26 May 2017, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

ARXİV

May 2017
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Nədənsə, yol haqqında söhbətləri hamı diqqətlə dinləyir. Məsələn, dostlarımızdan biri səyahətdə olduğu ölkənin mədəniyyətindən danışdıqda hökmən burdakı yolların vəziyyəti ilə maraqlanırıq.  Şübhəsiz, yol inkişafın ən mühüm göstəricisidir. Uzaqları yaxınlaşdıran, insanları bir-birinə qovuşduran geniş yollar çəkildikcə həyat da rahat olur. Bu yollar təkcə rahat gediş-gəliş deyil, onlar bizim abad ev-eşiyimiz, avand işlərimiz, yurdumuza gələn qonaqların gözəl təəssüratıdır.

Şəhər mədəniyyətinin, güclü iqtisadiyyatın və qonaqpərvərliyin bir simvolu olan rahat və geniş yollar həmişə insanları özünə çəkib. Bu baxımdan indiki yollarımızla gedərkən, sadəcə, yoldur, – deyib keçməyək. Biz bu günlərə necə gəldik? Nə qədər səbir və zəhmətlə bu yollar hasilə gəldi, nə qədər işçi və mühəndis yay-qış demədən bu yolların çəkilişində çalışdı? Bir çoxlarını bəzən inandırmaq çətindir. Amma inşaat işindən az-çox məlumatı olanlar bilirlər ki, yol çəkilişi ən mürəkkəb mühəndis-texniki işlərdən biridir.

Misal üçün, 15-20 kilometrlik bir yol inşaatı nəzərdə tutulubsa və bu yol da Naxçıvan Muxtar Respublikası kimi mürəkkəb landşaft quruluşuna, torpaq, süxur xüsusiyyətlərinə malik olan bir yerdə çəkilirsə, burada sərt hava şəraiti, yeraltı və yerüstü sular, qayalıq və qumluq ərazilər və bilmədiyimiz daha bu kimi digər təbii maneələr qarşıya çıxacaqdır. Odur ki, indi muxtar respublikamız boyu çəkilmiş yeni yollarla gedərkən qərbdən şərqə, cənubdan şimaladək hər kilometr yolda maddiləşmiş nəhəng əməyin – möhtəşəm tikinti-qurucu­luğun miqyası gözlərimiz önündə canlanır.
Ötən illər ərzində muxtar respublikamızda Naxçıvan-Sədərək magistralının, Naxçıvan dairəvi avtomobil yolunun, Naxçıvan-Culfa magistral avtomobil yolunun, Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi yolunun, Çeşməbasar-Boyəhməd avtomobil yolunun, Naxçıvan-Şahbuz-Bata­bat avtomobil yolunun, Hacıvar-Sirab-Vayxır avtomobil yolunun və Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması Naxçıvanda müasir yol şəbəkəsinin yaradılmasına dövlətimizin göstərdiyi diqqətin bariz nümunəsi­dir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvandakı yol çəkilişlərini, avtomobil yollarının yenidən qurulmasını regionun inkişaf göstəricisi kimi xarakterizə edərək bunu: “Yol tikintisi inkişaf, insanların normal, rahat yaşaması üçün əsasdır. Harada ki, yol tikilir, orada inkişaf vardır. Ona görə bu gün yol tikintisi Azərbaycanın bütün bölgələrində sürətlə gedir. O cümlədən Naxçıvanda bu proses sürətlə gedir və həll olunur” şəklində qiymətləndirməsi blokada şəraitində yaşayan muxtar respublikanın hərtərəfli inkişafına nə qədər diqqət yetirildiyini bir daha sübut edir.
Babək rayonu muxtar respublikamızın paytaxtı Naxçıvan şəhərinə ən yaxın məsafədə olan iri rayonlardandır. Rayon iqtisadiyyatının inkişafına və əhali məskunlaşmasının sürətinə görə burada yol infra­strukturunun yaradılmasına da xüsusi diqqət yetirilir. Rayonda Naxçıvan şəhəri və öz yaşayış məntəqələri arasında sıx nəqliyyat əlaqələrinə imkan verən yol şəbəkəsinin yaradılması isə ümumiyyətlə, Naxçıvanda gedən sosial-iqtisadi inkişaf proseslərinin bir hissəsidir.
Naxçıvanda müasir yol şəbəkəsinin yaradılması üzrə həyata keçirilən mühüm layihələrdən biri də Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2014-cü il tarixli Sərəncamına uyğun olaraq yenidən qurulmuş Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yoludur. Yeddi yaşayış məntəqəsini birləşdirən və 32 min nəfər sakinin istifadə etdiyi bu yolun böyük iqtisadi əhəmiyyəti vardır. Belə ki, rayonun ən iri yaşayış məntəqələrini birləşdirən bu yolla hər gün minlərlə avtomobil hərəkət edir. Ötən il dekabrın 1-də ölkə başçısının açılışında iştirak etdiyi bu yolun tikintisi, təqribən, bir il müddətində yüksək keyfiyyətlə başa çatdırılıb.
Bəs, bütövlükdə, muxtar respublikamızın sosial-iqtisadi həyatında əlamətdar bir hadisə olan bu yeni salınmış yolun əhəmiyyəti nədir? Çəkilmiş hər yeni yolun kollektiv rifah yaratmadakı əhəmiyyətindən əlavə, o həm də bir investisiya gücünə malikdir. Şübhəsiz, rahat yolu olan bir yaşayış məntəqəsinin digərləri ilə müqayisəsi çox asandır. Gediş-gəlişi rahat olan yaşayış məntəqəsi ən ucqarda da olsa, orada daha çox evlər tikiləcək, torpaqlar daha yaxşı əkilib-becəriləcək, daşınmaz əmlakın qiyməti artacaqdır. Bu da, öz növbəsində, həmin ərazilərin cazibədarlığını artıran amillərdəndir. Göründüyü kimi, insanın rahatlığına xidmət edən rahat yol, sadəcə, bir yol olmaqdan əlavə, həm də ondan istifadə edən yüzlərlə, minlərlə sakinin həyatını kökündən dəyişdirən ən savab işdir.
Babək rayonunda yeni salınan yolla bağlı qəzetə yazı hazırlamaq üçün buraya gəldiyimdə yaxın keçmişdəki günlər yadıma düşdü. Təxminən, 7-8 il əvvəl Nehrəm kəndində müəllim işlədiyim zaman bu kəndin camaatının müəllim adına olan hörmətini, təhsilə olan ciddi münasibətini və bir də həftədə üç gün ərzində gedib-gəldiyimiz həmin yolları bir daha xatırladım. Yolüstü ötən ilin sonlarında istifadəyə verilmiş Nehrəm kənd 2 nömrəli tam orta məktəbin qarşısında dayanıb tanışlardan kimisə görmək istədim. Bu dəfə rastıma çıxan Azərbaycan Respublikasının Əməkdar müəllimi Alidə Fətullayeva və köhnə dostum Əli Əliyevlə Nehrəmdə işlədiyimiz həmin günləri bir daha yada saldıq. Razılıqla dedilər ki, aradan keçən bu müddətdə təkcə yollarımız dəyişməyib. Bilirsiniz, bu yerlərin camaatı çox işgüzardır. Son illərdə kəndlərimiz çox böyüyüb və gözəlləşib. Uşaqlarımız daha yaxşı oxuyurlar. Dövlətimizin hər qayğısı onlara geniş yollar açır. Biz də yaşamaqdan və işləməkdən zövq alırıq.

Əli Cabbarov

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2478652
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
17503
16737
80217
418215
2478652

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter