31 May 2020, Bazar

Ötən ildən başlayaraq muxtar respublikada yerləşən Duzdağda yeni şaxtanın açılması üçün işlər davam etdirilir.

Hazırda şaxtada texnoloji rejimə nəzarət edilir, burada havalandırma sistemi qurulub. Müəyyən olunmuş duz layına qədər 390 metr uzunluğunda tunel çəkilir. Tunelin 280 metrlik hissəsində işlər artıq başa çatdırılıb. Təhlükəsizlik məqsədilə metal dayaqlardan istifadə olunur, püskürtmə üsulu ilə betonlama işləri aparılır.

Naxçıvanın brendinə çevrilmiş duzun istehsal və satış həcmini artırmaq məqsədilə mədənə yaxın ərazidə Duz İstehsalı Müəssisəsi qurulur. Hazırda burada qazıntı işləri aparılır. Əraziyə kifayət qədər işçi və texnika cəlb olunub. Yaxın günlərdə müəssisənin təməli atılacaq.

Qeyd edək ki, müəssisənin ümumi ərazisi 15 min kvadratmetrdir. Burada tam avtomatlaşdırılmış, müasir standartlara cavab verən avadanlıqların quraşdırılması nəzərdə tutulub.

Müəssisə istifadəyə verildikdən sonra burada yeni iş yerləri açılacaq, ildə 15 min ton saflaşdırılmış duzun istehsal olunması nəzərdə tutulub. Naxçıvan duzunun istehsal həcminin və keyfiyyətinin artırılması onun ixrac imkanlarını da genişləndirəcək.

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR