07 İyul 2020, Çərşənbə axşamı

Muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunmasında yaşayış məntəqələrinin və istehsalat sahələrinin təbii qazla təminatını həyata keçirmək üçün Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətində təsdiq olunmuş iş planına əsasən ardıcıl tədbirlər görülür. Muxtar respublikanın şəhər və rayon ərazilərindən may ayında daxil olan müraciətlərə əsasən 2 mənzil (ev) qazlaşdırılmışdır.

Naxçıvan şəhərində mexaniki qaz sayğaclarının smartkarttipli qaz sayğacları ilə əvəz olunması istiqaməti üzrə işlər davam etdirilmiş, 1 iyun 2020-ci il tarixə cəmi 20 min 230, o cümlədən cari ilin may ayında 63 qaz sayğacı quraşdırılmışdır. Bu işlər davam etdirilir.
Ötən ay Qaz İstismar Xidmətinə tabe şəhər, rayon qaz istismar idarələrinin qəza-dispetçer sahələrinin 24 saat aktiv olan 104 nömrəli qaynar xəttinə təbii qaz istehlakçılarından qaz sızması, qaztənzimləyicilərin nizamlanması, elektron sayğacların kilidə düşməsi və qəza-bərpa işlərinə görə ümumi 813 çağırış daxil olmuşdur. May ayında muxtar respublika qaz şəbəkəsində 526 qaz sızması aşkarlanmış, texniki istismar və təhlükəsizlik qaydalarının tələblərinə müvafiq bu sızmalar aradan qaldırılmışdır.
Naxçıvan Muxtar Respublikasında may ayında yeni qaz boru xətlərinin quraşdırılması, yenidənqurma, abadlıq işlərinin görülməsi zamanı qaz boru xətlərinin yerinin dəyişdirilməsi, yaşayış binalarında təmir- tikinti, korroziyaya uğramış yeraltı yol, qapı keçidlərinin yerüstü keçidlərlə əvəz edilməsi işlərinin görülməsi ilə əlaqədar müxtəlif diametrli polietilen və dəmir borulardan istifadə olunmuşdur.
Muxtar respublikada yerli qaz istismar idarələrinin işçiləri tərəfindən qaz cihazlarından təhlükəsiz istifadə qaydaları haqqında abonentlər arasında maarifləndirmə və izahat işi aparılmışdır.

Naxçıvan Muxtar Respublikası
Qaz İstismar Xidməti

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR