07 İyul 2020, Çərşənbə axşamı

 

 

 

 

 

 

 

 

 

 

 

Naxçıvanda 2020-ci ilin “İxrac ili” elan olunması istehsal olunan məhsulların ixrac imkanlarını daha da artırıb,yeni emal və istehsal sahələrinin yaradılmasına stimul verib. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyindən aldığımız məlumata görə, cari ilin yanvar-may ayları ərzində Babək rayonunda dövlət maliyyə dəstəyi hesabına 12, özəl investisiya hesabına 4 olmaqla, ümumilikdə, 16 layihə əsasında sahibkarlıq subyektinin yaradılması başa çatdırılıb,6 yeni layihə əsasında təsərrüfat, yaxud istehsal sahəsinin yaradılması davam etdirilib.

Bu ildən başlayaraq muxtar respublikanın ən böyük üzümçülük təsərrüfatı olan “Sumqala”da plastik səbətlərin istehsalına başlanılıb. Xəbər verdiyimiz kimi, ötən il təsərrüfatın 80 hektarlıq sahəsindən min tondan çox məhsul götürülüb. Yığılan məhsullar yerli tələbatı ödəməklə yanaşı, Bakı şəhərinə, həmçinin Rusiyanın və Ukraynanın bazarlarına ixrac olunub.Təsərrüfatda tutumu 2500 ton olan soyuducu anbarın tikintisi başa çatdırılıb, yığılan məhsulun bazara çıxarılması üçün plastik səbətlərin istehsalı sahəsi yaradılıb. Soyuducu anbar istehsal olunan məhsulun uzun müddət keyfiyyətli saxlanılmasına və istənilən mövsümdə bazara çıxarılmasına imkan verirsə, plastik səbətlərin istehsalı sahəsi isə idxaldan asıllığı aradan qaldırır. Ötən il tədarük olunan məhsulun daşınması bu il yeni istehsal sahəsinin yaradılmasını zərurətə çevirib. Artıq gündəlik 5-10 kiloqram tutumlu səbətlərdən 7500, 12-15 kq tutumlu səbətlərdən 6000, 30 kiloqram tutumlu səbətlərdən isə 4500 ədəd istehsal olunur.Yeni istehsal sahəsinə 10 nəfər işçi cəlb olunub. Qeyd edək ki, səbətlərin muxtar respublikadakı digər təsərrüfatlara satışı da həyata keçirilir.

Muxtar RZAZADƏ

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR