06 İyul 2020, Bazar ertəsi

Muxtar respublikada daşınmaz əmlakın qeydiyyatı və torpaqlardan səmərəli istifadəyə nəzarət Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən 2020-ci ilin fevral ayında da diqqətdə ­saxlanılmışdır.

Torpaqların elektron uçotunun aparılması məqsədilə Şahbuz şəhərində planaalma işləri başa çatdırılmış, Şahbuz rayonunun Mahmudoba və Daylaqlı, Sədərək rayonunun Sədərək kəndlərində planaalma işləri davam etdirilmişdir. Fevral ayında 1076 daşınmaz əmlak obyekti plana alınmışdır. 23 ailə təsərrüfatına məxsus qeyri-yaşayış obyekti, həyətyanı təsərrüfat binaları və təsərrüfat fəaliyyəti ilə əlaqədar icarəyə götürülmüş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınmışdır.
Naxçıvan Muxtar Respublikasında ümumi və suvarılan torpaqların torpaq mülkiyyətçiləri, istifadəçiləri arasında bölüşdürülməsi və torpaqlardan istifadə edilməsinə dair 1 yanvar 2020-ci il tarixə torpaq balansı tərtib edilərək Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli Qərarı ilə təsdiq edilmişdir.
Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə Babək rayonunun Payız və Gülşənabad kəndlərində monitorinqlər aparılmış, aşkar olunan nöqsanların aradan qaldırılması istiqamətində işlər davam etdirilmişdir. Babək qəsəbəsində və Cəhri kəndində monitorinqlərə başlanılmışdır.
Culfa və Kəngərli rayonlarında ailə təsərrüfatları, torpaq mülkiyyətçiləri, icarəçiləri və istifadəçiləri ilə görüşlər keçirilmiş, əkin atlaslarına uyğun olaraq əkinlərin keçirilməsi, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi ilə bağlı maarifləndirmə işi aparılmışdır.
Fevral ayında 571 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınmış, 458 texniki sənəd hazırlanmış, yeni yaranmış 20 daşınmaz əmlak obyektinə ünvan verilmiş, 112 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınmışdır. Səyyar xidmət qrupu tərəfindən muxtar respublika üzrə 8 yaşayış məntəqəsində 60 vətəndaşın müraciətinə baxılmış, 67 vətəndaşa elektron xidmətlər göstərilmişdir.
Naxçıvan Dövlət Universitetinin hamiliyə verilmiş Torpaqşünaslıq və aqrokimya, Geodeziya və xəritəçəkmə ixtisaslarında təhsil alan tələbələrə iki gün müddətində çöl geodeziya ölçü işlərinin aparılması ilə bağlı praktik məşğələ keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq
Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat xidməti

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR