24 Oktyabr 2020, Şənbə

Sentyabrın 26-dan etibarən Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin sayını həftədə 21 reysədək artırır.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən  bildirilib ki, bu istiqamətdə uçuşlara tələbatın yüksək olduğunu və pandemiya dövründə uçuşların sayının məhdud olduğunu nəzərə alaraq, qeyd edilən marşrut üzrə aviabilet satışı artıq növbəlilik prinsipi əsasında həyata keçiriləcək.

Növbəyə iki usulla yazılmaq mümkündür - geriyə əlaqə forması və ya WhatsApp mesenceri vasitəsilə:

Bakıdan Naxçıvana uçuşlar üçün:

• https://help.azal.az/hc/ru/requests/new?ticket_form_id=360000853919

• WhatsApp: +99455 204 65 54.

Naxçıvandan Bakıya uçuşlar üçün:

• https://help.azal.az/hc/ru/requests/new?ticket_form_id=360000886220

• WhatsApp: +99460 487 30 11

Müraciət etdiqdə sərnişinlər şəxsiyyət vəsiqəsinin skan edilmiş surətini, həmçinin əlaqə nömrəsini göndərməlidirlər.

Aviaşirkət onlayn forma və WhatsApp vasitəsilə eyni vaxtda müraciət etməməyinizi xahiş edir. Bu yalnız onlayn növbələrin artmasına və çağrı mərkəzi əməkdaşları tərəfindən sorğularınızın gec cavablandırılmasına səbəb olacaqdır.

Eyni zamanda, sərnişinlərin diqqətinə çatdırırıq ki, qeyd olunan istiqamət üzrə aviabiletlərin əldə olunması ilə bağlı aviaşirkətin çağrı mərkəzinə zəng vasitəsilə edilən müraciətlər qəbul edilmir.

 

 

 

 

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR