27 Sentyabr 2020, Bazar

2020-ci ilin may ayında Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi və struktur bölmələrinin mütəxəssisləri kənd təsərrüfatının bütün sahələrində yüksək məhsuldarlığın əldə olunması üçün  maarifləndirici müşavirələr, tarla seminarları keçirmiş, təsərrüfat sahibləri ilə fərdi qaydada söhbətlər aparmışlar. Nazirlik əməkdaşları tərəfindən muxtar respublikada keçirilən seminar-müşavirə və fərdi görüşlərdə yaz işlərinin əkin atlaslarına uyğun optimal müddətdə aparılması, bostan-tərəvəz əkini zamanı, əsasən, yerli və yerli şəraitə uyğunlaşan məhsuldar toxumlardan  istifadə edilməsi tövsiyə olunmuşdur. Əkinlərdə xəstəlik və zərərvericilərin qarşısının alınmasında aqrotexniki mübarizənin tətbiq olunmasına üstünlük verilməsi qeyd edilmişdir.  

Ümumilikdə, muxtar respublika üzrə 475 hektar yonca sahəsində fitonomus zərərvericisinə, 966 hektar taxıl və cavan meyvə bağlarında siçan və siçanabənzər gəmiricilərə, 66 hektar kartof sahəsində kolorado kartof böcəyinə, 7321 hektar taxıl sahəsində alaq otlarına, eləcə də 16 hektar sahəni əhatə edən bəzək bitkilərinin zərərverici və xəstəliklərinə qarşı kimyəvi mübarizə aparılmışdır.

Taxıl biçini kampaniyasına hazır­lıqla bağlı Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi və “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri ilə birlikdə muxtar respublikanın rayonlarında taxılbiçən kombayn sahibkarları ilə fərdi qaydada söhbətlər aparılmış, biçində iştirak edəcək kombaynların texniki vəziyyəti və sayı müəyyən edilmişdir.
“Araz” Elm-İstehsalat Birliyinin Aqrokimya, torpaqşünaslıq və torpaqların kütləvi analizləri şöbəsinin əməkdaşları tərəfindən torpaq mülkiyyətçiləri və ailə təsərrüfatı başçılarının gətirdikləri torpaq nümunələri analiz olunaraq tərkibindəki qida maddələrinin miqdarı barədə məlumatların verilməsi işləri davam etdirilmişdir. Toxumçuluq və bitkilərin mühafizəsi idarəsinə müraciət edən 91 ailə təsərrüfatı başçısı və fermerlərin istixana təsərrüfatlarına, meyvə və üzüm bağlarına baxış keçirilmiş, tələb olunan mübarizə tədbirləri haqqında məsləhət və tövsiyələr verilmişdir. Toxumçuluq təsərrüfatları və fermerlər tərəfindən laboratoriyaya gətirilən toxumlar analizdən keçirilmiş və nəticələrlə bağlı analiz aktı təqdim olunmuşdur.
“2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın və “Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı ilə bağlı tədbirlər planı”nın müvafiq bəndlərinin icrası ilə əlaqədar maarifləndirici tədbirlər həyata keçirilmişdir. “Naxçıvan Muxtar Respublikasında damazlıq heyvandarlığın inkişafının əsasları” adlı kitab və bütün rayonların yaşayış məntəqələri üzrə “Heyvan cinslərinin rayonlaşdırılmasının atlası” hazırlanmışdır.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
mətbuat xidməti

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR