29 Noyabr 2020, Bazar

Naxçıvan Beynəlxalq Hava Limanında 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq işləri başa çatdırılıb.
Hava limanının Əsaslı Tikinti və Yerüstü Qurğuların İstismarı üzrə direktor müavini İlham Hüseynov bununla bağlı keçirilən tədbirdə çıxış edərək bildirib ki, mövsümlə əlaqədar ayrı-ayrı xidmət sahələrində qrafik üzrə nəzərdə tutulan bütün işlər yerinə yetirilib. O qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında qış mövsümünün soyuq və qarlı keçməsi ilə əlaqədar olaraq hava gəmilərinin təhlükəsiz enib-qalxmasını təmin etmək məqsədilə xüsusi avtonəqliyyat vasitələri tam saz vəziyyətə gətirilib. Texniki heyətlə məşğələlər keçirilib və uçuç-enmə zolağı, dönmə yollarının, perron ərazisinin qardan təmizlənmə proseduru işlənib hazırlanıb.

İlham Hüseynov onu da bildirib ki, 1 “Volvo”, l “Man”, 2 “Mercedes” markalı qartəmizləyən, 1 “Supra” markalı qaratan və l “Damman” markalı buz əleyhinə mayesəpən avtonəqliyyat vasitələri imkan verir ki, istənilən qarlı hava şəraitində uçuş-enmə zolağı, dönmə yolları və perron ərazisini qardan və buzlaşmadan təmizləyək. Ən son model olan skidometr avadanlığı ilə uçuş-enmə zolağının sürüşmə əmsalı hesablanır və təlimata uyğun olaraq işlər yerinə yetirilir. Hava gəmilərinin buzlaşmasına qarşı emalı üçün nəzərdə tutulmuş “ISUZU” və “Qlobal” markalı maşınlar tam saz vəziyyətə gətirilib.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Noyabr 2020
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR