16 İyul 2020, Cümə axşamı

Məlumat verdiyimiz kimi, "Kapital Bank" koronavirusun (COVID-19) yayılması səbəbindən ölkədə xüsusi rejim tətbiq edildiyi üçün mütəmadi olaraq tədbirlər həyata keçirir. Bu dəfə bank təhsil, sosial müavinət, ünvanlı sosial yardım və əmək pensiyası alanlara qayğı göstərmək məqsədilə növbəti dəstək kampaniyasına başlayıb. 

Belə ki, istifadə müddəti başa çatan aktiv müştərilərin ödəniş kartlarının müddəti daha bir neçə aylıq uzadılır. Təhsil və tələbə kartları avqustun 30-na, sosial müavinət kartları sentyabrın 30-na, ünvanlı sosial yardım kartları oktyabrın 31-nə əmək, pensiya kartları isə noyabrın 30-dək uzadılır. Bununla da, həmin kateqoriyaya daxil olan müştərilərin filiallara gəlməsinə ehtiyac qalmır.

Qeyd edək ki, hazırda dövriyyədə "Kapital Bank"ın 3 milyondan çox ödəniş kartı var. Bu ödəniş kartları ilə onlayn ödənişlər etmək, ATM-lərdə pul nağdlaşdırmaq, həmçinin müxtəlif alış-veriş mərkəzlərində, klinikalarda, apteklərdə, yanacaqdoldurma məntəqələrində və digər yerlərdə nağdsız ödənişlər etmək mümkündür. "Kapital Bank"ın ölkə üzrə 800-dək bankomatı, 10 minədək POS-terminalı var.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank", 102 filialı və 16 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün “www.kapitalbank.az” saytına, 196 Sorğu mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR