05 Dekabr 2020, Şənbə

Dünən Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Əmlakın və öhdəliklərin inventarizasiyası qaydaları” adlı təlim keçirilib.

Maliyyə Tədris Mərkəzinin tədris zalında keçirilən təlimə Naxçıvan Muxtar Respublikasında büdcə təşkilatlarında maliyyə mühasibat sahəsində çalışan 12 mühasibat işçisi dəvət olunub. Təlimi giriş sözü ilə Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova təlimin aktuallığı və mahiyyəti haqqında məlumat verib. Bir gün ərzində keçirilən təlim Maliyyə Nazirliyi Aparatının baş məsləhətçi-mühasibi Məmmədnağı Əkbərovun təqdimatında olub. Təlim zamanı iştirakçılara torpaq, tikili və avadanlıqların, debitor borclarının, digər maliyyə aktivliyinin, aktivlərin, ehtiyatların, pul vəsaitləri və onların ekvivalentlərinin, faiz xərcləri yaradan öhdəliklərin inventarizasiyası və digər mövzularda slaydlar vasitəsilə geniş məlumat verilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Maliyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2020
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR