16 İyul 2020, Cümə axşamı

Ötən günlərdə Türkiyə Respublikası Ticarət Nazirliyinin təşkilati dəstəyi ilə beynəlxalq “Agrivirtual – Kənd təsərrüfatı və heyvandarlıq üzrə avadanlıqların” virtual sərgisi təşkil olunub. Virtual sərgidə Türkiyə Respublikasının orqanik qida, heyvandarlıq və kənd təsərrüfatı üzrə fəaliyyət göstərən 100-dən artıq şirkət təmsil olunub.

Azərbaycanın digər regionları ilə yanaşı muxtar respublikanın qabaqcıl ailə təsərrüfatçılarından olan Mehparə Hüseynova da həmin sərgidə iştirak edib.
Sərgi zamanı Mehparə Hüseynova innovativ kənd təsərrüfatı avadanlıqları, torpaq məhsuldarlığın artırılmasının intensivliyi, Türkiyə Respublikasına məhsul ixracı imkanları mövzularında “Selçuk” Universitetinin, “Prime” Agentliyinin və “MAİB” avadanlıq ixracatçıları assosasiyasının keçirdiyi onlayn seminarlarda iştirak edib, iştirakçı şirkətlərlə təcrübə mübadiləsi aparıb.
Nazirlik xətti ilə muxtar respublika təsərrüfatçılarının bu cür beynəlxalq tədbirlərdə iştirakı beynəlxalq təcrübənin öyrənilməsi, yeni tərəfdaşların tapılması, ailə təsərrüfatları arasında təcrübə mübadiləsi aparılmasında əhəmiyyətli vasitədir.
Qeyd edək ki, “Agrivirtual – Kənd təsərrüfatı və heyvandarlıq üzrə avadanlıqların” virtual sərgisi Türkiyənin aqrar sektorda ilk virtual sərgisidir.


Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR