29 Oktyabr 2020, Cümə axşamı

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2020-ci ilin sentyabr ayında payız-qış mövsümünə hazırlıqla əlaqədar meliorativ tədbirlərin görülməsi diqqətdə saxlanılmış, torpaqların su təminatının yaxşılaşdırılması, qapalı suvarma şəbəkələrinin qurulması, yeni subartezian quyularının qazılması, suvarma kanallarının mütəmadi təmizlənməsi və anbarlara suyun yığılması işləri həyata keçirilmişdir.
Muxtar respublika üzrə ötən ay su istifadəçilərinə 11,3 milyon kubmetr su verilmiş, bunun müqabilində 9 min 472 hektar torpaq sahəsi suvarılmışdır.
Hesabat dövründə 12,8 kilometr beton və torpaq kanal, 14,6 kilometr ara arxlar və 4 kilometr kollektor lildən təmizlənmiş, 29 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınmışdır.

Mütərəqqi suvarma metodlarının tətbiqi sahəsində Kəngərli rayonunun Böyükdüz kəndində 800 hektar, Şahbuz rayonunun Türkeş kəndində 270 hektar ərazidə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilmiş, 30 kilometr suvarma xətti çəkilmiş, 280 supaylayıcı hovuz və suvarma hidrantı quraşdırılmışdır.
Şahbuz rayonunun Külüs kəndində 400 hektar torpaq sahəsinin əkin dövriyyəsinə qatılması, suvarma suyu ilə təmin olunması məqsədilə yeni nasos stansiyasının tikintisi və təzyiqli boru xəttinin quraşdırılması işləri davam etdirilmişdir.
Qeyd olunan dövrdə 30,3 kilometr yeni suvarma xətti, 4,4 kilometr yeni içməli su xətti çəkilmiş, 2 kəhriz və 93 subartezian quyusunda təmir-bərpa işləri aparılmış, 1 subartezian quyusu təmir edilərək balansa alınmışdır. Həmçinin muxtar respublikada torpaq və su ehtiyatlarından səmərəli istifadə edilməsi, yeni hidrotexniki qurğuların tikintisi, maddi-texniki bazanın gücləndirilməsi məqsədilə cəmiyyətə 17 adda 67 müxtəlif təyinatlı yeni texnika və texnoloji avadanlıq təqdim olunmuşdur.
“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Şərur rayonunun Sərxanlı kəndində 2,2 kilometr su, Babək rayonunun Nehrəm qəsəbəsi və Araz kəndində 554 metr su, 5,7 kilometr kanalizasiya, Ordubad rayonunda 680 metr su, 618 metr kanalizasiya, Sədərək rayonunda 1,2 kilometr su, 4,4 kilometr kanalizasiya, Kəngərli rayonunun Qarabağlar və Qabıllı kəndlərində 8,6 kilometr su xətti çəkilmiş, 1 subartezian quyusu qazılmışdır.

Naxçıvan Muxtar Respublikası
Meliorasiya və Su Təsərrüfatı Açıq
Səhmdar Cəmiyyətinin mətbuat xidməti

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR