30 May 2020, Şənbə

Naxçıvan Muxtar Respublikasında dini-mənəvi dəyərlərin qorunmasına, yeni məscid və mərasim evlərinin tikilməsinə mühüm əhəmiyyət verilir. Bu işlər Kəngərli rayonunda da davam etdirilir.

Rayonun Böyükdüz kəndində aprel ayının əvvəllərində mərasim evinin tikintisinə başlanılıb. Bunun üçün dövlət tərəfindən torpaq sahəsi ayrılıb, layihə hazırlanıb.

 İki yüz yerlik mərasim evində kişilər və qadınlar üçün ayrıca zallar nəzərdə tutulub. Binada ibadət otağı, mətbəx və digər otaqlar da yerləşəcək.

Müasir üslub tikiləcək mərasim evinin istifadəyə verilməsi sakinlərin yas mərasimlərini rahat şəkildə həyata keçirmələri üçün şərait yaradacaq və əlavə xərclərin yaranmasına son qoyacaq.

Qeyd edək ki, bu ayın əvvəllərində rayonun Şahtaxtı kəndində də qadınlar üçün yeni mərasim evinin tikintisinə başlanılıb. Binada tikinti işləri davam etdirilir. Bundan başqa, Qıvraq qəsəbəsi, Qarabağlar, Çalxanqala, Qabıllı kəndlərində bir, Xok kəndində isə iki mərasim evinin tikintisi davam etdirilir.

Bundan əvvəl də rayonun Qıvraq qəsəbəsi, Qarabağlar, Xok, Şahtaxtı və Yurdçu kəndlərində ən müasir tələblərə cavab verən mərasim evləri tikilərək istifadəyə verilib. Bəzi yaşayış məntəqələrində yeni mərasim evlərinin tikintisi buralarda sakinlərin sayının hər il daha da artması ilə əlaqədardır.

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR