08 Avqust 2020, Şənbə

Şahbuz rayonunda taxıl biçininə başlanılıb. Biçin əsasən Şahbuzkənd, Türkeş, Sələsüz və Daylaqlı kəndlərində aparılır.

Taxılın toplanılmasında “Naxçıvan Aqrolizinq” ASC-nin Şahbuz rayon bazasına məxsus 2, fiziki şəxslərə aid 3 kombayndan istifadə olunur.

Bu il rayonda ümumilikdə 1563 hektar sahədə taxıl əkini aparılıb. Rayonunun təbii iqlim şəraitinə uyğun olaraq burada taxıl biçininə digər rayonlarla müqayisədə gec başlanılır.

Qeyd edək ki, Şahbuz rayonunda taxılçılığa maraq ildən-ilə artır. Buna səbəb isə bu sahəyə göstərilən dövlət qayğısı və yeni suvarma sistemlərinin quraşdırılmasıdır. Ötən il Türkeş kəndində qapalı suvarma sistemləri quraşdırılmasının nəticəsidir ki, bu il ən çox taxıl rayonun Türkeş kəndində əkilib. Torpaq mülkiyyətçiləri bu kənddə 300 hektardan artıq sahədə taxıl əkiblər.

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR