14 İyul 2020, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Maliyyə Tədris Mərkəzi tərəfindən keçirilən növbəti videotəlimə Şərur Rayon Təhsil Şöbəsinin tabeliyində olan məktəblərin şagirdləri cəlb edilib.

Təlimin əsas məqsədi ümumtəhsil məktəblərində təhsil alan şagirdlərə uşaq yaşlarından başlayaraq ilkin büdcə anlayışlarının aşılanması, maliyyə biliklərinin verilməsi və onlarda yığım vərdişlərinin formalaşdırılması ilə düzgün xərcləmə mədəniyyətinin əsasının qoyulmasıdır.

Mərkəzin əməkdaşı Zəhra İsmayılova tərəfindən məktəblilərə təlimin mahiyyəti və aktuallığı barədə məlumat verilib.

Təlim Maliyyə Tədris Mərkəzinin əməkdaşları İnci Səfərova və Vüsalə Babayeva şagirdlərə qənaət vərdişlərinin formalaşması, məktəbli büdcəsinin səmərəli istifadəsi və maliyyə məqsədlərinin düzgün qoyulması barədə söz açıblar.

İnteraktiv hissədə şərti ailənin gəlir və xərclərinin müqayisəli təhlili aparılıb, sonra məktəblilərin təqdimatı dinlənilib.

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR