13 İyul 2020, Bazar ertəsi

İqtisadi sahədə həyata keçirilən tədbirlər bazar iqtisadiyyatı mexanizmləri əsasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, yerli və xarici investisiyaları, müasir texnologiyaları cəlb etmək və qabaqcıl idarəetmə təcrübəsindən faydalanmaqla rəqabətədavamlı məhsul istehsal edən müəssisələrin, həmçinin yeni iş yerlərinin yaradılmasına yönəldilmişdir.

Belə ki, cari ilin ötən 5 ayı ərzində iqtisadiyyatın bütün sahələrində dövlət texniki və maliyyə dəstəyi ilə 71 istehsal və xidmət sahəsi istifadəyə verilmiş, 35 istehsal və xidmət sahəsinin yaradılması istiqamətində işlər davam etdirilmişdir.
Sahibkarların hüquqlarının daha etibarlı müdafiəsi məqsədilə 2020-ci ilin ötən dövrü ərzində “Qаynаr хətt” vаsitəsilə 2403 sаhibkаrlıq subyеkti ilə mааrifləndirmə istiqаmətində iş аpаrılmış, onlar müxtəlif tədbirlər haqqında məlumatlandırılmışdır.

Dövlət dəstəyinin gücləndirilməsi, iqtisadi və maliyyə resurslarına çıxış imkanlarının genişlənməsi, kredit resurslarının məhz muxtar respublika iqtisadiyyatı üçün prioritet hesab olunan layihələrin maliyyələşdirilməsinə yönəldilməsi qarşıya qoyulmuş əsas vəzifələrdəndir. Bütün bunlarla yanaşı, sаhibkаr­lıq subyеktlərinin istеhsаl еtdikləri məhsullаrın xarici bazarlara ixracı, muxtar respublikada iqtisadiyyatın müxtəlif sahələrinə investisiyaların cəlb edilməsi, kiçik və ortahəcmli müəssisələrin fəaliyyətlərinin təkmilləşdirilməsi, onların rəqabət qabiliyyətinin artırılması üzrə işlər davam etdirilməkdədir.
Özəl sektora dövlət dəstəyinin gücləndirilməsi iqtisadi və maliyyə resurslarına çıxış imkanlarının genişlənməsi məqsədilə Sahibkarlığın İnkişafı Fondu tərəfindən muxtar respublika üzrə 2000-ci ildən ötən dövr ərzində 1420 layihənin maliyyələşdirilməsinə 160 milyon manata yaxın vəsait ayrılmışdır. Təkcə 2020-ci ilin ötən dövrü ərzində fond tərəfindən sahibkarlara 49 layihənin maliyyələşdirilməsinə, ümumilikdə, 6 milyon 879 min manatdan çox kredit vəsaiti verilmişdir. Bundan sənaye məhsulu yönümlü 4 layihənin maliyyələşdirilməsinə 6 milyon 236 min manat, kənd təsərrüfatı yönümlü 45 layihənin maliyyələşdirilməsinə isə 643 min manatdan çox dövlət maliyyə dəstəyi göstərilmiş, yaradılan müxtəlif istehsal sahələri üzrə 166 yeni iş yeri açılmışdır.
İqtisadiyyatın mühüm istiqamətlərindən olan ailə təsərrüfatlarının formalaşaraq kiçik sahibkarlıq subyektlərinə çevrilməsi, eləcə də bu fəaliyyət sahəsinin stimullaşdırılması ilə bağlı həyata keçirilən sistemli tədbirlər muxtar respublikada ailə təsərrüfatlarının sayının gündən-günə artmasına şərait yaratmışdır. Belə təsərrüfatların fəaliyyətinin stimullaşdırılması məqsədilə 2020-ci ilin ötən dövründə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 26 ailə təsərrüfatına 226 min 600 manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir.
Həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində əldə olunmuş nailiyyətlər muxtar respublikada sahibkarlıq üçün əlverişli şəraitin yarandığını, iqtisadiyyatın ayrı-ayrı sektorlarında çalışanlara dövlət tərəfindən hərtərəfli qayğının göstərildiyini əyani nümayiş etdirir. Bu səbəbdən də sahibkarlıq mühiti getdikcə daha sürətlə inkişaf edir, ümumi iqtisadiyyatda öz çəkisini artırır.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR