11 Dekabr 2017, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2017
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişik­liklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1336-IVQD nömrəli Qanununun tətbiqi barədə” 2015-ci il 23 noyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə edilən dəyişikliklər torpaqlardan düzgün istifadə qaydalarını daha da gücləndirib, torpaq üzərində mülkiyyət, torpaqdan istifadə və ya icarə hüququnu pozma və dövlətin müstəsna mülkiyyətində olan torpaq sahələrinə dair qanunsuz qərarvermə ilə əlaqədar cəzaları sərtləşdirib.

Qeyd edək ki, Məcəllənin 188-1-ci-188-4-cü maddələrində nəzərdə tutulmuş əməllər ilə mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutmaya görə cəzalar müəyyən edilib. Belə qanunsuzluqlara yol verənlər səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılırlar. Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparanlara isə 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq edilir. Habelə qanunsuz hasarlama, özbaşına tikinti və kənd təsərrüfatı təyinatlı torpaqlarda digər qanunazidd əməllərə yol verilərsə, həmin şəxslər 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılırlar. Eyni zamanda əgər belə hərəkətlər təkrar, eləcə də qulluq mövqeyindən istifadə edilməklə törədilərsə, 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq olunması nəzərdə tutulub.
Dəyişikliklər nəzərdə tutulmuş əməllərin dövlətin müstəsna mülkiyyətində olan torpaq sahələri barədə qəbul edilən qanunsuz qərarları da əhatə edir. Belə ki, Məcəllənin 314-1.1-ci və 314-1.2-ci maddələrində dövlətin mülkiyyətində olan torpaqların bələdiyyələrə, fiziki və ya hüquqi şəxslərə mülkiyyətə (istifadəyə və ya icarəyə) verilməsi barədə qanunsuz qərar qəbul edən vəzifəli şəxslərin 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılması müəyyənləşdirilib. Həmçinin belə şəxslər 3 ilədək müddətə müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilirlər. Bunlarla yanaşı, belə cəza tədbirləri dövlətin müstəsna mülkiyyətində olan və özgəninkiləşdirilməsi qanunla qadağan edilən torpaq sahələrinə də şamildir. Bu torpaq sahələrinin bələdiyyə mülkiyyətinə və ya xüsusi mülkiyyətə verilməsi barədə qərar qəbul edilməsi də cinayət məsuliyyətinə səbəb olur. Belə ki, belə qərarlar qəbul edən vəzifəli şəxslər məsuliyyətə cəlb oluna və 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum edilə bilərlər.
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi həmin sərəncamın icrası ilə bağlı monitorinq-araşdırma tədbirlərinə başlayıb. Belə ki, monitorinq qrupları tərəfindən muxtar respublikanın bütün rayonlarında olduğu kimi, Naxçıvan şəhərində də reydlərə start verilib. Torpaqların özbaşına zəbt olunması, qanunsuz tikintilərin aparılması, torpaqlardan təyinatına zidd istifadə araşdırılır, kənd təsərrüfatı təyinatlı torpaqlarda qanunsuz yaşayış evi və ya digər obyektlərin tikintisi, torpaqların təyinatının qanunsuz dəyişdirilməsi, dövlət torpaqlarının zəbt olunması kimi hallar müəyyən edilir. Çünki belə qanunsuz hərəkətlər nəticəsində kənd təsərrüfatı təyinatlı torpaqların sahəsi azalır, torpağın məqsədli istifadəsində maneələr ortaya çıxır, qanunsuz tikililərin sayı artır. Torpaq sahələrinin özbaşına olaraq təyinatı nəzərə alınmadan istifadəyə, icarəyə və ya mülkiyyətə, özbaşına istifadə hallarına yol verilməsi, zəbt olunmuş sahələrdə qanunazidd olaraq tikintilərin aparılması sonda narazılıqlara səbəb olur və hüquqi mübahisələrə yol açır. Analoji hadisələrin qarşısını almaq məqsədilə aşkar olunmuş hüquq pozuntuları ilə bağlı müvafiq qanunvericiliyə, eləcə də adıçəkilən sərəncama uyğun olaraq müvafiq tədbirlər görüləcək, inzibati sanksiyalar tətbiq olunacaq, konkret məsuliyyətə cəlbolunma və ya sərt cəza tədbirlərinin tətbiqi ilə bağlı qərarlar qəbul ediləcəkdir.
Qeyd edək ki, belə monitorinqlər komitənin torpaq sahələrinə nəzarət üzrə torpaq müfəttişləri tərəfindən həyata keçirilir. Məqsəd muxtar respublikada torpaq münasibətlərinin daha ciddi şəkildə qorunması ilə dövlət, bələdiyyə və özəl mülkiyyətə münasibətdə hüquqların və mənafelərin daha da səmərəli olmasının təmin edilməsidir.
Sərəncamın icrasını təmin etmək məqsədilə komitənin yerli qurumları fəaliyyətini digər aidiyyəti qurumlarla əlaqələndirir. Yerli icra hakimiyyətləri, fiziki və hüquqi şəxslər, bələdiyyələr və aidiyyəti dövlət qurumları ilə fəaliyyətin koordinasiyası torpaq qanunvericiliyinə daha effektiv əməl olunmasına imkan verir və muxtar respublikada torpaq münasibətlərinin səmərəli şəkildə tənzimlənməsinə, mülkiyyət hüquqlarının yüksək səviyyədə təmin olunmasına şərait yaradır.

Dünyamalı Babayev
Naxçıvan Muxtar Respublikası
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin
Naxçıvan Şəhər İdarəsinin müdiri

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5630872
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
14324
18377
14324
176763
5630872

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter