22 Oktyabr 2020, Cümə axşamı

Kəngərli rayonunda fermerlər son illər taxılçılığın inkişafına böyük maraq göstərirlər. Cari ildə rayonun torpaq mülkiyyətçiləri 5 min 906 hektar sahədən 17 min 707 ton taxıl tədarük ediblər. Hər hektar taxıl sahəsindən orta hesabla 30 sentner məhsul götürülüb, məhsuldarlıq ötən ildəkindən daha çox olub.

Rayonda payızlıq taxıl əkini kampaniyasına ciddi hazırlıq işləri görülür. Artıq bir neçə gündür, torpaq mülkiyyətçiləri taxıl əkiləcək sahələrdə payızlıq şuma başlayıblar. Bu işə hələlik “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyəti Kəngərli rayon bazasının, eyni zamanda fiziki və hüquqi şəxslərə məxsus müxtəlif markalı 12 şum texnikası cəlb edilib. Texnika və şum aqreqatları vaxtında təmir olunduqdan, yoxlamadan keçirildikdən və iş üçün tam hazır vəziyyətə gətirildikdən sonra sahələrə çıxarılıb.

Hazırda sahələrdən şum edən texnikaların səsi gəlir. Traktorlar bu günə kimi 1450 hektar sahədə şum aparıb. Taxıl əkinində ilkin və həlledici amil sayılan payızlıq şumdan əvvəl sahələr bitki qalıqlarından təmizlənir, üzvi və mineral gübrələrlə zənginləşdirilir. Şumun lazımi dərinlikdə aparılması da həm mütəxəssislərin, həm də torpaq mülkiyyətçilərinin diqqətindədir. Bu mühüm kampaniyada iştirak edən texnikaların yanacaqla vaxtlı-vaxtında təmin olunması, sıradan çıxmış hissələrinin təcili dəyişdirilməsi üçün əvvəlcədən kifayət qədər ehtiyat yaradılıbdır.
Qeyd edək ki, Böyükdüz və Xok kəndlərində aparılan yay şumu daha böyük sahələri əhatə edir.

Babək İSMAYILOV

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR