29 May 2020, Cümə

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə “Şəxsi maliyyənin idarə edilməsi ” adlı onlayn təlim keçirilib. Təlimə “Naxçıvan” Universitetinin İdarəetmə fakültəsinin tələbələri  cəlb edilib.

Təlimin məqsədi şəxsi büdcənin idarə edilməsi, qənaət vərdişlərinin yaradılması, ağıllı borcalma (kredit) üzrə düzgün qərarların verilməsi sahəsində bilik və bacarıqların təkmilləşdirilməsindən ibarətdır.

Maliyyə Tədris Mərkəzinin direktoru Sevinc Cabbarova təlim haqqında ətraflı məlumat verərək “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamının əhəmiyyətindən danışıb. Bildirilib ki, təşkil edilən təlimlər, keçirilən görüşlər tələbələrin müvafiq bilik və bacarıqlar əldə etmələri ilə yanaşı, ümumi dünyagörüşlərinin genişlənməsinə, müasir informasiya cəmiyyətində tələb edilən səviyyədə hərtərəfli məlumata sahib olmalarına şərait yaradır.

Sonra Mərkəzin əməkdaşı Zəhra İsmayılova tərəfindən maliyyə savadlılığı, gəlir və xərc kateqoriyaları, yığım metodları haqqında slaydlar vasitəsilə məlumat verilib. Mövzuya müvafiq olaraq fərdi büdcənin effektiv planlaşdırılmasının məqsəd və əhəmiyyəti, onun təhlil olunmasının vacibliyi, xərclərin müəyyən edilməsi və təhlili əhəmiyyəti barədə danışılıb.

Növbəti çıxış Mərkəzin digər əməkdaşı İnci Səfərovanın təqdimatında olub. Pulun idarə olunması və xərclərin gəlirlərə uyğun qurulması işlərinin əhəmiyyəti barədə bəhs edilib, kredit növləri, təhlükəli yaxud sərfəli kreditlər, səmərəli borcalma qaydaları, kredit almaq üçün əsas səbəblərin müəyyən edilməsi mövzuları ilə bağlı dinləyicilərə geniş məlumat verilib.

Təlimin sonunda mövzu ilə bağlı suallar cavablandırılib.

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR