­artezian quyusu bərpa edilmiş, 12 kəhriz isə təmir olunmuşdur. Hazırda 5 kəhrizdə təmir işləri davam etdirilir. Həmçinin 2015-ci ildə muxtar respublikada 38 kilometrdən artıq yeni içməli su xətti çəkilmişdir.
Muxtar respublikanın şəhər və rayon mərkəzlərində yeni içməli su və kanalizasiya sistemlərinin qurulması sahəsində mühüm tədbirlər həyata keçirilir. 2015-ci ildə Naxçıvan şəhərində su və kanalizasiya şəbəkəsinin tikintisi başa çatdırılmışdır. Hazırda rayon mərkəzlərində bu işlər davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin kollektivi 2016-cı ildə də qarşıya qoyulan vəzifələrin icrasını diqqətdə saxlayacaq, melioratorlar muxtar respublika iqtisadiyyatının inkişafına öz töhfələrini verəcəklər.

Naxçıvan Muxtar Respublikası
Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3031132
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11197
15326
26523
466599
3031132

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter