16 İyul 2020, Cümə axşamı

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Babək Rayon İdarəsi tərəfindən Babək şəhərində müasir layihə əsasında bazar inşa edilir.

Burada işlərə mart ayından başlanılıb. Hazırda bazarın dam örtüyü vurulur və digər tikinti işləri aparılır. Burada çoxsaylı mağazalar, qadın və kişi dərzisi, bərbər, baytarlıq apteki, təsərrüfat malları mağazası və yeməkxana yaradılacaq. Bundan başqa kənd təsərrüfatı məhsullarının yarmarkasının təşkili üçün həyətdə açıq bazar da inşa olunacaq. Bütün bunlar Babək şəhəri və ətraf kəndlərin sakinlərinin bazarla bağlı olan qayğılarını uzaq məsafə qət etmədən həll etmələrinə şərait yaradacaq.

 Bazarın ətrafında yaşıllıqlar salınacaq, müasir işıqlandırma sistemi qurulacaq. Həmçinin yeni tikilən bazara gedən yolda da təmir-bərpa və abadlaşdırma işləri aparılır.

Qeyd edək ki, rayonun kiçik yaşayış məntəqələrindən olan Nəcəfəlidizə kəndində də kompleks quruculuq işləri aparılır. Burada yeni məktəb binası, kənd və xidmət mərkəzləri inşa olunur.

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR