11 Dekabr 2017, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2017
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

Ərzaq təhlükəsizliyinin təmin olunması bu gün dünyanı düşündürən başlıca məsələdir. Və bu problemin həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Ölkəmizdə, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da ərzaq təhlükəsizliyinin təmin olunması üçün görülən işlər öz bəhrəsini verməkdədir.
Qeyd olunmalıdır ki, bu sahədə digər ərzaq məhsulları ilə yanaşı, heyvandarlıq məhsullarının istehsalı da mühüm əhəmiyyətə malikdir. Daxili bazarın yüksəkkeyfiyyətli ət və süd məhsulları ilə təmin olunması və sağlam təsərrüfatların qorunması muxtar respublikamızda ötən ildə də ən zəruri sahə kimi diqqət mərkəzində saxlanılmış, Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti, onun şəhər və rayon baytarlıq idarələri tərəfindən regionun bütün yaşayış məntəqələrində əhaliyə məxsus mal-qara, ev quşları və digər kənd təsərrüfatı heyvanları arasında xəstəliklərə qarşı diaqnostik, profilaktik və müalicəvi tədbirlər həyata keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətindən bildiriblər ki, muxtar respublika təsərrüfatlarındakı iribuynuzlu və xırdabuynuzlu heyvanlardan qan nümunələri götürülərək baytarlıq laboratoriyalarında seroloji müayinədən keçirilmiş, epididimit xəstəliyinə görə diaqnostik müayinə aparılmış, xəstəlik aşkar olunmamışdır. Həmçinin mal-qara və ev quşlarının parazitlərlə yoluxma dərəcəsini müəyyən etmək üçün laboratoriyalarda elmitoloji analizlər aparılmış, əhalini sağlam heyvandarlıq məhsulları ilə təmin etmək üçün baytar-sanitar ekspertiza laboratoriyalarında və bakterioloji laboratoriyalarda infeksion xəstəliklərə görə müayinələr aparılmışdır.
Profilaktik məqsədlə kənd təsərrüfatı heyvanları arasında qarayara, dabaq, emkar, bradzot xəstəliklərinə qarşı iribuynuzlu və xırdabuynuzlu heyvanlarda, taun “H” xəstəliyinə qarşı quşlarda peyvəndləmə tədbirləri görülmüş və bu istiqamətdə işlər davam etdirilir. Bütün yaşayış məntəqələrində dezinfeksiya tədbirləri həyata keçirilmiş, baytarlıq xidmətinə dair sahibkarlarla maarifləndirici söhbətlər təşkil edilmişdir. Dünyanın bəzi ölkələrində yayılan xəstəliklərin muxtar respublikamıza daxil olmasının qarşısının alınması diqqət mərkəzində saxlanılmış və regionda belə xəstəliklər qeydə alınmamışdır.
Həyata keçirilən tədbirlərin, monitorinqlərin nəticələri belə deməyə tam əsas verir ki, həmin xəstəliklərin muxtar respublikada yayılma ehtimalı yoxdur.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5630965
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
14417
18377
14417
176856
5630965

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter