29 Mart 2020, Bazar

Muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunmasında yaşayış məntəqələrinin və istehsalat sahələrinin təbii qazla təminatını həyata keçirmək üçün Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətində təsdiq olunmuş iş planına əsasən ardıcıl tədbirlər görülür. Muxtar respublikanın şəhər və rayon ərazilərindən fevral ayında daxil olan müraciətlərə əsasən cəmi 75 mənzil (ev) və müxtəlif təyinatlı obyektlər qazlaşdırılmışdır ki, bunun 69-u əhali və 6-sı isə qeyri-əhali abonentlərdir.

Fevral ayında qaz təsərrüfatında, xüsusilə qəza sahəsində çalışanların peşəkarlıq səviyyəsini artırmaq məqsədilə Naxçıvan Regional Peşə Tədris Mərkəzində təşkil olunan qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinin ixtisasartırma kursunu bitirən müdavimlərə sertifikat verilmişdir.
Naxçıvan şəhərində mexaniki qaz sayğaclarının smartkarttipli qaz sayğacları ilə əvəz olunması istiqaməti üzrə işlər davam etdirilmiş, 1 mart 2020-ci il tarixə cəmi 20 min 91, o cümlədən cari ilin fevral ayında 16 qaz sayğacı quraşdırılmışdır. Bu işlər davam etdirilir. Yaşayış məntəqələrində, yerli icra hakimiyyəti, hüquq-mühafizə nümayəndələri və şəhər, rayon qaz istismar idarələrinin işçiləri ilə birgə reydlər intensiv olaraq keçirilmiş, ­aşkarlanmış nöqsanlara və sayğaca müdaxiləyə görə 3 abonentə cərimə tətbiq olunmuşdur.

Naxçıvan Muxtar Respublikası
Qaz İstismar Xidməti

ARXİV

Mart 2020
Be Ça Ç Ca C Ş B
24 25 26 27 28 29 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR