20 Oktyabr 2017, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2017
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

– Ay bala, ay oğul, dükanın malıdır, o qutuların üzərinə çıxmayın. İçərisində olan peçenye əzilər, çıraq şüşələri sınar. Əlindəki qutunu göstərib, – bu da kərə yağıdır, görək birtəhər çatdırsaq yaxşı olar. Qorxuram ki, əriyə, – deyən satıcılar toyuq-cücələrini qoruyan kimi, mallarını qoruya-qoruya çatdırırdı dükana.

Düşünürəm ki, bu söhbətləri ucqar dağ və sərhəd kəndlərində yaşayan, marşrut avtobusundan istifadə edən hər bir sərnişin eşidib. Ayaq üstə durmağa yox, bir ayağını qoymağa belə, yer tapmayan “PAZ” avtobusunda tər tökə-tökə, üstəlik də yanacaq iyindən boğula-boğula 60-70 kilometrlik yol gedən sərnişinlər bu bir neçə saatlıq “mənzərənin” şahidi yox, iştirakçısı olublar. Birtəhər kəndə çatdırılan malların yarıqaranlıq, palçıqdan tikilmiş dükanlarda satıldığının şahidi, yarısını siçovullar yeyən ərzaq məhsullarının müştəriləri az olmamışıq. Kəndlərdən fərqli olaraq şəhərdə daha çox dəmir dükanlarda, heç bir şəraiti olmayan yerlərdə satılan ərzaq məhsullarının da alıcısı olmuşuq. “Həsənəli, xeyir işimiz var, imkan etsən Gürcüstan limonadı, Moskva olmasa, Bakı kolbasası, Rusiya və Türkiyə istehsalı olan meyvə şirələri tap gətir”, – deyib xahiş edənləri də görmüşük.
“Hər şey zamana baxsa da, zaman heç nəyə baxmır”, – deyiblər. Zaman öz işini gördü. Süfrələrimizin, əyin-başımızın, tikilən binalarımızın xaricdə istehsal olunan, mənşəyi məlum olmayan ərzaq və qeyri-ərzaq məhsulları ilə bəzədilməsinə son qoyuldu. Ona görə ki, həmin məhsulları istehsal etmək üçün kifayət qədər xammalımız, təbii ehtiyatlarımız, bir də sahibkarlara yüksək dövlət qayğısı var. Müasir avadanlıqlar alınıb gətirildi, emal və sənaye müəssisələri quruldu. Xüsusilə də yerli xammalla işləyən emal və sənaye müəssisələrinə üstünlük verildi, dövlət maliyyə dəstəyi göstərildi. Təbii ki, yaradılan yeni müəssisələrdə yeni iş yerləri açıldı. Əhalinin məşğulluğu təmin olundu, maddi rifahı daha da yaxşılaşdırıldı.
Artıq 4-5 kəndə bir marşrut yox, hər kəndə bir marşrut avtobusu işləyir. Özü də “PAZ” avtobusu deyil, “Mercedes” markalı mikroavtobuslarla sərnişindaşıma xidməti göstərilir. Dükanlara da ərzaq məhsulları sərnişin avtobusları ilə deyil, soyuducu kamera ilə təmin edilmiş xüsusi yük avtomobilləri ilə daşınır. Hər kənddə tikilib istifadəyə verilən xidmət mərkəzlərində nümunəvi xidmət üçün hər cür şərait yaradılıb, onlar soyuducularla təmin edilib. Şahidi olduğumuz tanış ifadələr də yeniləri ilə əvəz olunub. Artıq xeyir işi olanlara Həsənəli seçim etməyi təklif edir: – “Naxçıvan”, “MM”, “Bərəkət”, “Hilal” kolbasaları, yaxud da “Prestij”, “Qızıl su”, “Korabulaq” limonadları, “Badamlı” meyvə nektarları, “Nati” şokoladları, “Ləzzət”, “Şərur”, “Kırna” broyler toyuqları var. Hansını istəsəniz hazırlayım, gəlin götürün”, – deyir.
Artıq yağış yağan zaman ayağına su dolan ayaqqabılardan gileylənən yox, təmiz dəridən hazırlanıb, 3-4 ildir geyinirəm, – deyən “Şirvanşahlar”ın istehsal etdiyi ayaqqabılardan, “Zümrüd”ün kostyumlarından, “Gəmiqaya”nın binalarımıza xüsusi gözəllik verən travertin daşlarından, yayı sərin, qışı isti olan tuğla kərpicindən, Naxçıvan sementinin keyfiyyətindən və münasib qiymətindən razılıq edən ifadələri eşidirik.
Naxçıvan məhsulları təkcə adını çəkdiyimiz məhsullarla məhdudlaşmır. Sаhibkаrlıq subyеktlərinin fəаliyyətinin stimullаşdırılmаsı və gеnişləndirilməsi özəl sеktоrun ümumi dахili məhsuldаkı pаyının ilbəil artması ilə müşahidə olunur. Bu artım, öz növbəsində, dахili bаzаrın yеrli istеhsаl hеsаbınа kеyfiyyətli məhsullаrlа təmin оlunmаsınа rəvac verib. 1995-1996-cı illərdə yаlnız 4-5 növ məhsulа оlаn tələbаtın аz bir hissəsinin yеrli istеhsаl hеsаbınа ödənildiyi muхtаr rеspublikаmızdа hаzırdа 119 növdə ərzaq, 242 növdə qeyri-ərzaq olmaqla, cəmi 361 növdə məhsul istehsal olunur. 107 növdə ərzaq, 236 növdə qeyri-ərzaq olmaqla, cəmi 343 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir. Yerli məhsulların keyfiyyətinə də ciddi nəzarət edilir. İstehsal olunan yerli məhsulların keyfiyyətli olması işin bir tərəfidirsə, istehlakçılara çatdırılması da onu tamamlayan başqa bir tərəfidir. Hazırda istehsal olunan məhsullar ayrı-ayrı şirkətlər tərəfindən vaxtında və keyfiyyətlə yerlərə çatdırılır. Üzərində “Bərəkət”, “Ləzzət” və digər tanıtım nişanları yazılmış xüsusi avtomaşınlar ayrı-ayrı yaşayış məntəqələrində şütüyür. Yerli müəssisələr xidmət mərkəzlərini tələbata uyğun yerli məhsullarla təmin edirlər.
Naxçıvan elə bir məkandır ki, burada bitən bitki, yetişən hər bir meyvə dadına, tamına görə digər bölgələrin məhsullarından fərqlənir. Bu bitkilərdən qidalanan heyvanların əti və istehsal olunan ət və süd məhsulları da həmçinin.
Naxçıvanda yaşayan dostumdan bir nəfər ziyalı xahiş edir ki, Bakıya gələndə Naxçıvandan 2-3 kiloqram pendir və mal əti al gətir. Dostum da fikirləşir ki, əşi, mal əti elə Bakıda da mal ətidir də. Bakı şəhərindəki Laçın bazarından 10 kiloqram ət alıb, aparıb verir evlərinə. 2-3 gün sonra həmin ziyalının yanına gedir. Baxır ki, məşğuldur. Bir neçə dəqiqədən sonra eynəyini çıxarıb, – müəllim, gətirdiyin pay üçün çox sağ ol. Amma sizə dedim ki, Naxçıvandan 2-3 kiloqram mal əti alın. Yoxsa, Laçın bazarı yanımdadır. 20 kiloqram da ət almaq imkanım var. Naxçıvan məhsullarının daimi alıcısıyam. Dadına, tamına da yaxşı bələdəm. Pendir Nehrəm pendiri idi, – deyib gülür.
Sən demə, biz fərqinə varmamışıq. Elə bilmişik ki, məhsulların hamısı eynidir. Bakıda yaşayan, əslən naxçıvanlı olan dostlarımdan birinin qonağı oldum. Süfrə açmışdı. Süfrəyə düzülən nemətlərin də çoxu Naxçıvan məhsulları idi. Gəldən-getdən söhbət edir, uşaqlıq xatirələrini vərəqləyir, Naxçıvan dağlarından sobu, çaşır yığmasından danışırdı. Süfrədəki turşunu göstərib, – bu da bizim sobudu, dadına bax, – dedi. Götürüb yedim. Baxdım ki, bu sobudan neft dadı gəlir.
– Bu nədi, – dedim.
Güldü: – Hə, dostum, Naxçıvanda təmiz məhsullardan yeyib dostunu da yada salmırsan. Biz də məcbur olub Bakı ətrafındakı dağlardan yığmışıq. Ona görə də neft dadı gəlir.
Bəli, təmiz havası, suyu, gülü-çiçəyi insan sağlamlığı üçün dərman olan Naxçıvanın məhsullarının alıcısı başının üstündədir. İri şirkətlərdən fərqli olaraq kiçik və fərdi sahibkarların istehsal etdikləri məhsulların Bakı şəhərinə və xarici bazarlara çıxarılması, tanıdılması və satılması ilə bağlı çətinliklər də aradan qaldırılmış, yerli məhsullarımızı “Naxçıvan məhsulları” tanıtım nişanı ilə satışa çıxaran məhdud məsuliyyətli cəmiyyət də yaradılmışdır.
Artıq fərdi və kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar da istehsal etdikləri məhsulların satışından əldə etdikləri gəlirlə fəaliyyətlərini genişləndirir, yerli xammaldan səmərəli istifadə etməklə bazarın tələbatına uyğun yeni çeşiddə məhsullar istehsal edib satışa çıxarırlar. Bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq, satışa çıxarılan, keyfiyyəti, dadı, tamı, münasib qiyməti ilə seçilən Naxçıvan məhsullarının həmişə olduğu kimi, bu gün də alıcı problemi yoxdur.

Kərəm Həsənov

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4761494
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3226
19017
70069
296554
4761494

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter