06 İyun 2020, Şənbə

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti və onun yerli vergi orqanları tərəfindən muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə monitorinq və yoxlamalar aparılıb.

4 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib və müvafiq tədbirlər görülüb. Keçirilən tədbirlər zamanı 3 şəxsin “Fərqlənmə nişanı” almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu və 1 şəxsin isə vergi orqanlarında uçotda durmadan fəaliyyət göstərməsi aşkarlanıb və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb. Həmçinin vergidənyayınma və dövriyyənin gizlədilməsi hallarına qarşı mübarizə məqsədilə 1 vergi ödəyicisində xronometraj metodu ilə müşahidə aparılıb. Ötən ay müvafiq icra hakimiyyəti orqanları ilə birgə 8 işəgötürəndə aparılmış araşdırmalar zamanı 9 yeni əmək müqaviləsinin bağlanmasına nail olunub.

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR