26 Noyabr 2020, Cümə axşamı

Suvarma mövsümünün mütəşəkkil keçirilməsi, torpaqların dayanıqlı su təminatı və su itkisinin qarşısının alınması istiqamətində oktyabr ayında da işlər davam etdirilib. Qeyd olunan dövrdə su istifadəçilərinə 9,9 milyon kubmetr suvarma suyu verilib, təkrar suvarma da daxil olmaqla, 8150 hektar torpaq sahəsi suvarılıb. Həmçinin arx və kanalların su tutarlığının normal vəziyyətə gətirilməsi, torpaqların şoranlaşmasının qarşısını almaq üçün 7,2 kilometr beton-torpaq kanal, 19,5 kilometr ara arxlar, 4,4 kilometr kollektor lildən təmizlənib, 3,8 kilometr yeni arx qazılıb. Torpaqların qrunt sularından təmizlənməsi üçün 870 metr açıq drenaj kanalı qazılıb, 76,5 hektar sahənin meliorativ vəziyyəti yaxşılaşdırılıb.

Ötən ay Şahbuz rayonunun Türkeş kəndində 275 hektar ərazidə qapalı suvarma şəbəkəsi istifadəyə verilib, Kəngərli rayonunun Böyükdüz kəndində 810 hektar ərazidə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilib, 21,7 kilometr suvarma xətti çəkilib, 210 supaylayıcı hovuz və suvarma hidrantı quraşdırılıb.
Hesabat ayı ərzində muxtar respublika ərazisində 22,5 kilometr yeni suvarma xətti, 2 kilometr yeni içməli su xətti çəkilib. Kəhrizlərin təmir-bərpası da diqqətdə saxlanılıb. Belə ki, 1 kəhrizdə təmir-bərpa işləri başa çatdırılıb, 5 kəhrizdə isə işlər davam etdirilib. Suvarma və içməli su mənbəyi kimi istifadə olunan 60 subartezian quyusunda isə təmir işləri aparılıb.
“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Şərur rayonunun Sərxanlı kəndində 270 metr su, Babək rayonunun Nehrəm qəsəbəsi və Araz kəndində 110 metr su, 4,8 kilometr kanalizasiya, Sədərək rayonunda 1,9 kilometr su, 3,2 kilometr kanalizasiya, Kəngərli rayonunun Qarabağlar, Yurdçu və Xok kəndlərində 12,3 kilometr su xətti çəkilib.
Əhalinin rifahına xidmət edən meliorasiya tədbirləri qarşıdakı aylarda da davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su
Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti

ARXİV

Noyabr 2020
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR