13 İyul 2020, Bazar ertəsi

Birjalarda neftin qiyməti “OPEC+” nikbinliyi fonunda ardıcıl 6 həftəni də artımla tamamlamağa yönəlib.

“Qara qızıl”ın qiyməti “OPEC+”un iyunun 6-da keçirəcəyi iclasda mövcud hasilat məhdudiyyətlərinin uzadılması (may-iyun göstəricilərinin saxlanılması) üzrə saziş imzalayacağına dair gözləntilər fonunda ardıcıl 6 həftəni də yüksəlişlə tamamlayır.

Neftin qiyməti bu həftə təxminən 6 faiz artıb. Həftə ərzində “Brent” markalı xam neftin bir barrelinin qiyməti təxminən 3 ay ərzində (martın 6-dan) ilk dəfə 41 dolları keçib.

Qeyd edək ki, hazırda “Brent” neftinin bir barreli Londonun ICE birjasında 41,07 dollara, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 38,14 dollara satılır.

 

 

 

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR