11 Dekabr 2017, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2017
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

Culfa rayonunda həyatın bütün sahələrində dinamik inkişafın təmin olunması ötən il davamlı tikinti-quruculuq, abadlıq tədbirlərinin həyata keçirilməsində də özünü göstərib. Məlumat üçün bildirək ki, 2015-ci ildə bütün maliyyə mənbələrindən əsas kapitala 33 milyon manatdan çox investisiya yönəldilib. Tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyanın həcmi 31 milyon manatdan çox olub.

Bu dövrdə Qızılca kəndində 120, Gal kəndində 96 şagird yerlik yeni məktəb binalarının, Qızılca, Gal və Şurud kəndlərində yeni kənd və xidmət mərkəzlərinin, Bənəniyar kəndində xidmət mərkəzinin və musiqi məktəbinin, Şurud kəndində yeni həkim ambulatoriyasının, Gal və Qızılca kəndlərində feldşer-mama məntəqələrinin tikintisi, Bənəniyar kəndində 648, Şurud kəndində 110 şagird yerlik məktəb binalarının əsaslı təmiri və yenidən qurulması, Bənəniyar kəndində kitabxana və mədəniyyət evinin əsaslı təmiri, Naxçıvan Muxtar Respublikası Dövlət Yol Polisi İdarəsinin Culfa Rayonlararası Müayinə Mərkəzinin tikintisi, Culfa şəhəri M.Əsgərov küçəsində yerləşən 17, 18 və 20 nömrəli yaşayış binalarının əsaslı təmiri başa çatdırılıb.

Mənzil-kommunal təsərrüfatı sektorunda xidmətlərin müasir standartlara uyğunlaşdırılması diqqət mərkəzində saxlanılıb. Belə ki, adıçəkilən dövrdə davam etdirilən quruculuq tədbirləri sırasında Culfa şəhərində “Şəhər su təchizatı və kanalizasiya layihəsi” üzrə yeni içməli su xəttinin çəkilişi və infrastrukturun yaradılması da var.
Başa vurduğumuz ildə quruculuq işləri yol təsərrüfatını da əhatə edib. Belə ki, 2015-ci ildə 12,2 kilometrlik Gal-Şurud avtomobil yolunda 2 körpü bərpa edilib, 44 ədəd su keçidi quraşdırılıb. Bu dövrdə Bənəniyar kəndinin daxili avtomobil yolunun 1100 metr hissəsinə qum-çınqıl verilməklə asfalt-beton örtük salınıb, 98 metr uzunluğunda 9 ədəd su keçidi quraşdırılıb. Dizə-Gal və Kırna-Gal avtomobil yolunda yol yatağının yenidən qurulması başa çatdırılıb. Saltaq kəndində 12 paqonometrlik yeni körpü tikilib, kənddaxili avtomobil yolunun 3300 metrinə asfalt-beton salınıb. Qızılca kəndinin girişində 2400 metr avtomobil yolu asfaltlanıb.
Ötən il quruculuq tədbirlərindən rabitə sahəsinə də pay düşüb. Şurud kəndində 64, Gal kəndində 32, Qızılca kəndində 96, Saltaq kəndində 384, Camaldın kəndində 256 nömrə tutumlu yeni ATS quraşdırılıb, Culfa şəhərində və Kırna, Bənəniyar, Gal, Qızılca, Camaldın, Saltaq, Şurud kəndlərində, ümumilikdə, 7858 metr uzunluğunda fiber-optik kabel xətləri çəkilib. Bu dövrdə 269 ədəd telefon çəkilişi həyata keçirilib.
2015-ci ildə rayonda istehlakçıların fasiləsiz elektrik enerjisi ilə təmini istiqamətində mühüm tədbirlər həyata keçirilib. Bu dövrdə rayonda 4 ədəd yeni transformator yarım­stansiyası quraşdırılıb, 40 ədəd transformator yarımstansiyası təmir edilib, 1692 metr yeraltı kabel xətti, 3500 metr elektrik verilişi xətləri çəkilib.
Bəhs olunan dövrdə Culfa şəhərindəki və kənd yaşayış məntəqələrindəki orta və aşağıtəzyiqli qaz xətlərində təmir işlərinin aparılması davam etdirilib. Belə ki, yeni yolların salınması, tikinti, abadlaşdırma tədbirləri, su, kanalizasiya xətlərinin çəkilişi ilə əlaqədar 8711 metr uzunluğunda qaz xətlərinin yeri dəyişdirilərək yenidən çəkilib, yeni tikilən 85 fərdi yaşayış evi, 15 qeyri-yaşayış tikilisi qazlaşdırılıb.
Saltaq kəndində 252 şagird yerlik yeni məktəb binasının, kənd və xidmət mərkəzlərinin tikintisi, həkim ambu­latoriyasının əsaslı təmiri və yenidən qurulması, “Əlincəqala”da muzeyin tikintisi, Əlincəqala və Gülüstan tarixi abidələrinin bərpası, Culfa şəhərində Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Axtarış İdarəsinin inzibati binasının və yardımçı binalarının tikintisi davam etdirilib.
Həyata keçirilən bütün quruculuq tədbirləri rayon sakinlərinin qurub-yaratmaq əzminə öz təsirini göstərib, onlarda böyük ruh yüksəkliyi yaradıb. Culfalılar 2016-cı ilə bu ovqatla qədəm qoyublar.

 Muxtar Məmmədov

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5630862
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
14314
18377
14314
176753
5630862

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter