25 Sentyabr 2020, Cümə

Muxtar respublikamızda gənc ailələrin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində hər il ardıcıl tədbirlər həyata keçirilir. Təqdirəlayiq haldır ki, bu istiqamətdə görülən işlər bütün bölgələri əhatə edir. Ordubad rayonunda da bu tədbirlər uğurla davam etdirilir. Belə ki, hazırda Ordubad şəhərinin mərkəzində – Heydər Əliyev prospektində gənc ailələr üçün nəzərdə tutulmuş zirzəmi ilə birlikdə 8 mərtəbəli yaşayış binasında inşaat işləri həyata keçirilir.

28 mənzildən ibarət binanın daxili və fasad divarlarının suvanması başa çatdırılıb, fasada mərmər üzlük çəkilməsi işləri milli memarlıq ənənələri gözlənilməklə yerinə yetirilir. Binanın pəncərələri salınıb, hazırda bu inşaat obyektinin həyətində abadlıq işləri görülür.
Qeyd edək ki, yaşayış binasının zirzəmisində xidmət sahələri də yaradılacaq, bərbərxana, qadın gözəllik salonu, dərzi, ərzaq və sənaye malları mağazaları rayon sakinlərinə xidmət göstərəcək.

Abbas SEYİD

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR