04 İyul 2020, Şənbə

Bu münasibətlə Kəngərli rayonunda təşkil olunan tədbiri giriş sözü ilə rayon Məşğulluq Mərkəzinin direktoru Səxavət Həsənov açaraq muxtar respublikada əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”ndan irəli gələn məsələləri əsas götürərək, aparılan səmərəli və məqsədyönlü işin nəticəsidir ki, son illər yüzlərlə sakin yeni iş yerləri ilə təmin olunub, onların maddi-rifah halı və sosial vəziyyəti yaxşılaşdırılıb.
Bildirilib ki, işaxtaran vətəndaşların, xüsusilə gənclərin məşğulluğunun təmin olunması sahəsində mühüm əhəmiyyət kəsb edən tədbirlərdən biri də rayonlardakı məşğulluq mərkəzlərinin xətti ilə təşkil edilən əmək yarmarkalarıdır. Mərkəzlər fəaliyyət göstərdikləri ərazilərdə dövlət qurumları, emal və istehsal müəssisələri ilə sıx əlaqə saxlayır, həmin təşkilatlarda olan boş iş yerləri barədə məlumatlar toplayır və əmək yarmarkalarında həmin yerləri işaxtaran vətəndaşlara təqdim edirlər.
Tədbirdə rayon İcra Hakimiyyəti aparatının əməkdaşı Kənan Məmmədov çıxış edərək bölgədə əhalinin məşğulluq məsələlərinin həlli istiqamətində görülən işlərdən danışıb.
Sonra yarmarkaya gələnlər boş iş yerləri ilə tanış olublar. Yarmarkaya 10-u özəl müəssisə, 9-u isə dövlət orqanı olmaqla, ümumilikdə, 19 qurumdan 99 boş iş yeri çıxarılıb. Boş iş yerlərindən 85-i dövlət, 14-ü isə özəl sektora aid olub. Əmək yarmarkasında 28 nəfərə işə göndəriş verilib.

Babək İSMAYILOV

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR